Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1109/2020 10.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 15.07.1954-cü il tarixdə doğulmuş, Masallı rayonu, Sirəbil kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 21 may 2020-ci il tarixli, **********1 nömrəli məktubla ona əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.10.1971- 25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işlədiyi illəri nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15.07.1954-cü ildə Masallı rayonunun Sirəbil kəndində anadan olmuş, hazırda Sirəbil kəndində ailəsi ilə birlikdə yaşayır. Ona 09.02.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi illər onun əmək stajına hesablansada yaxın vaxtda öyrənmişdir ki, onun 20.10.1971-25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işlədiyi illər sığorta stajına daxil edilməmişdir. Bununla bağlı Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmiş və ona 21.05.2020-ci il tarixdə imtina məktubu göndərilmişdir. Dəfələrlə söhbətlər etməyinə baxmayaraq heç bir nəticəsi olmamış, həmin işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən onun əmək pensiyası yenidən hesablanmamışdır. Onun əmək pensiyası yenidən hesablanmaqla 20.10.1971- 25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işlədiyi illər onun sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin təsdiq edilmiş surətini, Masallı rayon Dövlət Arxivinin 15.07.2016-cı il tarixli, 485 nömrəli arxiv arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 15.07.1954-cü il tarixdə doğulmuşdur. Hal-hazırda yaşa görə əmək pensiyası alır. İddiaçıya əmək pensiyası təyin olunarkən 20.10.1971-25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçının işləməsi Masallı rayon Dövlət Arxivinin 15.07.2016-ci il tarixli, 485 nömrəli arxiv arayışları ilə təsdiq olunur. İddiaçı yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 02631814 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.07.1954-cü il tarixdə anadan olmuş, Masallı rayonu, Sirəbil kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Masallı rayon Dövlət Arxivinin 15.07.2016-cı il tarixli, 485 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 20.10.1971-25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işləmişdir. İşdə olan Dövlət Sosial X2 rayon şöbəsinin iddiaçıya ünvanladığı 21 may 2020-ci il tarixli, **********1 nömrəli imtina məktubundan görünür ki, 09.02.2018-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yarandığı 15.01.2018-ci il tarixdən 278,49 manat (01.01.2006-cı il tarixə 29 il 04 ay sığorta stajı, 01.01.2006-cı il tarixdən 15.01.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində 19525,34 manat pensiya kapitalı nəzərə alınmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına uyğun olaraq əmək pensiyasının məbləği illər üzrə artırılaraq 01.01.2020-ci il tarixdən 337,22 manata çatdırılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq 01 yanvar 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bununla əlaqədar Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd edilən 20.10.1971-25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işləməsi 01.01.2006-cı il tarixədək sığorta stajı hesablanarkən nəzərə alınmamışdır. İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 09.07.2020-ci il tarixli, M-217 nömrəli məktubuna İddiaçı adına verilmiş 15.07.2016-cı il tarixli, 485 nömrəli arxiv arayışının verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). Мəhkəmə cavabdehin pensiyanın təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Masallı rayon Dövlət Arxivinin 15.07.2016-cı il tarixli, 485 nömrəli arxiv arayışı iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı 20.10.1971-25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Məhkəmə Masallı rayon Dövlət Arxivinin 15.07.2016-cı il tarixli, 485 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddiaçının 20.10.1971-25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işlədiyi iş stajı sosial sığorta stajı kimi nəzərə alınmalı və yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin olunmalı, İddiaçı 20.10.1971-25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 20.10.1971-25.10.1972-ci illərdə “XXİV Partiya Qurultayı” adına sovxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1109/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1109/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver