Məhkəmə qərarları › İş №2-1(120)-1130/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1130/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1130/2020 12.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Saatlı rayonu, Sımadakənd kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, N986-88-ci illər ərzində keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. N3-cü ildən N6-cı ilə kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilə kimi N saylı hərbi hissənin tərkibində sıravi atıcı kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N4-cü ildən xx.xx.N5-ci ilə kimi N saylı hərbi hissədə, xx.xx.N5-ci ildən xx.xx.N6-cı ilə kimi isə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli 26 saylı əmri ilə ordudan tərxis olunmuşdur və hal-hazırda Saatlı rayonu, Sımadakənd kəndində yaşayır, hərbi qeydiyyatı da Saatlı rayon Hərbi Komissarlığındadır. Qarabağ döyüşlərindən sonra ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Hərbi bileti isə rayon komissarlığı tərəfindən itirilmişdir Belə ki, həmin dövrlərdə onların kəndi ilə qonşu kəndin sovetliyi bir olduğundan hərbi bileti yanlışlıqla qonşu kəndə göndərilmiş və itirilmişdir. Hərbi biletinin içərisində olan kartoçka isə yaxın vaxtlarda tanımadığı bir şəxs tərəfindən ona çatdırılmışdır, ona görə də Nazirliyə vaxtında ərizə ilə müraciət edə bilməmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq ərizə ilə müraciət etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx xxx 2N2N-ci il tarixli N/S-6757 saylı cavab məktubunda bildirilmişdir ki, «döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir». Bu cavab məktubu xx.xx.2N2N-ci il tarixdə poçt vasitəsilə ünvanına daxil olmuşdur. Cavab məktubunda göstərilmiş hərbi hissəni özbaşına tərk etməyinə gəldikdə isə qeyd edir ki, həmin ərəfələrdə hərbi hissə komandirlərinin göstərişi ilə təxminən 8 min nəfərə qədər hərbi qulluqçu evə buraxılmış və heç bir sənəd verilməmişdir, bildirilmişdir ki, «gedin evlərinizə bir müddət istirahət edin, biz sizi yenidən çağıracağıq». O da digər hərbi qulluqçular kimi evə gəlmişdir. Təxminən N aydan sonra yenidən onları çağırmış və yenidən hərbi hissəyə qayıtmışdır. Sonradan onu N saylı hərbi hissəyə göndərmiş və N6cı ilin fevral ayına kimi həmin hərbi hissədə qulluq etmişdir, həmin ilin fevral ayının 9-da tərxis olunmuşdur. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş cavabın heç bir hüquqi əsası yoxdur. Çünki onun Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə sənədlərdə müvafiq qeydlər vardır və bu qeydlər ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün birbaşa əsasdır. Ona görə də hesab edir ki, ərizəsinə əlavə olunmuş bütün sənədlər qanuni və əsaslı olduğundan təmin edilməli və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müvafiq qərarın çıxarılması bir vəzifə kimi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2N2N-ci il tarixli NN/39N6 saylı etiraz məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışda qeyd edilib ki, N saylı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixdə iddiaçının xidmətə daxil olması, vəzifəyə təyin edilməsi barədə məlumat var. Sonradan İddiaçı hərbi hissəni atəşkəs olunana qədər özbaşına tərk etdiyi üçün N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixdən 3N6 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat var. Atəşkəs olunana qədər döyüş vaxtı hərbi hissəni özbaşına tərk etmişdir. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanının vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ vermir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2NN7-ci il tarixli 2-N(NN2)-NN6N/2NN7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, «Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz». Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.N7-ci il tarixli, 383-İ QR saylı qərarının 9-cu bəndinə əsasən: “qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmə tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan ASAN-SABİRABAD tərəfindən xx.xx.2NN8-ci il tarixdə verilmiş Seriya AZE N782N542 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N968-ci il tarixdə Saatlı şəhərində doğulmuş, Saatlı rayonu, Sımadakənd kəndində qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2N2N-ci il tarixli N/S-6757 saylı məktubda qeyd edilmişdir ki, sizə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2N2N-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İş materialında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2N2N-ci il tarixli N32 saylı arayışından görünür ki, N968-ci il təvəllüdlü İddiaçı xx.xx.N986-cı il tarixdən xx.xx.N988-ci il tarixə qədər Sovet Ordusu sıralarında, xx.xx.N3-cü il tarixdən xx.xx.N6-cı il tarixə qədər Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2NN9-cu il tarixli 9/2-2N575 saylı arxiv arayışının təsdiq olunmuş surətindən görünür ki, Biləcəri toplanış məntəqəsindən hərbi xidmətə çağırılmış, N968-ci il təvəllüdlü İddiaçı 7N6 nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli N87 №-li əmrilə (əsas: §-N, səh-27, sıra-29) 6-cı motoatıcı taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Hərbi hissəni özbaşına tərk etdiyinə görə Saatlı RHK-nın çağırışçısı, Süleymanov XN Nazirliyi Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli müvafiq Direktivinə əsasən 7N6 nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 3N6 №-li əmrilə (əsas: §-4, səh-N, sıra-NN65; qeyd: əmrdə atasının adı Binənt yazılmışdır) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Respublika hərbi komissarlığına göndərilmişdir. Pereküşkül qəsəbəsindən gəlmiş, Saatlı RHK-nın çağırışçısı, N968-ci il təvəllüdlü, İddiaçı 74N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 2N7 №-li əmrilə (əsas: §-N, sıra-26) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 7N4 nömrəli hərbi hissə komandirinin xx xxxxxx N5-ci il tarixli 279 №-li əmrilə (əsas: §-6, səh-62, sıra-49; qeyd: əmrin nömrəsində “7” rəqəmi qaralanmışdır) Saatlı RHK-nin çağırışçısı, N968-ci il təvəllüdlü, sıravi İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün 2N2 nömrəli hərbi hissəyə göndərilmişdir. 7N4 nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Saatlı RHK-nın çağırışçısı, N968-ci il təvəllüdlü, sıravi İddiaçı N8N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N5-ci il tarixli 359 №-li əmrilə (əsas: §-N3, səh-N92, sıra-NN) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən Saatlı RHK-nin çağırışçısı, N968-ci il təvəllüdlü, 2-ci motoatıcı taburun atıcısı, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N8N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N6-cı il tarixli 38 №-li əmrilə (əsas: §-NN, səh-NN4, sıra 5) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Saatlı RHK-nin sərəncamına göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Biləcəri toplanış məntəqəsindən hərbi xidmətə çağırılmış, N968-ci il təvəllüdlü İddiaçı 7N6 nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli N87 №-li əmrilə 6-cı motoatıcı taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Hərbi hissəni özbaşına tərk etdiyinə görə Saatlı RHK-nın çağırışçısı, Süleymanov XN Nazirliyi Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli müvafiq Direktivinə əsasən 7N6 nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 3N6 №-li əmrilə xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Respublika hərbi komissarlığına göndərilmişdir. Pereküşkül qəsəbəsindən gəlmiş, Saatlı RHK-nın çağırışçısı, N968-ci il təvəllüdlü, İddiaçı 74N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 2N7 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 7N4 nömrəli hərbi hissə komandirinin xx xxxxxx N5-ci il tarixli 279 №-li əmrilə Saatlı RHK-nin çağırışçısı, N968-ci il təvəllüdlü, sıravi İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün 2N2 nömrəli hərbi hissəyə göndərilmişdir. 7N4 nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Saatlı RHK-nın çağırışçısı, N968-ci il təvəllüdlü, sıravi İddiaçı N8N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N5-ci il tarixli 359 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən Saatlı RHK-nin çağırışçısı, N968-ci il təvəllüdlü, 2-ci motoatıcı taburun atıcısı, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N8N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N6-cı il tarixli 38 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Saatlı RHK-nin sərəncamına göndərilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx N5-ci il tarixli, 2N6 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin N-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin NN-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2NN8-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən hərbi qulluqçular müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün hərbi biletlərini hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim etməlidirlər. İddiaçı isə N3-N6-cı illərdə hərbi xidmət keçməsinə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair qeydlər olan hərbi biletini təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2NN9-cu il tarixli 9/2-2N575 saylı arxiv arayışından görünür ki, hərbi hissəni özbaşına tərk etdiyinə görə Süleymanov XN Nazirliyi Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli müvafiq Direktivinə əsasən 7N6 nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 3N6 №-li əmrilə xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Respublika hərbi komissarlığına göndərilmişdir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar