Məhkəmə qərarları › İş №2-1(120)-1139/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1139/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1139/2022 11.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Mikayılova (Məmmədli) Səadət Mikayıl qızının Cavabdehnə qarşı “X1 Şirvan şəhəri, Energetik küçəsi ev 8, 15 nömrəli mənzilin (yeni qaydalarla Şirvan şəhəri, Energetik küçəsi 76, M1, mənzil 3) pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mikayılova (Məmmədli) Səadət Mikayıl qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Şirvan şəhəri, Energetik küçəsi ev 8, 15 nömrəli mənzilin (yeni qaydalarla Şirvan şəhəri, Energetik küçəsi 76, M1, mənzil 3) pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixə saat 11:30-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixə saat 09:30-a, xx.xx.2022-ci il tarixə saat 17:00-a və xx.xx.2022-ci il tarixə saat 11:30-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək iddiaçı Mikayılova (Məmmədli) Səadət Mikayıl qızı həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun göndərilməsinə baxmayaraq, iddiaçı Mikayılova (Məmmədli) Səadət Mikayıl qızı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə saat 11:30-da keçiriləcək iclası barədə iddiaçı Mikayılova (Məmmədli) Səadət Mikayıl qızı ilə telefon əlaqəsi saxlanaraq iclasın vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı Şirvan şəhəri, Energetik küçəsi ev 8, 15 nömrəli mənzili satdığını bildirərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iş üzrə veriləcək olan qərarın mahiyyət kəsb etmədiyini bildirmişdir. O cümlədən məhkəmə tərəfindən iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. İddiaçı Mikayılova (Məmmədli) Səadət Mikayıl qızı tərəfindən bildiriş məktublarının poçt xəbərnamələrinə imza edilərək qəbul edilməsinə baxmayaraq 11 oktyabr 2022-ci il tаriхdə, 11:30dа təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Mikayılova (Məmmədli) Səadət Mikayıl qızının Cavabdehnə qarşı “X1 Şirvan şəhəri, Energetik küçəsi ev 8, 15 nömrəli mənzilin (yeni qaydalarla Şirvan şəhəri, Energetik küçəsi 76, M1, mənzil 3) pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar