Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1106/2020 18.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X4 Neftçala rayon şöbəsinə qarşı «sosial sığorta stajı müəyyən edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxx 1955-ci il tarixdə Neftçala şəhərində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X4 Neftçala rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********8 saylı məktubunda iddiaçının əmək kitabçasında qeyd olunan Neftçala rayon Kooperativ Cəmiyyəti üzrə xx.xx.1993-xx.xx.1994-cü illərin və Neftçala Çörək zavodu üzrə xx.xx.1994-xx.xx.1997-ci illərin əmək haqqı arayışını təqdim edə bilmədiyini əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Neftçala rayon Kooperativ Cəmiyyəti üzrə xx.xx.1993-xx.xx.1974-cü və Neftçala Çörək zavodu üzrə xx.xx.1994-xx.xx.1997-ci illərdə işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Neftçala rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildən əmək fəaliyyətinə başlamışdır. İşlədiyi bütün dövrlər əmək kitabçasında qeyd olunmuşdur. O, ərizə ilə Dövlət X4 Neftçala rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2020-ci il tarixli cavab məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi əsas gətirilərək, Neftçala rayon Kooperativ Cəmiyyəti üzrə xx.xx.1993-xx.xx.1974-cü illərin və Neftçala Çörək zavodu üzrə xx.xx.1994-xx.xx.1997-ci illərin əmək haqqı arayışını təqdim edə bilmədiyi səbəbindən (əmək kitabçasında müvafiq qeyd olmasına baxmayaraq) ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə xx.xx.1993-xx.xx.1994-cü illərdə Neftçala rayon Kooperativ Cəmiyyətində və xx.xx.1994-xx.xx.1997-ci illərdə Neftçala Çörək zavodunda işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(120)-1106/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X4 Neftçala rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********4 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Neftçala şəhər sakini İddiaçı şöbəyə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar müraciət etmişdir. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölməsinin 3.1.1-ci bəndinə əsasən qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əmək kitabçasında qeyd olunan Neftçala rayon Kooperativ Cəmiyyəti üzrə xx.xx.1993-xx.xx.1994-cü illərin və Neftçala Çörək zavodu üzrə xx.xx.1994-xx.xx.1997-ci illərin əmək haqqı arayışını təqdim edə bilmədiyi üçün 25 il sığorta stajı yaranmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunması qeyri-mümkündür. İddiaçı xx xxxx 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 08 ay olmaqla fiziki şəxs kimi qeydiyyatda olmaqla məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Yuxarıda göstərilən illər nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdən yaranır. İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə 130,00 manat sosial müavinət alır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək, bildirmişdir ki, iddiaçı şöbəyə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar müraciət etmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan Neftçala rayon Kooperativ Cəmiyyəti üzrə xx.xx.1993xx.xx.1994-cü illərin və Neftçala rayon Çörək zavodunda xx.xx.1994-xx.xx.1997-ci illərin əmək haqqı arayışını təqdim edə bilmədiyi üçün 25 il sığorta stajı yaranmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunması qeyri-mümkündür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət X4 Neftçala rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, məcburi dövlət sosial sığorta haqqı ödəməsinə dair qəbzləri, Neftçala Rayon İHB-nin X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışını, əmək kitabçasının və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin arayışının təsdiq olunmuş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Neftçala Rayon Statistika İdarəsinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Neftçala rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X7 Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X7 adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxx 2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçının hərbi xidmətdə olduğu müddət, əmək kitabçasında qeyd olunan digər iş illəri və məcburi dövlət sosial sığorta haqqı ödədiyi dövr nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) xx.xx.2020ci tarixdə yaranmışdır. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının xx.xx.1993xx.xx.1994-cü illərdə Neftçala rayon Kooperativ Cəmiyyətində və xx.xx.1994-xx.xx.1997-ci illərdə Neftçala Çörək zavodunda işləməsi sosial sığorta stajı kimi qəbul edilməyərək, mübahisələndirilmişdir. İddiaçıya məxsus x xxxxxx 1972-ci il tarixli əmək kitabçasında onun xx.xx.1993-xx.xx.1994-cü illərdə Neftçala rayon Kooperativ Cəmiyyətində və xx.xx.1994-xx.xx.1997-ci illərdə Neftçala Çörək zavodunda işləməsi öz əksini tapmışdır. Məhkəmə tərəfindən Neftçala rayon Kooperativ Cəmiyyətinin xx.xx.1993xx.xx.1994-cü illərdə və Neftçala Çörək zavodunun xx.xx.1994-xx.xx.1997-ci illərdə mövcud olmasının müəyyən edilməsi üçün Neftçala Rayon Statistika İdarəsinə sorğu göndərilmişdir. Müəyyən olunmuşdur ki, Neftçala rayon Kooperativ Cəmiyyəti xx.xx.1993xx.xx.1994-cü illərdə, Neftçala Çörək Zavodu isə xx.xx.1994-xx.xx.1997-ci illərdə qeydiyyatda olmuş və fəaliyyət göstərmişdir, lakin onlar haqqında rəsmi statistik hesabatlar qanunvericiliyə uyğun olaraq məhv edilmişdir. Göründüyü kimi Neftçala rayon Kooperativ Cəmiyyəti xx.xx.1993-xx.xx.1994-cü illərdə, Neftçala Çörək Zavodu isə xx.xx.1994-xx.xx.1997-ci illərdə mövcud olaraq, fəaliyyət göstərmişdir. İddiaçının da xx.xx.1993-xx.xx.1994-cü illərdə Neftçala rayon Kooperativ Cəmiyyətində və xx.xx.1994-xx.xx.1997-ci illərdə Neftçala Çörək zavodunda işləməsi ona məxsus əmək kitabçasında qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə x xxxxxx 1972-ci il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə Neftçala rayon Kooperativ Cəmiyyətində və xx.xx.1994xx.xx.1997-ci illərdə Neftçala Çörək zavodunda işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1993xx.xx.1994-cü illərdə Neftçala rayon Kooperativ Cəmiyyətində və xx.xx.1994-xx.xx.1997-ci illərdə Neftçala Çörək zavodunda işləməsi barədə x xxxxxx 1972-ci il tarixli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq оnа xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq (aldığı müavinət çıxılmaqla) yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X4 Neftçala rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə Neftçala rayon Kooperativ Cəmiyyətində və xx.xx.1994-xx.xx.1997-ci illərdə Neftçala Çörək zavodunda işləməsi barədə x xxxxxx 1972-ci il tarixli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq оnа xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq (aldığı müavinət çıxılmaqla) yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X4 Neftçala rayon şöbəsinin üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov