Məhkəmə qərarları › İş №2-1(120)-1117/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1117/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1117/2023 04.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 оğlunun katibliyi ilə, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1990-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 105 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı, adı və ata adına “X3”dan “X5”na, “xx.xx.1987-ci il” tarixdən “xx.xx.1981-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “12 iyul 1990-cı il tarixli, 105 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi və düzəliş edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1117/2023 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.1990-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 105 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı, adı və ata adına “X3”dan “X5”na, “xx.xx.1987-ci il” tarixdən “xx.xx.1981-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx xxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. Onun 28 dekabr 1981-ci il tarixdə anadan olmuş X5 ad-familiyalı doğma bacısı olmuşdur. X10 12 iyul 1990-cı il tarixdə suda boğulmadan həlak olmuşdur. İddiaçı isə ərə getdikdən sonra yoldaşının familiyası ilə bağlı familiyasını Abduyev götürmüşdür. Birgə nigah dövründə 29 aprel 2002-ci il tarixdə Xəyal adlı oğlu, 20 avqust 2009-cu il tarixdə Nəzrin adlı qızı dünyaya gəlmişdir. Uşaqları bu yaxınlarda məktəbə qoyanda bəlli olmuşdur ki, onun hələ 12 iyul 1990-cı il tarixdə ölməsi qeydə alınıb. Məsələ ilə maraqlananda bəlli olmuşdur ki, cavabdehdə olan qeydiyyat kitabında təvəllüdü səhvən xx xxxxxx 1987-ci il tarixi əvəzinə bacısı Rövşanənin 28 dekabr 1981-ci il təvəllüdünün tarixi yazılmış, hələ bu azmış kimi ölüm haqqında 12 iyul 1990-cı il tarixli 105 saylı aktda bacısının əvəzinə onun ölümü qeydə alınmışdır. O, Cavabdehnə müraciət edərək, 12 iyul 1990-cı il tarixli, 105 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı vəkili X6 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, xx.xx.1990-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 105 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı, adı və ata adına “X3”dan “X5”na, “xx.xx.1987-ci il” tarixdən “xx.xx.1981-ci il” tarixə düzəliş edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/76-896/15 nömrəli məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, vətəndaşın müraciəti zamanı müəyyən olunmuşdur ki, övladı X7 1990-cı ildə vəfat etmiş lakin qeydə alınan zaman xx.xx.1990-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 105 saylı ölüm haqqında akt qeydində ölən şəxsin adı “Rövaşnə” deyil “Ülviyyə” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarım”nın 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxlər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Bununla bağlı izah edirik ki, təqdim olunan sənədlərlə ölüm haqqında akt qeydlərində uyğuynsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1990-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 105 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı, adı və ata adına “X4”dan “X7”na və doğum tarixinə “xx.xx.1987”-ci ildən “xx.xx.1981”-ci ilə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. - Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-2743/69 nömrəli akt qeydindən görünür ki, X5 xx.xx.1981-ci ildə anadan olmuşdur. - Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-2741/69 nömrəli akt qeydindən görünür ki, X8 xx.xx.1987-ci ildə anadan olmuşdur. - Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-2742/69 nömrəli akt qeydindən görünür ki, X8 xx.xx.1990-cı ildə suda boğulma səbəbindən vəfat etmişdir. - AZ-İ № 504618 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Abduyev Vidadi ilə X8 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, Sonuncu Abduyeva soyadını qəbul etmişdir. - AZ-İİ № 391455 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2009-cu ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında Abduyev Vidadi, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. - AZ-İİ № 294216 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2002-ci ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında Abduyev Vidadi, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. - Cavabdeh xx.xx.1982-ci il tarixli, 05 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1981-ci ildə anadan olmuşdur. - Cavabdeh xx.xx.1987-ci il tarixli, 58 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.1987-ci ildə anadan olmuşdur. - Cavabdeh xx.xx.1990-cı il tarixli, 105 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X8 xx.xx.1990-cı ildə suda boğulma səbəbindən vəfat etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. Onun 28 dekabr 1981-ci il tarixdə anadan olmuş X5 ad-familiyalı doğma bacısı olmuşdur. X10 12 iyul 1990-cı il tarixdə suda boğulmadan həlak olmuşdur. İddiaçı isə ərə getdikdən sonra yoldaşının familiyası ilə bağlı familiyasını Abduyeva götürmüşdür. Birgə nigah dövründə 29 aprel 2002-ci il tarixdə Xəyal adlı oğlu, 20 avqust 2009-cu il tarixdə Nəzrin adlı qızı dünyaya gəlmişdir. Uşaqları məktəbə qoyanda bəlli olmuşdur ki, onun hələ 12 iyul 1990-cı il tarixdə ölməsi qeydə alınıb. Məsələ ilə maraqlananda bəlli olmuşdur ki, cavabdehdə olan qeydiyyat kitabında təvəllüdü səhvən xx xxxxxx 1987-ci il tarixi əvəzinə bacısı Rövşanənin 28 dekabr 1981-ci il təvəllüdünün tarixi yazılmış, həmçinin ölüm haqqında 12 iyul 1990-cı il tarixli 105 saylı aktda bacısının əvəzinə onun ölümü qeydə alınmışdır. O, Cavabdehnə müraciət edərək, xx.xx.1990-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 105 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı, adı və ata adına “X3”dan “X5”na, “xx.xx.1987-ci il” tarixdən “xx.xx.1981-ci il” tarixə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq ölüm haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.1990-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 105 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı, adı və ata adına “X3”dan “X5”na, “xx.xx.1987-ci il” tarixdən “xx.xx.1981-ci il” tarixə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1990-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 105 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı, adı və ata adına “X3”dan “X5”na, “xx.xx.1987-ci il” tarixdən “xx.xx.1981-ci il” tarixə düzəliş edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar