Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1141/2020 16.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 (Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 88, mənzil 29-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmrinin ləğv edilməsi və əvvəlki işinə, yəni Saatlı RİHB-nın Seyidlər kənd X8 üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsibarədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmrini ləğv edərək əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı vəkili və nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmrinin ləğv edilməsi və əvvəlki işinə, yəni Saatlı RİHB-nın Seyidlər kənd X8 üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsikimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Saatlı rayon İcra Hakimiyyəti başçısının Seyidlər kənd X8 üzrə nümayəndəsi vəzifəsində xx xxxx 2016-cı il tarixdən işləmişdir. Saatlı rayon İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli, 46 saylı əmrində qeyd edilmişdir ki, “Saatlı rayon İcra Hakimiyyəti Başçısının Seyidlər kənd X8 üzrə nümayəndəsi İddiaçı tətbiq olunmuş karantin rejimi dövründə dövlət qulluqçusu kimi ona həvalə olunmuş vəzifələrə məsuliyyətsiz yanaşaraq vəzifə səlahiyyətlərindən suiistifadə etdiyinə və vəzifə saxtakarlığına yol verdiyinə görə x xxx 2020-ci il tarixdən tutduğu vəzifəsindən azad edilsin. Seyidlər kənd X8 üzrə nümayəndəlikdə aparılmış araşdırmanın nəticələrinə dair toplanmış materiallar baxılıb tədbir görülməsi üçün Saatlı rayon prokurorluğuna göndərilsin.” Barəsində olan əmrin əsaslandırıcı hissəsində isə qeyd edilir ki, koronovirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Azərbasycan Respublikası Nazirlər X1 qərar və göstərişlərindən irəli gələn vəzifələrin icra vəziyyəti rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2020-ci il tarixli 37 nömrəli sərəncamı ilə yaradılmış rayon komissiyası tərəfindən araşdırılarkan müəyyən edilmişdir ki, Seyidlər kənd X8 üzrə nümayəndə vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı” təlimatın 4.2.2-ci bəndinin tələblərinə əsasən müəyyən edilmiş 1 nömrəli əlavəyə uyğun arayışların verilməsində qanunsuzluğa yol verərək bir qrup kənd sakinlərinə respublikanın şəhər və rayonlarına getmək üçün hərəkətlərinə qanunsuz olaraq icazə arayışları vermişdir. Yuxarıda qeyd edilən əmrlə bağlı bildirir ki, o, heç kimə qanunsuz arayış verməmişdir. Verdiyi arayışları qəbul etməkdən vətəndaşlar imtina etdiyi üçün həmin arayışların əsli Saatlı rayon prokurorluğunda araşdırma materialındadır. Saatlı rayon İcra Hakimiyyətinin başçısı nümayəndəlikdə aparılmış araşdırmanın nəticələrinə dair toplanmış materialları baxılıb tədbir görülməsi üçün Saatlı rayon prokurorluğuna göndərilməsinə əmr verdiyindən həmin araşdırmanın nəticəsindən asılı olaraq onun işdən azad olmağı barədə əmr verə bilərdi. Burdan da belə nəticəyə gəlmək olar ki, araşdırmanın nəticəsi gözlənilmədən onun barəsində qanunsuz əmr verilmişdir. O, həmişə öz vəzifəsini lazımi qaydada yerinə yetirmidir. Bir sözlə, özünün əmək funksiyasını Azərbaycan Respublikasının Qanunları çərçivəsində qurmuşdur. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, əmək və icra intizamını pozmamışdır. Ailəlidir, himayəsində iki azyaşlı uşağları vardır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Saatlı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Saatlı rayon İcra Hakimiyyətininnümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın (əmrin) ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Saatlı rayonu, Seyidlər kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddia tələbinə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən əmrdə hüquqi müdafiə vasitələri (əmrdən şikayət verilməsi müddəti və s.) göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmrinin ləğv edilməsi və əvvəlki işinə, yəni Saatlı RİHB-nın Seyidlər kənd X8 üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Saatlı rayonunda anadan olmuş və Saatlı rayonu, Seyidlər kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmrinin təsdiq olunmuş surətindən görünür ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının Seyidlər kənd X8 üzrə nümayəndəsi İddiaçı tətbiq olunmuş karantin rejimi dövründə dövlət qulluqçusu kimi ona həvalə olunmuş vəzifələrə məsuliyyətsiz yanaşaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə və vəzifə saxtakarlığına yol verdiyinə görə x xxx 2020-ci İİ tarixdən tutduğu vəzifəsindən azad edilmiş və Seyidlər kənd X8 üzrə nümayəndəlikdə aparılmış araşdırmanın nəticələrinə dair toplanmış materiallar baxılıb tədbir görülməsi üçün Saatlı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İşdə olan Saatlı rayon prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrəqərarın təsviri hissəsində göstərilənlərə əsasən Saatlı rayon İcra Hakimiyyəti başçısının Nərimankənd kənd İƏD-i üzrə sabiq nümayəndəsi X4 və Seyidlər kənd İƏD-i üzrə sabiq nümayəndəsi İddiaçı barələrində Azərbaycan Respublikası CM-nin 139-1.1, 313 və 399.1-ci maddələri və Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhər İƏD-i üzə sabiq nümayəndəsi, mərhum X3 barəsində CM-nin 139-1.1 və 313-cü maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan Saatlı rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli, 1058xid-20 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayon prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora şikayət verilməmişdir. İşdə olan Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 01/2480 nömrəli məktununda qeyd edilmişdir ki, Saatlı rayon icra Hakimiyyəti başçısının Saatlı rayonunun Seyidlər və Nərimankənd inzibati ərazi dairələri üzrə nümayəndələri vəzifələrinə işçi təyin olunmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əıverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4-cü maddəsinə əsasən xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8-ci maddəsinə əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10-ci maddəsinə əsasən dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 25.11-cu maddəsinə əsasən Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının Seyidlər kənd X8 üzrə nümayəndəsi İddiaçı tətbiq olunmuş karantin rejimi dövründə dövlət qulluqçusu kimi ona həvalə olunmuş vəzifələrə məsuliyyətsiz yanaşaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə və vəzifə saxtakarlığına yol verdiyinə görə Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmri ilə xx xxx 2020-ci İİ tarixdən tutduğu vəzifəsindən azad edilmiş və Seyidlər kənd X8 üzrə nümayəndəlikdə aparılmış araşdırmanın nəticələrinə dair toplanmış materiallar baxılıb tədbir görülməsi üçün Saatlı rayon prokurorluğuna göndərilmişdir. Saatlı rayon prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə...Seyidlər kənd İƏD-i üzrə sabiq nümayəndəsi İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1, 313 və 399.1-ci maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Saatlı rayon prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora şikayət verilməmiş və hazırki vaxtadək Saatlı rayon icra Hakimiyyəti başçısının Saatlı rayonunun Seyidlər və Nərimankənd inzibati ərazi dairələri üzrə nümayəndələri vəzifələrinə işçi təyin olunmamışdır. Məhkəmə qeyd edir ki,Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı maddəsinə istinad edilmişdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusuna tətbiq edilə bilən intizam tənbeh tədbirlərindən biri də onun dövlət qulluğundan azad edilməsidir. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Göründüyü kimi qanunvericilik intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparmasını, dövlət qulluqçusundan yazılı izahat alınmasını, zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edilməsini nəzərdə tutur. Hazırkı inzibati işdə isə iddiaçıya “dövlət qulluğundan azad edilmə” növündə intizam tənbeh tədbiri tətbiq edilsə də, ancaq məhkəmə araşdırması zamanı qanunverciliyin qeyd olunan normalarına (dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparması, dövlət qulluqçusundan yazılı izahat alınması, zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edilməsi) əməl edilməsi müəyyən edilməmiş, eyni zamanda cavabdeh orqan bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa,Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmrinin verilməsinə əsas İddiaçı tətbiq olunmuş karantin rejimi dövründə dövlət qulluqçusu kimi ona həvalə olunmuş vəzifələrə məsuliyyətsiz yanaşaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsi olmuşdur. Ancaq Saatlı rayon prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı əməlində cinayət tərkibi yoxdur. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, ...”Seyidlər kənd X8 üzrə nümayəndəsi İddiaçı tərəfindən kənd sakinlərindən 3 nəfər və bir nəfər 65 yaşı olmuş sakinin adına tərtib edilmiş arayışlar, yəni rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edilməmiş, onların sözügedən arayışları tərtib etmələri və vermələrində birbaşa qəsd etməmişlər, onların tamah və ya sair şəxsi niyyətləri olması sübut olunmamışdır. ...İstintaq materiallarında göründüyü kimi İddiaçı tərəfindən kənd sakinlərinin adına arayışlar tərtib etməsində vəzifə səlahiyyətlərini aşma cinayətinin tərkib əlamətləri yoxdur.” Göründüyü kimi rayon prokurorluğu tərəfindən aparılmış istintaqla iddiaçının əməlində (hərəkətlərində) onun işdən çıxarılmasına əsas olan “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə saxtakarlığı” cinayətlərinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki,Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmri qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edilmiş sayılır ki, bu hal da özüözlüyündə həmin əmrin qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə, yəni Saatlı rayon İcra Hakimiyyəti başçısının Seyidlər kənd X8 üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 46 saylı əmri ləğv edilsin və İddiaçı əvvəlki işinə, yəni Saatlı rayon İcra Hakimiyyəti başçısının Seyidlər kənd X8 üzrə nümayəndəsi vəzifəsinə bərpa edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1141/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1141/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver