Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1106/2025 08.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 028 əç nömrəli əmrin ləğv edilməsi” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “430 saylı hərbi hissə komandirinin İddiaçı barəsində verilmiş xx.xx.N-cü il tarixli xidmətdən uzaqlaşdırma barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 028 əç nömrəli əmrin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.N25-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N11/N12-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, N13-cü ildən isə müddətdən artıq xidmət etmişdir. N16-cı illərdə müxtəlif hərbi hissələrdə qulluq etmişdir. N19-cu ilin 08.01/07.03 aylarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmişdir. Bundan başqa iddiaçı NN-ci ildə ikinci Qarabağ müharibəsində iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunmuşdur. N nömrəli hərbi hissənin 1-ci bölüyün komandiri vəzifəsini müvəqətti icra edən, leytenant Amil Quliyev xx.xx.N-cü il tarixdə raportla tabor komandirinə müraciət edərək 1-ci bölük 3-cü taqım 2-ci qrupun kəşfıyyatçı-tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı xx.xx.N-cü il tarixdə xidməti yerinə çıxmaması barədə məlumat vermiş və fakt ilə əlaqədar araşdırma aparılması üçün göstəriş verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, müddətdən aıtıq hərbi xidmətin hərbi qulluqçusu kiçik çavuş İddiaçı hərbi həkim komissiyasından keçmək üçün xx.xx.N-cü il tarixdə hərbi hissənin tibb məntəqəsinə getmiş, hərbi vəsiqəsinin və digər sənədlərinin hazır olmadığı üçün xx.xx.N-cü il tarixdə Mərkəzi Hərbi Poliklinikasına getmiş və xx.xx.N-cü il tarixədək analizləri vermiş, həmin gün hərbi hissədən leytenant X1 zəng edərək adının xidmət yerinə çıxmayanlar siyahısında getdiyini bildirdikdən sonra xx.xx.N-cü il tarixdə saat 15.30 radələrində xidmət yerinə qayıtmışdır. Qeyd olunan faktla bağlı izahatları alınmış leytenant X3, leytenant X4 verdikləri analoji izahatları ilə yuxarıda qeyd olunanları təsdiq etmişdilər. Araşdırmanın nəticəsinə görə N nömrəli hərbi hissənin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixdə saat 15:30-dək xidməti yerinə çıxmaması AR CM-nin 333.3-cü maddəsinin təsirinə düşmür. N nömrəli hərbi hissənin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixdə saat 15.30-dək xidməti yerinə çıxmaması faktı üzrə barəsində AR CM-nin 333.3-cü maddəsi ilə cinayət işinin başlanılması AR CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd olunması tam əsaslıdır. Onun hərbi xidmətdən uzaqlaşdırılması barədə çıxarılmış xidmətdən uzaqlaşdırma qərarı tam əsassız və qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı öz ərizəsində Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin İddiaçı barəsində verilmiş xx.xx.N-cü il tarixli xidmətdən uzaqlaşdırma barədə qərarın ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini xahiş etmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 163 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə göndərilmiş və həmin tarixdə ona N nömrəli hərbi hissə tərəfindən “göndəriş vərəqələrinin qeydiyyatı kitabı”na imza atdırılmaqla göndəriş vərəqəsi təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.N-cü il tarixdə N nömrəli hərbi hissə tərəfindən imza atdırılmaqla göndəriş vərəqəsi təqdim edilmiş, bununlada ona hüquq və vəzifələri izah edilmiş və həmin tarixdə pozulduğunu iddia etdiyi hüquqları haqqında məlumatı olmuşdur. Qeyd etmək istərdik ki, İnzibati Prossesual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu bəndinə əsasən “N nömrəli hərbi hissə komandirinin İddiaçı barəsində verilmiş xx.xx.N-cü il tarixli xidmətdən uzaqlaşdırma barədə qərarın ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasına iddianın mümkünsüz sayılması ilə bağlı xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.N22-ci il tarixli qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N- cü il tarixdə saat 15:30-dək xidməti yerinə çıxmaması faktı üzrə barəsində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N-cü il tarixli, 80 nömrəli əmrindən çıxarışdan görünür ki, 1-ci əməliyyat taborunun 3-cü əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfıyyatçı-tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, xx.xx.N-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidməti yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N-cü il tarixli, 81 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməyən 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfıyyatçı-tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, xx.xx.N-cü il tarixdə saat 16:00 radələrində xidməti yerini gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N-cü il tarixli, 163 nömrəli əmrindən çıxarışdan görünür ki, 1-ci əməliyyat taborunun 3-cü əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfıyyatçı-tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər İddiaçı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə müvafiq olaraq bağlaşması ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 30 may N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər İddiaçı N-cü il yanvar aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N17-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş” Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” yə müvafiq olaraq birdəfəlik pul mükafatından məhrum edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər İddiaçı N-cü il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ödənilmiş, N-cü ilin növbəti məzuniyyətindən tam isdifadə edib və növbəti məzuniyyətə görə bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N-cü il tarixli, 131 nömrəli əmrindən çıxarışdan görünür ki, 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfıyyatçı-tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş əsgər İddiaçı, xx.xx.N-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidməti yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N-cü il tarixli, 136 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməyən 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfıyyatçı-tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı, xx.xx.Ncü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan 5-ci X2 xx.xx.N-cü il tarixli, 028əç nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləvğ edilərək) və Silahlı Qüvvələrin intizam nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət müddəti başa çatmamış) müvafiq olaraq, aşağıda adları çəkilən müddətdən artıq həqiqi 'hərbi xidmət hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N15-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 028 əç nömrəli əmrin ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.N-cü il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı N24-cü ilin may ayında (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 1 ildən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı N may N-cü il tarixli, 028 əç nömrəli əmrini N may N24-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi əmr Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.N-cü il tarixli göndəriş vərəqələrinin qeydiyyatı kitabına İddiaçı xx.xx.N-cü il tarixdə əmrlə tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı N may N-cü il tarixli, 028 əç nömrəli əmrdən ən geci 30 may N-cü il tarixdə xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin N may N-cü il tarixli, 028 əç əmrinin ləğv edilməsi barədə ərizə ilə N24-cü ilin may ayında məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr N01-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.N22-ci il tarixli 2-1(102)-630/N22 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Digər oxşar iş kimi isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 495/N22 saylı, xx.xx.N22-ci il tarixli qərarını da əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçı barəsində qəbul edilmiş 25 yanvar N17-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları),onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 22 may N24-cü il tarixli, xx.xx.N24-cü il tarixli, 2-1(1N)- 3643/N24 nömrəli, xx.xx.N25-ci il tarixli, xx.xx.N25-ci il tarixli, 2-1(1N)-1106/N25 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 028 əç nömrəli əmrin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1106/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1106/2025
08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver