Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1117/2020 20.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Kürdəmir rayon filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Kürdəmir rayon filialına qarşı «xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi dövrün əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək almış olduğu əlilliyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən bərpa edilərək, həmin tarixdən hal-hazıradək ödənilməmiş məbləğin birdəfəlik ödənilməsiöhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsv i r i h i ssə: İddiaçı xx xxxxxxxx 1973-cüildəKürdəmir rayonunda anadanolmuşdur.xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işləmişdir. Ona xx xxxxxxx 2016-cı il tarixdə X9 Komissiyası tərəfindən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya hüququnun yarandığı vaxtdan yəni xx xxxxxxx 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan yəni xx.xx.2019-cu il tarixindən təyin edilmiş pensiya dayandırılmışdır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi və dayandırılmış əmək pensiyasının bərpa edilərək verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Kürdəmir rayon filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx xxxx 2020-ci il tarixli, **********1 saylı imtina məktubu verilərək, xx.xx.1997-xx.xx.2005-ci illər üçün əmək haqqı cədvəlləri Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında aşkar edilmədiyi üçün pensiya verilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1997ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi dövrün əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək almış olduğu əlilliyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən bərpa edilərək, həmin tarixdən hal-hazıradək ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işləməsi əmək kitabçasında qeyd olunduğu üçün xx.xx.1997-xx.xx.2005-ci illər üçün əmək haqqı cədvəllərinin Kürdəmir Kommunal Müəssisələri Kombinatında saxlanılmamasından asılı olmayaraq, həmin illər nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Kürdəmir rayon filialı iddiaçının işlədiyi müəssisənin xx.xx.1997xx.xx.2005-ci illərdə əmək haqqlarının ödənilməməsi və uçotunun aparılmasına dair mühasibatlıq sənədlərinin müəssisənin arxivində saxlanılmaması, Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməməsi və saxlanıldığı ünvanın məlum olmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası verilməsi dayandırılmışdır. Eyni zamanda iddiaya yazılı münasibətini (etirazını) təqdim edərək bildirmişdir ki, “iddiaçının ümumi iş stajına daxil edilən xx.xx.1997-xx.xx.2005-ci illərdə əmək haqqlarının ödənilməsi və uçotunun aparılmasına dair mühasibatlıq sənədləri müəssisənin arxivində saxlanılmadığından, Kürdəmir rayon arxivinə təhvil verilmədiyindən və saxlanıldığı ünvanın məlum olmaması səbəbindən qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, ödəniş qəbzini, hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı X5 xx xxxx 2020-ci il tarixli, **********711700 nömrəli məktubunun, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsinin xx xxxx 2020-ci il tarixli, 89 nömrəli məktubunun, Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2020-ci il tarixli, 448 nömrəli məktubuna və əmrlərdən çıxarışlara istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, xx xxxxxxx 2016-cı il tarixdə X9 Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun əlil olduğu tarixə yaşına (43 yaşa) uyğun 9 il 4 ay sığorta stajının olması tələb olunur. İddiaçının əlil olduğu tarixə yaşına uyğun tələb olunan sığorta stajına malik olması, yənixx.xx.1997ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işləməsi NT-İ ******* nömrəli əmək kitabçası və məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən göndərilmiş əmrdən çıxarışlar ilə, xx.xx.1992-xx.xx.1996-cı illərdə hərbi xidmətdə olduğu dövr hərbi bileti ilə təsdiq olunur. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin notarial qaydada təsdiq edilmiş surətini mötəbər sübut kimi qiymətləndirir. Belə ki, iddiaçının hərbi biletdəki hərbi xidmətdə olduğu dövr (xx.xx.1992xx.xx.1996) və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti (xx.xx.1997xx.xx.2005) dövrlərinin cəmi 12 il 7 ay təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya hüququnun yarandığı vaxtdan (xx xxxxxxx 2016-cı il tarixdən) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan yəni xx.xx.2019cu il tarixindən təyin edilmiş pensiya dayandırılmışdır. Cavabdeh pensiyanın dayandırlmasının və yenidən pensiya təyin edilməsi (bərpa edilməsi) ilə bağlı iddiaçının müraciətindən imtinanın səbələrini iddiaçının işlədiyi Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.1997-xx.xx.2005-ci illərə aid əmək haqqlarının ödənilməsi və uçotunun aparılmasına dair mühasibatlıq sənədlərinin müəssisənin arxivində saxlanılmaması, Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməməsi və saxlanıldığı ünvanın məlum olmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası verilməsi dayandırılmışdır. Məhkəmə yuxarıda qeyd edilən əsaslarla əlilliyə görə əmək pensiyasnın dayandırlmasının və iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən (bərpasından) imtina etməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə işləməsi, əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr bütünlüklə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması, sosial sığorta haqlarının ödəməsi və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı X5 xx xxxx 2020-ci il tarixli, **********711700 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı X6 qeydiyyata alınmışdır və hal-hazırda vergi ödəyicisinin fəaliyyəti aktivdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsinin xx xxxx 2020-ci il tarixli, 89 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatı xx.xx.1996-cı ildən Kürdəmir rayonu üzrə statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. İş materiallarında olan Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının cavabdehə ünvanladığı xx xxxx 2020-ci il tarixli, 401 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatı 1997-2005-ci illərdə fəaliyyət göstərmiş və hal-hazırda da fəaliyyət göstərir. Müəssisənin həmin dövrdən bu günə kimi DSMF-nin Kürdəmir rayon şöbəsinə məcburi dövlət sosial sığorta ayırmaları üzrə borcu yoxdur. İş materiallarında olan Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının cavabdehə ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli, 96 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının 1997-2005-ci illər üzrə əmək haqqı hesablama qeydiyyatı kitabları kombinatda saxlanılmır və saxlanıldığı ünvan məlum deyildir. İş materiallarında olan Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının əmrlər kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının xx xxxx 2017-ci il tarixli, 53 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 11 saylı əmr ilə fəhlə işinə təyin olunmuş, xx.xx.2005-ci il tarixli, 21 saylı əmr ilə ərizəsinə əsasən işdən azad olunmuşdur. İş materiallarında olan Dövlət X7 Kürdəmir rayon şöbəsinin xx xxxx 2017-ci il tarixli qarşılıqlı yoxlama aktında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı əmr kitablarına əsasən xx.xx.1997-ci il tarixli, 11 saylı əmr fəhlə işinə təyin olunmuş, xx.xx.2005-ci il tarixli, 21 saylı əmr ilə işdən azad olunmuşdur. Vətəndaşın işlədiyi dövrə aid yəni 1997- 2005-ci illərə aid əmək haqqı cədvəlləri və mühasibatlıq sənədləri müəssisənin arxivində saxlanılmadığı üçün əmək haqqlarının qarşılıqlı şəkildə üzləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən də vətəndaşın 1997-2005-ci illərdə əmək haqqı alıbalmamasını araşdırmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Kürdəmir rayon filialının məhkəməyə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün şöbəyə ərizə ilə müraciət etmişdir. Bu zaman onun 43 yaşı olmuşdur və əlilliyə görə əmək pensiyasının təyin olunması üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən 9 il 4 ay sığorta stajı tələb olunmuşdur. Vətəndaşın təqdim etdiyi hərbi biletdəki hərbi xidmətdə olduğu dövr (xx.xx.1992-xx.xx.1996) və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti (xx.xx.1997xx.xx.2005) dövrlərinin cəmi 12 il 7 ay sığorta stajına bərabər götürülərək ona xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Bildiririk ki, təqdim olunmuş sənədlərdə nəzərə alınmayan əmək fəaliyyəti dövrü olmamışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və işdən xaric olması tam sübuta yetirilir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Bundan başqa cavabdehin imtina məktbundan müəyyən etmək olur ki, cavabdeh iddiaçının işlədiyi Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.1997xx.xx.2005-ci illərə aid əmək haqqı barədə arxiv sənədinin (əmək haqqı cədvəllərinin) aşkar edilməməsini əsas gətirərək, həmin dövrləri sosial sığorta stajı kimi qəbul etməmiş və buna görə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisə tərəfindən iddiaçıya aid sənədlərin (əmrlərin, əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi və yaxud hər hansı səbəbdən saxlanılmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 58 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatı şəxsi heyyətə dair ilkin sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar ümumiyyətlə iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdehin iddiaya verdiyi yazılı münasibətində (etirazında) göstərdiyi dəlillərlə bağlı onu qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildirlər və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və X4 Nazirliyinin X9 komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. xx xxxx 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və X4 Nazirliyinin X9 komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. xx xxxx 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, xx.xx.1997ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının da qoşulduğu, X1 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işləməyi ilə bağlı əmək stajları nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən bərpa olunması və həmin tarixdən hal-hazıradək ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatında işləməsi ilə bağlı əmək stajı sığorta stajı kimi nəzərə alınaraq, xx.xx.2019-cu il tarixədək almış olduğu əlilliyə görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən yenidən bərpa edilərək, həmin tarixdən hal-hazıradək ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Kürdəmir rayon filialına həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1117/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1117/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver