Məhkəmə qərarları › İş №2-1(120)-1127/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1127/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1127/2021 16.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8, Cavabdeh nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli, 130 nömrəli sərəncamının X5 aid hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli, 130 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(120)-1127/2021 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli, 130 nömrəli sərəncamının X5 aid hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayon Barzavu kənd sakini X9 ilə nikaha daxil olmuşdur. X2 ailə başçısı olmaqla xırda buynuzlu qoyun quzunun saxlanılması ilə məşqul olmuşdur. Bu səbəbdən Neftçala rayonunda Nefçala Rayon İcra Hakimiyyətinin başçısı T.Qaraşovun 26 sentyabr 2008-ci tarixli 179 a saylı sərəncamına əsasən 30.12.2008-ci il tarixli torpaq icarə müqaviləsi bağlayaraq qış-otlaq ərazisində 51.30 hektar örüş torpaq sahəsini 15 il müddətinə icarəyə götürülmüşdür. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmişdir. Təsərrüfatında 414 baş qoyun və keçi vardır. X1 13.02.2019-cu il tarixdə “beyin infaktı” səbəbindən vəfat etmişdir. O vəfat edən günə kimi, təsərrüfatlarını birlikdə idarə etmişdir. Netçala Rayon İcra Hakimiyyətinin başçısına əlavə olaraq örüş sahəsinin icrayə verilməsi üçün müraciət etmişdir. İcra Hakimiyyətinin Sosial- İqtisadi inkşafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavinin imzası ilə ünvanına məktub gələrək, məktubda Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli, 130 nömrəli sərəncamı ilə mərhum X2 ilə arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi göstərilmişdir. Belə ki, sözügedən xitam müqaviləsindən heç bir məlumatları olmamışdır. Həmçinin 21 aprel 2016-cı ildə X20 aid qış-otlaq ərazilərində torpaqların məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəçiliyinin yoxlanması məqsədi ilə güya Rayon İcra Hakimiyyəti başçısı aparatının və aidiyyəti şəxslərin iştirakı ilə keçirilən monitorinq zamanı 3 saylı qış-otlaq ərazisindən həyat yoldaşınız X3 icarəsinə verilmiş 51.30 hektar örüş torpaq sahəsinin təyinatına uyğun istifadə etməyərək, həmin ərazidə normadan artıq arpa bitkisi əkdiyi müəyyən olunmuş, aşkar olunmuş qanunsuzluqlar barədə qanunamüvafiq qaydada tədbir görülməsi Rayon İcra Hakimiyyəti başçısından xahiş edilmişdir. Belə ki, sözü gedən ərazi tam olaraq təyinatı üzrə istifadə edilmiş və icra hakimiyyəti aparatı əməktaşları tərəfindən heç bir monitorinq aparılmamışdır. Əgər həmin ərazidə monitorinq aparılsaydı, aşkar olunmuş qanunsuzluqlar barədə akt tərtib edilsəydi onların iştirakı təmin edilərdi. Əlavə olaraq məktubda qeyd olunmuşdur ki, icarə müqaviləsi ilə istifadələrində olmuş uqodiyasi örüş olan qış-otlaq sahəsini 2015-ci ildə də əkinçilik məqsədilə qeyri-qanuni şumladığına, nəticədə torpağın üst münbüt qatını ciddi şəkildə korladığına, torpaq qanunvericiliyini, eləcədə icarə müqaviləsinin şərtlərini pozduğuna görə icarə müqaviləsinin ləğv edilməsi barədə qanunda nəzərdə tutulmuş tədbirlərin tətbiq ediləcəyi xəbərdarlıq olunmuşdur. Belə ki, sözügedən ərazidə tərəflərindən heç bir şumlanma işləri aparılmamış, həmçinin torpağın üst münbit qatına ciddi şəkildə ziyan vurma kimi halları baş verməmişdir. Eyni zamanda sözügedən hallarla bağlı onlara heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Həmin bağlanmış müqavilədə müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası qeyd olunsa da icarəyə verən bununla bağlı onlara heç bir təklif və xəbərdarlıq etməmişdir. Həmçinin cavabdeh tərəfindən ona ünvanlanmış məktubda qeyd etmişdir ki, həmin ərazidə norma 3% xəsislik əkin kimi istifadə etdiyini göstərmişdir. Belə ki, statiska idarəsinin məktubundan da görünür ki, onun 414 baş qoyun keçisi vardır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı nümayəndəsi X11 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında Cavabdeh nümayəndəsi X15 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Mübahisəli sərəncam 28.12.2016-cı il tarixdə qəbul olunmuşdur. İddiaçının nümayəndəsi 16 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh başçısının 28.12.2016-cı il tarixli, 130 saylı sərəncamı ona rəsmi qaydada təqdim edilməmişdir. O, əlavə torpaq sahəsinin əldə edilməsi üçün cavabdeh inzibati orqana müraciət edərkən 28.12.2016-cı il tarixli, 130 saylı sərəncamından məlumatlı olmuş və dərhal Şirvan İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) 28.12.2016-cı il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 28.12.2016-cı il tarixli, 130 saylı sərəncam qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ona aid olan hissədə ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Cavabdeh 26.09.2008-ci il tarixli, 179a saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, X6 istifadəsində olmuş 3 saylı qış-otlaq sahəsindəki 51,3 hektar örüş sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə istifadə müddəti artırılaraq 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 30.12.2008-ci il tarixli, 65 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh 26.09.2008-ci il tarixli, 179a saylı sərəncamı ilə X6 15 il müddətinə icarəyə verilmiş 51,3 hektar örüş torpaq sahəsinə dair Cavabdeh ilə X10 arasında torpaq icarə müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Cavabdeh 28.12.2016-cı il tarixli, 130 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Neftçala rayonu üzrə qış-otlaq təyinatlı X18 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələrinin (aşağıda adları qeyd olunan: X10) icarədarlarının torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan 05.03.1973-cü il tarixli, AZ №254388 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə İddiaçı 05.03.1973-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan 19.02.2019-cu il tarixli, AZ-İ № 987772 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 19.02.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 17 noyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 həyat yoldaşı İddiaçı vərəsə qismində tanınmış və bütün miras əmlakdan tam hissədə payı müəyyənləşdirilmişdir. İş materiallarında olan Cavabdeh 29.04.2020-ci il tarixli, SİİTPŞ-422 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısı cənab Mirhəsən Seyidova müraciət edərək, heyvandarlıq məqsədilə Neftçala rayonunun X20 aid 3 saylı qış-otlaq ərazisindən icarənizə 51 hektar torpaq sahəsinin ayrıldığını, əlavə olaraq 350 hektar örüş torpaq sahəsinin icarənizə ayrılmasına köməklik göstərilməsini xahiş edirsiniz. Müraciətiniz tərəfimizdən aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 21 aprel 2016-cı ildə X20 aid qış-otlaq ərazilərində torpaqların məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəçiliyinin yoxlanılması məqsədilə Rayon İcra Hakimiyyəti başçısı aparatının və aidiyəti şəxslərin iştirakı ilə keçirilən monitorinq zamanı Rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2008-ci il tarixli 179-a nömrəli Sərəncamla qoyunçuluğu inkişaf etdirmək məqsədilə rayonun 3 saylı qış-otlaq ərazisindən həyat yoldaşınız X4 icarəsinə verilmiş 51,3 hektar örüş torpaq sahəsindən təyinatına uyğun istifadə etməyərək, həmin ərazidə normadan (norma 3% xəsillik ) artıq arpa bitkisi əkdiyi müəyyən olunmuş, aşkar olunmuş qanunsuzluqlar barədə qanunaınüvafiq tədbir görülməsi Rayon İcra Hakimiyyəti başçısından xahiş edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən olunmuşdur ki, icarə müqaviləsi ilə Ş.Feyziyevin istifadəsində olmuş, uqodiyası örüş olan qış-otlaq sahəsini 2015-ci ildə də əkinçilik məqsədilə qeyri-qanuni şumladığına, nəticədə torpağın üst münbit qatını ciddi şəkildə korladığına, torpaq qanunvericiliyini, eiəcəaə icarə müqaviləsinin şərtlərini pozduğuna görə icarə müqaviləsinin ləğv edilməsi barədə qanunda nəzərdə tutulmuş tədbirlərin tətbiq ediləcəyi xəbardarlığı olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və şərtlərə əməl etmədiyinə,eləcədə edilən bütün rəsmi xəbardarlığa baxmayaraq Şirzaid Feyziyev ərazidə əkin işləri apardığı üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4,6,7 abzasına uyğun olaraq, Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2016-cı il tarixli, 130 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmişdir. Əlavə olaraq bildiririk ki, Rayon Statistika İdarəsində təsərrüfatınızda olan xırda buynuzlu davarların baş sayı barədə rəsmi məlumatın olmaması səbəbindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada Sizin icarənizə 350 hektar torpaq sahəsinin ayrılması mümkün deyildir. Məlumatı nəzərə almağınız xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi 30.07.2021-ci il tarixli, **********820200 nömrəli məktubunda qeyd edilmişdir: Cavabdeh 31.10.2019-cu il tarixli **********427800 nömrəli məktubuna əsasən X5 (VÖEN **********) Neftçala rayonu ərazisində olan dövlət ehtiyyat fondu torpaqları üzrə icarəyə verilmiş 51.3 ha torpaq sahəsi üçün 30.12.2009-cu il tarixdən 31.07.2016-cı il tarixədək illik icarə haqqı 90,0 manat olmaqla cəmi 592,77 manat torpaq icarəsi haqqı hesablanmışdır. Əlavə olaraq bildiririk ki, X9 tərəfindən 5 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə aid olan yerli xəzinədarlıq orqanlarına 90,0 manat torpaq icarəsi haqqı ödənişi edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh 17 avqust 2021-ci il tarixli, SİİTPŞ-1440 nömrəli məktubunda qeyd edilmişdir: Neftçala Rayonu İcra Hakimiyyətinə ünvanladığınız 06 iyul 2021-ci il tarixli 2-1(120)-1127/2021 nömrəli məktubunuza tərəfimizdən aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, Lerik rayonu, Barzavu kənd sakini mərhum X5 Neftçala rayonunun X22 ərazisinə aid 3 saylı qışotlaq sahəsindən icarəyə verilmiş 51,3 hektar örüş torpaq sahəsinin istifadə hüququna Neftçala Rayonu İcra Hakimiyyəti başçısının 28 dekabr 2016-cı il tarixli, 130 nömrəli Sərəncamı ilə xitam verildikdən sonra sözügedən həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə hüququ ilə istifadəyə verilməmişdir. Xahiş edirik nəzərə alasınız. İş materiallarında olan 29.03.2021-ci il tarixli, 57 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı sonuncu dəfə torpaq icarə haqqı üçün 399 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 26.09.2008-ci il tarixli, 179a saylı sərəncamı ilə X6 qoyunçuluğu inkişaf etdirmək məqsədilə 3 saylı qışotlaq sahəsindəki 51.3 hektar örüş torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh 28.12.2016-cı il tarixli, 130 saylı sərəncamı ilə bir sıra icarədarın torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Həmin şəxslərdən biri də X7r. X9 19.02.2019-cu il tarixdə vəfat etmişdir. X3 həyat yoldaşı İddiaçı vərəsə qismində tanınmış və bütün miras əmlakdan tam hissədə payı müəyyənləşdirilmişdir. Hazırda iddiaçı Cavabdeh 28.12.2016-cı il tarixli, 130 saylı sərəncamının X6 aid hissədə ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi Cavabdeh 28.12.2016-cı il tarixli, 130 saylı sərəncamı ilə X4 torpaqdan istifadə hüquqa xitam verilmişdir. İş materiallarından olan sənədlərdən müəyyən olunur ki, buna səbəb iddiaçının ərinin həmin torpaq sahəsini təyinatı üzrə istifadə etməməsi, başqa sözlə, icarə müqaviləsinin şərtlərinə əməl etməməsidir. Məhkəmənin qənaətinə görə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edibetməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edib-etməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə qeyd etməlidir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də ”Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış 30.12.2008-ci il tarixli, 65 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə görə tərəflər müqavilə qaydalarını pozduqda “...müvafiq orqanlara və ya məhkəmə qaydasında iddia qaldırılır...” Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Digər tərəfdən, qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncam cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləlilkə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli, 130 nömrəli sərəncamı X5 aid hissədə ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli, 130 nömrəli sərəncamı X5 aid hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar