Məhkəmə qərarları › İş №2-1(120)-113/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-113/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-113/2024 06.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 22 mart 2022-ci il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 09 mart 2022-ci il tarixli qərardadı ilə “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 22 mart 2022-ci il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 iyul 2019-cu il tarixindən Azərbaycan Respublikasının Ordu sıralarında hərbi xidmətə başlamışdır. 10 oktyabr 2020ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra Naftalan ŞMX-na göndərilmiş, orada “Yaraların birincili-cərrahi işlənməsi” əməliyyatı icra edilərək Yevlax RMX-na köçürülmüş, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək stasionar müalicədə olmuş, xx.xx.2020-ci il tarixində “Sınığın Q.A.İlizarov üsulu ilə ocaqdankənar metallosteosintezi” cərrahi əməliyyatı icra edilmişdir. xx.xx.2020-ci il tarixində N nömrəli hərbi hissədə şəhadətləndirilərək N gün müddətinə məzuniyyətdə olmuşdur. Sonradan xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində MN MHP-da şəhadətləndirilərək hər dəfə 30 gün müddətinə məzuniyyət verilmişdir. xx.xx.2021-ci il tarixində “Metal konstruksiyanın çıxarılması” əməliyyatı icra edilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək X2 Mərkəzində “sağ budun orta 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş bitişmiş sınığı ilə müşayiət olunan dəlib-keçən odlu silah yaralanmasından sonrakı vəziyyət, sağ diz oynağının miogen kontakturası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixində MN MHP-da şəhadətləndirilərək 20 gün müddətinə məzuniyyət verilmişdir. Sonradan N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığın təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. Nəticədə isə onun barəsində Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması təyin edilmişdir. O, aldığı xəsarət nəticəsində həyatını normal davam etdirə bilmir və qol dəyənəkləri olmadan yeriyə bilmir. Buna görə o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, ona əlillik təyin olunmasını xahiş etmişdir. Lakin bu barədə müsbət qərar verilməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X6 gəlmiş, İddiaçı oğlu və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21 avqust 2021-ci il tarixli, 18674 nömrəli “xəstəlik haqqında şəhadətnəmə”də bildirilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı Elcin oğlu SHXCDX-nin Füzuli rayon söbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə hərbi xidmətə çağırılmış (könüllü daxil olmuşdur), xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 153 nömrəli travma haqqında arayış). İlk tibbi yardım göstərildikdən sonra Naftalan ŞMX-na göndərilmiş, orada “Yaraların birincili-cərrahi işlənməsi” əməliyyatı icra edilərək Yevlax RMX-ya köçürülmüş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək stasionar müalicədə olmuş, xx.xx.2020-ci il tarixdə “Sınığın Q.A.İlizarov üsulu ilə ocaqdankənar metallosteosintezi” cərrahi əməliyyatı icra edilmiş, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə şəhadətləndirilərək ona N (altmış) gün müddətinə məzuniyyət verilmiş (əsas: 3471 nömrəli arayış), xx.xx.2021, xx.xx.2021, 09.04.021, xx.xx.2021-ci il tarixlərdə MN MHP-da şəhadətləndirilərək hər dəfə 30 (otuz) gün müddətinə ona məzuniyyyət verilmiş, xx.xx.2021-ci il tarixdə “Metal konstruksiyanın çıxarılması” əməliyyatı icra edilmiş (əsas: 1124 nömrəli çıxarış epikrizi), xx.xx.2021-xx.xx.2021-ci il tarixədək X2 Mərkəzində “sağ budun orta 1/3-nin açıq, qəipəli, yerdəyişmiş bitişmiş sınığı ilə müşayiət olunan dəlibkeçən odlu silah yaralanmasından sonrakı vəziyyət, sağ diz oynağının miogen kontrakturası” diaqnozu ilə stasionar müalicədə olmuş (əsas: çıxanş epikrizi), xx.xx.2021ci tarixdə MN MHP-da şəhadətləndirilərək ona 20 (iyirmi) gün müddətinə məzuniyyət verilmiş (əsas: 14438 nömrəli arayış), N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmiş, SQ BKH-nın travmatoloqu ilə konsultasiya olunmuş, xx.xx.2020-xx.xx.2020-Naftalan ŞMX-da, xx.xx.2021-MN MHP-da, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək X3 Mərkəzində, xx.xx.2021ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dərialtı piy qatı izafi inkişaf etmişdir. Periferik limfa düyünləri böyüməmişdir. Dayaq-hərəkət sistemi normal inkişaf etmişdir. Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada sərt tənəffüs eşidilir. Nəbzi ritmik, dəqiqədə sayı 76 vurğudur, A/T 120/70 mm.c.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır. Dili nəm, təmizdir. Qarnı yumşaq, palpasiya zamanı ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Bel nahiyəsində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir. Status localis: sağ budda çapıq toxumaları var. Diz oynağında açma-175°, bükmə-90°. Nevroloji status: huşu aydındır, kəllə-beyin siniriəri normadadır. Vətər və sümüküstlüyü refleksləri, D=S, orta canlıdır. Romberq vəziyyətində az dayanıqlıdır. Əllərində tremor qeyd edilir. Pıçıltı nitqini eşitməsi hər iki qulaqda 6 metr məsafədəndir. Visus OU= 1,0. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: qanın ümumi kliniki analizi (xx.xx.2021): Hb-146 q/l, Leyk-8,4 xltf/ul, RBC-4,70 x106/ul, EÇS< mm/saat. Qanda (xx.xx.2021): HbsAgmənfı (-), Anti-HCV İgG-mənfi (-), QİÇS-1HİV 1+2-mənfi (-) Sifilis Screen mənfi (-). Sidiyin ümumi kliniki analizi (xx.xx.2021): xüsusi çəkisi-1017, rəngi-sarı, reaksiyasıturş, zülal-yox, şəkər-yoxdur. EKQ (xx.xx.2021): sinus ritmi, ÜEO şaquli vəziyyətdədir. Abdominal USM (xx.xx.2021): qaraciyər, mədəaltı vəzi, öd kisəsi, dalaq patologiyasızdır. Sol böyrəkdə iri duz kristalları var. DQOF (xx.xx.2021): ürək, ağciyərlər normadadır. Diaqnoz və xəsarətin (yaralanmanm, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Partlayış yaralanması (xx.xx.2020), sağ budun yuxarı 1/3-nin kor güllə yaralanması, hər iki sağrı nahiyəsinin kor qəlpə yaralanması, bud sümüyünün diafizinin yuxarı 1/3-nin açıq, qəlpəli yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Q.A.İİizarov üsulu ilə osteosintezindən (xx.xx.2020) sonrakı kafı bitişmiş sınığı, sağ diz oynağının miogen, çapıq mənşəli kontrakturası. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 65b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 22 mart 2022-ci il tarixli, xxxxxxx0002 saylı qərarından görünür ki, “Diaqnoz (Partlayış yaralanması, sağ budun yuxarı 1/3-nin korgüllə yaralanması, hər iki sağrı nahiyəsinin kor qəlpə yaralanması, bud sümüyünün diafizinin yuxarı 1/3-nin açıq, qəlpəli yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Q.A.İlizarov üsulu ilə osteosintezindən (xx.xx.2020) sonrakı kafı bitişmiş sınığı, sağ diz oynağının miogen, çapıq mənşəli kontrakturası) əlillik əlaməti təyin etməməsi” səbəbindən İddiaçı Elcin oğluna əlilliyin təyinatından imtina edilmişdir. İddiaçı ona əlillik dərəcəsinin təyinatından imtina edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının 22 mart 2022-ci il tarixli, xxxxxxx0002 saylı qərarını mübahisələndirir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.2001-ci ildə Füzuli rayonunda anadan olmuş və Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X7 verdikləri 15 avqust 2022-ci il tarixli, T 331/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı “sağ budun yuxarı 1/3-nin kor güllə yaralanması, hər iki sağrının kor qəlpə yaralanması, sağ bud sümüyünün diafızinin yuxarı 1/3-nin açıq qəlpəli sınığı, Q.İlizarov üsulu ilə osteosintezindən (xx.xx.2020) sonrakı kafı bitişmiş sınığı, sağ diz oynağınm miogen, çapıq mənşəli hərəkət məhdudluğu” diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarmın məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrini aid etmək mümkün deyil. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.2001-ci ildə Füzuli rayonunda anadan olmuş və Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X7 verdikləri 03 aprel 2023-cü il tarixli, 04 nömrəli rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı “sağ budun yuxarı 1/3-nin kor güllə yaralanması, hər iki sağrının kor qəlpə yaralanması, sağ bud sümüyünün diafızinin yuxarı 1/3-nin açıq qəlpəli sınığı, Q.İlizarov üsulu ilə osteosintezindən (xx.xx.2020) sonrakı kafı bitişmiş sınığı, sağ diz oynağınm miogen, çapıq mənşəli hərəkət məhdudluğu” diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı hal-hazırda əlavə müalicəsinə ehtiyac yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.2001-ci ildə Füzuli rayonunda anadan olmuş və Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 21 iyul 2023-cü il tarixli məktubu ilə birlikdə inzibati iş 02 avqust 2023-cü il tarixdə ekspertiza aparılmadan icrasız məhkəməyə geri qaytarılmışdır. İş üzrə əlavə məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 göndərilmişdir. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X7 verdikləri 06 sentyabr 2023-cü il tarixli, TN4/2023 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı müəyyən edilmiş “sağ budun yuxarı 1/3-nin kor güllə yaralanması, hər iki sağrının kor qəlpə yaralanması, sağ bud sümüyünün diafızinin yuxarı 1/3-nin açıq qəlpəli sınığı, Q.İlizarov üsulu ilə osteosintezindən (xx.xx.2020) sonrakı kafı bitişmiş sınığı, sağ diz oynağının miogen, çapıq mənşəli hərəkət məhdudluğu” diaqnozu ilə əlaqədar qərardadda eksperiza qarşısında qoyulmuş suallar əlilliyin təyininə aid olduğundan bu kimi sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyalarmın ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7011/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının 0325003AALJ0 nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda sadalanan ekspert rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsində müəyyən edilmiş “sağ budun yuxarı 1/3-nin kor güllə yaralanması, hər iki sağrının kor qəlpə yaralanması, sağ bud sümüyünün diafızinin yuxarı 1/3-nin açıq qəlpəli sınığı, Q.İlizarov üsulu ilə osteosintezindən (xx.xx.2020) sonrakı kafı bitişmiş sınığı, sağ diz oynağının miogen, çapıq mənşəli hərəkət məhdudluğu” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”nın “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri”nın təsbit olunduğu 13-cü bölməsinin təsir və əhatə dairəsinə daxil edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 22 mart 2022-ci il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 22 mart 2022-ci il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar