Məhkəmə qərarları › İş №2-1(120)-1134/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1134/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1134/2025 22.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı və onun vəkili X9, Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı «Beyləqan rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı «Beyləqan rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının etibarsız hesab edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3689/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3689/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı «Beyləqan rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının ləğv edilməsi» kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2003-cü il tarixli 34 nömrəli sərəncamı ilə iddiaçıya mağaza binası tikdirmək üçün Beyləqan şəhəri, S.Qazıyeva küçəsindən, S.Qazıyeva küçəsinin N.Tusi küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfindən 56 kvadrat metr tikinti altına torpaq sahəsi ayrılmışdır. Sərəncam ilə iddiaçıya ayrılmış torpaq sahəsində mağaza binası tikdirmək istəyərkən X10 mənə mane oldu və sonra da həmin torpaq sahəsini ona bitişik olan digər sahəni də əhatə etməklə, o cümlədən iddiaçıya ayrılmış 56 kvadrat metr torpaq sahəsini də qeyri-qanuni olaraq hasara aldı. Bununla bağlı Hökümə Aslanovaya xəbərdarlıq edilməklə həmin yerdə hər hansı bir tikinti işinin aparılması dayandırılmışdır. Buna baxmayaraq Hökümə Aslanova qanunsuz hərəkətlərini davam etdirirək iddiaçıya sərəncamla verilmiş torpaq sahəsində mağaza binası tikməsinə mane olmaqdadır. Bu səbəbdən iddiaçı Şirvan İnzibati Məhkəməsinə 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2003-cü il tarixli 34 nömrəli sərəncamı ilə mağaza binası tikdirmək üçün Beyləqan şəhəri, S.Qazıyeva küçəsindən, S.Qazıyeva küçəsinin N.Tusi küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfindən 56 kvadrat metr tikinti altına verilmiş torpaq sahəsinə çıxarış alınmasından ötrü iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə Şirvan İnzibati Məhkəməsində baxılarkən müəyyən edildi ki, iddiaçıya sərəncamla verilmiş həmin torpaq sahəsinə dair Beyləqan Rayon Xalq X8 Heyətinin 07 sentyabr 1993-cü il tarixli iclas protokolunda gündəlikdə durmayan məsələ ilə bağlı Beyləqan şəhər sakini X6 S.Qazıyeva küçəsi ilə H.T u si küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı yanından kommersiya mağazası tikdirmək üçün 120 kvadrat metr torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilməsinə dair həmin tarixli 26 nömrəli qərarı mövcuddur. Bununla əlaqədar Beyləqan rayon Dövlət Arxivinə sorğu edilərək cavab alınmışdır. Beyləqan rayon Dövlət Arxivinin 07 may 2024-cü il tarixli, 3-48- 8RA/2- 45/2024 nömrəli cavab məktubundan görünür ki, Beyləqan Rayon Xalq X8 Heyətinin 07 sentyabr 1993-cü il tarixli iclas protokolunda gündəlikdə 2 məsələ mövcud olmuş, iclas protokolunun gündəliyində birincisi Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi üçün seçki məntəqələrinin təşkil edilməsi haqqında, ikinci isə rayonun məktəbəqədər uşaq müəssisələrində aparılan təlim-tərbiyə işlərinin vəziyyəti və onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlər haqqında olmuşdur. Lakin, Beyləqan rayon Dövlət Arxivinin 07 may 2024cü il tarixli, 3-48-8RA/2-45/2024 nömrəli cavab məktubunda iclas protokolunun gündəliyində olmadığı halda həmçinin 26 nömrəli qərarla müxtəlif mövzulara aid 2 nüsxə mövcud olduğunu göstərmiş, məktuba Beyləqan Rayon Xalq X8 Heyətinin 07 sentyabr 1993-cü il tarixli iclasının " torpaq sahəsinin ayrılması və tikinti işləri aparılmasına icazə verilməsi barədə qərarını əlavə etmişdir. Həmin qərara əsasən Beyləqan şəhər sakini X6 S.Qazıyeva küçəsi ilə H.Tusi küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı yanından kommersiya mağazası tikdirmək üçün 120 kvadrat metr torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir. Hesab edir ki, X12 Məclisi Heyətinin 26 nömrəli qərarına Beyləqan şəhər sakini X6 S.Qazıyeva küçəsi ilə H.Tusi küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı yanından kommersiya mağazası tikdirmək üçün 120 kvadrat metr torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilməsi 07 sentyabr 1993-cü il tarixli iclasın gündəliyində olmamış, sonradan həmin qərar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Bu səbəbdən də arxiv sənədlərində olmadığı üçün Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2003-cü il tarixli 34 nömrəli sərəncamı ilə mənə mağaza binası tikdirmək üçün Beyləqan şəhəri, S.Qazıyeva küçəsindən, S.Qazıyeva küçəsinin N.Tusi küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfindən 56 kvadrat metr tikinti altına torpaq sahəsi ayrılmışdır Qeyd olunanlara əsasən Beyləqan Rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli iclasının Beyləqan şəhər sakini X6 S.Qazıyeva küçəsi ilə H.Tusi küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı yanından kommersiya mağazası tikdirmək üçün 120 kvadrat metr torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilməsi haqqında 26 nömrəli qərarı ləğv edilməlidir.Ona görə də Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2003-cü il tarixli 34 nömrəli sərəncamı ilə iddiaçıya mağaza binası tikdirmək üçün Beyləqan şəhəri, S.Qazıyeva küçəsindən, S.Qazıyeva küçəsinin N.Tusi küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfindən 56 kvadrat metr tikinti altına torpaq sahəsində gördüyüm işlərə mane olduğuna görə Beyləqan Rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli iclasının Beyləqan şəhər sakini X6 S.Qazıyeva küçəsi ilə H.Tusi küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı yanından kommersiya mağazası tikdirmək üçün 120 kvadrat metr torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilməsi haqqında 26 nömrəli qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla iddiaçıya hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və bildirmişdir ki, X12 Məclisi Heyətinin 26 nömrəli qərarına Beyləqan şəhər sakini X6 S.Qazıyeva küçəsi ilə H.Tusi küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı yanından kommersiya mağazası tikdirmək üçün 120 kvadrat metr torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilməsi 07 sentyabr 1993-cü il tarixli iclasın gündəliyində olmamış, sonradan həmin qərar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. iddiaçı mübahisəli torpaq sahəsində tikinti işləri aparan zaman Aslanova Hökümə gələrək ona orada tikinti aparılmasına icazə verməmiş və bildirmişdir ki, həmin torpaq sahəsinə müvafiq qərarı mövcuddur. Bundan sonra iddiaçı mübahisələndirilən torpaq sahəsinə çıxarışın verilməsi üçün müraciət etmişdir, son məhkəmə prosesində iddiaçıya məhkəmə tərəfindən bildirilmişdir ki, 1993-cü il tarixli qərar qüvvədə olduğu təqdirdə müvafiq torpaq sahəsi üzrə çıxarış əldə edə bilməz, onu məhkəmədə mübahisələdirmək hüququ var, bundan sonra iddiaçı hazırki iddia tələbini qaldırmışdır. xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, hüquqi yardım məktubu üzrə bildirmişdir ki, iddiaçı 2003-cü ildən bu torpaq sahəsindən istifadə etmir. 17 il öncə bu torpağı çəpərə almış, ağaclar əkmiş, sonradan 2020-ci il tarixdə mağaza binası tikmək istəmişdir. Lakin üçüncü şəxs X10 buna imkan verməmiş və bildirmişdir ki, bu torpaq sahəsinə dair sənədləri var, Beyləqan rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli qərarını iddiaçıya göstərmişdir. Sonradan iddiaçı Arxiv İdarəsinə getmişdir. Belə məlum olmuşdur ki, XDS-nin belə qərarı yoxdur, yəni o vaxt gündəliyə çıxarılan zaman bu məsələyə baxılmamışdır. Sonra məhkəmədə müvafiq çıxarışın verilməsi ilə bağlı iddia qaldırmış, daha sonra sözügedən qərarı məhkəmədə mübahisələndirmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini işin hallarından asılı olaraq prosesin digər iştirakçılarına göndərir. İddia tələblərinə etiraz etməkə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddia mübahisələndirmə növünə aid olmaqla inzibati prosessual qanunvericilikdə müəyyən edilmiş müddətdə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Barəsində mübahisələndirilən qərar verilmiş torpaq sahəsi fasiləsiz olaraq sahiblik və istifadəsində olmuşdur. 2023-cü ilin əvvəllərində həmin torpaq sahəisində aparılan tikinti işləri səlahiyyətli dövlət qurumları tərəfindən dayandırılmışdır. ünvan 1 ünvanlanaraq tikinti işlərinin dərhal dayandırılması tələb edilmiş, bundan əlavə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi 16 yanvar 2023cü il tarixli 0029 saylı “Tikinti işlərinin dayandırılması barədə” Qərar qəbul edilmişdir. Bu sənədlər torpaq sahəsinin faktiki sahiblik və istifadəsində olmasının təsdiqidir. Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarilxli iddia ərizəsi ilə müraciət etmiş, həmin iddia ərizəsi üzrə X10 3-cü şəxs kimi cəlb edilmiş, iddia ərizəsi üzrə məhkəmə araşdırması aparılmışdır. Məhkəmə baxışında iddiaçı vəsatət verərək hal-hazırki inzibati iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olduğunu əsas gətirərək inzibati işin dayandırılmasını xahiş etmiş və məhkəmə xx.xx.2024-cü il tarixli 2-1(120)-489/2024 saylı qərardadla inzibati işin dayandırılmasını qərara almışdır. Həmin inzibati iş üzrə 3-cü şəxs kimi işə cəlb olunması barədə ərizə 28 mart 2023-cü il tarixdə verilmiş, həmin vaxtdan proses iştirakçısı olmuşlar. Bundan əlavə həmin inzibati iş üzrə cavabdeh tərəfindən 27 mart 2023-cü il tarixli məktubu göndərilmiş, həmin məktubda cavabdeh X3 eyni torpaq sahəsinə dair hüquqların qeydə alınması barədə ərizə ilə Beyləqan rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli 26 nömrəli qərarı əsasında müraciət etdiyi barədə məlumat vermişdir. Bundan əlavə İddiaçı X3 caavbdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı bəhs edilən torpaq sahəsinin qeydiyyata alınmasına dair iddia ərizəsi üzrə 2-1(120)-329/2025 inzibati işə (hakim Şahəli Musayev) də 3-cü şəxs kimi cəlb edilmiş və həmin inzibati işin gedişatında tərəf kimi iştirak etmişdir. Belə olan halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə riayət edilməməsi aşkardır. İnzibati iş üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32-ci, 35-ci və 38-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli 26 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2- 1(120)-1134/2025 saylı inzibati iş üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Beyləqan rayon XDM Rəyasət Heyyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının surətindən görünür ki, X6 S.Qazıyeva küçəsi ilə N.Tusi küçəsinin kəsişməsindən S.Qazıyeva küçəsindən Mərkəzi rayon xəstəxanasının hasarı janından kommersiya mağazası tikintisi üçün 120kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilməsi qərara alınmışdır. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 34 nömrəli sərəncamından görünür ki, İddiaçı mağaza binası tikdirmək üçün Beyləqan şəhəri, S.Qazıyeva küçəsindən, S.Qazıyeva küçəsinin N.Tusi küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfindən 56 kv metr tikinti altına torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2023-ci il tarixli, 0029 nömrəli tikinti işlərinin dayandırılması barədə qərarından görünür ki, X1 Beyləqan rayonu, S.Qazıyeva küçəsində yerləşən tikinti obyektinə lisenziyası olmadığı üçün tikintiyə icazəsi yoxdur. Tikinti obyektində a.kar olunmuş pozuntuların sifarişçi tərəfindən aradan qaldırılması üçün müəyyən edlmiş müddət 30 gün müyyən edilmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1134/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına Dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia tələbinə dair inzibati iş üzrə məhkəmənin 12 aprel 2023-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icrratına zəruri cəlb edilmiş və 18 may 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iş üzrə üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə Beyləqan rayon Dövlət Arxivinin 21 dekabr 2022-ci il tarixli, 1/185 nömrəli müşayət məktubu və ona əlavə edilmiş qərarın notarial qaydada təsdiq olunmuş surəti təqdim olunmuşdur (qərardadın və qərarın surəti əlavə olunur). Qeyd olunan iş üzrə icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)- 3689/2024 saylı (İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan Rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair) inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-489/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əlavə olunmuş iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına Dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, Beyləqan rayon XDM Rəyasət Heyyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Göründüyü kimi Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)- 3689/2024 saylı məhkəmə prosesində hazırda iddiaçı tərəfindən mübahisələndirilən Beyləqan rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarı müzakirə edilmişdir, həmin məhkəmə prosesi dövründə X10 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir, ekspert rəyi üzrə mübahisəli torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmişdir, həmçinin Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-329/2025 (2-1(120)-3165/23 saylı, xx.xx.2023-cü il tarixdə daxil olmuş inzibati iş) saylı məhkəmə prosesi üzrə X3 Beyləqan rayon XDM Rəyasət Heyyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarına əsasən 120 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə iddia tələbi üzrə məhkəmə prosesi davam etməkdədir. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 2020-ci ildən (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı bildirmişdir) məlumatı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən məhkəmə proseslərində iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X14 bildirmişdir ki, iddiaçı 2023-cü il tarixdə mübahisəli torpaq sahəsində tikinti işləri aparmaq istəyən zaman üçüncü şəxs H.Abbasova tərəfindən ona müdaxilə edilmişdir. Lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2023-ci il tarixli, 0029 nömrəli tikinti işlərinin dayandırılması barədə qərarı üzrə müəyyən edilir ki, Beyləqan rayonu, S.Qazıyeva küçəsində yerləşən mübahisələndirilən torpaq sahəsində X4 tərəfindən tikinti işləri aparılmış, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. İddiaçı ən geci 2020-ci ildən mübahisəli qərardan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Hökümə Abbasovanın ona tikinti işləri aparan zaman müdaxilə edərək, 1993-cü il tarixli qərarı ona göstərməsi barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə iddiaçının mübahisəli qərardan 2023cü il tarixdən məlumatlı olması barədə izahatı məhkəməyə inandırıcı gəlməmişdir. Belə olan halda iddiaçı tərəfindən qaldırılan iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən qərar barədə ən geci 2020-ci il tarixdən məlumatlı olmuş, digər məhkəmə mübahisələrində mübahisələndirilən qərar əsasında ayrılmış torpaq sahəsi mübahisələndirilmişdir. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Beyləqan rayon XDM Rəyasət Heyyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarından məlumatlı olduğu vaxtdan 4 (dörd) il vaxt keçdikdən sonra müraciət etmişdir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmçinin məhkəməyə təqdim edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 1839/2023 saylı işi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7646 saylı ekspert rəyinə əsasən, qərardadın üçüncü sualı üzrə Beyləqan şəhəri, S.Qazıyeva küçəsindən, S.Qazıyeva küçəsinin N.Tusi küçəsi ilə kəsişməsinin cənub-qərb istiqamətində yerləşən və Beyləqan rayon İcra Hakimiyyətinin "Tikinti altına torpaq sahəsi ayrılması barədə" 26 avqust 2003-cü il tarixli, 34 nömrəli sərəncamı ilə İddiaçı oğluna mağaza binası tikdirmək üçün ayrılmış 56.0 kv.m torpaq sahəsinin faktiki koordinatları Beyləqan rayon Xalq X8 heyətinin 07 sentyabr 1993-cü il 6 nömrəli qərarına əsasən, Beyləqan şəhəri, S.Qazıyeva küçəsinin N.Tusi küçəsinin kəsişməsindən-S.Qazıyeva küçəsindən Mərkəzi Rayon Xəstəxanasının hasarı yanından kommersiya mağazası tikintisi üçün X6 ayrılmış 120 kv.m torpaq sahəsinin koordinatları üst- üstə düşür, ancaq üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə qeyd edilir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Beyləqan rayon XDM Rəyasət Heyyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının iddiaçının subyektiv hüququna toxunulsa da, inzibati aktın mübahisələndirilməsinə dair müddətin ötürülməsi ilə bağlı mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı «Beyləqan rayon Xalq X2 Heyətinin xx.xx.1993-cü il tarixli iclasının 26 nömrəli qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar