Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1133/2021 25.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin ünvan 2 qarşı “nəqliyyat vasitəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 25 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-cı il buraxılışlı “QAZ-53” markalı, 99-AQF dövlət qeydiyyat nişanlı avtomaşının adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “1990-cı il buraxılışlı “QAZ-53” markalı, 99-AQF dövlət qeydiyyat nişanlı avtomaşının mərhum əri X1 adına dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Ağcabədi rayonunda 6 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Ağcabədi rayonunda 6 saylı rayonlararası qeydiyyatimtahan və texniki baxış şöbəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayon Əli Bayramov adına Üzümçülük sovxozunda özəlləşdirmə zamanı əmək kollektivinin Qərarına əsasən sovxozun balansında olan 1990-cı ildə buraxılışlı, “QAZ-53A” markalı, 99-77 AQF dövlət qeydiyyat nişanlı avtomobil ona satılmışdır. Həmin avtomaşın artıq 31 ildir ki, onun sahibliuində və istifadəsindədir. Hazırda həmin avtomobili qeydiyyata almaq üşün BDYPİnin Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə müraciət etmiş, lakin həmin orqan avtomaşını onun adına qeydiyyata almaqdan imtina etmişdir. Ərizəyə əlavə edilmiş sənədlər BDYPİ-nin Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin bu imtinasının əsassız olduğunu sübut edir. Ona görə də hesab edir ki, 1990-cı il buraxılışlı, “QAZ-53A” markalı, 99-77 AQF dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyatına alınması vəzifəsi BDYPİ-nin Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 20.02.1991-ci il tarixli “Texniki talon”dan görünür ki, 1990-cı ildə buraxılışlı, şassi № -1312261, mühərrik № - ******* olan “QAZ-53A” markalı avtomaşın Ağdam rayon Əli Bayramov adına Üzümçülük sovxozunun balansında olmuşdur. İş materialarında olan və iddia ərizəsinə əlavə edilmiş Əli Bayramov adına Üzümçülük sovxozunun əmək kollektivi şurasının 12.02.2021-ci il tarixli iclas protokolundan görünür ki, sovxozun balansında olan 1990-cı ildə buraxılmış, şassi № - 1312261, mühərrik № - ******* olan “QAZ-53A” markalı özü yükboşaldan avtomobilin özəlləşdirilərək İddiaçı satılması, 6 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsindən həmin avtomobilin İddiaçı adına qeydiyyata alınmasının xahiş edilməsi, sovxozun qiymətqoyma komissiyasının avtomobilə müəyyən etdiyi qiyməti 180 manat təsdiq edilməsi Qərara alınmışdır. İş materialarında olan və iddia ərizəsinə əlavə edilmiş Əli Bayramov adına Üzümçülük sovxozunun direktoru Nurəddin Kərimovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin ünvan 2 ünvanladığı məktubunda aşağıdakılar bildirilmişdir: Ağdam rayon Əli Bayramov adına Üzümçülük sovxozunun əmək kollektivi şurasının 01.01.2021-ci il tarixli, 01 nömrəli iclas protokolunun qərarına əsasən sovxozun balansında olan 1990-cı ildə buraxılmış, “QAZ-53A” markalı, 99-77 AQF dövlət qeydiyyat nişanlı avtomobil özəlləşdirilərək X3 verildiyindən həmin avtomobilin onun adına qeydiyyata alınmasına etiraz etmir. İş materialarında olan və iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin İddiaçı ünvanlanmış 02.08.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: ərizənizdə göstərdiyiniz “QAZ-53A” markalı, 99-77 AQF dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vəfat etmiş X1 adında olduğu üçün, tərəfimizdən Sizin təqdim etdiyiniz sənədlər əsasında sözügedən nəqliyyat vasitəsini adınıza rəsmiləşdirilməsi mümkün deyildir. Odur ki, bu məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 13.09.2021-ci il tarixli, 311-440-1221 saylı məktubunda bildirilmişdir ki, “QAZ-53A” markalı, 99-77 AQF dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyəti barədə məlumat BDYPİ-nin mərkəzi informasiya sistemində qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 07.10.2021-ci il tarixli, **********91 saylı məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin arxivində Ağdam Rayon Aqrar İslahat Komissiyasının 14.06.1998-ci il tarixli, 10AK/3 nömrəli qərarı, həmçinin Respublika Dövlət Aqrar İslahat Komissiyasının 14.06.1998-ci il tarixli, 10AK/3 nömrəli qərarı aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 02.11.2021-ci il tarixli, 40 saylı məktubunda bildirilmişdir ki, Respublika Dövlət Aqrar İslahat Komissiyasının (və yaxud Ağdam Rayon Aqrar İslahat Komissiyasının) sənədləri Ağdam Arxivinə təhvil verilmədiyi üçün Filialda mühafizə olunmur. Ona görə də məktubda tələb olunanlara cavab vermək mümkün olmadı. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 19.11.2021-ci il tarixli, 02/1019 saylı məktubunda bildirilmişdir ki, Respublika Dövlət Aqrar İslahat Komissiyasının, həmçinin Ağdam Rayon Aqrar İslahat Komissiyasının 14.06.1998-ci il tarixli, 10AK/3 nömrəli iclas protokolunun qərarı Ağdam Rayon İcra Hakimiyyətində mövcud deyildir. Məlumdur ki, nəqliyyat vasitələrinin qeydiyyatı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin qanunun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin 1ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara təqdim edilməlidir. Həmin Əsasnamənin 10-cu bəndinə əsasən dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Həmin Əsasnamənin 12-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılmasına aid reyestr, jurnal və kompyüter bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədləri isə beş il müddətində saxlanılır. Qeyd olunan normalardan görünür ki, bu qəbildən olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, eləcə də qeydiyyatla bağlı digər hərəkətlərin aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (onun müvafiq qurumları) tərəfindən həyata keçirilir. İş materiallarında olan Əli Bayramov adına Üzümçülük sovxozunun əmək kollektivi şurasının 12.02.2021-ci il tarixli iclas protokolundan aydın olur ki, mübahisəli “QAZ-53A” markalı, 99-77 AQF dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Respublika Dövlət Aqrar İslahat Komissiyasının 14.06.1998-ci il tarixli, 10AK/3 nömrəli qərarı əsasında X2 əmlak payı olaraq verildiyi göstərilmişdir. Lakin məhkəmənin müvafiq qurumlara (orqanlara) ünvanladığı sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış cavab məktublarında Respublika Dövlət Aqrar İslahat Komissiyasının (eləcə də Ağdam Rayon Aqrar İslahat Komissiyasının) 14.06.1998-ci il tarixli, 10AK/3 nömrəli qərarının mövcudluğu öz əksini tapmamışdır. Bu səbəbdən sözügedən avtomaşının islahat zamanı iddiaçının mərhum əri X2 əmlak payı olaraq verilib-verilməməsini müəyyən etmək mümkün deyil. İddiaçı eyni zamanda iddia edir ki, Ağdam rayon Əli Bayramov adına Üzümçülük sovxozunda özəlləşdirmə zamanı əmək kollektivinin Qərarına əsasən sovxozun balansında olan 1990-cı ildə buraxılışlı, “QAZ-53A” markalı, 99-77 AQF dövlət qeydiyyat nişanlı avtomobil ona satılmışdır. Müəyyən edildi ki, iddiaçı tərəfindən təqdim edilmiş Əli Bayramov adına Üzümçülük sovxozunun əmək kollektivi şurasının iclas protoklu (hansı ki, mübahisəli avtomaşının həmin iclas protokolunun qərarına əsasən ona satıldığını iddia edir) islahat zamanı deyil son vaxtlar, yəni 12.02.2021-ci il tarixdə tərtib edilmiş, həm də artıq mövcud olmayan Əli Bayramov adına Üzümçülük sovxozunun direktoru tərəfindən imzalanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, ölkədə Aqrar islahatların həyata keçirilməsini təmin etmək üçün 1997-1998-ci illərdə kolxoz və sovxozlar ləğv edilmiş, həmin kolxoz və sovxozların əmlakları kolxoz və sovxoz üzvləri arasında əmlak payı olaraq bölüşdürülmüşdür. Belə olan halda həmin avtomaşının hələ də Ağdam rayon Əli Bayramov adına Üzümçülük sovxozunun balansında qalması və hazırda isə həmin avtomaşının özəlləşdirilərək iddiaçıya satılması qəbul edilə bilməz. İddia ərizəsinə əlavə edilmiş texniki talona gəldikdə isə, həmin texniki talon 1990-cı ildə buraxılışlı, şassi № -1312261, mühərrik № - ******* olan “QAZ-53A” markalı avtomaşının Ağdam rayon Əli Bayramov adına Üzümçülük sovxozun balnasında olmasını göstərən sənəddir, həmin avtomaşının iddiaçının mərhum əri X2 məxsus olmasını göstərən sənəd deyil. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçıya mübahisəli 1990-cı ildə buraxılışlı, “QAZ-53A” markalı, 99-77 AQF dövlət qeydiyyat nişanlı avtomobilin satılması və yaxud onun mərhum ərinə əmlak payı olaraq verilməsini müəyyən etməyə imkan verən hər hansı mötəbər sənəd mövcud olmadığına görə cavabdeh onun həmin avtomaşın üzərində hüquqlarını qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldiir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin ünvan 2 qarşı “nəqliyyat vasitəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin ünvan 2 qarşı “nəqliyyat vasitəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1133/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1133/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver