Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1106/2021 29.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (Kürdəmir rayonu, Beyi kəndində qeydiyyatda olan) cavabdehin nümayəndəsi X5 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə 1B, ev 36-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin 12 saylı regional ərazi filialına qarşı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Kürdəmir rayonu, Beyi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 12 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 03 may 2021-ci il tarixli, **********2 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1986-cı ildə “26 Bakı Komissarı” adına kolxozda, 1998-1999-cu illərdə “Beyi” X4, 2000-2005-ci illərdə Beyi bələdiyyəsində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq 16.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, 1986-cı ildə “26 Bakı Komissarı” adına kolxozda, 1998-1999-cu illərdə “Beyi” X4 işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 16.03.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Əmək kitabçasında ümumi iş stajı 30 ildən çoxdur. 28.04.2021-ci il tarixdə ona əmək pensiyası təyin olunması üçün lazım olan sənədlərini toplayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin 12 saylı regional ərazi filialına müraciət etmiş, ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Ona məktubda imtina səbəbi kimi Kürdəmir rayonu “26 Bakı Komissarı” adına kolxozun 1986-cı il, “Beyi” kəndli fermer təsərrüfatının isə 1998-1999-cu illərə aid sənədlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin illərdəki iş stajının araşdırılmasının mümkün olmaması göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq 1986-cı ildə “26 Bakı Komissarı” adına kolxozda, 1998-1999-cu illərdə “Beyi” X4 işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq 16.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı əmək kitabçasında qeyd olunan 1986-cı ildə “26 Bakı Komissarı” kolxozunda, 1998-1999-cu il tarixlərdə Kürdəmir rayon “Beyi” X4, 12.1.2000-05.01.2010-cu il tarixlərdə Kürdəmir Rayon Beyi Bələdiyyəsində işlədiyi dövrlərə aid qeydlər mübahisəli hesab edilir. Belə ki, iddiaçının təqdim etdiyi arxiv arayışı əsasında onun 1978-1985 və 1987-1988-ci il tarixlərdə “26 Bakı Komissarı” kolxozunda, 1995-1997-ci il tarixlərdə isə “Beyi” X4 işləyib əmək haqqı aldığı qeyd olunmuşdur. Əlavə olaraq, həmin arayışda 1986-cı il və 1998-1999-cu il tarixlərə aid şəxsi heyyətə dair ilkin sənədlərin arxivə təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda həmin illər yerində yoxlanılıb təsdiqini tapmadığından həmin illərin iddiaçının ümumi iş stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin sözügedən arxiv arayışında qeyd olunan kolxozda minimum adam günü norması 200 gün kimi qeyd olunmuşdur. Lakin 1995ci il tarixdə iddiaçının minimum adam günü normasından daha az işləməsi nəticəsində (52 gün), həmin dövr iş stajına 01 il kimi deyil, 03 ay kimi əlavə edilə bilər. Bu səbəbdən yuxarıda qeyd olunan əsaslar nəzərə alınaraq, iddiaçının kolxozda və “Beyi” X4 işlədiyi dövr əmək kitabçasında qeyd olunduğu 14 il 11 ay 19 gün kimi deyil, arxiv arayışı ilə təsdiqlənən 12 il 03 ay kimi sosial sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.6.-cı maddəsinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İddiaçınn əmək kitabçasında 12.01,2000-ci il tarixdən 05.01.2010-cu il tarixədək Kürdəmir rayon Beyi bələdiyyəsinin üzvü olmasına dair qeydlər vardır. Bununla bağlı iki vacib məqamı nəzərinizə çatdırmaq istəyirik. Belə ki, işlə bağlı tərəfimizdən bir neçə dövlət orqanına sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən 22 iyul 2021-ci il tarixli 09/5-168 nömrəli, Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 29 iyul 2021-ci il tarixli 2/875-6 nömrəli və Kürdəmir Rayonu Qocalı Bələdiyyəsi tərəfindən ünvanlanmış 29 iyul 61 Ns-li cavab məktublarına əsasən İddiaçı 12 yanvar 2000-ci il və 31 dekabr 2005-ci il tarixlərdə bələdiyyə seçkilərində iştirak edərək Kürdəmir rayonu Beyi Bələdiyyəsinə üzv seçilmiş, lakin həmin illərdə bələdiyyədə hər hansı vəzifə tutmamış, eyni zamanda əmək haqqı da almamışdır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən ünvanlanmış 13 iyul 2021-ci il tarixli 10/20-232 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 12 dekabr 1999-cu il və 17 dekabr 2004-cü il tarixlərdə keçirilmiş bələdiyyə seçkilərində Kürdəmir rayonu üzrə Beyi Bələdiyyəsinə üzv seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən ünvanlanmış 18 avqust 2021-ci il tarixli 20-145 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 12 yanvar 2000-ci il və 31 dekabr 2005-ci il tarixlərdə bələdiyyə seçkilərində iştirak edərək Kürdəmir rayonu Beyi Bələdiyyəsinə üzv seçilmiş, həmin illərdə bələdiyyədə vəzifə tutmamış və ona əmək haqqı hesablanmamışdır. Həmçinin məktubda iddiaçının adına əmək haqqı cədvəli, işə daxilolma, işdən azad edilmə və məzuniyyət əmrləri olmadığı bildirilmişdir. Qanunun bu müddəasından belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, iddiaçı 12.01.2000-ci il tarixdən 05.01.2010-cu il tarixədək Kürdəmir rayon Beyi bələdiyyəsinin üzvü olmasına baxmayaraq, əmək haqqı almamış və beləliklə də itirilmiş gəlirin kompensasiyası üçün heç bir hüquqi əsaslar yaranmamışdır. Beləliklə də, işləmədiyi aylar üzrə iddiaçıya sözügedən bələdiyyə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların iddiaçının iş stajına daxil edilərək DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş hərbi biletə əsasən iddiaçının 08 may 1975-ci il tarixdən 05 may 1977-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 02 il 11 ay 27 gün təşkil edir. Lakin iddiaçının hərbi xidmətdə olduğu dövr təhsil illəri ilə üst-üstə düşdüyündən iddiaçının sosial sığorta stajına əlavə olaraq daxil edilə bilməz. Beləliklə, iddiaçının əmək kitabçasına qeyd olunan bütün illər nəzərə alındığı halda, ümumi iş stajı 31.12.2005-ci il tarixədək 31 il 07 ay təşkil edəcəkdir. 01.09.1973-cü il tarixdən 27.02.1978-ci il tarixədək - X7 Texnikumu (1975- 1977-ci illərdə hərbi xidmətdə olduğu dövr daxil edilməklə) 04 il 05 ay 26 gün; 01.03.1978-ci il tarixdən 21,03.1989-cu il tarixədək - “26 Bakı Komissarı” adına kolxoz 11 il 20 gün; 18.07.1989-cu il tarixdən 10.12.1992-ci il tarixədək - Kürdəmir rayon xəstəxanası 03 il 04 ay 22 gün; 10.12.1992-ci il tarixdən 01.10.1995-ci il tarixədək - kənd icra nümayəndəliyində 02 il 09 ay 21 gün; 02.10.1995-ci il tarixdən 01,09.1999-cu il tarixədək - “Beyi” kəndli fermer təsərrüfatı 03 il 10 ay 29 gün; 12.01,2000-ci il tarixdən 31.12.2005-ci il tarixədək - Kürdəmir rayon Beyi bələdiyyəsi 05 il 11 ay 19 gün. Əmək kitabçasına əsasən aşağıdakı qeydlər isə mübahisəli olduğundan sosial sığorta stajına daxil edilə bilməz: 1986-cı ildə “26 Bakı Komissarı” kolxozunda işlədiyi dövr: şəxsi heyyətə dair ilkin sənədlər arxivə təhvil verilmədiyindən; 1998-1999-cu il tarixlərdə Kürdəmir rayon “Beyi” X4 işlədiyi dövr: şəxsi heyyətə dair ilkin sənədlər arxivə təhvil verilmədiyindən; 12.1.2000-05.01.2010-cu il tarixlərdə Kürdəmir Rayon Beyi Bələdiyyəsində işlədiyi dövr: əmək haqqı almaması və 01.01.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən. Belə olduğu halda isə iddiaçının mübahisələndirilməyən sosial sığorta stajının müddəti 22 il 11 ay 28 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası, arxiv arayışı və hərbi biletindən göründüyü kimi onun mübahisəsiz qəbul edilən sosial sığorta stajı ümumilikdə 22 il 11 ay 28 gün təşkil edir. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və 16.03.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Kürdəmir rayonu, Beyi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 08.05.1975-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 08.05.1975-05.05.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan 28.02.1978-ci il tarixli, 018961 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X7 texnikumuna daxil olmuş və 1978-ci ildə həmin texnikumda zootexnik ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan 01.03.1978-ci il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.03.1978-ci il tarixdən 05.01.2010-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin 26.04.2021-ci il tarixli, 88 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayonu Beyi kəndində qeydiyyatda olan İddiaçı 1978- 1989-cu illərdə Kürdəmir rayonu “26 Bakı Komissarı” adına kolxozda, 1995-1997-ci illərdə “Beyi” X4 işləyərək əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 12 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 03.05.2021-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imtina verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi əmək kitabçasında 01.03.1978-ci il tarixdən 21.03.1989-cu il tarixədək Kürdəmir rayonu “26 Bakı Komissarı” adına kolxozda, 02.10.1995-ci il tarixdən 01.09.1999-cu il tarixədək Kürdəmir rayonu “Beyi” X4 işləməsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 12 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 04.06.2021-ci il tarixli, **********6 nömrəli kəktubunda qeyd edilmişdir ki, İddiaçı 01.09.1973-27.02.1978-ci illərdə diplomu ( hərbi xidmət dövrü ilə birlikdə) (4 il 5 ay 26 gün ) və əmək kitabçasında qeyd olunan 01.03.1978 - 21.03.1989 - cu illərdə «26 Bakı Komissarı» adına kolxozda (11 il 20 gün) , 18.07.1989- 10.12.1992-ci illərdə rayon xəstəxanasında (3 il 4 ay 22 gün) , 10.12.1992 - 01.10.1995-ci illərdə kənd icra nümayəndəliyində (2 il 9 ay 21 gün) 02.10.1995-01.09.1999-cu illərdə «Beyi» kəndli fermer təssəüfatında və 12.01.2000 - 31.12.2005-ci illərdə Kürdəmir rayon Beyi bələdiyyəsində (5 il 11 ay 19 gün) illərdə 31.12.2005-ci il tarixədək 31 il 7 ay ümumi iş stajı hesablanmışdır. Buradan görünür ki, vətəndaşın bütün sosial sığorta stajı nəzərə alınsa ona yaşa görə əmək pensiyası hesablamaq mümkündür. Lakin bildiririk ki, İddiaçı əmək kitabçasında 1986 Kürdəmir rayon keçmiş «26 Bakı Komissarı» adına kolxozda, 1998-01.09.1999 -cu illərdə Kürdəmir rayon keçmiş «Beyi» kəndli fermer təssəüfatında və 12.01.2000-05.01.2010-cu illərdə Kürdəmir rayon Beyi bələdiyyəsində qeyd olunan dövürləri mübahisəlidir. Belə ki, iddiaçının təqdim etdiyi arxiv arayışında 1978-1985,1987-1988-ci illərdə Kürdəmir rayon keçmiş «26 Bakı Komissarı» adına kolxozda və 1995 -1997-ci illərdə Kürdəmir rayon keçmiş «Beyi» kəndli fermer təssəüfatında işləməsi göstərilmişdir. Vətəndaşa verilən arxiv arayışında minimum adam günü norması 200 gün göstərilmişdir. Həmin min adam günü norması nəzərə alınaraq 12 il 3 ay sosial sığorta staj hesablanmışdır. Arayışda «26 Bakı Komissarı» adına kolxozun 1986- cı ili və «Beyi» kəndli fermer təssəüfatının 1998-1999-cu illərinin sənədlərinin arxivə təhvil verilməməsi göstərilmişdir.Həmin illər yeridə yoxlanılıb təsdiq olunmadığından ümumi iş stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.6. maddəsinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İddiaçının əmək kitabçasında 12.01.2000-05.01.2010-cu illərdə Kürdəmir rayon Beyi bələdiyyəsinin üzvü olması qeyd olunmuşdur. Lakin, vətəndaşın 01.01.2006-cı il tarixdən 05.01.2010-cu il tarixədək qeydə alınmış pensiya kapitalı yoxdur.Həmin dövürlər İddiaçı 1986, 1998 - 01.09.1999-cu və 12.01.2000 - 05.01.2010-cu illər ümumi sosial sığorta stajna daxil edilməmişdir .Qeyd etdiyimiz illəri nəzərə almadıqda İddiaçı 22 il 11 ay 28 gün sosial sığorta stajı hesablanmışdır. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 02.08.1995-ci ildən 01.10.1997-ci ilə kimi “Beyi” X4 baş mühasib vəzifəsində işləmişdir. İddiaçı onun həmkəndlisi, həm də keçmiş iş yoldaşıdır. Həqiqətən İddiaçı da 1998-1999-cu illərdə “Beyi” X4 işləmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 01.03.1978-ci il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 1986-cı ildə “26 Bakı Komissarı” adına kolxozda, 1998-1999-cu illərdə “Beyi” X4 işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 01.01.2006-cı il tarixdək işlədiyi müddət (1986, 1998-1999-cu illər) hazırkı halda sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı ilədək işlədiyi müddət üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi, eyni zamanda onun iş illərinə dair əmək haqqı kitablarının tam şəkildə arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 12 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 12 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1106/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1106/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver