Məhkəmə qərarları › İş №2-1(120)-1126/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1126/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1126/2024 17.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X10, Üçüncü şəxs X19 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə X28, X14, X11 və X20 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdurlar. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, X28 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənmiş, birgə nikahlarından 19 noyabr 2012-ci il tarixdə X24 və X25 adlı iki nəfər ekiz uşaqları doğulmuşdur. Aralarında olan narazılığa əsasən İmişli rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. X28 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənərkən 29 dekabr 2007-ci il tarixli 816 nömrəli orderlə X21 məxsus İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 mənzilinə gəlin köçmüş və həmin vaxtdan da hal-hazıra kimi həmin mənzildə yaşayır. 16 fevral 2013-cü il tarixdən də həmin mənzildə pasport qeydiyyatındadır. 2023-cü ilin iyun ayında məlum oldu ki, yaşadığı həmin İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 tam mülkiyyət hüququ əsasında **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilmişdir. X11 əri X19 bacısıdır. İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 İmişli rayon XDS İcraiyyə Komitəsinin 03 noyabr 1989-cu il tarixli 95 saylı orderi ilə X3 verilmişdir. Bundan sonra həmin mənzil 29 dekabr 2007-ci il tarixli 816 saylı orderlə X21 verilmişdir. Həmin mənzil mülkiyyət hüququ əsasında **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilərkən bir ailə üzvü kimi onun məlumatı olmamış və razılığı alınmamışdır. Ona görə də **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli çıxarış qanunsuz və saxtadır. Qeyd edilənlərə əsasən İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırır ki, X8 verilmiş **********13-05101-093009 reyestr nömrəli çıxarış “Daşınmaz əmlakın dövət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-13-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydasında verilmişdir. Əiavə oiaraq biidiririk ki, sözügedən çıxarışın iəğv edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinin səlahiyyətlərinə aid deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər və həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlurrata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsivası qüvvədədir. Əqd əsasında üzgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 71.1 və 71.2-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2 və 9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “İmişli şəhəri, T.lsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X15, X11 və X20 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər X14, X11 və X12 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X22 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X28 İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 816 nömrəli orderin surətindən görünür ki, vətəndaş X21 verilmiş dörd nəfərdən ibarət ailəsi ilə birlikdə T.İsmayılov küçəsində 20 nömrəli evdə, 2 nömrəli mənzildə, 1-ci mərtəbədə 2 otaqdan ibarət 27,99 kv.metr mənzil vardır. Ailə üzvləri X15, X11 və X16r. İş materiallarında olan İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20, mənzil 2 ünvanında qeydiyyatda olan X19 xx.xx.2023-cü il tarixli, **********119 nömrəli ərizəsindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X6 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir, razıdır. İş materiallarında olan İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş, İmişli rayonu, Qaradonlu Ə/D, Şahar kəndində qeydiyyatda olan X12 xx.xx.2023-cü il tarixli, **********115 nömrəli ərizəsindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X6 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir, razıdır. İş materiallarında olan İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş, İmişli şəhəri, C.Cabbarlı küçəsi ev 19 ünvanında qeydiyyatda olan X9 xx.xx.2023-cü il tarixli, **********113 nömrəli ərizəsindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X6 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir, razıdır. İş materiallarında olan İmişli Mənzil Kommunal X2 xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışından görünür ki, X28 həqiqətən İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20, mənzil 2, otağın sayı 2, 27,99 kv.msahəsi olan 2 mərtəbəli binanın 1 mərtəbəsindəki mənzildə yaşayır. Adına 29 dekabr 2007-ci ildən 816 nömrəli order maliyyə hesabı açılmışdır. İmişli Mənzil Kommunal X2 balansındadır. Dörd nəfər ailə üzvü vardır. X28 mənzilin sahibi, X15, X11 və X20 bacılarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Tofiq İsmayılov küçəsi ev 20, mənzil 2 ünvanı X6 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İ 429796 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Cəmalə Şamur qızı ilə olan nikahları ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 13 günündə 76 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İmişli Mənzil Kommunal X2 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mənzil Kommunal X2 2 nömrəli ümumi təsərrüfatbaşı kitabının 24-cü səhifəsində X19 adı T.İsmayılov küçəsi bina 20 mənzil 2 ünvanında qeyd edilmişdir. İş materiallarında olan İmişli Mənzil Kommunal X2 xx.xx.2023-cü il tarixli, 160 nömrəli məktubundan görünür ki, X19 İmişli şəhəri, Tofiq İsmayılov küçəsi bina 20 mənzil 2,2799 kv.m sahəsi olan 2 mərtəbə binanın 1-ci mərtəbəsində yaşamasına dair 10 fevral 2023-cü il 04 nömrəli arayış 29 dekabr 2007-ci il İmişli rayon İcra Hakimiyyətinin 428 nömrəli sərəncamına əsasən verilmiş 29 dekabr 2007-ci il 816 nömrəli order əsasında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 83/2-15739 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2013cü il tarixdən İmişli şəhəri T.İsmayılov küçəsi 20 saylı evin, 02 saylı mənzilinə qeydiyyata düşmüşdür. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-3031/2022 saylı sərəncamına əsasən xx.xx.2022-ci il tarixdə İmişli şəhəri T.İsmayılov küçəsi 20 saylı evin, 02 saylı mənzildən qeydiyyatdan çıxarılmışdır. Vətəndaşın müraciəti və BPQMİ-nin xx.xx.2023-cü il tarixli 18/2-10435/2023 nömrəli məktubuna əsasən vətəndaşın həmin ünvanda qalmaqla vəsiqəsi aktiv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-1284/2023 nömrəli qərarı İddiaçı həmin ünvanda qalmasını təsdiqləyir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1.qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2.qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3.daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4.qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırki işin faktiki hallarından görünür ki, İmişli rayon İcra Hakimiyyəti başısının xx.xx.2007-ci il tarixli, 428 nömrəli sərəncamı ilə T.İsmayılov küçəsi 20 saylı binanın 1 mərtəbə, yaşayış sahəsi 27,99 kv.m olan 2 otaqlı, 2 saylı mənzilə X19 adına mənzildən istifadəyə dair order verilmiş, X19 ailə üzvləri X15, X11 və X16r. X28 ailə üzvləri X15, X11 və X4 regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş ərizələrinə əsasən İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X6 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etməyərək razılıq vermişdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışla İmişli şəhəri, Tofiq İsmayılov küçəsi ev 20, mənzil 2 ünvanı X6 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, iş materiallarında olan sorğuya cavab məktubundan da göründüyü kimi iddiaçının yaşadığı mənzilin olduğu bina İmişli Mənzil Kommunal X2 balansında olmuş, iddiaçının adına 29 dekabr 2007-ci ildən 816 nömrəli order maliyyə hesabı açılmışdır. Orderdə 4 (dörd) nəfər ailə üzvünün adı - X28 mənzilin sahibi, X15, X11 və X20 bacıları kimi qeyd edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biribirindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilə dair İmişli ayon XDS İK-in 03 noyabr 1989-cu il tarixli, daha sonra İmişli rayon İcra hakimiyyətinin 29 dekabr 2007-ci il tarixli 428 saylı sərəncamı və sərəncam əsasında verilən 29 dekabr 2007-ci il tarixli, 816 nömrəli orderləri olmuşdur ki, həmin hal-hazırda qüvvədədir. Həmin inzibati aktlarda İddiaçı adına rast gəlinməmişdir. İddia ərizəsinə baxılan zaman və iclasda tərəflərin izahatı zamanı iddiaçının əsas arqumentlərindən biri həmin ünvanda yaşadığı, qeydiyyatda olduğu, bir sıra inzibati orqanların və şəxslərin saxta sənədləri əsasında müvəqqəti qeydiyyatdan çıxarılaraq razılığı olmadan mübahisələndirdiyi çıxarışın verilməsi olmuşdur. Həmin arqument ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq inzibati orqanların və fiziki şəxslərin hərəkətlərində cinayət əməlinin olduğu hesab etdikləri təqdirdə cinayət əməllərini törətmiş şəxslər barəsində cinayət işinin açılması ilə əlaqədar müraciət etmək hüququ vardır. Bu isə qeyd olunan faktiki hallara qiymət verilməsinə fərqli icraatda, yəni cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada, fərqli orqanlar, yəni cinayət prosesini həyata keçirən orqanları səlahiyyətləndirir. Belə ki, AR CPM-nin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Həmin Məcəllənin 7.0 və 7.0.6-cı maddələrinə görə cinayət işi dedikdə törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusu başa düşülür. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat cinayət işi başlandığı andan müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən açılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür. Həmin Məcəllənin 7.0 və 7.0.5-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanlar dedikdə icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr başa düşülür. Həmin Məcəllənin 7.0, 7.0.10-cu maddələrinə əsasən birinci instansiya məhkəməsi dedikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik olan məhkəmə başa düşülür. Həmin Məcəllənin 204.1-ci maddəsinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Göründüyü kimi cinayət işinin başlandığı andan açılmış cinayət təqibi üzrə icraat səlahiyyətləri daxilində cinayət prosesini həyata keçirən orqanlar, yəni səlahiyyətli təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən aparılır. Hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə isə, cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş cinayət prosesini həyata keçirən orqan, eləcə də, hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik şəxs hesab edilmədiyindən, yalnız cinayət işinin başlanılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə baxmağa da səlahiyyətli olmamışdır. Göründüyü kimi dövlət orqanları və vətəndaş arasında yaranan xüsusi hüquq münasibətlərinə aid olmayan hər münasibətin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması kimi imperativ göstəriş yoxdur. İnzibati orqan və şəxslər arasında yaranan münasibətlər, hüquq münasibətinin xarakteri baxımından, cinayət təqibi üzrə və ya inzibati xəta haqqında icraat qaydasında da qiymətləndirilə bilər. İş materiallarına əlavə edilən sənədlərə əsasən İddiaçı ilə X6 qardaşı X28 arasında nikah xx.xx.2012-ci il tarixəd bağlanılmış və İmişli rayon Məhkəməsinin 2(036)-2351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzil isə iddiaçılara 1989-cu il və 2007-ci illərdə yuxarıda qeyd edilən inzibati aktlara əsasən X28 və digərlərinin mülkiyyətinə verilmişdir ki, həmin tarixdə iş üzrə İddiaçı ilə İ.Ağayev arasında ailə münasibətləri olmamışdır. Eləcə də, iddiaçının həmin mənzildə qeydiyyatda olması həmin mənzilin mülkiyyətçilərindən biri olması demək deyil. İddiaçı yalnız həmin mənzildən istifadə və yaşamaq hüquqlarını əldə etmiş olur. Belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar