Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1129/2020 13.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa оğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı və Cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 x5 İdarəsinin nümayəndəsi x3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 Xüsusi x2rşı «əmək pensiyasının yenidən hesablanması və ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 Xüsusi x2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54-İİİ Q nömrəli, «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin, Azərbaycan Respublikasının «Əmək pensiyalarında dəyişiklik edilməsi barədə» 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunun 1.71 maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli (2017-ci ilin iyul ayının 01-dək təyin edilmiş əmək pensiyalarının qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası) fərmanının 2.5 bəndinin tələblərinə uyğun olaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq təminat xərcliyinin məbləğinin müəyyənləşdirilməsini və eləcə də ona dəymiş 46434 AZN məbləğində ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Əmək və x4 Nazirliyi yanında Əmək və x4 Fondu x5 İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi məhkəmə aidiyyatı haqqında vəsatət təqdim edib, iş üzrə cavabdehin Dövlət x6 Xüsusi x1 nəzərə alaraq, həmin işə dair sənədlərin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü və 8.1.4-cü maddələrinin tələblərinə əsasən aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iddiaçı işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 direktorunun 30 aprel 2019-cu il tarixli **********7 saylı əmrinə əsasən 2019-cu il 01 may tarixindən etibarən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən (güzəştli şərtlərlə və dövlət qulluqçuları) pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatı Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 x5 İdarəsi tərəfindən həyata keçirilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 x5 İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 43-də yerləşdiyindən iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 Xüsusi x2rşı «əmək pensiyasının yenidən hesablanması və ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiasına baxılması ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 Xüsusi x2rşı «əmək pensiyasının yenidən hesablanması və ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1129/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1129/2020
13.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver