Məhkəmə qərarları › İş №2-1(120)-1115/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1115/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1115/2024 02.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X22, İddiaçı nümayəndəsi X18, Üçüncü şəxs X6, onun nümayəndəsi və vəkili X19 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “X8 İmişli şəhəri, H.Əliyev prospekti, 168 saylı binanın 7 saylı mənzilinə order verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 110 saylı sərəncamının və xx.xx.2006-cı il tarixli, 686 saylı orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə, Şirvan şəhərində, Şirvаn İnzibаti Məhkəməsinin binаsındа açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “X8 İmişli şəhəri H. Əliyev Prospekti, 168 saylı binanın 7 saylı mənzilə order verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 19 may 2006-cı il tarixli, 110 saylı sərəncamının və İmişli rayonu, Heydər Əliyev prospekti ev 168, mənzil 7 ünvanında yerləşən yaşayış sahəsinə dair X6 adına İmişli RİH tərəfindən verilmiş 19 may 2006-cı il tarixli, 686 nömrəli Orderin etibarsız hesab edilməsi və həmin mənzilə dair DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx-2021-ci il tarixdə X8 verilmiş Seriya MA №0210398 saylı Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3711/2023 nömrəli qərardadı ilə iş üzrə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1115/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “X8 İmişli şəhəri, H.Əliyev prospekti, 168 saylı binanın 7 saylı mənzilinə order verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 110 saylı sərəncamının və xx.xx.2006-cı il tarixli, 686 saylı orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli Rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək X8 İmişli şəhəri H. Əliyev Prospekti, bina 168, mənzil 7 ünvanında yerləşən yaşayış sahəsinə order verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 19 may 2006-cı il tarixli, 110 saylı sərəncamın və İmişli rayonu, Heydər Əliyev prospekti ev 168, mənzil 7 ünvanında yerləşən yaşayış sahəsinə dair X6 adına verilmiş İmişli RİH tərəfindən verilmiş 19 may 2006-cı il tarixli, 686 nömrəli Orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə 26 aprel 2023-cü il tarixdə qəbul edilmişdir. İmişli rayon İcra Hakimiyyətinin 16 may 2023-cü il tarixli 5-53-4/2-0-4-068/2023 saylı məktubu ilə müraciətinin icrasından imtina edilmişdir. Belə ki, qeyd edilən məktubda göstərilir ki, “X2 İmişli şəhəri, H.Əliyev prospekti 168 saylı binanın 7-ci mənzilinə verilmiş 19 may 2006-cı il tarixli, 686 saylı orderin İmişli rayon İcra Hakimiyyəti tərəfindən ləğv edilməsi üçün qərar qəbul edilməsi barədə ərizənizə cavab olaraq bildiririk ki, mənzildən istifadəyə dair verilmiş orderin ləğv edilməsi yalnız məhkəmə orqanının səlahiyyətlərinə aiddir. Odur ki, məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. İddia ərizəsinə əlavə edilmiş ərizənin nəticə hissəsində həm də İmişli Rayon İcra Hakimiyyəti başçısının 19 may 2006-cı il tarixli, 110 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh ərizənin həmin hissəsinə münasibət bildirməmişdir. Ona məntiqsiz bir cavab verilmişdir. Başa düşülmür ki, həyat yoldaşı X23 verilmiş order nəyə görə məhkəmə qaydasında ləğv edilmədən eyni mənzilə başqa bir şəxsə order verilmişdir. İmişli rayon X21 İcraiyyə Komitəsi tərəfindən 27 iyul 1978-ci il tarixli, 14 saylı qərarı ilə həyat yoldaşı X23 İmişli şəhəri, H. Əliyev prospekti, (əvvəlki adı: İmişli şəhəri, Kommunist küçəsi) ev 68 ünvanında yerləşən 7 nömrəli mənzil verilmişdir. Həmin mənzil uzun müddət onların istifadəsində olmuşdur. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivindən verilmiş 07 iyul 2021-ci il tarixli, 56 saylı arayışdan da görünür ki, İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx- 1978-ci il tarixli 14 saylı qərarı ilə Kommunist küçəsi, 7 saylı evin 2 otaqlı, 36,8 kv. m mənzil sahəsi rayon X9 işçisi, 4 nəfər ailə üzvü olan X23 verilmişdir. Ərizəyə əlavə edilmiş ev kitabından görünür ki, həyat yoldaşım X30 və o, İmişli rayonu Kommunis küçəsi 7 saylı evdə daimi qeydiyyatdadır. İmişli Rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, İmişli rayonu, Kommunist küçəsi 7 saylı evdəki 2 otaqlı, 36,8 kv m mənzil sahəsi 4 nəfər ailə üzvü olan X23 verilmişdir. Həyat yoldaşı X30 həmin mənzili bacısına müvəqqəti istifadəsinə verməsinə baxmayaraq bacısının əri X1 saxtalaşdıraraq həmin mənzili mülkiyyətinə keçirmişdir. Belə ki, X8 H. Əliyev Prospekti, 168 saylı binanın 7 saylı mənzilə order verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 19 may 2006cı il tarixli 110 saylı sərəncam verilmişdir. İmişli RİH tərəfindən verilmiş 19 may 2006-cı il tarixli, 686 nömrəli orderlə İmişli şəhəri Heydər Əliyev prospekti ev 168, mənzil 7 ünvanında yerləşən yaşayış sahəsi X8 verilmişdir. O, X20 varisi kimi tanınmışdır. Həyat yoldaşı mənzili qohum kimi bacısının ərinin istifadəsinə vermişdir. Həyat yoldaşının adına verilmiş mənzildən istifadəyə dair order hal-hazırda da qüvvədədir. Mənzildən istifadə və sahiblik hüququnu təsdiq edən yeganə sənəd orderdir. Həyat yoldaşı Kamran Orucova verilmiş order ləğv edilməmişdir. Ona görə də mənzildən istifadə və sahiblik hüququ Kamran Orucovun ailəsində qalmaqdadır. İmişli rayon İcra hakimiyyəti order vermək hüququndan bir dəfə istifadə edə bilər. Həmin hüquqdan istifadə etdikdən sonra yenidən həmin hüquqdan -səlahiyyətdən istifadə edilməsi qanunsuz hərəkətdir. İmişli rayon İcra Hakimiyyəti X14 order verərkən səlahiyyətsiz olmuşdur. Bir hüquqdan bir dəfə istifadə edilə bilər. Şəxs özündə olmayan hüququ başqa şəxsə verə bilməz. Səlahiyyətsiz şəxsin bağladığı əqd etibarsızdır. X24 mənzili almamışdan əvvəl İmişli Rayon İcra Hakimiyyətində yazdığı izahatda bildirmişdir ki, mənzil həyat yoldaşının qardaşı X23 məxsusdur və mənzili qohum kimi müvəqqəti olaraq qalmaq üçün vermişdir. İmişli rayon İcra Hakimiyyəti mənzilin Orucov Kamrana məxsus olduğunu bildiyi halda mənzili X16 vermişdir. Başqa şəxslərin hüquqları ilə yüklü olan mənzilin Əliyev Həsənə verilməsi yolverilməzdir. Digər tərəfdən cavabdehin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanları uçotu qaydaları da pozulmuşdur. İmişli rayon İcra hakimiyyəti başqa şəxsin hüquqları ilə yüklü olan mənzili cavabdehə verə bilməzdi. Orderin ləğv edilməsinin forması qanunvericiliklə müəyyən edilmişdir. Order yalnız məhkəmə qaydasında ləğv edilə bilərdi. Hələ ki, həyat yoldaşına verilmiş order məhkəmə qaydasında ləğv edilməmişdir mənzilə olan hüququ itirilə bilməz. Cavab məktubunda X14 verilmiş orderin məhz məhkəmə qaydasında ləğv edilməsi bildirilir. Lakin, ondan öncə mənim həyat yoldaşına verilmiş orderin məhkəmə qaydasında ləğv edilməməsinə münasibət bildirilmir. Bundan başqa həmin mənzilə dair xx.xx-2021-ci il tarixdə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X8 Seriya MA №0210395 saylı Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışın alınması üçün əsas olan sərəncam və order etibarsız hesab edildiyi halda reyestrdən çıxarış da ləğv edilməlidir.Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X18 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, K.Orucov ailəsi ilə 1978-ci il tarixdən 1994-cü il tarixədək mübahisəli mənzildə yaşamışlar, sonra həyət evi tikərək mübahisəli mənzili K.Orucov bacısına ev boş qalmasın deyə verdi və köçdülər, mənzili dövlətə təhvil vermədi, o vaxtlar o uşaq olduğu üçün atasının müvafiq mənzil üçün kirayə haqqlarını ödəyib-ödəməməsi barədə hər hansı məlumatı yoxdur, 1999-cu il tarixdə K.Orucov vəfat etmişdir. 2021-ci il tarixdə mübahisəli o özü mənzili öz adına qeydiyyata aldırmaq istədi, orada ona məlum olmuşdur ki, bibisinin ərinin adına mənzil qeydiyyata alınmışdır, bundan sonra bibisinə heç bir söz demədi və birbaşa İmişli Rayon Məhkəməsinə müraciət etmişdir, atası rəhmətə gedən zaman evdən mübahisəli mənzilə dair order və digər sənədlər oğurlanmışdır, kim tərəfindən oğurlandığı onlara məlum deyil. Atası evi bibisigilə pulsuz vermişdi, aralarında alqı-satqı müqaviləsi bağlanmayıb. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 iddia ərizəsnə etiraz edərək bildirmişdir ki, o, mübahisəli mənzilə görə mərhum qaynı Kmaran Orucova müəyyən məbləğdə pul ödəmişdir və hətta müvafiq məbləğdə pulun bir hissəsi onun üstündə olmadığı üçün yanında olan xalası oğlu yerdə qalan məbləği ödəmişdir, o vaxtdan aralarında hər hansı mübahisə və ya narazılıq olmamışdır, gediş-gəlişləri olmuşdur, iddiaçı bildirdi ki, həmin mənzildə yaşayırlar. O vaxt qaynı ona bildirmişdir ki, mənzilin orderi yoxdur, sonradan 2006-cı il tarixdə Mənzil Təsərrüfatının müdiri ona bildirdi ki, iddiaçı mənzili adına keçirtmək istəyir, ona təklif etdi ki, öz adına keçirtsin, müdirin təklifi ilə İmişli Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və mübahisəli mənzili adına rəsmiləşdirmişdir. Sonralar qohumda ağsaqqalların iştirakı ilə yığışdılar, iddiaçıya bildirdi ki, mənzilin pulunu vaxtında verib. İndilər müvafiq hüquqmühafizə orqanlarına müraciətlər ediblər, sonda məhkəmələrə müraciət etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X31 iddia ərizəsnə etiraz edərək, bildirmişdir ki, uzun illərdir ki, mübahisəli mənziləd üçüncü şəxs Ə.Həsənov ailəsi ilə yaşayır, kommunal haqqları özü ödəmişdir, tərəflər yaxın qohum olmuşlar, iddiaçının mərhum əri K.Orucov bacısına mənzildə ailəsi ilə birgə yaşaması üçün verib, indi isə iddiaçı evi geri tələb edir. Məsələ ədalətli yanaşılmasını məhkəmədən xahiş etdilər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı X8 İmişli şəhəri, H.Əliyev prospekti, 168 saylı binanın 7 saylı mənzilinə order verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 110 saylı sərəncamının və xx.xx.2006-cı il tarixli, 686 saylı orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşdə olan İmişli Rayon Dövlət Statistika X9 İmişli Rayon Sovetinə göndərilən xx.xx.1975-ci il tarixli məktubuna əsasən, idarədə mühasib işləyən X30 iki ilə yaxın idarədə işlədiyi və onun yaşadığı ev rayonun mərkəzindən 20-25 km aralıda olduğu üçün gedib-gəlməyə çətinlik çəkir, bunun nəzərə alınaraq ona münasib yerdən ailəvi yaşaması üçün ev verilməsinə köməklik edilməsini xahiş etmişdir. İşdə olan İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışa əsasən, əvvəllər X17 məxsus Kommunist küçəsi, 7 saylı evdəki 2 otaqlı, 36.8 kv.m-lik mənzil sahəsinin rayon X9 işçisi, 4 nəfərlik ailə üzvü olan X23 verilməsi təsdiq edilmiş, Mənzil istismarı təşkilatının rəhbərinə mənzil kirayəsinin vaxtında alınmasının təmin eidlməsi tapşırılmışdır. İşdə olan X11 tərəfindən İmişli rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, 1994-cü il tarixdən İmişli şəhəri, H.Əliyev pr, ev 168, mənzil 7 ünvanında həyat yoldaşı və o övladı ilə birlikdə yaşayırlar. Yaşadıqları müddət ərzində adına order yazılmamışdır, odur ki, onların adına order yazılmasında onlara köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan İmişli rayon İcra Hakimiyyətinin 110 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə İmişli rayon İcra Hakimiyyəti Mənzil Komissiyasının xx.xx.2006-cı il tarixli protokolunu nəzərdən keçirərək, H.Əliyev prospekti 168 saylı binanın İİ blok, İ mərtəbə, yaşayış sahəsi 38 kv.m olan 3 otaqlı 7 saylı mənzili X8 mənzildən istifadəyə dair order verilməsi qərar alınmışdır. İşdə olan 686 saylı, xx.xx.2006-cı il tarixli İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş orderə əsasən, İmişli şəhəri, H.Əliyev pr, ev 168, 7 saylı mənzil X8 ailə tərkibi ilə birlikdə yaşaması üçün verilmişdir. Mənzil sahəsi uzun müddət yaşaması ilə əlaqədar olaraq verilmişdir. İşəd olan İmişli Mənzil İstehsalat Təmir İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli mənzil sahəsi haqqında arayışa əsasən, X3 şəhəri, H.Əliyev pr, ev 168, 7 saylı mənzildə 2 nəfər ailə üzvü ilə birlikdə yaşayır, daimi qeydiyyatdadırlar. Mənzil şəraiti yararlıdır, mənzil İmişli Mənzil İstehsalat Təmir İstismar Sahəsinin balansındadır. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən, İmişli şəhəri, H.Əliyev prospekti, ev 168, mənzil 7 ünvanında yerləşən mənzil X6 adına qeydə alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-412/2023 saylı qətnaməsinə əsasən, İddiaçı X8, İmişli rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə iddiaçının vəkili və nümayəndəsi M.Quliyevin apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(036)-1382/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə, mübahisəli İmişli şəhəri, H.Əliyev pr, ev 168, 7 saylı mənzilin boşaldılmasının təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-412/2023 saylı qərardadına əsasən, İddiaçı X8, İmişli rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə iddiaçının vəkili və nümayəndəsi M.Quliyevin apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1382/2022 saylı qətnaməsi iddianın təmin olunmayan İmişli şəhəri, H.Əliyev pr, ev 168, 7 saylı mənzildə yerləşən yaşayış sahəsinə dair X6 adına İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 686 saylı orderin etibarsız hesab edilməsi, həmin mənzilə dair xx.xx.2021-ci ildə Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidməti tərəfindən X6 adına verilmiş MA seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi hissələrində ləğv olunmuş, İddiaçı X8, İmişli rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli şəhəri, H.Əliyev pr, ev 168, 7 saylı mənzildə yerləşən yaşayış sahəsinə dair X6 adına İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 686 saylı orderin etibarsız hesab edilməsi, həmin mənzilə dair xx.xx.2021-ci ildə Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidməti tərəfindən X6 adına verilmiş MA seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi” tələbləri üzrə işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçıya qərardadın əsaslandıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla mübahisə predmeti üzrə müvafiq inzibati orqana, nəticəsindən asılı olaraq isə aidiyyatı inzibati məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. İşdə olan İmişli Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı məhkəmə mübahisəli məsələsi zamanı yaranmış zərurətlə əlaqədar X23 İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 14 saylı qərarında order verilməsi faktı qeyd olunub. Hazırda həmin qərarın qüvvədə olubolmaması ilə bağlı hər hansı bir məlumat yoxdur. İşdə olan İmişli Mənzil Kommunal X4 36 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İmişli şəhəri H.Əliyev prospekti 168 saylı dövlət yaşayış binası İmişli rayon Mənzil Kommunal X4 balansındadır. X6 adına xx.xx.2006-cı il tarixli ,686 nömrəli orderin və həmin orderin verilməsinə əsas olan sənədlər haqqında məlumat almaq üçün İmişli rayon İcra Hakimiyyətinə müraciət etmək xahiş olunur. İmişli şəhəri H.Əliyev prospekti 168 evin 7 saylı mənzilində uzun illərdi X12 öz ailəsi ilə birlikdə göstərilən ünvanda yaşayır və bütün kommunal xərclər X12 tərəfindən ödənilir. İşdə olan İmişli Mənzil Kommunal X4 58 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X23 İmişli şəhəri H.Əliyev prospekti (əvvəlki Kommunist küçəsi)168 evin 7 saylı mənzilin verilməsi barədə hüquqmüəyyənedici sənəd İmişli Mənzil Kommunal X5 mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İmişli şəhəri H.Əliyev prospekti (əvvəlki Kommunist küçəsi) 168 evin 7 saylı mənzil ilə İmişli şəhəri H.Əliyev prospekti (əvvəlki Kommunist küçəsi)116 evin 7 saylı mənzil ilə eyni olması barədə məlumat aşkarlanmadı. Üçüncü şəxs X12 tərəfindən 2005-2008-ci illərə dair mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərinə əsasən müəyyən edilir ki, onun tərəfindən X32 İstismar Sahəsinə komin xidmətləri və kirayə haqqları ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, "...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı mübahisəli mənzildə bügunə kimi qeydiyyatda olması barədə iddia ərizəsində göstərsə də, ona məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, U.Urquyə İmişli, Şirəliyev küçəsi ev 17 ünvanında qeydiyyatdadır. Həmçinin mərhum ərinin adına orderin mövcudluğu barədə məlumat versə də, müvafiq order aşkar edilməmişdir və iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum K.Orucova İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışla Kommunist küçəsi, 7 saylı evdəki 2 otaqlı, 36.8 kv.m-lik mənzil sahəsinin verilməsi təsdiq edilmiş, Mənzil istismarı təşkilatının rəhbərinə mənzil kirayəsinin vaxtında alınmasının təmin eidlməsi tapşırılmışdır. Bundan sonra K.Orucov 1994-cü il tarixdə bacısının ailəsinə evi təhvil verərək, mübahisəli mənzildən ailəsi ilə birlikdə köçüb getmiş, uzun müddət Bakı şəhərində yerləşən yaşayış sahəsindən istifadə etmiş, mübahisəli mənzilin kirayə haqqlarını ödəməmişdir. İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 3 otaqlı, 7 saylı mənzil dövlət fonduna daxil olduğundan və mübahisəli mənzil hüquq münasibətləri 2006-cı yarandığından həmin yaşayış sahəsinə dair mübahisə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab edilirlər, icarədar ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab ediliə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə ailə üzvlərinin razılığı ilə öz arvadını( ərini), uşaqlarını, valideynlərini, habelə başqa yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə hüququ əldə edirlər. X7 şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 saylı mənzildə həmin vaxt olan mənzil qanunvericiliyin tələbinə uyğun şəkildə köçdüyündən həmin ünvanda sahəsindən istifadə etmək hüququ əldə etmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinin 2-ci ə əsasən icarədara və onun ailə üzvlərinə müəyyən edilmiş norma ilə düşən mənzil in haqqı, eləcə də bütün ailənin bir adamlıq normanın yarısından çox olmayan artıq sahəsinin haqqı birqat ödənilir. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən mənzil haqqından əlavə, müəyyən edilən a təsdiq edilmiş tariflər üzrə kommunal xidmətlər (su təchizatı, qaz, elektrik energisi, istilik və başqa xidmətlər) üçün haqq alınır. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci abzastına əsasən icarədar və onun ailə üzvləri əti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında AR Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, AR Mənzil Məcəlləsinin 60cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, AR MM-nın 87-ci maddəsində və AR-nin digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən icarədarın müvəqqəti olaraq başqa yerə getməsi, onu yaşayış sahəsinin icarə müqaviləsi üzrə bütün vəzifələrini yerinə yetirməkdən azad etmir. X30 1994-cü ildə ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getmiş və həmin vaxtdan etibarən yaşayış sahəsinin icarə müqaviləsi üzrə vəzifələrini yerinə yetirməyərək İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 saylı mənzildə yaşayış sahəsinə istifadə hüququnu itirmişdir. Onunla bağlanmış mənzil kirayə müqaviləsinə xitam verildiyindən qeyd olunan ünvanda yerləşən mənzilin X10 verilməsi haqqında İmişli Rayon İHB-nin 19 may 2006-cı il tarixli 110 saylı sərəncamı və yaşayış onun ailə üzvləri tərəfindən tutulması haqqında İmişli rayon İH-nin 19 may 2006-cı il saylı orderi qanunsuz olmamışdır. xx.xx.2009-cu ilədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşlann həqiqi vəziyyətinə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün vətəndaşların və təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Mənzil Məcəllənin 49-cu maddəsinin 2-ci abzastına əsasən orderi etibarsız hesab etmək tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixli 2-1(120)-1115/2024 nömrəli məktubla iddiaçıya yardım edib, iddianın mümkünlük məsələsinin həll edilməsi üçün hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmasına dair sübutlarını təqdim etməsi təklif olunmuşdur. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Beləliklə işin araşdırılan hallarından göründüyü kimi, İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışla mübahisəli mənzilin verildiyi X30 xx.xx.1999-cu ildə ölmüşdür. İddiaçı mübahisəli mənzildə uzun illər yaşamadığı və həmin məzildən istifadə etmədiyi üçün müvafiq iddia predmeti üzrə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. İddiaçının 30 ildən artıq müddətdə vaxtilə istifadəsində olmuş mənzilin aqibəti ilə bağlı aparılan işlərdən məlumatsız olması həqiqətə uyğun hesab oluna bilməz. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “X8 İmişli şəhəri, H.Əliyev prospekti, 168 saylı binanın 7 saylı mənzilinə order verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 110 saylı sərəncamının və xx.xx.2006-cı il tarixli, 686 saylı orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “X8 İmişli şəhəri, H.Əliyev prospekti, 168 saylı binanın 7 saylı mənzilinə order verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 110 saylı sərəncamının və xx.xx.2006-cı il tarixli, 686 saylı orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim : Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar