Məhkəmə qərarları › İş №2-1(120)-1133/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1133/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1133/2025 04.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçın nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Neftçala rayonu, X4 xx.xx.2024-cü il tarixli, 07 saylı iclas protokolu üzrə qəbul edilmiş qərarın, Neftçala rayonu, X4 xx.xx.2024-cü il tarixli, 11 saylı iclas protokolunda birinci məsələ üzrə qəbul edilmiş qərarın ləğv olunması və X5 Bələdiyyə Üzvlüyü səlahiyyətlərinin itirilmiş hesab edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Neftçala rayonu, X4 xx.xx.2024-cü il tarixli, 07 saylı iclas protokolu üzrə qəbul edilmiş qərarın, Neftçala rayonu, X4 xx.xx.2024-cü il tarixli, 11 saylı iclas protokolunda birinci məsələ üzrə qəbul edilmiş qərarın ləğv olunması və X5 Bələdiyyə Üzvlüyü səlahiyyətlərinin itirilmiş hesab edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçın nümayəndəsi X11 məhkəmə iclasına gəlmiş, cavabdeh isə gəlməmişdir. İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçın nümayəndəsi X11 izahat verərək, iddia tələbinin tam təmin olunduğunu bildirdi və hazırki iddia predmeti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 70 saylı X7 X8 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçınə ünvanladığı 24 fevral 2025-ci il tarixli 3-11-70/2-12/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində X3 Qarabucaq bələdiyyəsi üzrə öz təşəbüsü ilə namizədliyinin irəli sürmüşdür.X5 imza vərəqələrini və ona əlavə edilmiş sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yoxlanılmış və 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının qərarı ilə namizədliyinin qeydə alınmasından imtina edilmişdir. İşdə olan Mərkəzi Seçki Komissiyasının xx.xx.2025-c il tarixli X1 X4 Seçilmiş Namizədləri sırasında X5 adı qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə müəyyən etdi ki, İddiaçı Cavabdeh 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının qərarı ilə X5 namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı tələbi məhkəmə iclasına qədər təmin edildiyi üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Neftçala rayonu, X4 xx.xx.2024-cü il tarixli, 07 saylı iclas protokolu üzrə qəbul edilmiş qərarın, Neftçala rayonu, X4 xx.xx.2024-cü il tarixli, 11 saylı iclas protokolunda birinci məsələ üzrə qəbul edilmiş qərarın ləğv olunması və X5 Bələdiyyə Üzvlüyü səlahiyyətlərinin itirilmiş hesab edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Neftçala rayonu, X4 xx.xx.2024-cü il tarixli, 07 saylı iclas protokolu üzrə qəbul edilmiş qərarın, Neftçala rayonu, X4 xx.xx.2024-cü il tarixli, 11 saylı iclas protokolunda birinci məsələ üzrə qəbul edilmiş qərarın ləğv olunması və X5 Bələdiyyə Üzvlüyü səlahiyyətlərinin itirilmiş hesab edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar