Məhkəmə qərarları › İş №2-1(120)-1119/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1119/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1119/2025 25.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3667/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin cavabdeh sırasından çıxarılması, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tanınması qərara alınmışır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1967-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuş, orta təhsilli və ailəlidir, hazırda qeydiyyatda olduğu Saatlı rayonu keçmiş Hərbi Komisarlığı tərəfindən SSRİ silahlı qüvvələri sıralarında xx.xx.1985-ci il tarixində müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini SSRİ MN-nin N nömrəli hərbi hissəsində yerinə yetirmişdir. 28 dekabr 1987-ci il SSRİ MN-nin xx.xx.1987 ci il tarixli, 261 nömrəli əmri ilə ordu sıralarından ehtiyata buraxılaraq Saatlı rayon Hərbi Komissarlığının sərəncamına göndərilmiş və hərbi qeydiyyata alınmışdır. 1992-ci il tarixində erməni hərbi birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarla əlaqədar könüllü olaraq döyüşmək üçün Hərbi Komisarlığa müraciət etmişdir. Müraciəti nəzərə alınıb onu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndəriblər. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixili, N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınmışdır. Şəxsi heyətin siyahısında baş kəşfiyyatçı vəzifəsində sıravi rütbəsində hərbi xidmət etmişdir. Xidmət etdiyi hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar da cəsur bir əsgər kimi qəhrəmancasına döyüşmüşdür. Hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatdan çıxarılmışdır. Hərbi sənədləri qeydiyyata alınmaq üçün rayon hərbi komisarlığına göndərilmişdir. N nömrəli hərbi hissədə xidmətlə bağlı Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinə müraciət etmişdir. Ona hərbi xidmətinə dair xx.xx.2022-ci il tarixli 4/2-4704 saylı arxiv arayışı göndərilmişdir. Beləliklə hərbi xidmətinə dair olan rəsmi sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi komissiyasına göndərmişdir. Həmin komissiya ona xx.xx.2022-ci il tarixində müharibə veteranı adının verilməsinə imtina cavabı vermişdir. Halbuki N nömrəli hərbi hissənin tərkibində yüzlərlə könülü əsgər və zabitlər kimi xidmət etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə qəhrəmancasına döyüşmüş, bu səbəbdən də müharibə veteranıdır. Lakin müharibə veteranı adına rəsmiləşdirib ala bilmir bu səbəbdən də cavabdeh orqana qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Qeyd edilənlərə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinə qədər MN-nin N №-li hərbi hissədə hərbi xidmət keçməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi səbəbindən ona «Müharibə veteranı adının və miivafiq vəsiqəsinin» verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi Heyət Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Saatlı rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-11285 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan dövrdə dəfələrlə xidmətə çıxmadığınız (yəni hərbi hissəni özbaşına tərk etdiyiniz) üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığınıza, habelə həmin tarixdən sonrakı hərbi xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə arxiv sənədlərində məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4704 nömrəli arayışında qeyd edilmişdir ki; N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 1 №-li əmrində (əsas: §-3, səh-3, sıra-50, əmrdə adı və atasının adı tam yazılmamışdır) könüllü olaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün hərbi komissarlıqlardan gəlmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış şəxsi heyətin siyahısında, baş kəşfiyyatçı vəzifəsində, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 9 №-li əmrində (əsas: §-1, səh-16, sıra-9, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 28 №-li əmrində (əsas: §-2, səh-28, sıra-24, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Çavuş İddiaçı davamlı olaraq xidmətə gəlmədiyinə görə, 776 №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 40 №-li əmrilə (əsas: §-1, səh-24) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. “Hərbi xidmət haqqında” Əsasnamənin 56-cı maddəsinin “E” bəndinə uyğun olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 86 №-li əmrilə (əsas: §-3, səh-18, sıra-2) manqa komandiri, çavuş İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi sənədləri qeydiyyata alınmaq üçün müvafiq rayon hərbi komissarlığına göndərilmişdir. Bildiririk ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022ci il tarixədək Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə İddiaçı barəsində müraciət daxil olmamışdır. İş materiallarında olan İddiaçı məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1985-xx.xx.1987-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2336 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli 3-25-4/2- 4998/24 nömrəli məktubunuza (Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(120)-3667/2024 №-li məktubuna əsasən) cavab olaraq bildiririk ki: N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1 №-li əmrində (əsas: §-3, səh-3, sıra-50, əmrdə adı və atasının adı tam yazılmamışdır) könüllü olaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün hərbi komissarlıqlardan gəlmiş, 2 (iki) illik müqavilə bağlamış və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış şəxsi heyətin siyahısında, baş kəşfiyyatçı vəzifəsində, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 9 №-li əmrində (əsas: §-1, səh-16, sıra-9, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 28 №-li əmrində (əsas: §-2, səh-28, sıra-24, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Çavuş İddiaçı davamlı olaraq xidmətə gəlmədiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 40 №-li əmrilə (əsas: §-1, səh-24) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. “Hərbi xidmət haqqında” Əsasnamənin 56-cı maddəsinin “E” bəndinə uyğun olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 86 №-li əmrilə (əsas: §-3, səh-18, sıra-2) manqa komandiri, çavuş İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi sənədləri qeyd:vyata alınmaq üçün müvafiq rayon hərbi komissarlığına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 3 №-li əmrilə (əsas: §-2, səh-5, sıra-25) sıravi X8 N №-li hərbi hissədə dizelçielektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 104 №-li əmrində (əsas: §-1, səh-189, sıra-38, əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi A.R.Quliyevin xətt baxıcısı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 184 №-li əmrində (əsas: §-2, səh-111, sıra-31, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) N ”A” №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «A.P.Kyliev»in xətt baxıcısı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 220 №-li əmrində (əsas: §-14, səh-220, əmrdə atasının adı tam yazılmamışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi Quliyev Əkbər R. oğlunun zenit-pulemyot manqasında atıcı-zetitçi vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 33 №-li əmrində (əsas: §-4, sıra-1, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «A.P.Kyliev»in baş operator vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 251 №-li əmrində (əsas: §-10, səh-63, sıra-2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «A.P.Kyliev»in baş operator vəzifəsinə təyin olunması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli əmrinə müvafiq olaraq, (xidmət müddəti başa çatdığına görə) mühafizə və kimyadan müdafiə tağımının hərbi qulluqçusu, sıravi X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 151 №-li əmrilə (əsas: §-9, səh-28) xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Neftçala RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il və yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində X6 döyüş əməliyyatları bölgəsində olması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 1988-1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. X1 xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2310 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli 2-1(120)- 3667/2024 №-li məktubunuza (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2024-cü il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki: N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 1 №-li əmrində (əsas: §-3, səh-3, sıra-50, əmrdə adı və atasının adı tam yazılmamışdır) könüllü olaraq həaiqi hərbi xidmətlərini davam etdirmək üçün hərbi komissarlıqlardan gəlmiş, 2 (iki) illik müqavilə bağlamış və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış şəxsi heyətin siyahısında, baş kəşfiyyatçı vəzifəsində, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 9 №-li əmrində (əsas: §-1, səh-16, sıra-9, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 28 №-li əmrində (əsas: §-2, səh-28, sıra-24, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Çavuş İddiaçı davamlı olaraq xidmətə gəlmədiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 40 №-li əmrilə (əsas: §-1, səh-24) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. “Hərbi xidmət haqqında” Əsasnamənin 56-cı maddəsinin “E” bəndinə uyğun olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 86 №-li əmrilə (əsas: §-3, səh-18, sıra-2) manqa komandiri, çavuş İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi sənədləri qeydiyyata alınmaq üçün müvafiq rayon hərbi komissarlığına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 3 №-li əmrilə (əsas: §-2, səh-5, sıra-25), N №-li hərbi hissədə dizelçi-elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 104 №-li əmrində (əsas: §-1, səh-189, sıra-38, əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi “diz elektrik” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 184 №-li əmrində (əsas: §-2, səh-111, sıra-31, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) 982”A” №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «A.P.Kyliev»in xətt baxıcısı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 220 №-li əmrində (əsas: §-14, səh-220, əmrdə atasının adı tam yazılmamışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi zenit-pulemyot manqasında atıcı-zetitçi vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 33 №-li əmrinə (əsas: §-4, sıra-1, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «A.P.Kyliev»in baş operator vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 251 №-li əmrində (əsas: §-10, səh-63, sıra-2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) N №li hərbi hissənin hərbi qulluqçusu, sıravi «A.P.Kyliev»in baş operator vəzifəsinə təyin olunması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli əmrinə müvafiq olaraq, (xidmət müddəti başa çatdığına görə) mühafizə və kimyadan müdafiə tağımının hərbi qulluqçusu, Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 151 №-li əmrilə (əsas: §-9, səh-28) xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Neftçala RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il və yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində X6 döyüş əməliyyatları bölgəsində olması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 1988-1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. X1 xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-49/2-1167/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayon Əlisoltanlı kəndində qeydiyyatda olan 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət etmiş, xidmət zamanı Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 102/2-14524 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3667/2024 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.1967-ci il tarixdə Saatlı rayon Əlisoltanlı kəndində doğulmuş və qeydiyyatda olan İddiaçı (AZE ********) N nömrəli hərbi hissədə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatlar aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7668/2024 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçı tərəfindən iddia ərizəsində müharibədə iştirak etdiyini, göstərərək məhkəmədən ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı döyüş əməliyyatları aparılan dövrdə dəfələrlə xidmət yerinə çıxmadığına (yəni hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdiyi) görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, həmçinin onun həmin tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi ^cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər“ sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)“ sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)“sözləri əlavə edilmişdir. “ “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı xx.xx.1967-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuş, orta təhsilli və ailəlidir, hazırda qeydiyyatda olduğu Saatlı rayonu keçmiş Hərbi Komisarlığı tərəfindən SSRİ silahlı qüvvələri sıralarında xx.xx.1985-ci il tarixində müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini SSRİ MN-nin N nömrəli hərbi hissəsində yerinə yetirmişdir. 28 dekabr 1987-ci il SSRİ MN-nin xx.xx.1987-ci il tarixli, 261 nömrəli əmri ilə ordu sıralarından ehtiyata buraxılaraq Saatlı rayon Hərbi Komissarlığının sərəncamına göndərilmiş və hərbi qeydiyyata alınmışdır. 1992-ci il tarixində erməni hərbi birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarla əlaqədar könüllü olaraq döyüşmək üçün Hərbi Komisarlığa müraciət etmişdir. Müraciəti nəzərə alınıb onu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndəriblər. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixili, N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınmışdır. Şəxsi heyətin siyahısında baş kəşfiyyatçı vəzifəsində sıravi rütbəsində hərbi xidmət etmişdir. Xidmət etdiyi hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar da cəsur bir əsgər kimi qəhrəmancasına döyüşmüşdür. Hərbi hissə komandirinin xx.xx.1992ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatdan çıxarılmışdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da iddiaçının döyüş əməliyyatları aparılan dövrdə dəfələrlə xidmətə çıxmadığı (yəni hərbi hissəni özbaşına tərk etdiyi) üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığına, habelə həmin tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığı qeyd olunsa da, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4704 nömrəli arayışında qeyd edilmişdir ki; N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 1 №-li əmrində (əsas: §-3, səh-3, sıra-50, əmrdə adı və atasının adı tam yazılmamışdır) könüllü olaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün hərbi komissarlıqlardan gəlmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış şəxsi heyətin siyahısında, baş kəşfiyyatçı vəzifəsində, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 9 №-li əmrində (əsas: §-1, səh-16, sıra-9, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 28 №-li əmrində (əsas: §-2, səh-28, sıra-24, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Çavuş İddiaçı davamlı olaraq xidmətə gəlmədiyinə görə, 776 №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 40 №-li əmrilə (əsas: §-1, səh-24) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. “Hərbi xidmət haqqında” Əsasnamənin 56-cı maddəsinin “E” bəndinə uyğun olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 86 №-li əmrilə (əsas: §-3, səh-18, sıra-2) manqa komandiri, çavuş İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi sənədləri qeydiyyata alınmaq üçün müvafiq rayon hərbi komissarlığına göndərilmişdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçı döyüş bölgəsində olmuş və əməliyyatlarda iştirak etmişdir. Cavabdeh tərəfəfindən istinad edilən dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının dəfələrlə döyüş yerinə çıxmaması, döyüş mövqeylərinə çıxmaqdan boyun qaçırması iş materialları ilə sübuta yetirilməmiş, iddiaçının bu hallara yol verdiyi üçün hər hansı cinayət məsuliyyətinə cəlb edilməsi, amnistiya aktı tətbiq edilməsi və ya bəraət verici hallar olmadan cinəyət məhsuliyyətindən azad edilməsi barədə ibatidai istintaq orqanın qərarının mövcud olması müəyyən edilməmişdir. Əmirlərin mövcudluğu ilə bağlı inzibati icraat zamanı cavabdeh inzibati orqan tərəfindən hansısa prosessual hərəkət hayata keçirilməmiş, iddiaçının müharibədə iştirak etdiyini təsdiq edən kifayət qədər sübut olduğu halda inzibati icraat onun ziyanına yekunlaşmışdır. Yəni cavabdeh inzibati orqan iddiaçının ümumiyyətlə döyüş bölgəsində olmamasını və ya onun qanunsuz yolla getməsini sübut edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış sənədlərdə X6 hazır ki inzibati mübahisə ilə hansı əlaqəsinin olması, iddiaçının Saatlı HKS olduğu halda cavab tərəfindən Neftçala HKS qeyd edilməsi onu göstərir ki inzibati icraat qanunvericilikdə nəzərədə tutulmuş qaydada həyata keçirilməmiş, formal əsaslarla iddiaçının izibati oraqana müraciəti ilə əlaqədar imtina edilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar