Məhkəmə qərarları › İş №2-1(120)-111/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-111/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-111/2023 25.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «Sərancamın qismən ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 25 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T Dİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərancamı və xx.xx.2013-cü il tarixli 51 saylı İcarə müqaviləsi ilə 15 il müddətinə Kürdəmir rayonu Dayıkazımlı kənd sakini X8 verilmiş xx.xx.2013-cü il tarixli, A № 476944 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan ölçüsündə 8 hektar örüş otlaq sahəsi üzrə etibarsız hesab olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “X8 torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 nömrəli X1 Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 nömrəli Sərancamı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ilə X11 və X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının 13 fevral 2008-ci il tarixli 21 saylı Sərəncamı ilə atası, Kürdəmir rayonu, Çöl-Qubalı kənd sakini X9 xırda buynuzlu mal-qara saxlamaq üçün Kürdəmir rayonunun inzibati ərazisindəki 40h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən 8 (səkkiz) hektar yer icarəyə verilmişdir. Bundan sonra o, atası ilə birgə icarəyə götürülən məlum torpaq sahəsində təsərrüfat fəaliyyətlərini qurmuşlar və bu torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olmuşlar. X2 xx.xx.2010-cu ildə vəfat etmişdir. Bundan sonra o, icarəyə götürülən torpaq sahəsində varis kimi təsərrüfat fəaliyyətini dayandırmamış və hal-hazıra kimi bu sahədə maldarlıq fəaliyyətlərini davam etdirirlər. Atasının vəfatından sonra 15 fevral 2008-ci ildə 15 il müddətinə icarəyə götürülən 8 (səkkiz) hektar torpaq sahəsinin “X10” dəyişdirilərək bu sahədə atası ilə birgə təsərrüfat qurmuş və varis kimi onun adına keçirilməsi və onunla bu sahəyə icarə müqaviləsi bağlanması barədə Cavabdeh Başçısına müraciətləri nəticəsiz qalmışdır. Bu barədə Cavabdeh Başçısına ünvanladığı ərizəsinə 19 iyun 2019-cu il tarixdə 2/811-2 saylı Başçının müavini A.Kərimlinin imzası ilə cavab verilmişdir. Cavab məktubunda qeyd olunur ki, atasının icarəsində olan və hazırda ailələri tərəfındən istifadə olunan 8 hektar qış otlaq sahəsi Cavabdeh Başçısının sərəncamı ilə Kürdəmir rayonunun Axtaçı kənd sakini X6 icarəsinə verilmişdir. Bu məsələyə aydınlıq gətirmək üçün 27 avqust 2019-cu il tarixdə Kürdəmir RİH Başçısının qəbulunda olmuş və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Məhkəməyə müraciət etmək üçün Cavabdeh Başçısı ilə Kürdəmir rayonu, Dayıkazımlı kənd sakini X11 arasında bağlanmış “Torpaq icarə müqaviləsi” və Cavabdeh Başçısının Sərəncamının surətlərini cavabdehdən tələb etmişdir. Lakin onlar bu sənədləri ona vermədilər və məhkəmənin sorğusuna əsasən təqdim edəcəklərini bildirdilər. Yaranmış bu halı qiymətləndirərək məhkəməyə müraciət etməyə qərar vermişdir. 24 sentyabr 2019-cu il tarixdə aidiyyəti üzrə Cavabdeh olmaqla Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi vermiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli məhkəmə baxışında məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X2na torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncamı ləğv edilməmişdir və qüvvədədir. Həmçinin məhkəməyə məlum olmuşdur ki, Kürdəmir rayonu, Dayıkazımlı kənd sakini X8 xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsi ilə onun atasına xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncam ilə ayrılmış torpaq sahələri ayrı-ayrı ünvanlarda yerləşir. Qeyd olunanları nəzərə alaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2-1(086)- 2422/2019 saylı qərardadı ilə onun Cavabdehnə qarşı “Sərəncamın etibarsız hesab olunması” tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmışdır. Şərhdən göründüyü kimi Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı sərəncamı ilə cavabdehin icarəsinə verilmiş 150 hektar qış otlaq sahəsi başqa ünvanda yerləşir və atasının icarəsinə verilmiş 8 hektar örüş sahəsi isə başqa ünvanda yerləşməklə cavabdehin icarəsində olan sahəyə heç bir aidiyyəti yoxdur. Həmçinin, atasına verilmiş 8 hektar sahə barədə Cavabdeh Başçısının məlum Sərəncamı ləğv olunmamışdır və qüvvədədir. Lakin bütün bunlara baxmayaraq cavabdeh Babək Atamalıyev 2018-ci ildə icarələrində olan torpaq sahəsindən istifadə olunmasına yerli icra orqanlarının nümayəndəsinin iştirakı ilə qadağa qoymuş, cari ildə isə həmin 8 hektar sahədə onun tərəfindən taxıl əkilmişdir. Halbuki, sözügüdən torpaq sahəsindən əkin üçün istifadə qadağandır, bu hal torpağın təyinatının özbaşına dəyişdirilməsi kimi qiymətləndirilməlidir və buna görə cavabdehin məsuliyyəti vardır. Həmçinin bildirir ki, bu məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin 14 iyul 2020-ci il larixli, № **********61 saylı mütəxəssis rəyi mövcuddur. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxlərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materialarından görünür ki, Cavabdeh Başçısının 13 fevral 2008-ci il tarixli, 21 saylı sərəncamı ilə Kürdəmir rayonu, Çöl-Qubalı kənd sakini X9 xırda buynuzlu mal-qara saxlamaq üçün Kürdəmir rayonunun inzibati ərazisindəki 40h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən 15 il müddətinə 8 (səkkiz) hektar torpaq sahəsinin ayrılması qərara alınmış, həmin sərəncama əsasən tərəflər arasında 15 fevral 2008-ci il tarixli, 05 saylı torpaq icarəsi müqaviləsi bağlanmış, qeyd olunan torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. İş materiallarında olan 16 iyun 2010-cu il tarixli, AZ-İ 405930 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Kürdəmir rayonu, Çöl-Qubalı kənd sakini X12 xx.xx.2010-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 iyun 2010-cu il tarixdə 125 № ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş və Kürdəmir rayon İHB-nin Ərəbqubalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Cavabdehnə ünvanladığı xx.xx.2019-cu il tarixli, 165 nömrəli məktubdan görünür ki, İddiaçı mərhum X2 xx.xx.2010-cu il tarixdə ölənə kimi onunla birgə təsərrüfatda yaşamış, 15 fevral 2008-ci il tarixli 5 nömrəli müqavilə əsasında X7 icarəyə götürdüyü 08 hektar torpaq sahəsinin birgə təsərrüfatçısı olmuşlar. Hal-hazırda İddiaçı varis olaraq atasına məxsus evdə yaşayır. İş materiallarından görünür ki, Cavabdeh Başçısının 18 oktyabr 2013-cü il tarixli, 191 saylı sərəncamı ilə Kürdəmir rayonu, Dayıkazımlı kənd sakini X8 mövcud qoyunlarını saxlamaq və qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Kürdəmir rayonunun inzibati ərazisindəki 39h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən 15 il müddətinə 150 (bir yüz əlli) hektar torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış, həmin sərəncama əsasən tərəflər arasında 18 oktyabr 2013-cü il tarixli, 51 saylı torpaq icarəsi müqaviləsi bağlanmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinin A № 476944 nömrəli planı və ölçüsü tərtib və təsdiq edilərək X18 kitabında xx.xx.2013-cü il tarixdə 827 nömrə ilə uçota alınmış, X6 150,0 hektar torpaq sahəsi üzərində icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh Başçısının 18 oktyabr 2013-cü il tarixli, 191 saylı sərəncamı əsasında Kürdəmir rayonu, Dayıkazımlı kənd sakini X8 icarəyə verilmiş 150 (bir yüz əlli) hektar torpaq sahəsinin qismən,yəni Cavabdeh Başçısının 13 fevral 2008-ci il tarixli, 21 saylı Sərəncamı ilə Kürdəmir rayonu, Çöl-Qubalı kənd sakini mərhum X2na ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edərək 18 oktyabr 2013-cü il tarixli, 191 saylı sərəncamın həmin hissədə ləğv olunmasını tələb edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur : - Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə X8 rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsi ilə Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə X8 rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsi, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə X8 rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsi müəyyən edilsin. - X6 faktiki istifadəsində olan 150 (bir yüz əlli) hektar torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən Babək Atamalıyevə ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşibyerləşməməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə iş üzrə xx.xx.2022-ci il tarixli, 10/5228 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci və üçüncü sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli, **********23 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh başçısının xx.xx.2008-cu il tarixli, 21 saylı Sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsinin koordinatlarını özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü sənədi” təqdim edilmədiyi üçün 8,0 hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən həmin torpaq sahəsinin Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə X8 rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsi, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. - Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********23 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə X8 ayrılan, X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********09 reyestr nömrəsi ilə icarəsinə verilmiş, hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X14 **********09 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi **********) icarəsində olan 150.0 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilmişdir. - Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********23 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının naturada göstərdiyi 9.0 ha torpaq sahəsinin Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə X8 ayrılan, X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********09 reyestr nömrəsi ilə icarəsinə verilmiş, hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X14 **********09 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi **********) icarəsində olan 150.0 ha torpaq sahəsi ilə tamamilə üst-üstə düşdüyü müəyyən edilir. - Qərardadın beşinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********23 saylı mütəxəssis rəyinə əsasən, X6 faktiki istifadəsindəki torpaq sahəsi baxış zamanı mütəxəssisə göstərilməmişdir. Bu səbəbdən X6 faktiki istifadəsində olan 150 (bir yüz əlli) hektar torpaq sahəsinin Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən Babək Atamalıyevə ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsi ilə Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə X8 (hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15 **********09 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi **********) icarəsində olan) rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsi, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə X8 (hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15 **********09 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi **********) icarəsində olan) rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsi müəyyən edilsin. - X6 (hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15 **********09 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi **********) icarəsində olan) faktiki istifadəsində olan 150 (bir yüz əlli) hektar torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 191 saylı Sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən 39 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən Babək Atamalıyevə ayrılmış 150 (bir yüz əlli) hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsi müəyyən edilsin. - X6 (hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15 **********09 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi **********) icarəsində olan) faktiki istifadəsində olan 150 (bir yüz əlli) hektar torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı Sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40 h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8 (səkkiz) hektar torpaq sahəsi ilə ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3961 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci-ikinci, ücüncü, dördüncü və besinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-1449/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8.0 hektar torpaq sahəsinin koordinatlarını özündə əks etdirən planı və ölçüsü sənədləri təqdim olunmadığı üçün torpaq sahəsinin naturada yeri və koordinatlarını, həmçinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15 **********09 reyestr nömrəli çıxarışla icarəsinə verilmiş 150 hektar torpaq sahəsi, eləcədə üçüncü şəxslərin mülkiyyətində oian torpaq sahələri üst-üstə düşüb-düşmədiyini, habelə X15 **********09 reyestr nömrəli çıxarışla icarəsinə verilmiş 150 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Əlavə olaraq bildiririk ki, mübahisəli torpaq sahəsinə baxış zamanı iddiaçı tərəfindən naturada mütəxəssisə göstərilən 8.0 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15 **********09 reyestr nömrəli çıxarışla icarəsinə verilmiş 150 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3961 nömrəli ekspert rəyinə və iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-1449/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8.0 hektar torpaq sahəsinin koordinatlarını özündə əks etdirən planı və ölçüsü sənədləri təqdim olunmadığı üçün torpaq sahəsinin naturada yeri və koordinatlarını, həmçinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə **********09 reyestr nömrəli çıxarışla X6 icarəsinə verilmiş (hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə X15 icarəsindədir) 150 hektar torpaq sahəsi, eləcədə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşüb-düşmədiyini, habelə ********** qeydiyyat nömrəsi ilə hazırda X15 icarəsinə verilmiş 150 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı sərəncamı ilə X9 rayonun inzibati ərazisində yerləşən 40h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8.0 hektar torpaq sahəsinin koordinatlarını özündə əks etdirən planı və ölçüsü və həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərinin təqdim olunması təklif edilsə də, iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Lakin iş materiallarına əsasən Cavabdeh Başçısının 18 oktyabr 2013-cü il tarixli, 191 saylı sərəncamı ilə Kürdəmir rayonu, Dayıkazımlı kənd sakini X8 mövcud qoyunlarını saxlamaq və qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Kürdəmir rayonunun inzibati ərazisindəki 39h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən 15 il müddətinə 150 (bir yüz əlli) hektar torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış, həmin sərəncama əsasən tərəflər arasında 18 oktyabr 2013-cü il tarixli, 51 saylı torpaq icarəsi müqaviləsi bağlanmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinin A № 476944 nömrəli planı və ölçüsü tərtib və təsdiq edilərək X18 kitabında xx.xx.2013-cü il tarixdə 827 nömrə ilə uçota alınmış, X6 150,0 hektar torpaq sahəsi üzərində icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş və beləliklə, X11 icarəsinə verilmiş 150,0 hektar torpaq sahəsini tam qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3961 nömrəli ekspert rəyində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1449/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində mübahisəli torpaq sahəsinə baxış zamanı iddiaçı tərəfindən naturada mütəxəssisə göstərilən 8.0 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X6 **********09 reyestr nömrəli çıxarışla icarəsinə verilmiş 150 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilsə də, məhkəmə Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 21 saylı sərəncamı ilə iddiaçının X2na rayonun inzibati ərazisində yerləşən 40h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrılmış 8.0 hektar torpaq sahəsi üzərində hüquqtəsdiqedici sənədlərinin (həmin torpaq sahəsinin koordinatlarını özündə əks etdirən, qanunvericiliyin mütləq şərt kimi tələb etdiyi plan və ölçü sənədinin və həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarışın) olmadığını, bununla da, qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin digər şəxslərin, o cümlədən Cavabdeh Başçısının 18 oktyabr 2013-cü il tarixli, 191 saylı sərəncamı əsasında X6 icarəsinə verilmiş 150 (bir yüz əlli) hektar torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etməyin mümkün olmadığını, X6 icarəsinə verilmiş 150 (bir yüz əlli) hektar torpaq sahəsi üzərində hüquqlarının bütün prosedur qaydalara riayət etməklə tam qanuni əsaslarla əldə edildiyini, ona həmin torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda bu torpağın əvvəllər yüklülüyünün olmadığının qeyd olunduğunu, həmçinin, Cavabdeh Başçısının 18 oktyabr 2013-cü il tarixli, 191 saylı sərəncamı ilə Kürdəmir rayonu, Dayıkazımlı kənd sakini X8 150,0 hektar torpaq sahəsinin Kürdəmir rayonunun inzibati ərazisindəki 39h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən, iddiaçının X2na rayonun inzibati ərazisində yerləşən 40h nömrəli “Məhərrəmli yeri” adlanan qış otlaq sahəsindən ayrıldığını nəzərə alaraq iddiaçı tərəfindən yalnız naturada mütəxəssisə göstərilən 8.0 ha torpaq sahəsinin X6 icarəsinə verilmiş 150 hektar torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən fakt kimi qəbul edilməsini mümkün hesab etmir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın qismən ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə, həmin inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsi üçün faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesb edir ki, Cavabdeh Başçısının 18 oktyabr 2013-cü il tarixli, 191 saylı sərəncamının verilməsində inzibati qanunvericiliyin tələbləri pozulmamışdır və bu sərəncamın 8,0 hektar torpaq sahəsi hissəsində ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «Sərancamın qismən ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 100 (bir yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «Sərancamın qismən ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar