Məhkəmə qərarları › İş №2-1(120)-1130/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1130/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1130/2021 22.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı (Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olan) cavabdehin nümayəndəsi X4 (Salyan şəhəri, A.Ağazadə küçəsi, ev 10, D 3-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 7 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1964-cı il tarixdə doğulmuş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə X23 Şəxsinin 7 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 28 aprel 2021-ci il tarixli, **********5 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1982-1990-cı illərdə Astara rayonu Ərçivan “Kommunnist” sovxozunda işlədiyi müddəti, 03.01.1995-ci il təvəllüdlü övladı Qasımova İlhamə Sərraf qızına qulluq etdiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1964-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, əmək fəaliyyətinə 1982-ci ilin yanvar ayında Astara rayonu sabiq “Kommunist” sovxozunda fəhləliklə başlamış və sovxozda 1990-cı ilin avqust ayına kimi işləmiş və əmək haqqı almışdır. Sovxozun 03.08.1990-cı il tarixli, 596 saylı əmri ilə uşağının körpəliyi nəzərə alınmış əmək haqqı qismən ödənilməklə 03.08.1990-cı il tarixdən 10 ay müddətinə öz hesabına məzuniyyətə buraxılmışdır. Kadrlar şöbəsinin əməkdaşının təqsiri üzündən ona əmək kitabçası yazılmamışdır. 03.01.1995-ci il təvəllüdlü övladı X15 “kvadroflegit spastik serebral iflic qeyri üzvi mənşəlienurez” xəstəsidir və birinci dərəcəli əlildir. Sağlamlıq imkanları məhdud olduğundan başqasının daimi qulluğuna ehtiyacı vardır. Qızına doğulduğu gündən hal-hazıra kimi qulluq göstərir, qızının artıq 27 yaşı vardır. Bu müddət də ona iş stajı kimi sayılmalıdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə 1-ci qrup əlilə və ya 16 yaşınadən əlil uşağa, habelə 75 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edilir. 05.01.2010-cu il tarixdən hal-hazıra kimi Natiq Kərimov adına Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində xadimə işləyir. Məktəbdə işlədiyi müddət əmək kitabçasında yazılmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə X23 Şəxsinin 7 saylı regional ərazi filialına müraciət etmiş, Astara rayonu sabiq “Kommunist” sovxozunda 1982-1990-cı illərdə işləməyinə dair əmək haqqı arayışı əsasında pensiya təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı iddia ərizəsində 25 ildən artıq sosial sığorta stajının olduğunu, 1982-ci ilin yanvar ayından 1990-cı ilin avqust ayına kimi Astara rayonu sabiq “Kommunist” sovxozunda işlədiyini və əmək haqqı aldığını, eyni zamanda İ dərəcəli əlil olan 03.01.1995-ci il təvəllüdlü Qasımova İlhamə Sərraf qızına qulluq etdiyini qeyd edir. Bu səbəblə də, İddiaçı Astara rayonu sabiq “Kommunist” sovxozunda işlədiyi illər İ dərəcəli əlil olan Qasımova İlhamə Sərraf qızına qulluq etdiyi dövr nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Vətəndaşın təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının sovxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 30.03.2029-cu ildə yaranacaq. Lakin sağlamlıq imkanları məhdud övladına qulluq etdiyi üçün yaş həddi 5 il azadılmaqla 57 yaşında yaşa görə əmək pensiyasının təyin edilməsi mümkündür. İddiaçının 57 yaşı 30.03.2021-ci il tarixdə tamam olmuşdur. İşin mübahisələndirilməyən halları iddiaçının 13.08.1999- 13.08.2015-ci illərdə sağlamlıq imkanları məhdud övladına qulluq etdiyi dövrdür. İşin mübahisələndirilən halı iddiaçının 1982-1996-cı illərdə Astara rayonu sabiq “Kommunist” sovxozunda işlədiyi illərdir. İddiaçının təqdim etdiyi 14.06.2021-ci il tarixli arxiv arayışına əsasən onun 08 il sosial sığorta stajı olduğu görünür. Arxiv arayışında Astara rayonu sabiq “Kommunist” sovxozunun 1982-ci ildən 1990-ci ilədək olan dövrlərə aid əmək haqqı cədvəli qeyd edilmişdir. Halbuki 1982-1996-cı illərdə əmək haqqı cədvəli qeyd edilməlidir. Arxiv arayışından görünür ki, əmək haqqı cədvəli 1982-1990-cı illəri əhatə edir. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (7 saylı regional ərazi filialı) Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur və 30.03.2021-ci il tarixdə 57 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə qadınlar üçün pensiya yaşı 62-dir, 5 il azaldıqda 57 yaşdan pensiya hüququ yaranır) tamam olmuşdur. İddiaçının 1982-1990-cı illərdə Astara rayonu Ərçivan “Kommunnist” sovxozunda işlədiyi müddət, həmçinin övladı Qasımova İlhamə Sərraf qızına qulluq etdiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 15.09.2011-ci il tarixli, 003465 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05.01.2010-cu il tarixdən Natiq Kərimov adına Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində xadimə işləyir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsin 7 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 28.04.2021-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İşdə olan Astara rayon Dövlət Arxivinin 05.05.2021-ci il tarixli, 147/4 nömrəli arxiv arayışından görünür ki, Qasımova (Cahangirova) X11 rayonu sabiq “Kommunist” sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1982-ci ilin yanvar ayından sovxozda əmək haqqı almış, 1990-cı il avqust ayının 03-də 596 saylı əmrlə uşağının körpəliyini nəzərə alaraq əmək haqqı qismən ödənilməklə 03.08.1990-cı il tarixdən 10 ay öz hesabına məzuniyyət verilmişdir. Qasımova (Cahangirova) X11 rayonu sabiq “Kommunist” sovxozunda 1982- 1996-cı ildə əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi Astara şəhər Təhsil şöbəsi Natiq Kərimov adına Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin 06.05.2021-ci il tarixli, 72 nömrəli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü, orta təhsilli İddiaçı həqiqətən 01.02.2010-cu ildən bu günə qədər N.Kərimov adına Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində xadimə işləyir. İşdə olan Astara rayon Qeydiyyat şöbəsinin 06.05.2021-ci il tarixli arayışından görünür ki, Qasımova İlhamə Sərraf qızı 03.01.1995-ci ildə Astara rayonu Ərçivan kəndində anadan olmuşdur. Bu barədə 01.02.1995-ci il tarixdə Astara rayon Ərçivan QİN 21 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X7, anası X2r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, 03.01.1995-ci il təvəllüdlü Qasımova İlhamə Sərraf qızı birinci dərəcəli əlildir. İşdə olan Dövlət Sosial Müdafiə X23 şəxsin 7 saylı regional ərazi filialının Astara rayon qəbul şöbəsinin baş mütəxəssisi X13, Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi X5, X1, X3 və İddiaçı iştirakları ilə tərtib edilmiş 21.06.2021-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Astara rayonu Ərçivan qəsəbə sakini İddiaçı ərizəsinə əsasən 03.01.1995-ci ildə anadan olmuş qızı Qasımova İlhamə Sərraf qızına 13.08.1999-cu ildən 16 yaşınadək sağlamlıq imkanı məhdud uşağına qulluq etməsi faktını yerində yoxlanılmış, yoxlama zamanı qonşuların dediklərindən aydın oldu ki, həqiqətən İddiaçı 13.08.1999-cu il tarixdən 13.08.2015-ci il tarixədək sağlamlıq imkanı məhdud uşağı Qasımova İlhamə Sərraf qızına qulluq etmişdir. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin məhkəməyə ünvanladığı 08.07.2021-ci il tarixli, 1335 nömrəli arayışından görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı əlil qızı Qasımova İlhamə Sərraf qızını 8 yaşına kimi özü tərbiyə etmiş və böyütmüşdür. Hal-hazırda da onun himayəsində yaşayır. İşdə olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi Astara şəhər Təhsil şöbəsinin məhkəməyə ünvanladığı 22.07.2021-ci il tarixli, 35(01)-01-97/12 nömrəli məktubundan görünür ki, Astara rayonunun Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində İddiaçı 01.02.2010-cu il tarixdən xadimə işləyir. Məktəbin verdiyi arayış və elektron portalda adına olan elektron bildiriş onun hazırda işləməsini təsdiq edir. Hal-hazırda da İddiaçı həmin məktəbdə işləyir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin məhkəməyə ünvanladığı 22.07.2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Astara rayonu, Ərçivan kəndində 03.01.1995-ci ildə anadan olmuş Qasımova İlhamə Sərraf qızına (FİN 67JHU3L) ilkin olaraq 13.08.1999-cu ildən uşaqlıqdan 16 yaşınadək sosial müavinət təyin edilməsi barədə qərar verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını və arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə 15.09.2011-ci il tarixli, 003465 nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə, eyni zamanda Astara rayon Dövlət Arxivinin 05.05.2021-ci il tarixli, 147/4 nömrəli arxiv arayışı da iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin arxiv arayından görünür ki, iddiaçı 1982-1990-cı illərdə Astara rayonu sabiq “Kommunist” sovxozunda işləmişdir. Məhkəmə qeyd edir ki, Astara rayon Dövlət Arxivinin arxiv arayışındakı əmək haqqı cədvəllərində bəzi aylarda iddiaçının əmək haqqı alınmasına dair qrafa boş saxlanılmışdır. Məhkəmənin qənaətinə görə bu hal iddiaçının həmin aylarda işləməməsi anlamına gəlməməlidir. Başqa sözlə, başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9.-cu bəndinə əssən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçının övladı Qasımova İlhamə Sərraf qızı sağlamlıq imkanları məhdud uşaq olmuşdur. Həmçinin, iş materiallarında olan aktdan müəyyən olunur ki, iddiaçının sağlamlıq imkanı məhdud övladı Qasımova İlhamə Sərraf qızına 13.08.1999-cu il tarixdən 13.08.2015-ci il tarixədək qulluq etmə faktı təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 13.08.1999-cu il tarixdən 13.08.2015-ci il tarixədək sağlamlıq imkanları məhdud uşağı Qasımova İlhamə Sərraf qızına qulluq etdiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçıya 30.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsində qeyd olunan iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1. Uşağın sağlamlıq imkanları məhdudluğunun olması 2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının övladı 03.01.1995ci il təvəllüdlü Qasımova İlhamə Sərraf qızının sağlamlıq imkanlarının məhdudluğu 13.08.1999-cu il tarixdən (səkkiz yaşınadək) müəyyən edilmiş və iddiaçı sağlamlıq imkanları məhdud övladını 8 yaşa qədər tərbiyə etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 1982-1990cı illərdə Astara rayonu Ərçivan “Kommunnist” sovxozunda işlədiyi müddət, həmçinin övladı Qasımova İlhamə Sərraf qızına qulluq etdiyi illər nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixə (30.03.2021-ci ilə) tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1982-1990-cı illərdə Astara rayonu Ərçivan “Kommunnist” sovxozunda işlədiyi müddət, həmçinin övladı Qasımova İlhamə Sərraf qızına qulluq etdiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1982-1990-cı illərdə Astara rayonu Ərçivan “Kommunnist” sovxozunda işlədiyi müddət, həmçinin övladı Qasımova İlhamə Sərraf qızına qulluq etdiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar