Məhkəmə qərarları › İş №2-1(120)-1140/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1140/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1140/2023 17.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ HakimHüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçılar X8, X10, X11, X12 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair JN-106 (kod ********) nömrəli dövlət aktı ilə verilmiş 2,82 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “dövlət aktında göstərilən torpaq sahəsinin mütəxəssis vasitəsi ilə ölçülüb ailəsinə təhvil verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8, X10, X11 və X6 ərizələrinə əsasən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “dövlət aktında göstərilən torpaq sahəsinin mütəxəssis vasitəsi ilə ölçülüb ailəsinə təhvil verilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə X8, X10, X11 və X6 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X8, X10, X11, X12 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “dövlət aktında göstərilən torpaq sahəsinin müəxəssis vasitəsi ilə ölçülüb ailəsinə təhvil verilməsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddiaçılar və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə “torpağa mülkiyyət hüququna dair JN-106 (kod ********) nömrəli dövlət aktı ilə verilmiş 2,82 ha torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. İddia tələbi onunla əsaslandırmışdırlar ki, İmişli rayon aqrar islahat komissiyasının 24 oktyabr 2003-cü il tarixli 03 saylı qərarı ilə İddiaçı5 nəfərdən ibarət ailəsinə İmişli rayonunun Oruclu kəndində 2,82 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-0161 kod 90700118 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı vardır. Torpaq sahəsinin koordinatlarını, döngə nöqtələrini əkz etdirən plan cizgi də akta əlavə edilmişdir. Torpaq sahəsi 2 massivdə göstərilib. 0,62 ha olan 2-ci torpaq sahəsi onlara faktiki verilməyib. İddiaçı 1-ci qrup əlildir, uşaqları böyüyüb və torpaq sahəsindən tam istifadə etmək istəyirlər. Yerli orqanlar heç bir köməklik etmirlər. İntihar dərəcəsinə çatmışdır, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə yazdığım ərizəyə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin direktor müavini Natiq Məlikov xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirir ki, iki hissədən verilmiş tam şəkildə bir yerdən verilməsi MMC-nin səlahiyyətinə aid deyil. Halbuki İddiaçı payların birləşdirilməsini yox, 2-ci pay olan 0,62 ha sahənin onlara tanıdılmasını xahiş etmişdir.X18 tərəfindən verilmiş torpaq sahəsinin xəritəsi var. Bunu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri edə bilər. İddiaçı kimisə torpaq sahəsini zəbt etdiyinə görə məhkəməyə verib çatışmayan torpaq sahəsini tələb edə bilmir. Çünki çatışmayan 0,62 ha torpaq sahənin konkret harada və kimdə olması ona məlum deyil. Bunun üçün torpaq sahəsi koordinatlar, döngə nöqtələrinə istinad etməklə GPS ilə yenidən ölçülüb sənədləşdirilməlidir.AR Əmlak Məsələləri Dövlət Kmitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Treyestri Xidməti ona göndərdiyi xx.xx.2020-ci il tarixli məktubda göstərmişdir ki, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin Beyləqan LayihəTədqiqat İdarəsinə müraciət edilməlidir. İddiaçı 120 manat xidmət haqqı köçürməli olduğu bildirildi, məcbur olub həmin pulu köçürmüşdür, sonra isə ona bildirilmişdir ki, Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri gəlib torpaq sahəsinin yerini göstərəcəklər. Daha sonra DƏDRXnin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Ərazi idarəsinin mütəxəssisləri tərəfində torpaq sahəsinə baxış keçirildi, dövlət aktında göstərilən 0,62 ha torpaq sahəsi başqa ərazidə olduğu müəyyən edildi, ona görə torpaq sahəsini sizə göstərmək mümkün olmadı. Cavabdeh təşkilat əsassız bəhanələrlə torpaq sahəsini ona göstərməkdən imtina edir. X14 Əliyev tərəfindən keçirilmiş islahat zamanı ailəsinə verilmiş torpaq sahəsinin hüquqi əsası olan aktı və xəritəsi vardır. Həmin yeri aidiyyəti orqan müəyyən etməlidir, lakin etmir. Ona görə də inzibati orqanı yenidən məhkəməyə verirəm. Belə ki, inzibati orqan heç bir araşdırma aparmamış və torpaq sahəsi ilə əlaqədar ona heç bir sənəd verməmişdir. Konstitusiyanın 13-cü maddəsinin 1 hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.İmişli rayonunda aqrar islahatı zamanı ona və ailə üzvlərinə verilmiş JN-0161 kod 90700118 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən İmişli rayonunun Oruclu kəndində yerləşən 0,62 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mütəxəssis vasitəsilə ölçülüb onlara təhvil verilməsi öhdəliyinin DƏDRX- nin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçılara və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə digər iddiaçıların və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsininiştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktubunda göstərilmişdir ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 106 saylı parselində göstərilən 0.62 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçü işləri aparılan zaman 0.62 ha torpaq sahəsinin başqa ərazidə olduğu müəyyən olundu. Sözügedən torpaq sahəsi X4 X5 öz əksini tapmadığı üçün torpaq sahəsini göstərmək mümkün olmadı. İş materialında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə İmişli rayonunda anadan olmuş, İmişli rayonu, Oruclu kəndində qeydiyyatdadır. İş materialında olan JN-0106 KOD 90700098 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24 oktyabr tarixli 10 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X8, X10, X11, X2 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 2.82 hektar torpaq sahəsi verilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı 28 dekabr 2022-ci il tarixli, **********58 nömrəli məktubunda göstərilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl-ölçmə) işlərinin aparılması üçün baxış keçirilmiş və müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 106 saylı parselində göstərilən 0.62 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçü işləri aparılan zaman 0.62 ha torpaq sahəsinin başqa ərazidə olduğu müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi X4 X5 öz əksini tapmadığı üçün torpaq sahəsini göstərmək mümkün olmamışdır.Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır..Həmin Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsivası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq oimasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.“Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddia tələbinə etiraz edir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı 02 mart 2023-cü il tarixli, 3-21-3-02/2—2844/2023 nömrəli məktubunda göstərilmişdir ki,yaranmış zərurətlə əlaqədar, JN-106 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və ‘Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin arxivində aşkar edilmiş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı 01 mart 2023-cü il tarixli, 3- 21-3-40/2-1271/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2845/2022 nömrəli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Sözügedən müraciətdə qeyd edilən İddiaçı adına verilmiş JN-106 nömrəli, (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surəti təqdim olunmuşdur. İddiaçıların hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24 oktyabr tarixli 10 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X8, X10, X11, X2 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 2.82 hektar torpaq sahəsinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçılara tanıtdırılmasıdır. Cavabdeh orqan tərəfindən isə iddiaçıların tələbindən imtina edilərək, müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 106 saylı parselində göstərilən 0.62 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçü işləri aparılan zaman 0.62 ha torpaq sahəsinin başqa ərazidə olduğu müəyyən olundu. Sözügedən torpaq sahəsi X4 X5 öz əksini tapmadığı üçün torpaq sahəsini göstərmək mümkün olmadığını bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar torpaq sahəsinin mülkiyyətçiləridir. İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24 oktyabr tarixli 10 saylı qərarı ilə X8, X10, X11, X12 və İddiaçı mülkiyyətlərinə 2.82 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-106 nömrəli (kod ********) dövlət aktı verilmişdir. Torpağın mülkiyyətçisi qismində iddiaçılar torpaq sahəsinin yerində müəyyən edilməsı, mərzçəkmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra — inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-414/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, iddiaçılar X8, X10, X11, X12 və İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24 oktyabr tarixli 10 saylı qərarına əsasən, torpağa mülkiyyət hüququna dair JN-106 (kod ********) nömrəli dövlət aktı ilə verilmiş 2,82 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin tanıdılması, müəyyənləşdirilməsi və s.) öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar X8, X10, X11, X12 və İddiaçı torpağa mülkiyyət hüququna dair JN-106 (kod ********) nömrəli dövlət aktı ilə verilmiş 2,82 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin tanıdılması, müəyyənləşdirilməsi və s.) öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar