Məhkəmə qərarları › İş №2-1(120)-112/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-112/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-112/2021 02.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, X1, iddiaçıların vəkili və nümayəndəsi X9, Üçüncü şəxs X22, onun vəkili və nümayəndəsi X10 iştirakları ilə, İddiaçılar İddiaçı, X21, X7, X15, X8, Gürsoy (Kərimova) Sərvinaz Adil qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X25rşı «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 tərəfindən Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə üçüncü şəxs X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunması və cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən - Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə üçüncü şəxs X22 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə ləğv edilməsi barədə» iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı, X32, X19, X26, X20, Gürsoy (Kərimova) Sərvinaz Adil qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X25rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 tərəfindən Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə üçüncü şəxs X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunması və cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə üçüncü şəxs X22 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə ləğv edilməsi barədə» qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə X33 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 tərəfindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə yalnız X22 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyat aparılmış, həmin fərdi yaşayış evinin yerləşdiyi 1,09909 ha torpaq sahəsi üzrə X33, X23, İddiaçı, X32, Kərimov Ceyhun (səhvən Soltan yazılıb) Hilal oğlu və X3 adına ümumi birgə mülkiyyət hüququ barədə qeydiyyat aparılmışdır. İddiaçılar “cavabdeh tərəfindən Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv edilməsi və A.Z.Kərimova verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən - həmin fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsi hissəsində ləğv edilməsi” barədə xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmişlər. Cavabdeh xx.xx.2019-cu il tarixli **********99 saylı cavab məktubu ilə qeyd olunan fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunmasını mümkünsüz hesab etmişdir. Bu “mümkünsüz hesab etmənin” hüquqi əsası kimi cavabdeh həmin məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilmələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının nəticə hissəsinə əsassız istinad edilmişdir. Cavabdeh Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(056)-442/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsinin tələblərini nəzərə almamışdır. Belə ki, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(056)-442/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X32 və X20, İddiaçı, X11 və Gürsoy (Kərimova) Sərvinaz Adil qızının cavabdeh X27 qarşı “əmlaklardan istifadə hüququnun tanınması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Gürsoy (Kərimova) Sərvinaz Adil qızı, X32, X20, İddiaçı və X3 uşaqları ilə birlikdə qeydiyyatda olduqları X22 faktiki sahibliyində olan Sabirabad rayonu Nərimankənd kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə istifadə hüququnun tanınmasını və onların həmin evə köçürülməsini, Sabirabad Rayon X14 xx.xx.1998-ci il tarixli 13/3 saylı qərarı ilə X32, İddiaçı və X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin paylarına düşən hissəsində istifadələrinə X33 tərəfindən qoyulmuş qadağanın aradan qaldırılmasını qət etmişdir. Həmçinin Sabirabad Rayon Məhkəməsinin 2(056)-442/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, X32, İddiaçı, Gürsoy (Kərimova) Sərvinaz Adil qızı, eləcə də onların ailə üzvləri X20 və X11, X22 faktiki sahibliyində olan Sabirabad rayonunun Nərimankənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evində birgə yaşayaraq təsərrüfatı birgə idarə etmişlər. Xəyalə Kərimova və Nərgiz Kərimova həmin evə köçən zaman tərəflər arasında heç bir qeyd-şərt nəzərdə tutulmamış və onların yaşayış sahəsindən A.Z.Kərimovla bərabər istifadə etmək hüquqları yaranmışdır. Sabirabad Rayon Məhkəməsinin 232/19 saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən Sabirabad Rayon Məhkəməsinin 2(056)-442/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsi xx.xx.2013-cü il tarixdə icra edilməsi üçün Sabirabad rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Sabirabad Rayon Məhkəməsinin 2(056)-442/2013 saylı icra vərəqəsi icra olunduğundan «İcra haqqında» AR Qanunun 23-cü maddəsinə əsasən məhkəməyə və məlumat üçün iddiaçılara göndərilmişdir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut olunmur. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyi xx.xx.2013-cü il tarixdə Sabirabad rayonunun Nərimankənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evi üzrə DƏDRX-nin 13 saylı X42 tərəfindən xüsusi mülkiyyət hüququ barədə qeydiyyat aparılmamış və həmin evdən iddiaçıların və üçüncü şəxs X22 bərabər istifadə etmək hüquqları olmuşdur. Odur ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********99 saylı cavab məktubunda istinad etdiyi hüquqi əsası tamamilə absurddur. Sabirabad Rayon Məhkəməsinin icraatında olmuş 2(056)-442/2013 saylı mülki iş üzrə X33 cavabdeh qismində və 2013-cü ildə səlahiyyətli dövlət orqanı olan DƏDRX-nin Sabirabad rayon şöbəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Buna baxmayaraq, DƏDRX-nin 13 saylı X42 və X33 yaşadıqları və qeydiyyatda olduqları Sabirabad rayon Nərimankənd kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olduğunu pərdələmiş və cavabdehin RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə yalnız X22 adına xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Halbuki iddiaçılar A.Z.Kərimovla birgə yaşayaraq və təsərrüfatı birgə idarə edərək əldə etdikləri vəsait hesabına qeyd edilən fərdi yaşayış evini tikmişlər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Həmin Qanunun 8.0.9.1.1-ci maddəsinin mənasına görə icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Vəkil B.F.Məmmədov xx.xx.2019-cu il tarixli 01/08 saylı vəkil sorğusu ilə cavabdehə müraciət edərək “Sabirabad rayonu Qaratəpə kəndi 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə X27 xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə əsas təşkil etmiş bütün sənədlərin və digər sənədlərin təsdiq edilmiş surətlərini” təqdim edilməsi xahiş edilmişdir. Həmin vəkil sorğusuna cavabdehin xx.xx.2019-cu il tarixli **********01 saylı cavab məktubuna qoşma olaraq mübahisəli fərdi yaşayış evinə aid sənədlərin təsdiq olunmuş surəti təqdim olunmuş, lakin həmin sənədlər arasında fərdi yaşayış evinin layihəsi və ya istismara qəbul aktı yer almır. Beləliklə, qeyd edilən fərdi yaşayış evinə onların istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmasına baxmayaraq, cavabdeh sözügedən fərdi yaşayış evi üzrə yalnız X22 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsini qanuni hesab etmiş, bununla da Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə torpaq sahəsinin mülkiyyətçiləri X33, X23 (vəfat edib), İddiaçı, X32, Kərimov Ceyhun (səhvən Soltan yazılmış) Hilal oğlu və X4r (vəfat edib). Adı çəkilən şəxslər, həmçinin X20 və X19 həmin torpaq sahəsinə birgə sahiblik ediblər və həmin torpaq sahəsindən birgə istifadə ediblər, o cümlədən qeyd edilən torpaq sahəsində təsərrüfatı birgə idarə edərək əldə etdikləri vəsait hesabına sözügedən fərdi yaşayış evini tikmişlər. Mülki Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Lakin cavabdeh sözügedən fərdi yaşayış evi üzrə X22 adına ilkin qeydiyyat apararkən iddiaçıların sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri kimi həmin torpaq sahəsinə birgə sahiblik etdikləri və ondan birgə istifadə etdiklərini nəzərə almamış və Mülki Məcəllənin 222.1-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, vətəndaşların yaşadıqları fərdi yaşayış evini özəlləşdirilməsi zamanı tələb olunan sənədlərin siyahısı qanunvericilikdə birbaşa göstərilməsə də, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların münasibətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (Qanunun analogiyası) Odur ki, fərdi yaşayış evinin özəlləşdirilməsi zamanı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələri tətbiq edilməli, o cümlədən sözügedən fərdi yaşayış evini özəlləşdirməyə razılaşdıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin fərdi yaşayış evinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizəsi tələb olunmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal - məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşın müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir; mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi; mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Beləliklə, cavabdeh tərəfindən Sabirabad rayonu Nərimankənd kəndində yerləşən qeyd edilən fərdi yaşayış evini X22 adına xüsusi mülkiyyət hüququ barədə ilkin qeydiyyat aparıldığı zaman iddiaçıların razılığı olmamışdır. Göründüyü kimi, cavabdeh qeyd edilən fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququ barədə ilkin qeydiyyat aparılmaqla, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 8-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə baxışı iclasında iddiaçı X32 və iddiaçıların vəkili və nümayəndəsi iddia ərizəsini müdafiə etdiklərini və iddianın təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs X33 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X22 vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçıların qeyd olunan evə yalnız istifadə hüquqları olmuş, onlar da qeyd olunan evdən istifadə etmədikləri üçün icra sənədi icrasız qaytarılmışdır. Sabirabad Rayon Məhkəməsi iddiaçıların yalnız həmin evə istifadə hüququnu tanımış, mülkiyyət hüququnu tanımamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X29 nümayəndəsi xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(056)-442/2013 saylı qətnaməsinin icrası ilə əlaqədar 13 saylı X42 tərəfindən Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunması mümkünsüzdür. 13 saylı X42 tərəfindən Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunmasına heç bir hüquqi əsas yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 tərəfindən iddiaçılara ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli **********99 saylı imtina məktubunda qeyd olunmuşdur ki, X5 qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv edilməsi və mülkiyyət hüququnun qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılması” ilə bağlı müraciətinizə 13 saylı X30 baxılmışdır. Müarciətinizə cavab olaraq bildiririk ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(056)-442/2013 saylı qətnaməsinin icrası ilə əlaqədar 13 saylı X42 tərəfindən Sabirabad rayon Qaratəpə kəndində yerləşən 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunması mümkünsüzdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Odur ki, 13 saylı X42 tərəfindən Sabirabad rayonu Qaratəpə kəndində yerləşən 117,4 kv.m-lik yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunmasına heç bir hüquqi əsas yoxdur. Eyni zamanda, X15 adında buraxılmış texniki səhvin aradan qaldırılmasından ötrü “Ceyhun adının səhvən Soltan kimi yazılmasına” dair Qaratəpə İƏV üzrə nümayəndəliyi tərəfindən möhür və imza ilə təsdiq olunmuş arayış, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətini təqdim edəcəyiniz təqdirdə müraciətinizin icrası istiqamətində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcəkdir. İş materialında olan Sabirabad Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(056)-442/2013 saylı qətnaməsinin surəti ilə müəyyən olunur ki, Gürsoy (Kərimova) Sərvinaz Adil qızı, X32, X20, İddiaçı və X2 uşaqları ilə birlikdə qeydiyyatda olduqları X22 faktiki sahibliyində olan Sabirabad rayonunun Nərimankənd kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə istifadə hüquqları tanınması və onların həmin evə köçürülməsi qət edilmişdir. Sabirabad rayon X14 xx.xx.1998-ci il tarixli 13/3 saylı qərarı ilə X21, İddiaçı və X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin paylarına düşən hissəsində istifadələrinə X33 tərəfindən qoyulmuş qadağanın aradan qaldırılması qət edilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 tərəfindən vəkil X16 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli **********01 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, X27 məxsus Sabirabad rayonu Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinə dair sənədlərin təsdiq olunmuş surəti sizə təqdim olunur. Məlumat üçün bildiririk ki, sorğuda adları qeyd olunan şəxslərin razılıq ərizələri barədə Ərazi İdarəsinin arxivində məlumat aşkar edilməmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Seriya RX ******* olan Çıxarışın surəti ilə müəyyən olunur ki, Sabirabad rayonu, Qaratəpə kəndində xüsusi mülkiyyətdə olan 1,09909 ha yaşayış məntəqələrinin torpağında 117,4 kv.m-lik fərdi yaşayış evi X22 adına yaşayış evi və ümumi birgə torpaq sahəsi kimi, X12, İddiaçı, X21, X17 və X6 adlarına ümumi birgə torpaq sahəsi kimi qeydə alınmışdır. İş materialında olan Sabirabad rayon İcra Hakimiyyətinin Qaratəpə İcra Nümayəndəliyinin təsərrüfat başına kitabından xx xxxxxxx 2017-ci il tarixli 744 nömrəli çıxarışda qeyd olunur ki, Sabirabad rayonu Qaratəpə İcra nümayəndəliyinin 14 nömrəli təsərrüfat başına kitabının 49-cu səhifəsində X22 adına 1970-ci ildə inşa edilmiş, 1,09909 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 117,4 kv.m, yaşayış sahəsi 68,4 kv.m olan fərdi yaşayış evi vardır. Hal-hazırda fərdi yaşayış evi istismara yararlıdır və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsində qeydiyyata alınması məqsədə müvafiqdir. İş materialında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 8726 nömrə ilə uçota alınmış A seriyalı 372281 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Sabirabad rayonu, Qaratəpə kənd sakini X27 Sabirabad rayon X14 xx xxx 1998-ci il tarixli 13-3 nömrəli qərarı ilə 10990, 9 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib olunmuşdur. İş materialında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qaratəpə kəndi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 678 nömrəli arayışında qeyd olunur ki, İddiaçı, X32, X19, X26, X20 və Gürsoy (Kərimova) X13 rayon Qaratəpə kəndində qeydiyyatdadırlar. İş materialında olan Sabirabad Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(056)-442/2013 saylı məktubu ilə müəyyən olunur ki, Gürsoy (Kərimova) Sərvinaz Adil qızının, X21, X8, İddiaçı və X3 cavabdeh X27 qarşı əmlaklardan istifadə hüququnun tanınması tələbi barədə ərizəsinə dair 2(056)-442/2013-saylı iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx xxxx 2013-cü tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X18 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayon İH-nın Qaratəpə kənd İcra Nümayəndəliyinin 14 nömrəli təsərrüfat başına kitabının 49-cu səhifəsində X22 adına 1970-ci ildə inşa edilmiş, 1,09909 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 117,4 kv.m, yaşayış sahəsi 68,4 kv.m olan fərdi yaşayış evi olmuşdur. 13 saylı X42 tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla həmin fərdi yaşayış evi X22 adına, torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi X12, İddiaçı, X21, X17 və X6 adlarına qeydə alınmışdır. Hazırda iddiaçılar sözügedən fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv edilməsini və çıxarışın qismən - Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə X22 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbinin qanuni əsası kimi «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanmışlar. Məhkəmə hesab edir ki, X33 sözügedən yaşayış sahəsini 1970-ci ildə əldə etdiyindən onun adına çıxarış verilərkən iddiaçıların hüquqları pozulmamışdır. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.5) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə hesab edir ki, X33 2006-cı il iyulun 6-dək sözügedən yaşayış evinə hüquqları müvafiq dövlət orqanının aktı əsasında əldə etdiyindən onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qanuni əsası vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin qanuni əsası olmadığından iddiaçılar İddiaçı, X21, X7, X15, X8, Gürsoy (Kərimova) Sərvinaz Adil qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X25rşı «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 tərəfindən Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə üçüncü şəxs X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunması və cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən - Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə üçüncü şəxs X22 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə ləğv edilməsi barədə» iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı, X21, X7, X15, X8, Gürsoy (Kərimova) Sərvinaz Adil qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X25rşı «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 tərəfindən Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə üçüncü şəxs X22 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv olunması və cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən - Sabirabad rayonu Qaratəpə kəndində 117,4 kv.m-lik fərdi yaşayış evi üzrə üçüncü şəxs X22 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə ləğv edilməsi barədə» iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar