Məhkəmə qərarları › İş №2-1(120)-112/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-112/2020

23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-112/2020 23.01.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Boradigah bələdiyyəsinə qarşı bələdiyyə tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Boradigah bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyə tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.12.2019-cu il tarixli, 109 nömrəli məktubunda qeyd olunmuşdur ki, Masallı rayonu, Boradigah qəsəbə sakini mərhumə 25.02.1956-cı il təvəllüdlü İddiaçı 06.10.2019-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin 02.12.2019-cu il tarixli, 05/Q-543 nömrəli məktubunda qeyd olunmuşdur ki,İddiaçı ölümü 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 266-269-cu maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Masallı rayon Boradigah bələdiyyəsinə qarşı bələdiyyə tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar