Məhkəmə qərarları › İş №2-1(120)-113/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-113/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-113/2023 11.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 dekabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonunun Gövhərli kəndində yerləşən 0.120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141.8 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsinə dair X2 verilmiş **********91-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək işə “X1 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərardadları ilə X5, X9, Cəfərova (Mirzəzadə) Surət Fərahim qızı, X13, X10 və X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonunun Gövhərli kəndində yerləşən 0.120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141.8 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə X1 miilkiyyətindədir və bununla bağlı mülkiyyətçiyə **********91-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Onun ailə üzvləri həmin mənzildən 20 ildən çoxdur ki, istifadə edir, qeydiyyatda olmaqla yaşayırlar. O, özü isə 40 ildən çoxdur ki, bu ünvanda yaşayır. Çox təəssüflər olsun ki, onların razılığı və xəbərləri olmadan həmin ünvana yuxarıda qeyd edilən çıxarış verilmiş və nəticədə onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Hazırda İmişli rayonunun Gövhərli kəndində yerləşən 0.120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141.8 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsinə dair X2 verilmiş **********91-10301 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli çıxarışın qanunsuz olduğunu nəzərə alaraq ləğv edilməsini cavabdeh qurumdan xahiş etsə də ərizəsi təmin edilməmişdir. Hesab edir ki, ərzəsinə cavabdeh qurum tərəfındən baxılmaması və ya əsassız olaraq imtinası qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X5 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tamamilə əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Belə ki, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2019-cü il tarixli, 2(036)- 1916/2019 saylı qətnaməsi ilə onun cavabdehlər İddiaçı və X3 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmın 13 fevral 2020-ci il tarixli, 2(106)-433/2020 nömrəli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(036)-1916/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(102)-3688/20 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(106)-433/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmələr MM-nin 228.2 maddəsinə və “Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenimunun 26 sentyabr 2007-ci il tarixli qərarına” istinad edərək onun iddiasını təmin etmişlər. Bildirir ki, o ƏMDK yanında DƏRDX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən aldığı xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışa əsasən İmişli rayonu Gövhərli kəndində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ qazanmış və həmin ünvanda yerləşən daşmmaz əmlaka tək özü hüquq sahibidir. Ona eyni zamanda 11 avqust 2020-ci il tarixli yüxarıda göstərilən ünvanda yerləşən daşınmaz əmlaka texniki pasport verilmişdir. O, sonradan 11 mart 2021ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İmişli rayonu Gövhərli kəndində yerləşən fərdi yaşayış evini qızı X7 bağışlamış və qızı X7 həmin daşmmaz əmlaka ƏMDK yanında DƏRDX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Bildirir ki, İddiaçı cavabdeh DƏRDX-nın 6 saylı ərazi idarəsinə qarşı “çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası onun və sonrakı mülkiyyətçinin əmlak üzərində mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlətin ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cü maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafıq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və digər əmlak hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra tam həcmdə yaranır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X4rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Göründüyü kimi, İddiaçı iddiası qanunsuzdur. Onun sözügedən evə heç bir mülkiyyət hüququ yoxdur. Onun iddiası onun, həmçinin digər mülkiyyətçi X6 mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X18 gəlmiş, üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından, o cümlədən işdə olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarından və ona əlavə olunmuş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən və siyahıdan, A№ 106027 saylı torpaq sahəsinin planı və ölçüsündən, xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2695/2023 nömrli məktubdan, xx.xx.2011-ci il tarixli, 1143 nömrəli arayışdan, 11 avqust 2020-ci il tarixli, inventar nömrəsi 374 olan fərdi yaşayış evinin texniki pasportundan, xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışdan müəyyən olunur ki, İmişli rayonu, Gövhərli kəndi, “Qafqaz” kolxozu üzrə X25 Komissiyasının “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələri” barədə qərarı İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə təsdiq olunmuş, həmin qərara əsasən X1 və onun 6 nəfər ailə üzvlərinin xüsusi mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verimiş, X5 həmin torpaq sahəsində ümumi sahəsi 141,8 kv.m olan fərdi yaşayış evi inşa etdirmiş, onun 141,8 kv.m fərdi yaşayış evi və 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlkın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli, **********49 nömrəli cavab məktubundan müəyyən olunur ki, İddiaçı ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X1 adına tərtəb olunmuş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsini tələb etmiş, cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etmişdir. İş materiallarında olan 11 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən, 05 aprel 2021-ci il tarixli, inventar nömrəsi 374 olan fərdi yaşayış evinin texniki pasportundan və xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, X5 xüsusi mülkiyyətində olan 141,8 kv.m fərdi yaşayış evini və 0,12 ha həyətyanı torpaq sahəsini X7 bağışlamış və sonuncunun qeyd olunan 141,8 kv.m fərdi yaşayış evi və 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli ərizədən və cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-C-003/2023 nömrəli cavab məktubundan müəyyən olunur ki, İddiaçı ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X6 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsini, həmin torpaq sahəsi üzərində paylı mülkiyyət hüququnun tanınmasını və müvafiq çıxarışın verilməsini” tələb etmiş, cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sənədlərə əsasən İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X1 və onun 6 nəfər ailə üzvlərinin xüsusi mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verimiş, X5 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış almış, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə 0,12 ha həyətyanı torpaq sahəsini birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçısı X7 bağışlamış və sonuncu həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirmişdir. Göründüyü kimi, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında X1 və onun 6 nəfər ailə üzvlərinin, o cümlədən İddiaçı xüsusi mülkiyyətinə ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi ümumi mülkiyyətə verilmiş torpaq sahəsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Beləliklə, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarı əsasında X1 və onun 6 nəfər ailə üzvlərinin xüsusi mülkiyyətinə ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı ailə üzvlərinin payları müəyyənləşdirilmədiyindən həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.7-ci maddəsinin tələbinə görə ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.2-ci madəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda sadalanan maddi hüquq normaları ümumi birgə mülkiyyətdə olan əşyaya (hazırki mübahisədə torpaq sahəsinə) dair sərəncam vermək hüqunun bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli, habelə ümumi birgə mülkiyyətdə olan əşyanın digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyulmalı və ya başqa şəkildə yüklü edilməli olduğunu tələb edir. Cavabdeh inzibati orqan istər X2 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın, istərsə də X7 həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın verilməsinin birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçılarının, o cümlədən İddiaçı razılığı əsasında həyata keçirildiyini təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Beləliklə, istər X5, istərsə də X14 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi barədə müraciət edərkən cavabdeh inzibati orqan birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçılarının razılıq ərizəsini tələb etməmiş, yəni hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün əsasların olubolmadığını müəyyən etməmiş, bununla da, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qanunsuz inzibati akt qəbul etməklə, həmin şəxslərin, o cümlədən iddiaçının qanunla qorunan hüquqlarına müdaxilə etmişdir. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinin tələbinə görə bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi cavabdeh inzibati orqanın vəzifə səlahiyyətlərinə daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2.2). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (maddə 2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri sayır: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci. 62-ci, 68 – 69-cu, 75ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar