Məhkəmə qərarları › İş №2-1(120)-1127/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1127/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1127/2022 09.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 09 dekabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1992-2011-ci illərdə Salyan Təmir-Tikinti İdarəsində işlədiyi illərin staj kimi müəyyən edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur. 1992-2011-ci illərdə Salyan rayon Təmir-Tikınti idarəsındə qaynaqçı vəzifəsində işləmişdir. Həmin idarədə 1992-2011-ci illərdə işləməyi əmək kitabçasında öz əksini tapmışdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Döviət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun müraciətindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası ilə onun konstitusion hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş 28.01,2022-ci il tarixli, **********1 nömrəli cavab məktubunda iddiaçının güzəştli iş stajı tələb olunan müddətdən az olduğundan və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial Əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrvə sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Hazırki işdə Mərkəzi Filiala təqdim olunan 11 may 1981-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının Salyan Rayon Təmir-İstismar sahəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin, Mərkəzi Filiala təqdim olunan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan rayon filialının xx.xx.2021-ci il tarixli, 563 nömrəli arxiv arayışında Salyan Rayon Təmir-Tikinti İdarəsinin heç bir işinin dövlət arxivinə təhvil verilmədiyi və iş stajının təsdiq edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Buna görə də yuxarıda qeyd olunan dövrləri əmək stajına daxil etmək mümkün deyildir. İş materiallarından göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (14 il 8 ay 11 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 11 ay 8 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1992- xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə bu günə 43200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırda cəmi 11498,07 manat təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ–İ № ******* nömrəli, 11 may 1981-ci il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı HЗ № ******* saylı hərbi biletə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinə qədər Sovet Ordusunda xidmət, xx.xx.1981-ci il tarixli, 8885 saylı Attestata əsasən 14 saylı DTPM-də xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinə qədər təhsil, xx.xx.1981-ci il tarixli, 58 saylı əmrlə 1-ci dərəcə ilə gövdə-qaynaq sexinə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 02.101981-ci il tarixli, 168 saylı əmrlə orada ikinci dərəcə təyin edilmiş, xx.xx.1982-ci il tarixli, 80 saylı əmrlə Azərbaycan SSR ƏhQM-nin 37ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1982-ci il tarixli, 82 saylı təqdimatla “22-ci Partiya Qurultayı adına Gəmi Təmirçisi” zavodunun alət sexinə ikinci dərəcə ilə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1982-ci il tarxili, 325 nömrəli əmrlə ikinci dərəcə ilə quru üsullu abraziv halqalar ilə metal məhsullarının kəsicisi vəzifəsinə köçürülmüş, xx.xx.1983-cü il tarixli, 87 saylı əmrlə Azərbaycan SSR ƏhQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 2298 saylı əmrlə 4-cü dərəcə ilə təmir-mexaniki sexinə əl qaynağı elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 1416 saylı əmrlə RSFSR ƏhQN-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 173 л/с saylı əmrlə Əli- Bayramlı təmir-mexaniki zavodu Eksperimental sexinə 4 (dördüncü) dərəcə ilə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 154 saylı əmrlə Alət sexinə 4-cü dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə köçürülmüş, xx.xx.1989-cu il tarixli, 40 saylı əmrlə AXO-ya gözətçi köçürülmüş, xx.xx.1989-cu il tarixli, 104 saylı əmrlə mühafizəyə mühafizəçi keçirilmiş, xx.xx.1991-ci il tarixli, 40 saylı əmrlə BMŞ-nə 4-cü dərəcə ilə kompressorçu vəzifəsinə köçürülmüş, xx.xx.1992-ci il tarixli, 13 saylı əmrlə BMŞ-nə 4-cü dərəcə ilə elektrik qaynaqçısı köçürülmüş, xx.xx.1992-ci il tarixli, 39 saylı əmrlə Azərbaycan SSR ƏhQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1992-ci il tarixli, 34-k saylı əmrlə Təmir-İstismar Sahəsinə 4-cü dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixli, 2118 saylı əmrlə öz ərizəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2019-cu il tarixli, 78 saylı əmrlə X1 V dərəcəli nəzarətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Salyan filialının İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 563 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Salyan rayonu Təmir-Tikinti İdarəsinin heç bir işi filiala təhvil verilməyib. Odur ki, Sizin 1992-2021-ci illərdə Təmir-Tikinti İdarəsində iş fəaliyyətinizi təsdiq etmək mümkün olmadı. İş materiallarında olan xx.xx.1981-ci il tarixli, 8885 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan SSR Bakı texniki peşə təhsili idarəsinin 14 nömrəli texniki məktəbinə daxil olmuş, 13 .04.1981-ci ildə “Əl ilə elektrik qaynaqçı” peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan НЗ-3942451 saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********96 saylı məktubundan görünür ki, Salyan rayon “Təmir-Tikinti İdarəsi” barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********409700 saylı məktubundan görünür ki, dövlət reyestrində Salyan rayon “Təmir-Tikinti İdarəsi” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz 11 may 1981-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1992-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Salyan Rayon Təmir- İstismar sahəsində elektrik qaynaqçısı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Eyni zamanda Mərkəzi Filiala təqdim etdiyiniz Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan rayon filialının xx.xx.2021-ci il tarixli, 563 nömrəli arxiv arayışında Salyan Rayon Təmir-Tikinti İdarəsinin heç bir işinin dövlət arxivinə təhvil verilmədiyi və iş stajınızın təsdiq edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Buna görə də yuxarıda qeyd olunan dövrləri sizin əmək stajınıza daxil etmək mümkün deyildir. Bu səbəbdən də sizin ümumi iş stajınız 25 ildən az (14 il 8 ay 11 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (7 il 11 ay 8 gün (xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1989-cu il, xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə bugünə 43200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırda cəmi 11498,07 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən 2003-cü ilədək Salyan rayon Su Kəmərləri İdarəsində nəzarətçi, opreator vəzifələrində işləmişdir. İşlədiyi idarə 2003-cü ildə ləğv olunduğu üçün işdən azad edilmişdir. O, həmin idarədə işədiyi müddətdə İddiaçı da Salyan rayon “Təmir-Tikinti İdarəsi”ndə qaynaqçı vəzifəsində işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 1994-1996-cı illərdə Salyan rayon Su Kəmərləri İdarəsində operator vəzifəsində işləmişdir. O, həmin idarədə işədiyi müddətdə İddiaçı da Salyan rayon “Təmir-Tikinti İdarəsi”ndə qaynaqçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, qadınlar 55 yasına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin islərdə çalısmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləqindən az olmayan pensiva təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş üç sərt ödənilməlidir: -müəyyən olunmuş 60 yaş həddinə çatması; -ümumi iş stajının 25 il olması; -güzəştli iş stajının 12 il 6 ay olması. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının həm imtina məktubundan, həm də iddiaya qarşı etirazından göründüyü kimi, cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan üç şərtini, yəni ümumi və güzəştli iş stajını və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddini mübahisələndirir. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 15 yanvar 2021-ci il tarixdə 60 yaşı tamam olsa da, ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Belə ki, iddiaçı iddia edir ki, 1992-2011-ci illərdə Salyan rayon Təmir-Tikınti idarəsındə qaynaqçı vəzifəsində işləmişdir. Həmin idarədə 1992-2011-ci illərdə işləməyi əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh inzibati orqan isə iddiaçının bu dəlilini əsassız hesab edərək bildirir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 may 1981-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Salyan Rayon Təmir-İstismar sahəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Eyni zamanda Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan rayon filialının xx.xx.2021-ci il tarixli, 563 nömrəli arxiv arayışında Salyan Rayon Təmir- Tikinti İdarəsinin heç bir işinin dövlət arxivinə təhvil verilmədiyi üçün iş stajının təsdiq edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Buna görə də yuxarıda qeyd olunan dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (14 il 8 ay 11 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 11 ay 8 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə iddiaçının 1992-2011-ci illərdə Salyan Rayon Təmir-İstismar sahəsində işləməsini təsdiqi kimi məhkəməyə təqdim etdiyi əmək kitabçasını sonuncunun həmin müəssisədə işləməsini təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, iddiaçı məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq Salyan Rayon Təmir-Tikinti İdarəsinin 2003-cü ilə kimi fəaliyyət göstərdiyini, sonradan isə idarə rəhbərinin göstərişləri ilə qəbul edilən sifarişləri yerinə yetirdiyini və bu qaydada 2011-ci ilədək işlədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, Salyan Rayon Təmir-Tikinti İdarəsinin heç bir işi dövlət arxivinə təhvil verilməmiş, eləcə də Salyan rayon “Təmir-Tikinti İdarəsi” barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Həmçinin dövlət reyestrində Salyan rayon “Təmir-Tikinti İdarəsi” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Müəssisənin hazırda fəaliyyəti olmadığından yerləşdiyi ünvan da bəlli deyildir. Bu səbəbdən də iddiaçının həmin müəssisədə işləməsini təsdiq etmək mümkün olmadığından və məhkəmə tərəfindən 11 may 1981-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçası şərh olunan əsaslara görə sübut kimi qəbul edilmədiyindən məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilmiş iddiaçının 1992-2011-ci illərdə Salyan Rayon Təmir-İstismar sahəsində işləməsi iddaçıya sığorta stajı kimi qəbul edilə bilməz. İddiaçının həmin idarədə işləməsi ilə bağlı şahid ifadələrinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin şahidlər iddiaçının həmin idarədə işləməsi ilə bağlı ümumi ifadə vermişlər və məhkəmənin qənaətinə görə, bu ifadələr iddiaçının tələbinin əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ona gözəştli şərtlə pensiya təyin edilməsi üçün qanunla tələb olunan 25 il ümumi sosial sığorta stajına malik olmadığından iddia rədd edilməlidir. Cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinasının bu əsası qanuni olduğundan və bu hal iddia tələbinə hüquqi qiymət verilməsi üçün yetərli olduğundan məhkəmə tərəfindən cavabdehin digər imtina dəlillərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi zəruri hesab edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar