Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1111/2020 20.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (təqaüdçü, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X4 publik hüquqi şəxsinin Laçın rayon filialına qarşı «ИТ-İ ******* nömrəli əmək kitabçasında və partiyanın 23162725 nömrəli qeydiyyat kitabçasında qeyd olunan 1972-ci ilin sentyabrından xx xxxxxxxx 1992-ci ilə qədər iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq xx.xx.2020-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İddiaçıya xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilərkən sentyabr 1972-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək iş illəri, həmçinin həmin illərə daxil olan 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi tam nəzərə alınmamışdır. İddiaçı həmin iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi üçün cavabdeh Dövlət X3 Laçın rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci tarixli **********8 saylı məktubunda iddiaçının ərizədə göstərdiyi illərin sığorta stajına dair sənədlərin arxivdə öz təsdiqini tapmadığını əsas gətirərək, iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1972-ci ilin sentyabrından 1974-cü ilin noyabr ayınadək Laçın rayonu «Lenin» adına kolxozda işləməsi, 1974-1976-cı ilin noyabr ayına qədər hərbi xidmətdə olması, 1976-1978-ci illərdə Laçın rayonu «Lenin» adına sovxozda, 1978-ci ilin may ayından 1979-cu ilin iyun ayına qədər Laçın rayon 58 saylı tikinti təşkilatında, 1979-cu ilin avqust ayından 1980-ci ilin fevral ayınadək «Lenin» adına sovxozda, 1980-ci ilin fevralından 1988-ci ilin fevralına qədər Laçın rayonunun Katos məktəbində, 1988-ci ilin fevralından 1992-ci ilin iyun ayına qədər «Laçın» qəzetində işləməsi ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1955-ci il 05 avqust tarixində Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1972-ci ilin sentyabr ayından əmək fəaliyyətinə başlamışdır. Həmin tarixdən fasiləsiz işləmişdir. 1974-1976-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbidən tərxis olunandan sonra fasiləsiz müxtəlif işlərdə işləmişdir. O, məcburi köçkündür. Bütün təşkilatlara məlumdur ki, qaçqın və məcburi köçkünlərin əksəriyyətinin sənədləri işğal zonasında qalıb. Amma o, işlədiyi dövrü təsdiqləyən dövlət sənədlərini gətirmişdir. Əmək fəaliyyətinə başladığı günü təsdiqləyən kommunist partiyasının qeydiyyat kitabçası və əmək kitabçası özündədir. Bu sənədlər cavabdeh tərəfindən nəzərə alınmır. Əmək və X2 Nazirliyinin Laçın rayon şöbəsindən bildirilir ki, arxiv olmadığına görə sənədləri hüquqi sənəd qismində qəbul edilmir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia ərizəsində dəqiqləşdirmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan və partiyanın 23162725 nömrəli qeydiyyat kitabçasında göstərilən 1972-ci ilin sentyabrından xx xxxxxxxx 1992-ci ilə qədər qeyd olunan iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq xx.xx.2020-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1111/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X3 Laçın rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********9 saylı münasibət məktubunda qeyd edilmişdir ki, iddiaçı Laçın şəhər sakini İddiaçı xx.xx.2020-ci il tarixdə 1992-ci ilə qədər 11 il iş stajı, 2006-cı ilə qədər 14 il iş stajı və 2006-cı ildən sonra isə 19751.88 manat pensiya kapitalı nəzərə alınaraq proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə şöbəyə müraciət edərək iş stajı barədə sənədlərini, əmək kitabçasını şöbəyə təqdim edərək 2006-cı ilə qədər 25 ildən artıq iş stajı olduğunu bildirmiş və həmin illərin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması, saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən sığortaolunanların əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda nəzərə alınır və sığortaolunana əmək pensiyası təyin edilir. Lakin İddiaçı iddiasında göstərdiyi 1974-1976cı illərdə hərbi xidmətdə olması, 1972-ci ilin sentyabrından 1974-cü ilin noyabr ayınadək Laçın rayon «Lenin» adına kolxozda, 1976-1978-ci illərdə Laçın rayonu «Lenin» adına sovxozda, 1978-ci ilin may ayından 1979-cu ilin iyuna ayına qədər Laçın rayon 58 saylı tikinti təşkilatında, 1979-cu ilin avqust ayından 1980-ci ilin fevral ayınadək «Lenin» adına sovxozda, 1980-ci ilin fevralından 1988-ci ilin fevralına qədər Laçın rayonunun Katos kəndində müəllim, 1988-ci ilin fevralından 1992-ci ilin iyun ayına qədər «Laçın» qəzetində işlədiyi illərin sığorta stajına dair sənədlər arxivdə öz təsdiqini tapmadığına görə imtina edilmişdir. İddiaçı 2006-cı ilə qədər olan dövrün sosial sığorta stajını tam təqdim etdikdən sonra onun pensiyasına yenidən baxıla bilər. Cavabdeh Dövlət X4 publik hüquqi şəxsinin Laçın rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, Sov. İKP üzvünün uçot kartının və əmək kitabçasının təsdiq olunmuş surətlərini, cavabdehin imtina məktubu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Laçın rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Laçın rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X4 Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət X4, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İddiaçıya xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ИТ-İ № ******* nömrəli əmək kitabçasında və partiyanın 23162725 nömrəli qeydiyyat kitabçasında qeyd olunan 1972-ci ilin sentyabrından xx xxxxxxxx 1992ci ilə qədər iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq xx.xx.2020-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsini xahiş edir. İddiaçının sentyabr 1972-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək iş illəri, həmçinin həmin illərə daxil olan 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət ona məxsus 23162725 nömrəli Sov. İKP üzvünün uçot kartı ilə və xx.xx.1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (maddə 69) və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamədə (maddə 3) iş stajını təsdiq edən əsas sənədin əmək kitabçası olduğu göstərilsə də, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək stajını təsdiqedici sənəd kimi arayışların, əmrlərdən çıxarışların, əmək haqqı verilməsi üçün şəxsi hesabların və əmək haqqı cədvəllərinin, vəsiqələrin, xasiyyətnamələrin, yazılı əmək müqavilələrinin, icrası barədə qeydlər edilməklə razılaşmaların, əmək xidmət siyahılarının, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarının nəzərə alınması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Odur ki, məhkəmə 23162725 nömrəli Sov. İKP üzvünün uçot kartını və xx.xx.1988ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının sentyabr 1972-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək əmək stajına dair sənədlərin dövlət arxivində aşkar olunmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanmasından imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 23162725 nömrəli Sov. İKP üzvünün uçot kartında və ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan sentyabr 1972-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək iş illəri, həmçinin həmin illərə daxil olan 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət (əmək pensiyası təyin edilərkən hesablanmış illər istisna olunmaqla) sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2020-ci il tarixdən yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X4 publik hüquqi şəxsinin Laçın rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı 23162725 nömrəli Sov. İKP üzvünün uçot kartında və ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan sentyabr 1972-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək iş illəri, həmçinin həmin illərə daxil olan 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət (əmək pensiyası təyin edilərkən hesablanmış illər istisna olunmaqla) sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2020ci il tarixdən yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X4 publik hüquqi şəxsinin Laçın rayon filialının üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov