Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1129/2022 28.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsi” tələbi üzrə inzibati işə 28 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq birdəfəlik ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ona “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış və xx.xx.1993-cü ildən 2-ci qrup müddətsiz müharibə əlilidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 1993-cü ilin mart ayından 2021-ci ili may ayınadək əmək pensiyası almışdır. xx.xx.2021 -ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2021-ci ilin may ayından etibarən 2ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən ona xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək olan müddət üçün pensiyanın yenidən hesablanması barədə müraciət etmişdir. Lakin cavabdeh ona xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan 3 il müddət üçün ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsə də, cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, cavabdehin ona yazdığı cavab məktubları əsasız və qanunsuzdur. Belə ki, ona xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanuna müvafiqdir. Qeyd edir ki, Ali Məhkəmənin 2-1(102)-1539/2021 nömrəli, xx.xx.2021-ci il tarixli analoji qərarına əsasən iddia tələbi haqlıdır və təmin edilməsi qanuna müvafiqdir. Həmçinin, qeyd edir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 184-İİİOD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən və həmin qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 saylı Fərmanı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksyaları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci ıl 31 avqust tarixli 781 saylı Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Haqqında Əsasnamənin” 8.5-ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçrilməsi, 8.6.1 -ci maddəsində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq “Əmək pensiyaları xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi” fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9-cu maddəsində “məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyalarının təyin edilməsinin maliyyələşdirilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək” fondun əsas funksiyalarından biri kimi göstərilmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 37.7-ci maddəsində keçmiş müddət üçün alınmış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi” göstərilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli 54-111Q nömrəli Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinə əsasən İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin-100 faizi, İİ qrup müharibə əlillərinə-80 faizi, İİİ qrup müharibə əlillərinə 55 faizinin 2006-cı ilin yanvar ayından 2018-ci ilin may ayına qədər fərq məbləğinin tam şəkildə ona qanunla ödənilməsi mümkündür və tam şəkildə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, icraatda olan 2- 1(120)-1129/2022 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, ona ödənilməli olan xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 03 may 2021-ci il tarixli MN- 14728 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi - 472,80 manat məbləğində əmək pensiyası təyin edildiyi, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablandığı barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları ona almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırması öhdəliyi məhkəməni üzərinə qoyulmuşdur. Belə ki, İddiaçı xx.xx.1993-cü il tarixdən İİ qrup əlillik təyin edilmiş, o, həmin tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş, həmin tarixdən əvvəl hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etməmiş, müraciət etməməsinin səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi qanuna müvafiq hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli zona Tibbi Sosial Ekspert Komissiyasının AR seriyalı 994663 nömrəli arayışından görünür ki, İddiaçı «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» səbəbilə ömürlük ikinci qrup əlillik təyin edilmişdir. Əsas: 4670 saylı, xx.xx.1998-ci il tarixli müayinə aktı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 131 nömrəli məktubundan görünür ki, İddiaçı hərbi xidmət dövründə aldığı travma və yaralanma ilə əlaqədar xx.xx.1993-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, Müdafiə nazirinin 1987-ci il tarixli 260 saylı əmrinə əsasən “Xəstəliklər cədvəli”nin 39 “b” maddəsinin 1-ci qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, sıradankənar hərbi xidmətə yararlı” sayılmış, travmanın və yaralanmanın hərbi xidmətlə səbəb-əlaqəsi “Travmadır, Yaralanmışdır, «Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilmiş və bu rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin a) yarımbəndinə əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyinə uyğundur. İş materiallarında olan Müdafiə Nazirliyinin cavabdeh təşkilata ünvanladığı xx.xx.2021-ci il tarixli, 959 nömrəli məktubdan, iddiaçının cavabdeh təşkilata ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən və "Əmək pensiyasının təyin edilməsi haqqında” qərardan görünür ki, Müdafiə Nazirliyinin təqdim etdiyi sənədlərə və iddiaçının müraciətinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X2 ilə İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi zamanı səbəbilə İİ dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək olan müddət üçün pensiyanın yenidən hesablanması barədə müraciət etmiş, lakin cavabdeh ona xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan 3 il müddət üçün ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün ödəniş etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.1993-cü il tarixdən müddətsiz ikinci qrup əlillik təyin edilmiş, bununla əlaqədar təyin olunmuş pensiyanı 2021-ci ilin may ayına kimi almış, xx.xx.2018-ci il tarixdən iddiaçıya “Azərbaycan Respublikasının müdafiəsi zamanı” səbəbilə İİ dərəcə əlillik təyin edilmiş, bununla əlaqədar olaraq iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən 2021-ci ilin may ayından təminat xərcliyinin (591,00 manat) 80 faizi- 472,80 manat məbləğində əlilliyə görə əmək pensiyası müəyyən edilməklə ödənilməyə başlanılmış, iddiaçının müraciəti əsasında ona ümumi əsasla əlilliyə görə aldığı pensiya ilə hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərq (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) cavabdeh tərəfindən hesablanaraq ödənilmiş, qalan xx.xx.2006cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün ödəniş edilməkdən imtina olunmuşdur. İddiaçı hazırda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməyən pensiya fərqinin ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Qanununun 20.1.12-ci maddəsinə əsasən bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qanununun 20.16.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin— 100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər-80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-55 faizi müəyyən edilir. Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüqunun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin, yəni xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi”ni tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əsaslarla 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əsaslarla 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1129/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1129/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver