Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1140/2025 05.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyasının ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndələri X2, Nümayəndə2 və X7 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyasının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olduğu zaman istirahət hüququ pozulmaqla xidmət vaxtından sonra işlədiyi müddətlərə və pozulmuş istirahət müddətləri sonradan əvəzlənmədiyinə görə, müvafiq vergi və sosial ödənişlər nəzərə alınmaqla, 113043 ( bir yüz on üç min qırx üç) manat 47 qəpik kompensasiyasının verilməsi, bundan əlavə, DSMF-də iddiaçının hesabına 24869 (iyirmi dörd min səkkiz yüz altımız doqquz) manat 56 qəpik məbləğində işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmətə başlamış, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər Şıxlı Sərhəd nəzarət şöbəsində nəzarətçi, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə qədər Yalama Sərhəd nəzarət şöbəsində Mühafizə bölməsinin zabiti, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər olan müddətdə X8 X14 nəzarəti şöbəsində zabit-nəzarətçi kimi hərbi xidmət apardığı zaman hərbi qulluqçu kimi hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” 1991-ci il 25 dekabr tarixli, 36 nömrəli Qanunun 9-cu maddəsinin 1-ci hissəsində vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edildiyi bildirilir, 10-cu maddənin 1-ci hissəsində Azərbaycan Respublikasının hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaratdığı qeyd olunur, 11-ci maddəsinin 1-ci hissəsində hərbi qulluqçuların həftədə 41 saatdan çox olmayan xidmət vaxtı müəyyən edilir, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin verilməsi yolu ilə təmin edilir, o cümlədən zabitlər, gizirlər və miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına üçün-iki istirahət günü ilə beşgünlük xidmət həftəsi müəyyən edilir. İddiaçı işi növbəli xidmətdən ibarət olduğundan, bu növbələrin təşkil edilməsi zamanı Qanunun xidmət vaxtı üzrə tələbi həftəlik tələb nəzərə alınmaqla aylıq nəzərdə tutulan maksimum xidmət vaxtından artıq ola bilməzdi. Buna baxmayaraq, İddiaçı barəsində təşkil olunmuş iş rejimi ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan tələbləri kobud surətdə pozulmuş, həddindən artıq gərgin işləməsinə, faktiki istirahətdən məhrum olmasına gətirib çıxarmış, nəticədə o, səhhətində ciddi problemlərlə üzləşmişdir. Belə ki, İddiaçı həftə ərzində 41 saat və ya ay ərzində 180 saatdan çox olmayaraq xidmət aparmalı olduğu halda, 2019-cu ilin aprel ayından 2020-ci ilin sentyabr ayına qədər 12/12 rejimində (12 saat iş, 12 saat istirahət ardıcıllığı ilə) 18 ay, 24/24 rejimində (24 saat iş, 24 saat istirahət ardıcıllığı ilə) 2021-ci ilin mart ayından həmin ilin avqust ayına qədər 6 ay və 2023-cü ilin fevral ayından həmin ilin noyabr ayına 10 ay, 24/48 rejimində (24 saat iş, 48 saat istirahət ardıcıllığı ilə) 2021-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayına qədər 17 ay, yəni hər ay 240-360 saat və ya qanunla müəyyən edildiyindən 60-180 saat artıq xidmət aparmışdır. İddiaçı göstərilən dövrlərdə xidmətdə olması, əldə edilmiş təsdiqedici materiallarla yanaşı, həmçinin onun şəxsi parolu və barmaq izi ilə qeyd olunan vaxtlarda “Giriş-çıxış və qeydiyyat” X1-axtarış sisteminə daxil olması və sistemdə yüzlərlə şəxsin sərhəd keçməsini yoxlaması ilə sübut olunur. Belə qeydiyyatlar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” X1-axtarış sistemi haqqında Əsasnamə”yə uyğun aparılır, texniki cəhətdən mühafizəlidir, yoxlanılır, silinmir, redaktə olunmur, məhkəmə və hüquq-mühafizə orqanlarında mötəbər sübut kimi qəbul olunur və on illərlə sistemdə saxlanılır. Bunu həmçinin növbə zamanı aparılan qeydiyyat kitablarındakı gündəlik qeydiyyatlar da sübut edir. İddiaçı məsuliyyətli sahədə (sərhəd nəzarəti postlarında, o cümlədən X8 Hava Limanında şəxslərin sərhədkeçməsinin sənədli və vizual yoxlanılması) heç bir əmək və xidmət normalarına sığmayan gərgin iş rejimində, bütün fəaliyyəti boyu normal istirahət etmədən xidmət aparması, 2-ci Qarabağ müharibəsində iştirakı zamanı aldığı xəsarət və sarsıntılar, xidmətə qayıtdıqdan sonra qanunsuz olaraq təkrarən gərgin iş qrafikində işləməsi onun sağlamlığında ciddi fəsadlar törətmiş, nəticədə xx.xx.2023-cü il tarixdə səhhəti ilə əlaqədar hərbi xidmətdən tərxis olunaraq ehtiyata buraxılmışdır. Aparılan mühasibat hesablamaları ilə müəyyən olunur ki, İddiaçı artıq xidmət aparılma vaxtına görə həmin aylar üzrə aldığı əmək haqqı və artıq işlənilən saatlara görə ödəmə əmsalı nəzərə alınaraq ona 2019-2020-ci illər üzrə 12/12 rejimində əlavə işləməyə görə 24427,72 manat, 2021-2023-cü illər üzrə 24/24 rejimində əlavə işləməyə görə 30233,52 manat, 2021-2022ci illər üzrə 24/48 rejimində əlavə işləməyə görə 20382,23 manat, müvafiq vergi və sosial sığorta ödəmələri nəzərə alınmaqla cəmi 75043(yetmiş beş min qırx üç) manat 47 qəpik, həmçinin verilməmiş əlavə istirahət vaxtlarına görə 38000 (otuz səkkiz min) manat, ümumilikdə 113043 (yüz on üç min qırx üç) manat 47 qəpik ödənilməli, bundan əlavə DSMF-də İddiaçı hesabına 24869 (iyirmi dörd min səkkiz yüz altmış doqquz) manat 56 qəpik məbləğində işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta ödənişi aparılmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu Abaslı X9 Sərhəd Xidməti rəisinin xx.xx.2019-cü il tarixli 359 ş/h nömrəli əmri ilə DSX Sərhəd Nəzarəti “Şıxlı” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir (əmrin surəti qoşmaya əlavə olunur). Qoşmaya əlavə edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 0325 nömrəli nizami hissə üzrə əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda) müvafiq olaraq, X8 Hava Limanında sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin zabit-nəzarətçisi leytenant İddiaçı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı “xidmət vaxtından artıq xidmətə görə ödənişlərin edilməsi” tələbinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə DSX- nin hərbi qulluqçularının pul təminatı 1.hərbi rütbə və vəzifə maaşlarından: 2.pul təminatının əlavə növlərindən və yol təminatından ibarətdir. 1.6-cı bəndinə əsasən isə hərbi qulluqçulara istirahət səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə və müəyyən olunmuş xidmət vaxtından artıq işə görə əlavə haqq ödənilmir. Göründüyü kimi, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı “xidmət vaxtından artıq xidmətə görə ödənişlərin edilməsi” ilə bağlı tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. Həmin Qanunun 23-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır: a) hərbi qulluqçuların tətil hüququ yoxdur; b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər; v) hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə rnaaşlı ştat vəzifələri tutması qadağandır; q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən ediiən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər; ğ) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas təhsil müəssisələrində təhsil almasına icazə verilmir; d) hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır; e) hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi qulluqçuların istirahət müddəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər. Digər tərəfdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li “Dövlət sərhədindən buraxılış birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu qeyd olunmuşdur. Həmin Qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir (qüvvədə olan redaksiya). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən: 1.1. Pul təminatı haqqında Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nin hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; Pul təminatının əlavə növlərindən və yol təminatından. 1,6. Hərbi qulluqçulara istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə və müəyyən olunmuş xidmət vaxtından artıq işə görə əlavə haqq ödənilmir. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərini müəyyən edir və həmin qərarda xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 23-cü maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilmiş qaydada və Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 nömrəli əmrinə əsasən “Yalama” sərhəd nəzarəti şöbəsinin şəxsi heyəti sutkalıq xidmətə cəlb olunduğu üçün sabiq hərbi qulluqçu İddiaçı da sutkalıq xidmətlərə təyin edilmişdir. Habelə həmin əmrə əsasən İddiaçı Qırmızı Körpü (Şıxlı) dövlət sərhədindən buraxılış məntəqəsində 12 saatlıq iş rejimində xidmətə və X8 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçularının xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla) olduğu üçün sutkalıq xidmətə təyin edilmişdir. Beləliklə də “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminat növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli Qərarında üstəlik pul təminatının növlərinə xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh etirazə əlavə verərək əlavədə qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 13.2 və 13.3-cü maddələrinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin (rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları) icra edirlər. Digər tərəfdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li “Dövlət sərhədindən buraxılış məntəqələrində xidmətin təşkil edilməsi haqqında” əmrinin (əmrin təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir) surətindən görünür ki, Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti Dəniz limanlarında sərhəd nəzarəti şöbəsi, “Biləsuvar”, “Yalama”, “Xanoba”, “Mazımqara” - 24 saatlıq iş rejimində, “Astara”, “Samur”, “Şirvanlı”, “Muğanlı”, “Qırmızı Körpü”, “Böyük- kəsik”, “Sadıxlı”, “Gəncə”, “Lənkəran” və “Qəbələ” dövlət sərhədindən buraxılış məntəqələrində - 12 saatlıq iş rejimində təşkil edilməsini X8 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçuların xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla), qadın hərbi qulluqçularına 12 saatlıq iş rejimi müəyyən edilməsi əmr edilmişdir. Adıçəkilən əmrin tələbindən də görünür ki, iddiaçının xidmət etdiyi yerlər üzrə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti 24 saatlıq iş rejimi olaraq müəyyən edilmişdir. Qeyd olunan əmr hazırda qüvvədədir və əmrə hər hansı dəyişiklik edilməmişdir. Beləliklə, İddiaçı hərbi qulluqçu olaraq həmin əmrdən irəli gələn hərbi xidmət vəzifələrini yerinə yetirmiş hesab olunduğundan, habelə “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də və 13 №-li əmrdə xidmət vaxtından artıq işə görə əlavə haqq ödənilməsi nəzərdə tutulmadığından iddiaçının xidmət vaxtından sonra işlədiyi müddətlərə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. Habelə İddiaçı iddia ərizəsində xidmət vaxtından sonra işlədiyi müddətlərə görə ona ödənişlərin ödənilməli olmasını bildirsə də, iddia ərizəsində bu tələbin hüquqi əsasını, yəni, bu tələbinin hansı qanun qüvvəli hüquqi aktdan irəli gəlməsini əsaslandıra bilməmişdir. Əlavə olaraq qeyd olunur ki, ümumiyyətlə hərbi qulluqçuların istirahət müddətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada məhdudlaşdırılması (xidmət vaxtının artırılması) zamanı hərbi qulluqçuya əlavə haqq ödənilməsi və ya ödənilməsi qaydasını tənzimləyən qanunvericilik norması yoxdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli Qərarı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərini müəyyən edir və həmin qərarda da xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. Bu hal yəni, iş vaxtından artıq vaxt ərzində görülən işə görə əlavə haqq ödənilməsi sadəcə əmək qanunvericiliyində öz əksini tapmaqla əmək hüququ münasibətlərini yəni ki, əmək müqaviləsi əsasında yaranmış işçi və işəgötürən arasındakı əmək münasibətlərini tənzimləyən norma ilə müəyyən edilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli Plenum” Qərarında qeyd edilir ki, “Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərin dairəsini müəyyən edən 6-cı maddəsinin “a” bəndinə əsasən, bu Məcəllə hərbi qulluqçulara şamil olunmur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun) 2.0.9 və 2.0.2-ci maddələrinə görə, hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslərdir. Hərbi xidmət isə dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmətə çağırış üzrə və könüllü xidmətlərə bölünür. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətli həqiqi hərbi xidmət və zabitlərin həqiqi hərbi-xidməti olmaqla həqiqi hərbi xidmətlərə çağırılırlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.2-ci maddəsi). Qeyd olunan Qanunun 36-cı maddəsində isə Azərbaycan Respublikası vətəndaşlarının bağlaşma əsasında könüllü daxil olduqları həqiqi hərbi xidmətlərin formaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 1.2-ci bəndinə görə, bu Qayda Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qaydaların 1 nömrəli əlavəsi ilə bağlaşmanın forması təsdiq edilmiş və tərəflərin bağlaşma üzrə öhdəlikləri müəyyən edilmişdir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 2 və 3-cü hissələrinə görə, işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxs başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci hissəsi ilə iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer kimi təsbit edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünməklə, könüllü xidmətə daxil olan şəxslərlə müvafiq dövlət orqanı arasında əmək müqaviləsi deyil, məhz bağlaşma formasında müvafiq sənəd imzalanır və bağlaşmanın imzalanması həqiqi hərbi xidmətin başlanması üçün əsas yaradan hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin hərbi qulluqçulara şamil olunmaması hərbi xidmətin dövlət qulluğunun xüsusi növü olmaqla əmək fəaliyyətinin digər növlərindən əhəmiyyətli dərəcədə fərqlənməsindən, hərbi Qulluqçuların xidməti fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanı ilə onlar arasında əmək müqaviləsinin baqlanmamasından, Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək (işçi-işəgötürən) münasibətlərinin varanmamasından irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da qeyd edilmişdir ki, hərbi qulluğun özü dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxsləriftj konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Hərbi qulluqda yerinə yetirilən funksiyaların xarakteri və xüsusi əhəmiyyəti, mürəkkəbliyi, onların həyat və sağlamlıq üçün təhlükəliliyi və digər amillər nəzərə alınmaqla, hərbi qulluqçuların əmək hüququ, maddi təminatı, istirahət hüququ və digər sosial təminat hüquqları, eləcə də hərbi xidmətkeçmə ilə əlaqədar digər münasibətlər sahəvi normativ aktlarla tənzimlənmişdir. Yuxarıda qeyd olunanları, habelə İnzibati Prosessual Məcəllənin 47-ci və Mülki Prosessual Məcəllənin 154-cü maddəsini rəhbər tutaraq, İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddia tələbinin əsassız olduğunu nəzərə alaraq, iddiasının təmin edilməməsini Məhkəmədən xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X4, Nümayəndə2, X12 və X5 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kompensasiyanın ödənilməsi haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati orqanın qanunsusz hərəkətləri nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü kompensasiyanın ödənilməsinə dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Müraciətdə qeyd olunan məsələ bağlı bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 23-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır. Həmin Qanunun 23-cü maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi qulluqçuların istirahət müddəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər. Qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq vətəndaş İddiaçı barəsində kompensasiya ödənişi ilə bağlı hazırkı tələbin icrası imkan xaricindədir. Səfərbərlik və Hərbi Xidmətə Cağırış Üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 05 nömrəli arayışında qeyd edilmişdir ki, 1993-cü il təvəllüdlü ehtiyatda olan leytenant İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2018-ci iİ tarixdən, xx.xx.2022-ci il tarixədək gizir, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək leytenant hərbi rütbəsində həqiqi hərbi xidmət keçmişdir. Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan döyüş əməliyyatlarında fədakarlıq göstərərək qazilik zirvəsinə ucalmış hər bir Azərbaycan vətəndaşına hörmətlə yanaşaraq onların ailələri və valideynləri qarşısında baş əyir. Heç bir şəhidimiz, qazimiz unudulmur və unudulmayacaqdır. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərindən asılı olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılmışdır, nəzərə almağınızı xahiş edirik. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə məlumatından görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyas quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Səhiyyə Nazikliyi “Respublika Psixatriya Xəstəxanası” X11 Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 4134 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, DSX-nın sabiq hərbi qulluqçusu ehtiyatda olan leytenant İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin 05.04.24-cü il tarixli 78 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (DSX HH-nın xx.xx.2023-cü il tarixli, 2287 №-li xəstəlik şəhadətnaməsi, “Həkim Psixatriya Komissiyasının” xx.xx.2024-cü il tarixli 4134 Xs-li rəyi, “1 nömrəli Respublika Psixatriya xəstəxanası”nın xx.xx.2024-xx.xx.2024-cü il tarixli, 107551 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi. “2 nömrəli Respublika Psixatriya xəstəxanası”nın xx.xx.2023-xx.xx.2024-cü il tarixli, 12473/83 nömrəli xəstəlik tarixindən çıxarış epikrizinə əsasən aşağıdakı qərar verilmişdir. Dz: (F 62.0) Fəlakət (İkinci Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla. (Y 36.2) Hərbi döyüş travması (21.10.20). Sağ bazunun dəlib keçən, sağ kürək nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı (L 90.5) çapıq toxuması. (M 24.5) Sol pəncənin üçüncü, dördüncü barmaqlarının proksimal, ikinci barmağının orta falanqasının açıq, beşinci barmağın proksimal və dırnaq falanqasının yerdəyişməli sınığından sonrakı barmaqların bükücü kontrakturası, funksiyaların pozulması olmayan. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 14/5369 nömrəli məktubunda qeyd edimişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyəti elektron məlumat sistemi”nə əsasən X6 Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi barədə məlumat yoxdur. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı 2019-2023-cü illər ərzində xidmətə təyin olunması barədə Sərhədin mühafizə kitablarından çıxarışlar xx.xx.2025-ci il tarixli, 21m №-li iddia tələbinə dair yazılı etiraza əlavə edilərək ünvanınıza göndərilmişdir. X8 Hava Limanında sərhəd nəzarəti şöbəsində 2023-cü il ərzində istifadə olunmuş “Nəzarətçi heyətinin fərqlənmə nişanlarının qeydiyyatı”, “Tarix ştamplarının müvəqqəti istifadəyə verilməsinin qeydiyyatı” və “Xüsusitexniki vasitələrin müvəqqəti istifadəyə verilməsinin qeydiyyatı” kitablarından çıxarışlar aidiyyəti üzrə ünvanınza göndərilir. Bundan əlavə qeyd olunur ki, DSX rəisinin xx.xx.2021ci il tarixli 0130 №-li əmri ilə təsdiq olunmuş “DSX-nin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlama müddəti üzrə siyahısı” rəhbər tutularaq 2019-2022-ci illər üzrə istifadə olunmuş qeyd olunan kitablar məhv edildiyi üçün həmin kitablardan çıxarışların edilməsi qeyri-mümkündür. Eyni zamanda bildiririk ki, “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) xüsusi təyinatlı dövlət informasiya resursudur. İAMASdan istifadə hüququna icazə verilən aidiyyəti dövlət orqanları Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 5 №-li qərarına əsasən tənzimlənir. Həmin qərara əsasən Dövlət Sərhəd Xidmətinə İAMAS istifadəçilərinin loqlarına buraxılış dərəcəsi verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipimüəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”: 1.1-ci bəndinə görə pul təminatı haqqında Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nin hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; 1.1.2. pul təminatının əlavə növlərindən və yol təminatından. 1.2. bu Əsasnaməyə görə pul təminatı aşağıdakı hərbi qulluqçulara ödənilir: 1.2.1. Dövlət Sərhəd Xidmətinin aparatında, hərbi birləşmələrində, habelə digər struktur bölmələrində vəzifədə olanlara; 1.2.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına; 1.2.3. DSX-nin hərbi hissələrində sərəncamda olanlara. 1.6 hərbi qulluqçulara istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə və müəyyən olunmuş xidmət vaxtından artıq işə görə əlavə haqq ödənilmir. 2.1. Azərbaycan Respublikası DSX-də xidmət edən zabitlərin hərbi rütbələrinə görə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının rütbə maaşları məbləğlərinin təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş məbləğdə ödənilir. 2.2. hərbi qulluqçulara hərbi rütbəyə görə maaşlar hərbi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən ödənilir. 2.4. zabitlərə vəzifə maaşları DSX-nin hərbi hissələrinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və digər struktur qurumların ştatında tutduqları vəzifələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş məbləğdə ödənilir. 3.12. sərəncamda olma dövründə tutduqları vəzifədən azad olunmuş, o cümlədən hərbi hissənin yeni ştata keçməsi və ya ştatların qismən dəyişməsi zamanı zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına vəzifədən azad edilmə günündən pul təminatı aşağıdakı qaydada ödənilir: 3.12.1. birinci iki ay üçün - vəzifə, rütbə maaşları, xidmət illərinə görə faiz əlavəsi və ərzaq kompensasiyasına görə; 3.12.2. sonrakı iki ay üçün - yalnız hərbi rütbə maaşı, hərbi rütbə maaşından hesablanmış xidmət illərinə görə əlavə və ərzaq kompensasiyası; 3.12.3. sərəncam dövründə vəzifələrin icrası ilə bağlı digər vəzifə maşına əlavələr dayandırılır. 44.81. qoşunlarda yüksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirilmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. Birdəfəlik pul mükafatının ödənişi barədə əmrin imzalandığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda (uşağa qulluq üçün verilən məzuniyyət dövründən başqa) olması ilə əlaqədar pul təminatını almaq hüququnu qismən və ya tam şəkildə itirmiş hərbi qulluqçulara birdəfəlik pul mükafatına layiq görüldüyü halda tutduqları sonuncu əsas vəzifə maaşı nəzərə alınır və pul mükafatının ödənişi faktiki xidmət etmiş tam aylara proporsional olaraq (xidmətin hər bir tam təqvim ayı üçün 1/12-i qədər) həyata keçirilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.
3. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlar barəsində hakimiyyət səlahiyyəti alaraq hərbi xidmət vəzifələrini icra edərkən hakimiyyət nümayəndələri sayılırlar. Bu şəraitdə onlara tabe olmamaq və qəsd etmək Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Maddə 23. Hərbi xidmətlə əlaqədar olaraq hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması Hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır: a) hərbi qulluqçuların tətil hüququ yoxdur; b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər; v) hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır; q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər; ğ) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas təhsil müəssisələrində təhsil almasına icazə verilmir; d) hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır; e) hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır.
2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının məzuniyyəti onların hauptvaxtda olduğu günlərin sayı qədər qısaldıla bilər.
3. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli Qərarı:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir, o cümlədən: · zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; · bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; · elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; · kursant vəzifəsi üçün əlavə; · paraşütlə tullanmaq üçün pul mükafatı; · dalğıc işləri üçün pul mükafatı; · hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; · hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; · hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; · dənizçilər üçün pul təminatı; · döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; · qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; · müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; · şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; · xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; · gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; · hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; · Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; · hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; · xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; · gündəlik və mənzildə yaşamaq xərcləri; · səhrada (çöldə) xidmətetmə pulu; · ev kirayəetmə pulu.
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; ... 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; ... 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. 36.2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun: 13.1. Silahlı Qüvvələrin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda hərbi xidmət vəzifələrini icra edən hesab edilirlər. 13.2. Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin (rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları) icra edirlər. 13.3. Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən həyata keçirilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızıdr və təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Abaslı X9 Sərhəd Xidməti rəisinin xx.xx.2019-cü il tarixli 359 ş/h nömrəli əmri ilə DSX Sərhəd Nəzarəti “Şıxlı” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 0325 nömrəli nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda) müvafiq olaraq, X8 Hava Limanında sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin zabit-nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olduğu zaman istirahət hüququnun pozulduğunu və xidmət vaxtından artıq işlədiyi müddətlərə və pozulmuş istirahət müddətləri sonradan əvəzlənmədiyinə görə, müvafiq vergi və sosial ödənişlər nəzərə alınmaqla, kompensasiyasının ödənilməsini cavabdeh inzibati orqandan tələb etmiş və tələbi təmin edilmədiyi üçün məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsaslarının araşdırılması məqsədilə məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” yə görə DSX-nin hərbi qulluqçularının pul təminatı hərbi rütbə və vəzifə maaşlarından; pul təminatının əlavə növlərindən və yol təminatından ibarətdir. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən isə hərbi qulluqçulara istirahət səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə və müəyyən olunmuş xidmət vaxtından artıq işə görə əlavə haqq ödənilmir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. Həmin Qanunun 23-cü maddəsinin q bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 23-cü maddəsinin “q” bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilmiş qaydada və Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 nömrəli əmrinə əsasən “Yalama” sərhəd nəzarəti şöbəsinin şəxsi heyəti sutkalıq xidmətə cəlb olunduğu üçün sabiq hərbi qulluqçu İddiaçı da sutkalıq xidmətlərə təyin edilmişdir. Habelə həmin əmrə əsasən İddiaçı Qırmızı Körpü (Şıxlı) dövlət sərhədindən buraxılış məntəqəsində 12 saatlıq iş rejimində xidmətə və X8 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçularının xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla) olduğu üçün sutkalıq xidmətə təyin edilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li “Dövlət sərhədindən buraxılış məntəqələrində xidmətin təşkil edilməsi haqqında” əmri ilə Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti Dəniz limanlarında sərhəd nəzarəti şöbəsi, “Biləsuvar”, “Yalama”, “Xanoba”, “Mazımqara” - 24 saatlıq iş rejimində, “Astara”, “Samur”, “Şirvanlı”, "Muğanlı”. “Qırmızı Körpü”. “Böyük- kəsik”, “Sadıxlı”, “Gəncə”, “Lənkəran” və “Qəbələ” dövlət sərhədindən buraxılış məntəqələrində - 12 saatlıq iş rejimində təşkil edilməsini X8 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçuların xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla), qadın hərbi qulluqçularına 12 saatlıq iş rejimi müəyyən edilmiş və həmin əmr qüvvədədir. Beləliklə də, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminat növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli Qərarında üstəlik pul təminatının növlərinə xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və va məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluqun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Qanunvericinin müəyyən etdiyi tələblərdən göründüyü kimi, hərbi qulluqçuların istirahət müddəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada məhdudlaşdırıla, xidmət vaxtı artırıla bilər. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 13.3-cü maddələrinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin (rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları) icra edirlər və iddiaçı sabiq hərbi qulluqçu İddiaçı hərbi qulluqçu olaraq həmin əmrdən irəli gələn hərbi xidmət vəzifələrini yerinə yetirmiş hesab olunduğundan, habelə “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də və 13 nömrəli əmrdə xidmət vaxtından artıq işə görə əlavə haqq ödənilməsi nəzərdə tutulmadığından iddiaçının xidmət vaxtından sonra işlədiyi müddətlərə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. Tələbin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə tələb birinci hissədən, yəni kompensasiyanın təmin edilməsindən asılı olduğu və ayrıca müstəqil şəkildə mübahisələndirilə bilmədiyi üçün təmin edilə bilməz. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati-Prosessual Məcəllənin 2, 4.1, 68-69, 70, 75, 81 ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova