Məhkəmə qərarları › İş №2-1(120)-1120/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1120/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1120/2020 07.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı (Saatlı şəhəri, A.Abuzərov küçəsi, ev 50-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X6 (Saatlı rayonu, Mollavaizli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin Saatlı rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Saatlı şəhəri, A.Abuzərov küçəsi, ev 50-də yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X11 Saatlı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020ci il tarixli, **********7 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət X11 Saatlı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyaya xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmiş, Dövlət X11 Saatlı rayon şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən kişilərin yaşa görə pensiya təyin edilməsi üçün 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatı imkan vermədikdə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Təqdim etdiyi əmək kitabçasına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 182 nömrəli arayışa əsasən Saatlı rayon Telekommunikasiya Qovşağında xx.xx.1983-cü il tarixdən işə qəbul edilməsi faktı Saatlı rayon Dövlət Arxivində saxlanılan əmr kitabları yoxlanılarkən öz təsdiqini tapmasa da işdən çıxdığı xx.xx.2001-ci il tarixli əmr kitabları Saatlı rayon Dövlət Arxivində və Saatlı rayon Telekommunikasiya Qovşağında saxlanılmadığı üçün araşdırılması mümkün olmamışdır. Əmək haqqı almağı Saatlı rayon Dövlət Arxivində saxlanılan əmək haqqı cədvəlləri üzrə araşdırılmış və adına tərtib edilmiş akt üzrə əmək haqqı alınması aşkar olunmuş, Qırağlı (Leninkənd) uşaq bağçası üzrə 1988-1999-cu illərin əmək haqqı cədvəlləri Saatlı rayon Dövlət Arxivinə saxlanılması üçün təhvil verilmədiyinə görə araşdırılması mümkün olmamışdır. Odur ki, yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X11 Saatlı rayon şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən kişilərin yaşa görə pensiya təyin olunması üçün 64 yaş 6 aya uyğun 25 il sığorta stajı tələb olunur. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı əmək kitabçasına əsasən sığorta stajı 23 il 7 ay təşkil etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 182 nömrəli arayışa əsasən İddiaçı 1 il 11 ay 22 gün hərbi xidmətdə olmuşdur. Beləliklə vətəndaşın cəmi 25 il 29 gün sığorta stajı yaranmışdır. Vətəndaşın mübahisəli sığorta stajı Saatlı rayon Telekommunikasiya Qovşağında işlədiyi 17 il 7 ay 15 gün, mübahisəsiz sığorta stajı isə 7 il 5 ay 14 gün təşkil edir. İddiaçı Saatlı rayon Telekommunikasiya Qovşağında xx.xx.1983-cü il tarixdə isə qəbul edilməsi faktı Saatlı rayon Dövlət Arxivində saxlanılan əmr kitabları üzrə yoxlanılarkən öz təsdiqini tapsa da, onun işdən çıxdığı xx.xx.2001-ci il tarixli əmr kitabları Saatlı rayon Dövlət Arxivində və Saatlı rayon Telekommunikasiya Qovşağında saxlanılmadığı üçün araşdırılması mümkün olmamışdır. İddiaçı 25 il 29 gün sığorta stajı olmasına baxmayaraq onun sosial sığorta stajı öz təsdiqini tapmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alıb vətəndaşın əmək fəaliyyətini araşdırılıb iddia tələbinin təmin olunması barədə qərar qəbul etmək məhkəmənin səlahiyyətinə vermişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X8 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı (x xxxx 2019-xx xxxx 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 07064672 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Saatlı şəhəri, A.Abuzərov küçəsi, ev 50-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2001ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 204 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə qədər keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İşdə olan Dövlət X11 Saatlı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxxxxx 2010-cu il tarixdə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatı imkan vermədikdə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 64 yaş 6 ay yaş həddinə çatmasına baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı hüququnun yarandığı xx.xx.2020-ci il tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə, təqdim etdiyi əmək kitabçasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 182 nömrəli arayışına əsasən Saatlı rayon Telekommunikasiya Qovşağında xx.xx.1983-cü il tarixdə işə qəbul edilməsi faktı Saatlı rayon Dövlət Arxivində saxlanılan əmr kitabları üzrə yoxlanılarkən öz təsdiqini tapsa da, onun işdən çıxdığı xx.xx.2001-ci il tarixli əmr kitabları Saatlı rayon Dövlət Arxivində və Saatlı rayon Telekommunikasiya Qovşağında saxlanılmadığı üçün araşdırılması mümkün olmamışdır. Odur ki, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən əmək pensiyası hüququnun yarandığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 02/236 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək X2 telefonçu vəzifəsində işləmiş və hər ay 31.00 AZN (155000.00 köhnə manat) əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 xx.xx.1996-cı il tarixli, K/Ə 01 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Rabitə Nazirliyi RRİB-nin xx.xx.1996cı il tarixli, 53 nömrəli əmrinə əsasən Rabitə qovşağının ləğv olunması ilə əlaqədar Rabitə qovşaqlarından köçürmə yolu ilə Telekommunikasiya qovşağında ştat cədvəli üzrə İddiaçı telefonçu vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 xx.xx.2001-ci il tarixli, K/Ə 66 nömrəli əmrindən görünür ki, Məmmədov X7 telefonçusu xx.xx.2001-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Saatlı rayon Statistika idarəsinin xx.xx.2020-ci il tarixli, 97 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayon Telekommunikasiya Qovşağı sonradan (X4 X3) xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 02/574 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 (Saatlı Rabtə qovşağı) işləmiş İddiaçı xx.xx.1983-xx.xx.2001-ci illər üzrə əmək fəaliyyəti araşdırıldı. Araşdırma zamanı aşkar olundu ki, İddiaçı xx.xx.1983-xx.xx.2001-ci illərdə həqiqətən X2 (Saatlı Rabtə qovşağı) telefonçu vəzifəsində işləyib. Lakin İddiaçı xx.xx.2001-ci ildə X2 (Saatlı Rabtə qovşağı) tutduğu vəzifədən azad olunması barədə əmr kitabı saxlanılmadığına görə təqdim olunan xx.xx.2001-ci il tarixli, K/Ə-66 saylı əmr əmək kitabçasına əsasən yazılmışdır. xx.xx.1983-xx.xx.2001-ci illər üzrə X2 (Saatlı Rabtə qovşağı) rəis işləmiş Həsənov Abasəli, baş mühasib Alışov İlqar və kadrlar şöbə rəisi Əliyeva Sevil hal-hazırda işləyirlər və İddiaçı işləməsini təsdiq edirlər. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir.Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Bundan başqa, məhkəmə qeyd edir ki, xx.xx.2001-ci il tarixdən Saatlı rayon Telekommunikasiya Qovşağından işdən çıxması barədə əmr kitabları Saatlı rayon Dövlət Arxivində və Saatlı rayon Telekommunikasiya Qovşağında saxlanılmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin Saatlı rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin Saatlı rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar