Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1138/2020 20.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili X3 və Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı «Cavabdeh 0,10 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə 05 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, Kürdəmir rayon, Mollakənd bələdiyyəsinin 0,10 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə Cavabdeh 05 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli 0,10 ha torpaq sahəsi uzun illərdir İddiaçı istifadəsindədir, tərəfindən torpaq sahəsinin dörd bir tərəfi dəmirdən hasarlanmış, torpaq sahəsinin uzun illərdir onun istifadə etməyi nəzərə alınmaqla ona satılması barədə bələdiyyəyə müraciət etmiş, lakin bələdiyyə torpaq sahəsinin onun istifadəsində olmasına baxmayaraq və onun xəbəri olmadan torpaq sahəsini hərraca çıxarmış, hərrac keçirilmiş, lakin bu barədə ona məlumat verilməmiş, hərracın qalibi qanunsuz olaraq X5 olmuş, onun adına bələdiyyə qərarı, hərracın yekununa dair protokol, müsabiqənin qalibinin adına tərtib edilmiş şəhadətnamə, alqı-satqı müqaviləsi və çıxarış tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli məktubda ona hərracın keçiriləcəyi barədə məlumat verilməsi qeyd edilsə də, lakin bu barədə ona məlumat verilməmiş, qanunsuz olaraq onun iştirakı təmin edilmədən hərrac keçirilmişdir. Qanunvericilikdə boş və istifadəsiz torpaq sahəsinin hərrac və müsabiqə yolu ilə özgəninkiləşdirilməsi nəzərdə tutulsa da, qanunun bu tələbinə əməl edilməmiş, faktiki olaraq istifadəsində olan torpaq sahəsinə dair qanunsuz olaraq Cavabdeh 05 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərar qəbul edilərək, X2 adına rəsmiləşdirilməsi üçün növbəti addımlar atılmışdır. Yuxarıda qeyd etdiyi sənədlərin verilməsinə əsas olaraq Cavabdeh hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Cavabdeh 05 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərar qəbul edilmişdir. Bununla da İddiaçı hüquqları kobud şəkildə pozulur. Belə ki, mübahisəli torpaq sahəsi uzun illərdir İddiaçı istifadəsindədir, onun tərəfindən torpaq sahəsinin dörd bir tərəfi dəmirdən hasarlanmışdır. Halbuki qanunvericiliyə əsasən hərrac vasitəsi ilə yalnız sərbəst torpaq sahələri satıla bilər. «Torpaq bazarı haqqında» Qanunun 9-cu maddəsinə əsasən, bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər. Qanunvericiliyin tələbinə görə satışa çıxarılan torpaq sahələri sərbəst olmalıdır. Qanunun bu tələbinin əsas məqsədlərindən biri də ondan ibarətdir ki, gələcəkdə həmin torpaq sahələri üzərində mübahisəli vəziyyət yaranmasın. Torpaq sahəsini də əldə etmiş şəxs maneəsiz olaraq ondan istifadə edə bilsin. Cavabdehmübahisələndirilən qərarı qəbul edərkən qeyd edilən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh«Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən satışa sərbəst torpaq sahələrini çıxarmalı, digər istifadəçilərin (qanuni və ya qanunsuz) zəbtində olan torpaq sahələrini satışa çıxarılması ilə bağlı qeyd edilən Qanunun normalarına riayət etməli idi. Cavabdeh torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə 05 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarı qəbul edərkən qanunvericiliyin bəhs edilən normalarına əməl etməmişdir. X2 Kürdəmir Rayon Məhkəməsində İddiaçı qarşı torpaq sahəsinin boşaldılması və dəmir hasarın sökülməsi barədə iddia qaldırılması bir daha təsdiq edir ki, mübahisəli torpaq sahəsi boş və istifadəsiz olmamış, İddiaçı istifadəsində olmuşdur. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə hazırlıq iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X5 məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, o, qeyd olunan torpaq sahəsini notariat kontorunda alqı-satqı qaydasında Mollakənd bələdiyyəsindən almışdır. Hesab edir ki, iddia tələbi əsasssız olduğundan rədd edilməlidir. Cavabdehnə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Mollakənd bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli ümumi iclasının 05 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən Mollakənd bələdiyyəsinin alqı-satqı predmeti olan 1000 kv/metr və ya 0,10 ha torpaq sahəsinin.... həyətyanı məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Mollakənd kəndində 0, 10 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdehlə X5 arasında ünvan 1 kəndi ünvanında yerləşən 0,1 ha olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli 05 nömrəli qərarı ilə Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən Mollakənd bələdiyyəsinin alqı-satqı predmeti olan 0,10 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin həmin qərarının ləğv edilməsini tələb edir. Göründüyü kimi mübahisələndirilən inzibati akt, yəni Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən Mollakənd bələdiyyəsinin alqı-satqı predmeti olan 0,10 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə qərarı iddiaçının subyektiv hüquqlarını poza bilməz. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur. «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik çərçivəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddiaçı iddia tələbinin əsası kimi mübahisələndirilən qərarın qəbul edilməsində cavabdehin məqsədinin iddiaçının istifadəsində olan torpaq sahəsinin hərraca çıxarılaraq başqa şəxslərə satılması olduğunu göstərmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli 05 nömrəli qərarı bələdiyyənin mülkiyyətinə dair torpaq sahəsinə aid olduğundan həmin inzibati aktın iddiaçının qanunla qorunan hüquqlarına və maraqlarına toxunması da qeyrimümkündür. Belə ki, ünvan 1 kəndi ünvanında yerləşən 0,1 ha torpaq sahəsi Cavabdehtərəfindən X2 mülkiyyətinə xx xxxxxx 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Bələdiyyələr inzibati orqan statusuna malik olsalar da, alqı-satqı müqaviləsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranır ki, burada da onlar mülki hüququn bərabər hüquqlu subyektləridirlər. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün həmin mübahisələrə də aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci maddəsində qeyd olunur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4-cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 Cavabdehnə qarşı «Cavabdeh 0,10 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə 05 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X1 Cavabdehnə qarşı «Cavabdeh 0,10 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə 05 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1138/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1138/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver