Məhkəmə qərarları › İş №2-1(120)-1131/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1131/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1131/2024 16.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X14, X30, X23, X15 və X40 ayrılmasına dair hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən xx.xx.2005-ci il tarixli JN-306A kod 60713018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X14, X30, X23, X15 və X40 ayrılmasına dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəmənin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə X31, X46, X41, X32 və X54 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmənin 02 aprel 2024-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, “Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X14, X30, X23, X15 və X40 ayrılmasına dair hissədə ləğv edilməsi” kimi baxılmasını və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin əsl cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin prosessual iştirakına xitam verilmiş və cavabdeh qismində Beyləqan rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştirakı davam etdirilmişdir. Məhkəmənin 06 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi X22nun qanuni istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsinə dair 1-ci Şahsevən kənd sovetinin 1983-1985 illərə aid olan 10 №-li Təsərrüfatbaşına kitabın 14-cü səhifəsində 715 №-li şəxsi hesab açılmışdır. Şəxsi hesaba əsasən, 1983-1985 illərdə babasının istifadəsində və sahibliyində 1959-cu ildə tikilmiş fərdi yaşayış evi olmuş və həmin evdə X7 və ailəsi ilə birgə yaşamışdır. X22 xx.xx.1990-cı il tarixində vəfat edəndən sonra torpaq sahəsini və fərdi yaşayış evini X7 faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. 1-ci Şahsevən kənd inzibati vahidi 2001-2005 və 2006-2010 illərə aid 5 №-li Təsərrüfatbaşına kitablarına əsasən, X7 xx.xx.2006-cı il tarixinədək Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsini təkbaşına istifadə etmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 1-ci Şahsevən kənd inzibati ərazi dairəsinin nümayəndəliyinin xx.xx.2023-cü il tarixii 653 saylı arayışı ilə təsdiq olunur ki, X7 5 №-li Təsərrüfatbaşına kitabında göstərilən təsərrüfatın əri X47 vəfatından sonra yeganə sahibəsi olmuş, təsərrüfatı özü idarə etmiş, təsərrüfatda həmin illərdə başqa şəxslər qeydiyyatda olmamışlar. X7 xx.xx.2006-cı il tarixində vəfat edəndən sonra torpaq sahəsi və fərdi yaşayış evini atası X55, o xx.xx.2014-cü il tarixində vəfat edəndən sonra isə faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. Nənəsinin vərəsələri, bibisi X33, qardaşları X10 və X24 miras paydan imtina etmələri səbəbindən Sabirabad “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si ilə X25 tək və yeganə vərəsəsi kimi tanınmışdır. X2 miras qalmış əmlakı vərəsə kimi qəbul edərkən məlum olmuşdur ki, 2005-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qanunsuz JN-306A kod 60713018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı ilə Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi - X7na, qardaşı - X14, qardaşı İsmayılın arvadı X35, onların qızı - X23, oğulları - X15 və X40 ayrılmışdır. X2 vərəsə kimi ona miras qalmış Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2015ci il tarixindən RX seriyalı ******* nömrəli Dövlət reyestrdən çıxarışa əsasən, onunla yanaşı X10, X26, X11, X6 və X17 paylı mülkiyyətindədir. Beləliklə, babasının mülkü olmuş və adına qeydiyyatda keçmiş Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 hə torpaq sahəsi babamın vəfatından sonra vərəsəlik qaydasında nənəsinə, nənəsinin vəfatından sonra atasına, atasından isə ona keçmişdir. Bütün vərəsələr, o cümlədən qardaşı X31 miras əmlakdan onun xeyrinə imtina etmişlər. Lakin, qanunsuz verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə səbəbindən hazırda həmin miras əmlak imtina edən qardaşı X10, onun başqa ölkənin vətəndaşları olan arvadının və uşaqlarının paylı mülkiyyətindədir. Qanunsuz verilmiş Şəhadətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beyləqan rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) onun cavabdehlər X30, X8, X27, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızına, X36, Alıyeva (Əsədova) Kifayət İltifat qızına və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri bubiik hüquqi şəxsinin 6 sayiı Beyləqan Ərazi İdarəsinə və Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarsı “Şəhadətnamənin, qeydiyyat və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun müəyyən edilməsi, mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi, torpaq sahəsinin naturada təhvil verilməsi, tikilidən və torpaq sahəsindən çıxarılma v s tələbinə dair” iddiam təmin edilmiş, sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN- 306A, KOD 60713018 saylı X1, X41, X42 və X8 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X25 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş, No0692389 saylı çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər X26, X18, X17 və X6 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq mənim vərəsəlik hüququm müəyyən edilərək mülkiyyət hüququmun qeydiyyatı və çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada ona təhvil veriiməkiə cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış, borcların müştərək olaraq cavabdehlər X36 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-198/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Samir Mayılov, hakimlər İlham Əsədov, Pərviz Əhmədov) X26 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - “mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X50 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış, borcların müştərək olaraq cavabdehlər X37 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-198/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi Samir Mayılov, hakimlər İlham Əsədov, Pərviz Əhmədov) X26 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, yəni sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-306A Kod 60713018 saylı X1, X41, X42 və X8 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X25 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş No0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər X26, X18, X17 və X6 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və çıxarışın ləğv edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Kollegiyası qərardadı belə əsaslandırmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və Çıxarışın ləğv edilməsi hissələrində tələb inzibati orqanın qəbui etdiyi aktın iəğv ediiməsi iiə bağlı olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır və birinci instansiya məhkəməsi hazırkı halda iddianı həmin hissədə icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir. Şəhadətnamənin qismən ləğv edilməsi üçün həmçinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsəm də, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə mənə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəddən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. JN-306A kod 60713018 nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qanunsuz verilmişdir, həmin Şəhadətnamə onun Azərbaycan Respublikasının Konstitusiyasında və Mülki Məcəlləsində təsbit olunmuş vərəsəlik hüququnu pozur. Şəhadətnamə qeyri-qanuni yolla, şifahi məlumat əsasında verilmiş, onun verilməsi zamanı Şəhadətnamədə adları göstərilən şəxslərin ərizələri olmamış və sənədləri Komitəyə təqdim olunmamışdır. Belə ki, Şəhadətnamədə qardaşımın arvadı X26 ata adı “İldırım” kimi qeyd olunmuşdur. Bundan başqa, onların övladlarının soyadları Beyləqan rayon Qeydiyyat şöbəsində olan doğum haqqında akt qeydlərində “Sadıqzadə” kimi qeydə alınsa da, Şəhadətnamədə onlar X41, X32 və X13 qeyd olunmuşlar. Halbuki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idərəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idərəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Şəhadətnamədə qeyd olunan Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarında X7na məxsus və onun qanuni istifadəsində olan torpaq sahəsinin X34, X14, X35, X23, X15 və X40 ayrılması məsələsinə baxılmamış və bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Məhz bu səbəbdən də, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı “yoxa çıxmışdır”. Qərarın əldə edilməsi üçün etdiyi müraciətlərin nəticəsi olmamışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı arxiv sənədlərində aşkar edilməmişdir. Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyası arxiv sənəd materiallarını mühafizə üçün Beyləqan rayon Dövlət Arxiv İdarəsinə təhvil verməmişdir. Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı X60 təhvil verilmədiyi üçün təqdim etmək mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci i! tarixli 58 saylı Qərarı və Protokolu Mərkəzin arxivində aşkar edilməmişdir verməmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, Şəhadətnamə qanunsuz verildiyi üçün keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi onun verilməsinə əsas olan sənədləri məhv etmiş və bu səbəbdən də dövlət arxivlərinə təhvil verməmişdir. Şəhadətnamədə qeyd olunan Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi dair babamın adına şəxsi hesab açılmış, babamın və nənəmin qanuni sahibliyində və istifadəsində olmuşdur və aqrar komissiyası “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, aqrar islahat dövründə həmin zamanı orada daimi yaşayan və həmin torpaq sahəsini qanuni istifadə edən nənəm X19 başqa şəxslərə verilə bilməzdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektləri hesab olunurlar. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəii Fərmanı iiə təsdiq ediimiş, “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamədə adları qeyd olunan X31, X46, X41, X32 və X54 başqa ölkənin vətəndaşlarıdırlar və Azərbaycan Respublikasının Torpaq Məcəiiəsinin 48-ci maddəsinin 3-cü hissəsinə, eləcə də həmin Məcəllənin 86-cı maddəsinin 4-cü hissəsinə əsasən, torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilməzlər. Azərbaycan Respublikasının Torpaq Məcəiiəsinin 48-ci maddəsinin 3-cü hissəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Məcəiiənin 86-cı maddəsinin 4-cü hissəsinə əsasən, əcnəbiiərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Həmin Məcəllənin 49-cü maddəsinin 4-cü hissəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Beləliklə müəyyən olunur ki, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayonunda fəaliyyət göstərən yerli orqanı şifahi “tapşırıq” əsasında, şəxsiyyəti müəyyən edən, habelə torpağın istifadəsində olması barədə sənədlər, müraciət ərizəsi olmadan, Beyləqan rayon Aqrar İslahat Komissiyasının mövcud olmayan xx.xx.1998-ci il tarixli 58 saylı qərarına istinad edərək JN-306A kod 60713018 nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə xarici ölkə vətəndaşları X14, X30, X20, X8 və X27 nənəsi X21 qanuni istifadəsində olan Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsini qanunsuz olaraq ayırmışdır. Bu səbəbdən də, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-306A kod 60713018 nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsi qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X14, X30, X23, X15 və X40 ayrılmasına dair hissədə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X14, X30, X23, X15 və X40 ayrılmasına dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti iddiaya qarşı etirazla bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 nömrəli qərarına istinad edilərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN- 306-A saylı, KOD 60713018 nömrəli, xx.xx.2005-ci tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi ilə X14, X30, X23, X15 və X40 X7nın qanuni istifadəsində olan, Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 0.06 ha torpaq sahəsi qanunsuz olaraq ayrılmışdır. İddiaçı cavabdeh Beyləqan rayon İcra hakimiyyətinə qarşı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarının ləğv olunması tələbinə dair inzibati mübahisə üzrə cavabdeh olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin seçilməsi düzgün deyildir. Belə ki, “X77 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Fərmanı ilə qüvvədən düşdükdən sonra Aqrar İslahat Komissiyasının səlahiyyətlərinə xitam verilmişdir. X72 komissiyasının arxiv sənəd materialları nə Beyləqan Rayon İcra Hakimiyyətinə, nə də Beyləqan Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilmişdir. Mübahisələndirilən qərar Beyləqan rayonu ərazisində aparılan torpaq islahatı ilə əlaqədar 16 noyabr 1998-ci il tarixdə Beyləqan rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul olunmuşdur, iddiaçı isə 17 iyul 2023-cü il tarixdə mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia (prosessual) müddətini ötürmüşdür. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı Beyləqan rayonunda aparılmış torpaq islahatı ilə bağlı ümumi qərardır və iddiaçı Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmək üçün prosessual müddəti buraxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına, rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. “İnzibati İcraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən (İnzibati şikayətin verilməsi müddəti) Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 nömrəli qərarının qismən, yəni Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 0.06 ha torpaq sahəsinin X14, X30, X23, X15 və X40 ayrılmasına dair hissədə ləğv edilməsi” tələbinə dair iddiasının mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-306A saylı, KOD 60713018 olan Şəhadətnaməsinin surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar toraq sahəsi X25 və onun ailə üzvləri X10, X28, X18, X12 və X38 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Birinci Şahsevən kənd inzibati XDS icraiyyə komitəsinin xx.xx.1990-cu il tarixli, İİİ-ЖГ 490215 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X61 09 iyul 1990-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1990-cı ildə iyul ayının 10 günündə 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2006-cı il tarixli, AZ-İ 179110 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X51 12 iyul 2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 07 ayının 12 günündə 33 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2014-cü il tarixli, AZ-İ 649019 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X55 11 iyun 2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 06 ayının 17 günündə 26 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2014-cü il tarixli, 42 nömrəli arxiv arayışının surətindən görünür ki, X47 adına İ-Şahsevən kənd sovetinin 1983- 1985-ci illərə aid olan 10 №-li Təsərrüfatbaçma kitabının 14-cü səhfəsində 715 №-li şəxsi hesabda onun adına 0,06 hektar həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, ********** nömrəli arayışının surətindən görünür ki, X4 rayonu, Birinci Şahsevən kəndi ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətçiləri X31, X48, X46, X41, X42 və X9r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, ********** nömrəli arayışının surətindən görünür ki, X4 rayonu, Birinci Şahsevən kəndi ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətçiləri X31, X48, X46, X41, X42 və X9r. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, reyestrdə 2-V-1-180 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sabirabad “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu Cəfərov S.Y. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2006-cı ildə vəfat etmiş X25 vərəsəsi: nəvəsi İddiaçı miras əmlakdan irs almalı olmasını təsdiq etmişdir. Şəhadətnamə verilən miras əmlak DT və XK- nin Beyləqan rayon şöbəsinin xx.xx.1999-cu il tarixli, JN-326 saylı, KOD 60713018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına və DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, çıxış nömrəsi ********** saylı arayışına əsasən Beyləqan rayonu. Birinci Şahsevən kəndində yerləşən 0,9692 ha torpaq sahəsinin və DT və XK-nin Beyləqan rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, JN-306A saylı, KOD 60713018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə və DƏDRX-nin 6 saylı Ərazi idarəsinin xx.xx.2015-ci ıi tarixli, çıxış nömrəsi ********** saylı arayışına əsasən ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsinin ona aia olan hissəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli çıxarışın surətindən gorünur ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X17, X26, X10, X18 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli revestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci ildə A 000810 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)- 1520/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı X1, X41, X42 və X8 aid hissədə qanunsuz hesab edilməkiə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X25 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş №0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər X26, X18, X17 və X6 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməs vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sar ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X39 və Əsədova (Alıyeva) Kifayət iltifat qızına aid edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(106)-198/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-1520/2021 nömrəli qətnaməsi qismən-“mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X36 və Əsədova (Alıyeva) Kifayət İltifat qızina aid edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2929/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-198/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2- 1434/2023 nömrəli məktubundan görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi məqsədi ilə Beyləqan rayonu, 1-ci Şahsevən kəndi üzrə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı Protokolunun və Qərarının təsdiq olunmuş surətinin verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş məktuba (daxilolma qeydiyyatı: № 3-21/1-10446/2023 xx.xx.2023-cü il) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, arxivdə aparılmış araşdırma zamanı Beyləqan rayonu, 1-ci Şahsevən kəndi (“Babək” təsərrüfatı) üzrə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı Protokolu və Qərarı aşkar edilməmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının 1-ci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Beyləqan rayon Birinci Şahsevən kənd sakini İddiaçı verilən xx.xx.2023-cü il tarixli, 653 nömrəli arayışdan görünür ki, Beyləqan rayon Birinci Şahsevən kəndində yaşamış mərhumə X7 12 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə qədər təsərrüfatbaşına 05 nömrəli kitabın 448-467-ci səhifəsində göstərilən illər, 2001-2005-ci illərdə adı göstərilən mərhumə X48 həmin təsərrüfatın, əri mərhum X61 vəfat edəndən sonra yeganə sahibəsi olmuşdur. Həyətyanı təsərrüfatını özü idarə etmişdir. Təsərrüfatda həmin illərdə heç bir şəxs qeydiyyatda olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-14868/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş JN-306A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, DBF adlı siyahının, ünvan 1i üzrə həyətyanı torpaq sahəsi verilmiş subyektlərin siyahısından X48 və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən çıxarışın, eləcə də Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli iclas protokolundan çıxarışın təsdiq edilmiş surətini təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-38-2/33-1744/24 nömrəli məktubunda qeyd edilmişdir ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1957-ci il təvəllüdlü X10, xx.xx.1968-ci il təvəllüdlü X26, xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.1995-ci il təvəllüdlü X17 və xx.xx.1991-ci il təvəllüdlü Süleymanova (Sadıqzadə) Şəbnəm İsmayıl qızının 2002-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanları xaricindədir. Bununla yanaşı xx.xx.1957-ci il təvəllüdlü X10, xx.xx.1968-ci il təvəllüdlü X26, xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.1995-ci il təvəllüdlü X17 və xx.xx.1991-ci il təvəllüdlü Süleymanova (Sadıqzadə) Şəbnəm İsmayıl qızının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında giriş-çıxışları qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan və tələbində qeyd edilən əsasları məhkəmədə sübut etdiyindən, inzibati orqan tərəfindən verilən imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 139-1.1, 139-1.1.5) Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-1520/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı X1, X41, X42 və X8 aid hissədə qanunsuz hesab edilməkiə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X25 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş №0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər X26, X18, X17 və X6 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməs vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sar ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X39 və Əsədova (Alıyeva) Kifayət iltifat qızına aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 198/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-1520/2021 nömrəli qətnaməsi qismən- “mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X49 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X36 və Əsədova (Alıyeva) Kifayət İltifat qızina aid edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2929/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-198/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə müəyyən etdi ki, mübahisələndirilən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar toraq sahəsi X25 və onun ailə üzvləri X10, X28, X18, X12 və X38 mülkiyyətinə verilmi və bu hal şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin şəhadətnaməyə əsasən, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı ilə Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi - X7na, qardaşı - X14, qardaşı İsmayılın arvadı X35, onların qızı - X23, oğulları - X15 və X40 ayrılmışdır. X2 vərəsə kimi ona miras qalmış Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixindən RX seriyalı ******* nömrəli Dövlət reyestrdən çıxarışa əsasən, onunla yanaşı X10, X26, X11, X6 və X17 paylı mülkiyyətindədir. Beləliklə, babasının mülkü olmuş və adına qeydiyyatda keçmiş Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 hə torpaq sahəsi babasının vəfatından sonra vərəsəlik qaydasında nənəsinə, nənəsinin vəfatından sonra atasına, atasından isə ona keçmişdir. Bütün vərəsələr, o cümlədən qardaşı X31 miras əmlakdan onun xeyrinə imtina etmişlər. Lakin, qanunsuz verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə səbəbindən hazırda həmin miras əmlak imtina edən qardaşı X10, onun başqa ölkənin vətəndaşları olan arvadının və uşaqlarının paylı mülkiyyətindədir. xx.xx.1957-ci il təvəllüdlü, Orenburq vilayəti, Novotroitsk şəhəri, Novorudnıy qəsəbəsi, Klubnaya küçəsi ev 1, mənzil 5 ünvanında qeydiyyatda olan Rusiya Federasiyası vətəndaşı X10 (iddiaçının qardaşı) məhkəməyə ünvanladığı ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi X7na məxsus olmuşdur. Nənəsinin 2006-cı ildə vəfatından sonra əmlak atası X3. Atasının 2014-cü ildə vəfatından sonra o, qardaşı Elnur və bibisi Tofıqə mərhum atasından qalan miras əmlakdakı paylarından qardaşı İddiaçı xeyrinə imtina etmişdirlər. Sonradan ona məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə onun, arvadı X26, övladları - X11, X6 və X17 adları qeyd olunmuş, sonradan isə həmin torpaq sahəsinə dair adlarına dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan sənədlərdə övladlarının soyadları səhv yazılmışdır. Azərbaycan Respublikasının Beyləqan rayonu 1-ci Şahsevən kəndində X7na məxsus torpağın adına keçməsi və ya oradan pay almaq üçün heç bir dövlət orqanına müraciət etməmişdir. Onun və ailə üzvlərinin adlarının şəhadətnamədə və çıxarışda necə qeyd olunmasına dair hər hansı məlumatı yoxdur. Azərbaycan Respublikasının Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinə verilmiş və adı qeyd olunan Daşınmaz Əmlakın Dövlət Reyestrdən Çıxarışın, habelə Çıxarışın verilməsinə səbəb olmuş sənədlər ləğv olunmaını xahiş etdiyi müəyyən edilir. Məhkəməyə təqdim edilən sənədlərə, eləcə də, Torpaq sahəsinə dair 1-ci Şahsevən kənd sovetinin 1983-1985 illərə aid olan 10 №-li Təsərrüfatbaşına kitabın 14-cü səhifəsində 715 №-li şəxsi hesab açılmış, həmin şəxsi hesaba əsasən 1983-1985 illərdə babasının istifadəsində və sahibliyində 1959-cu ildə tikilmiş fərdi yaşayış evi olmuş və həmin evdə X7 və ailəsi ilə birgə yaşadığı müəyyən edilir. X22 xx.xx.1990-cı il tarixində vəfat edəndən sonra torpaq sahəsini və fərdi yaşayış evini X7 faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. 1-ci Şahsevən kənd inzibati vahidi 2001-2005 və 2006-2010 illərə aid 5 №-li Təsərrüfatbaşına kitablarına əsasən X7 xx.xx.2006-cı il tarixinədək Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsini təkbaşına istifadə etmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 1-ci Şahsevən kənd inzibati ərazi dairəsinin nümayəndəliyinin xx.xx.2023-cü il tarixii 653 saylı arayışı ilə təsdiq olunur ki, X7 5 №-li Təsərrüfatbaşına kitabında göstərilən təsərrüfatın əri X47 vəfatından sonra yeganə sahibəsi olmuş, təsərrüfatı özü idarə etmiş, təsərrüfatda həmin illərdə başqa şəxslər qeydiyyatda olmamışlar. Göründüyü kimi iddiaçı qeyd edilən torpaq sahəsinə çıxarış almaq istəmişdir. Lakin halhazırda mübahisələndirilən qərarda X10, X26, X11, X6 və X17 olmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. İş materiallarına əsasən mübahisələndirilən qərardan tərəflərin yalnız torpaq sahələrinə çıxarış almaq istədikləri zaman məlumatlarının olduğu müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Komissiyanın hər hansı prosedur qaydasında formal pozuntular törətməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X14, X30, X23, X15 və X40 ayrılmasına dair hissədə ləğv edilməsi öhdəliyi öhdəliyi qoyulmalıdır. Başqa sözlə qeyd edilən hallar iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin X43 aid hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X14, X30, X23, X15 və X40 ayrılmasına dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar