Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-114/2021 28.01.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Saatlı rayonu, Qaracalar kəndində yaşayan) və Üçüncü şəxs X6 (Saatlı rayonu, Qaracalar kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X40rşı «çıxarışların ləğv edilməsinə dair cavabdeh tərəfindən aparılmış qeydiyyatların ləğv edilməsi və çıxarışların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X40rşı məhkəmədə iddia qaldıraraq «Saatlı rayonu, Qaracalar kəndi ərazisində yerləşən 0,50 ha torpaq sahəsinə dair cavabdeh tərəfindən ona verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın və 0,90 ha torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə dair cavabdehin qərarlarının ləğv edilməsi və qeyd edilən çıxarışların bərpa edilməsi» barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş və Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1313/2020 nömrəli qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddiа tələbinə Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 0,50 hektar torpaq sahəsinə dair cavabdeh tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın və 0,90 hektar torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın ləğv edilməsinə dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X54 tərəfindən aparılmış qeydiyyatların ləğv edilməsi və qeyd edilən çıxarışların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmış və iddia tələbi üzrə X27, X20, X36, X32, X28, X33 və X34 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 0,90 ha və 0,50 ha torpaq sahələrini xx xxxxxxx 2012-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində yaşayan mülkiyyətçi X7 Saatlı rayon dövlət notariat kontorunun dövlət notariusu A.H.Muradovun təsdiq etdiyi AN-İ № ******* və AN-İ № ******* olan daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə müvafiq olaraq 550 (beş yüz əlli) və 300 (üç yüz) manata almışdır. Müqavilələr bağlanarkən həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilmiş, tərəflərə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunandan sonra müqavilələri imzalamışlar. Həmin alqı-satqı müqavilələri ilə aldığı torpaq sahələrinə mülkiyyət hüququ əldə edib dövlət reyestrində qeydiyyatdan keçirmək üçün sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X52 təqdim etmişdir. 0,50 ha torpaq sahəsi üzrə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Çıxarışda reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. 0,90 ha torpaq sahəsi üzrə isə ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Çıxarışdakı reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsini yuxarıda göstərilən qaydada alqı-satqı yolu ilə alıb mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirdikdən sonra ona məlum olmuşdur ki, torpaq sahəsini aldığı X27 ilə həmin kənddə yaşayan X20 arasında uzun müddət məhkəmə mübahisəsi olmuşdur. Belə ki, ona qədər Saatlı Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(055)-143/2012 saylı qətnaməsi ilə iddiaçı X9 cavabdeh X10 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair iddiası təmin edilmiş, X20 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayon Qaracalar kəndində yerləşən 5,37 ha torpaq sahəsindən İ qrupda olan (12 hektar adlandırılan sahədə yerləşən) 1,40 ha torpaq sahəsinin X12 200.000 AZM-ə (400 AZN) satılması barədə xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməsi və həmin torpaq sahəsi üzərində X9 mülkiyyət hüququnun tanınması qət olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(106)-3420/2018 saylı qətnaməsi ilə cavabdeh X8 apelyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(055)-143/2012 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2933/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı X9 verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(106)-3420/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilməlidir ki, X20 ilə X27 arasında məhkəmə çəkişməsində o hər hansı tərəf, eləcə də 3-cü şəxs qismində cəlb olunmamışdır. Eyni zamanda, məhkəmə mübahisəsi barədə məlumatlı olmamışdır. O, göstərilən torpaq sahələri üzərində mülkiyyət hüququnu həyata keçirərək aldığı vaxtdan torpaq sahəsini əkib becərmiş, əkdiyi torpağın yaxşılaşdırılması üçün aqrotexniki tədbirlər, gübrələnmə işləri aparmışdır. O, vicdanlı alıcı olaraq torpaq sahəsinin üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmiş, lakin X20 yuxarıda göstərilən məhkəmələrin qərarlarının icra edilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X52 müraciət edərkən qanunsuzluğa yol verilərək, mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən inzibati akt qəbul edilmişdir. Belə ki, cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2933/2019 saylı xx xxxxx 2019cu il tarixli qərarında qərara alınmadığı halda torpaq sahəsi üzərində X13 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərkən X7 alqı-satqı yolu ilə alıb üzərində mülkiyyət hüququ əldə etdiyi 1,40 ha torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışları əsassız və qanunsuz ləğv etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X54 çıxarışların bərpa edilməsinə dair yazdığı ərizəyə **********67 №-li xx.xx.2020-ci il tarixli cavabında ərizənin təmin olunmasından əsassız olaraq imtina etmişdir. Halbuki cavabdeh yalnız məhkəmə aktında qərara alındığı halda onun mülkiyyət hüququnun Dövlət reyestrindən çıxarışın ləğv edilməsi məsələsinə baxa bilərdi. Cavabdeh yol verdiyi qanunsuzluğun bərpa edilməsindən imtina etməklə onun vəziyyətini daha da mürəkkəbləşdirsə də, gələcəkdə onun özünə qarşı irəli sürülə biləcək mümkün əsaslı və qanuni iddiaların olmasını bilmir. O, vicdanlı alıcı olaraq mülkiyyət hüququ əldə etmişdir. Qanunvericiliklə belə halda onun hüquqları müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər movcud olmalıdır. Həmin Məcəllənin 148.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yarandıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda sözügedən qərarında qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Eyni zamanda, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Həmçinin həmin Qərarda göstərilmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında” iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi cavabdeh ona verilmiş Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 0,50 ha və 0,90 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışları qanunsuz və əsassız olaraq ləğv etmişdir. Odur ki, cavabdeh Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 0,50 ha torpaq sahəsinə dair ona verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* saylı “Çıxarış”ı və 0,90 ha torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* saylı “Çıxarış”ı ləğv etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur və ona görə də onun hüquqlarının pozulmasına səbəb olmuş cavabdehin qərarı ləğv edilməklə qeyd edilən çıxarışların bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında iddia ərizəsində göstərilənlərə əsasən məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsini müdafiə etdiyini, iddianın təmin olunaraq torpaq sahəsinə dair ona verilmiş çıxarışların ləğvinə dair cavabdeh tərəfindən aparılmış qeydlərin ləğv edilməsini və həmin çıxarışların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X20 şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdir ki, Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə ona məxsus torpaq sahəsinin X2 təsdiq olunmuşdur. Həmin qətnamədən məlumat əldə etdikdən sonra apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsi tərəfindən Saatlı Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X52 müraciət etmiş və dövlət aktı əsasında mülkiyyətində olan torpağa çıxarış almışdır. O, qeyd olunan torpaq sahəsini X1. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X48 nümayəndəsi X21 xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Saatlı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən X20 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 5,37 ha torpaq sahəsindən İ qrupda olan (12 hektar adlanan sahədə yerləşən) 1,40 ha torpaq sahəsinin X2 barədə xx xxx 2002-ci il tarixli alqısatqı müqaviləsi təsdiq edilmiş və həmin torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ tanınmış, bu barədə aidiyyəti orqanlarda müvafiq qeydiyyatın aparılması qət edilmişdir. Həmin qətnamənin icrası əsasında X12 iki konturda 0,90 ha və 0,50 ha olmaqla 1,40 ha torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatına dair çıxarış verilmişdir. X27 da həmin torpaq sahəsini notarial qaydada alqı-satqı əsasında İddiaçı satmışdır. X3 Saatlı Rayon Məhkəməsinin alqı-satqının bağlanmasının təsdiq edilməsinə dair qətnaməsindən apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Saatlı Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. X27 həmin qətnamədən kassasiya şikayəti versə də, şikayəti təmin edilməmişdir. Bundan sonra qeyd olunan 1,40 ha torpaq sahələrinə dair hüquqların Dövlət qeydiyyatı ilə bağlı aparılmış qeydiyyat tərəfimizdən ləğv edilmiş və həmin torpaq sahəsinə dair X6 adına çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X52, üçüncü şəxslər X12, X29, X22, X14, X23 və X24 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər X27, X36, X32, X28, X33 və X34 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X54 tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********87 nömrəli məktubda göstərilmişdir ki, Sizin “xx.xx.2012-ci il tarixli RX ******* və xx.xx.2012-ci il tarixli RX ******* nömrəli məhkəmə qərarına əsasən ləğv edilmiş çıxarışların bərpa edilməsi” ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətə 13 saylı X49 baxılmışdır. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını aparan orqandır. Müraciətinizə cavab olaraq bildiririk ki, ləğv edilmiş çıxarışların bərpa olunması üçün tərəfinizdən hüquqmüəyyənedici sənəd təqdim edilməsi zəruridir. Eyni zamanda, sizin Şirvan Apelyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən proseslərə tərəf kimi cəlb etmək məhkəmənin səlahiyyətinə aiddir, habelə hər iki məhkəmənin qəbul etdiyi qərardan maraqlı tərəf kimi şikayət vermək hüququnuz vardır. İş materialında olan Saatlı Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli 2(055)- 143/2012 saylı qiyabi qətnaməsinin surəti ilə müəyyən olunur ki, X20 və onun ailə üzvləri X36, X32, X28, X33 və X15 Saatlı rayon X31 1997-ci il 15 noyabr tarixli 16 saylı qərarı ilə mülkiyyətinə verilmiş Saatlı rayon Qaracalar kəndi ərazisində yerləşən 5,37 ha torpaq sahəsindən İ qrupda olan (12 hektar adlanan sahədə yerləşən) 1.40 ha torpaq sahəsini X12 ******* AZM-ə (400 AZN) satmaları barədə xx xxx 2002-ci il tarixli alqı-satqı müqaviləsi təsdiq edilmiş və həmin torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ tanınmışdır. Bu barədə aidiyyəti orqanlarda müvafiq qeydiyyat aparılması qət edilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X54 tərəfindən verilmiş RX seriyalı ******* №-li, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarışın surəti ilə müəyyən olunur ki, Saatlı rayonu Qaracalar kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində X9 adına qeydiyyata alınmışdır. İş materialında olan xx xxxxxxx 2012-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti ilə müəyyən olunur ki, X5 rayon Qaracalar kəndində yerləşən mülkiyyətində olan 5000.kv.m torpaq sahəsini İddiaçı satmışdır. İş materialında olan Daşınmaz Əəmlakın Dövlət Reyestri Xidmətinin X54 tərəfindən verilmiş RX seriyalı ******* №-li, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarışın surəti ilə müəyyən olunur ki, Saatlı rayonu Qaracalar kəndində 0,5 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X54 tərəfindən verilmiş RX seriyalı ******* №-li, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarışın surəti ilə müəyyən olunur ki, Saatlı rayonu Qaracalar kəndində 0,90 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində X9 adına qeydiyyata alınmışdır. İş materialında olan xx xxxxxxx 2012-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti ilə müəyyən olunur ki, X5 rayon Qaracalar kəndində yerləşən mülkiyyətində olan 9000.kv.m torpaq sahəsini İddiaçı satmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X54 tərəfindən verilmiş RX seriyalı ******* №-li, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarışın surəti ilə müəyyən olunur ki, Saatlı rayonu Qaracalar kəndində 0,90 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İş materialında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(106)-3420/2018 saylı qətnaməsinin surəti ilə müəyyən olunur ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-143/2012 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2933/2019 saylı qərarına əsasən Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X54 tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın surəti ilə müəyyən olunur ki, Saatlı rayonu Qaracalar kəndində 0,8134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində X6, X16, X17, X18, X19 və X15 ümumi birgə mülkiyyətləri kimi qeydiyyata alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X54 tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın surəti ilə müəyyən olunur ki, Saatlı rayonu Qaracalar kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində X6, X16, X17, X18, X19 və X15 ümumi birgə mülkiyyətləri kimi qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2.-2.2.3-cü maddələrinə əsasən, inzıbati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilərlər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli qiyabi qətnaməsinə əsasən X6 və onun ailə üzvləri X25, X17, X11, X19 və X15 Saatlı rayon X31 1997-ci il 15 noyabr tarixli 16 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş Saatlı rayon Qaracalar kəndi ərazisində yerləşən 5,37 ha torpaq sahəsindən İ qrupda olan (12 hektar adlanan sahədə yerləşən) 1.40 ha torpaq sahəsini X12 ******* AZM-ə (400 AZN) satmaları barədə xx xxx 2002-ci il tarixli alqı-satqı müqaviləsi təsdiq edilmiş və həmin torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ tanınmışdır. Qətnamə əsasında X54 tərəfindən müvafiq olaraq 0,50 ha və 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X9 adına qeydiyyata alınmışdır. X27 isə xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən sözügedən torpaq sahələrini İddiaçı satmışdır. Sonuncu notarial qaydada təsdiq olunmuş həmin alqı-satqı müqavilələrinə əsasən aldığı torpaq sahələrinə dair mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Bundan sonra X4 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən torpaq sahələrinə dair X9 adına verilmiş çıxarışlar, onunla İddiaçı arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqavilələri, İddiaçı adına olan çıxarışlar qanunamüvafiq qaydada ləğv olunmadan, yəni qüvvədə olduğu halda 13 saylı X54 tərəfindən həmin torpaq sahələri üzərində X6 və onun ailə üzvləri X16, X17, X11, X19 və X15 ümumi birgə mülkiyyət hüquqları tanınmış və müvafiq çıxarışlar verilmişdir. Hazırda İddiaçı ona verilmiş çıxarışların ləğv edilməsinə dair cavabdeh tərəfindən aparılmış qeydiyyatların ləğv edilməsini və çıxarışların bərpa edilməsi barədə qərar çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi ilə tərəflər arasında bağlanmış və notarial qaydada təstiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafidəsi üzrə digər şərtlər nəzərdə tutulur. Alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə görə, 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən; 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən; 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. 13.2. Ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar dövlət reyestrinin ayrılmaz tərkib hissəsidir. 13.3. Ərizə jurnalında aşağıdakılar barədə məlumat göstərilir: 13.3.1. ərizəçilər, xahişin məzmunu, daşınmaz əmlaka dair sənədlər, hüquq sahibləri; 13.3.2. hüquqların dövlət qeydiyyatı haqqında təqdim olunmuş çıxarışlar; 13.3.3. dövlət reyestrindən arayışlar və onları almış şəxslər. 13.4. Dövlət reyestri, ərizə jurnalı və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar daimi saxlanılır. Onların tam və ya qismən məhv edilməsi, yaxud onlardan hər hansı sənədlərin çıxarılması yolverilməzdir. 13.5. Dövlət reyestrindəki daşınmaz əmlaka hüquqlar, bu hüquqların yaranması, başqasına keçməsi, məhdudlaşdırılması və onlara xitam verilməsi barədə məlumat saxlanılan bölmələr həmin daşınmaz əmlakın reyestr nömrəsinə uyğun olaraq nömrələnir. Sənədlər saxlanılan qovluqlara dövlət reyestrindəki müvafiq bölmələrin nömrələri verilir. 13.6. Dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır. Sadalanan normalardan göründüyü kimi, X9 və İddiaçı adlarına verilmiş çıxarışlar, o cümlədən X27 ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqavilələri ərazi idarəsində saxlanılsa da, iş üzrə üçüncü şəxslərə çıxarış verərkən cavabdeh inzibati orqan daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamamış, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasındakı ziddiyyətlərin olmasını müəyyən etməmiş, nəticədə sözügedən torpaq sahələri üzərində dövlət qeydiyyyatlarının ləğvi üçün əsas olmadan həmin qeydiyyatları qanuni əsas olmadan ləğv etmişdir. Belə ki, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin 6 il əvvəl qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv olunsa da, torpaq sahələri üzərində nə X9, nə də ki İddiaçı mülkiyyət hüquqlarının, onların adlarına verilmiş çıxarışların, o cümlədən X27 ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqavilələrinin ləğvi qeyd olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən məhkəmə qətnaməsində qeyd olunmadığı halda, iddiaçının hüquqlarına müdaxilə edilərək, iddiaçı ilə X27 arasında bağlanılmış alqı-satqı müqaviləsi mübahisələndirilmədiyi halda, həmin alqısatqı müqaviləsi əsasında X35 adına verilmiş Saatlı rayonu, Qaracalar kəndi ərazisində yerləşən 0,50 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli və 0,90 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi ilə bağlı aparılmış qeydlər ləğv edilməli, həmin çıxarışlar bərpa edilməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 0,50 hektar torpaq sahəsinə dair cavabdeh tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın və 0,90 hektar torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın ləğv edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X54 tərəfindən aparılmış qeydiyyatlar ləğv edilməli və qeyd edilən çıxarışların bərpa edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X48 üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 0,50 hektar torpaq sahəsinə dair cavabdeh tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın və 0,90 hektar torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın ləğv edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X54 tərəfindən aparılmış qeydiyyatlar ləğv edilsin və qeyd edilən çıxarışların bərpa edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X48 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-114/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-114/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver