Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1142/2025 23.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “xidmətdən buraxıldığı günə qədər aldığı əmək haqqı nəzərə alınmaqla yenidən məlumat vərəqəsinin tərtib edilərək aidiyyatı quruma (DSM Fonduna) təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “xidmətdən buraxıldığı günə qədər aldığı əmək haqqı nəzərə alınmaqla yenidən məlumat vərəqəsinin tərtib edilərək aidiyyatı quruma (DSM Fonduna) təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3714/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən cavabdeh əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş və iddia tələbinə “xidmətdən buraxıldığı günə qədər aldığı əmək haqqı nəzərə alınmaqla yenidən məlumat vərəqəsinin tərtib edilərək aidiyyatı quruma (DSM Fonduna) təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-688/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(106)-227/2024 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək qərar ləğv edilmiş və iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 28 iyun 2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki,”Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 27 may 2022-ci il tarixində daxil olmuş müraciətinizə aiddiyyəti üzrə baxılmışdır. Bildirir ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində “ Əmək Pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əssən sizə “hərbi xidmət dövrü ilə əlaqədar“ 2-ci dərəcə əliliyə görə təminat xərcliyinizin 55 faizi miqdarında əmək pensiyası təmin edilməklə 31 iyul 2021-ci il tarixinədək ödənilmişdir. Pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəriniz 17 il 7 ay 5 gün, güzəştli xidmət iliniz 4 il 9 ay 6 gün qeyd edilmişdir. 29 aprel 1992-ci il tarixindən 19 oktyabr 2007ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası qanunu ilə edilmiş dəyişikliyə əsasən “20” il sözləri “20 təqvim ili“ sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq sizin 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddətiniz mövcud olmadığından sizə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. O, xx.xx.1970-ci ildə anadan olmuşdur. xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər hərbi xidmətdə çalışmışdır. xx.xx.1992-xx.xx.1992-ci il tarixlərində Bakı şəhər BPİ-nin polis PPX Alayının 2-ci bölüyünün polis əməkdaşı kimi,xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Bakı şəhər BPİ-nin DYPŞ-nin avtomobillərin müayinə stansiyasının xüsusiləşdiriİmiş ekoloji nəzarət bölüyünün yol-patrul inspektoru, xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in DYPİ-nin müayinə nəzdində avtomobillərin stansiyasının xüsusiləşdirilmiş ekoloji nəzarət rotasının yol polisi müfəttişi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in sərəncamənda, xx.xx.2002-xx.xx.2003-cü il müddətində DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Zığ limanında XPB-nin PPX manqasının polis əməkdaşı, xx.xx.2003-cü il xx.xx.2004-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Xaçmaz xüsusi polis məntəqəsinin polis nəfəri, xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilə qədər Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyünün polis nəfəri, xx.xx.2004-cü il 1-xx.xx.2006-cı il müddətində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol polisi tağımımn yol polis inspektoru və xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə kimi Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyünün polis nəfəri kimi vəzifələrində çalışmışdır. Bakı şəhər Səbail RPİnin 30 aprel 2008-ci il tarixli nömrəli əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135 maddəsinin 6 bəndinə əsasən səhətinə görə 30 aprel 2008-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən azad edilmişdir. 30 aprel 2008-ci il tarixə qədər xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 05 gün, imtiyazlı hesablama ilə isə 22 il 04 ay, 11 gün təşkil etməsi haqqında arayışı ərizəyə əlavə edir. Qüvvədə olan normativ-hüquqi aktlara görə isə hərbi qulluqçuların pensiya hüququ əldə etməsi üçün xidmət illəri 20 təqvim ili və daha çox olmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Daxili İşlər Nazirliyinin etirazında bildirmişdir ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2008- ci il tarixinə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyada). İddiaçı təqvimi xidmət müddətinin 20 ildən az, yəni 17 il, 07 ay, 17 gün olduğu nəzərə alınaraq, ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququ yaranan şəxlər barəsində tərtib olunur. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası hüququ yaranmadığından barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamışdır. İddiaçı tərəfindən qanunvericiliyin normaları düzgün realizə edilməmişdir: İddiaçı pensiya hüququnun yarandığını iddia etdiyi dövrdə onun güzəştli xidmət illəri qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci hissəsinin “a” bəndinə əsasən yox (Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrlərixidmətin bir ayı üç ay sayılmaqla hesablansın) “b” bəndinə əsasən hesablanmışdır. (Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti bir ayı iki ay sayılmaqla) Yəni iddiaçı, xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməmişdir. Belə olan halda, onun güzəştli xidmət müddəti, həmin dövrdə qüvvədə olan 631 nömrəli, xx.xx.1992-ci il tarixli qərarın “b” bəndinin təsirinə düşür. İddiaçı iddiasını Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Plenum qərarına istinadən əsaslandırma apararaq, onun xx.xx.2004-cü il tarixdən həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununa əsasən pensiya hüququnun yarandığını iddia edir. İddiaçı iddiasını KM Plenum Qərarına əsaslanaraq qeyd edir: “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004- cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra - 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir.O, düşünür ki, artıq xx.xx.2004-cü il tarixdən onun pensiya hüququ yaranır. Çünki, həmin dövrdə pensiya təyinatı üçün 20 təqvim ili yox, 20 xidmət ili tələb olunur.xx.xx.2004-cü il tarixədək qüvvədə olan “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına əsasən (bundan sonra - Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarı) hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir.İddiaçı bu hissədə hüquq normalarını düzgün realizə etmədən zənn edir ki, onun xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək olan xidmət dövrü döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyinə görə güzəştli xidmət illəri kimi hesablanmış və dolayısilə, pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq, bir ayı üç ay hesablanmalıdır. Nəzərə alınmalıdır ki, müvafiq Plenum Qərarı həmin dövrdə qüvvədə olan 631 nömrəli qərarın 2-ci hissəsinin “a” bəndini şərh edir, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək xidmət illəri 631 nömrəli qərarın 2ci hissəsinin b bəndinin təsirinə düşür. Yəni, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti bir ayı iki ay hesablanmaqla xidmət illərinə əlavə olunmuşdur. Belə olan halda, iddiaçının xidmət illəri pensiya təyin olunması üçün məlumat vərəqəsinin göndərilməsi üçün kifayət etmir. Sadalananları nəzərə alaraq, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024- cü il tarixli, 2-1 (120)-3714/2024 saylı sorğusunda qeyd olunan suallara cavab aşağıdakı kimi olacaqdır:
1. İddiaçının xx.xx.2004-cü il tarixə xidmət illəri və hesablanma qaydası:
Başlama tarixi Bitmə tarixi il ay gün yazı ilə Təyinatı xx.xx.1992 xx.xx.2004 12 1 7 12 il, 1 ay, 7 gün DİO-da xidmət illəri xx.xx.1988 xx.xx.1990 1 10 12 1 il, 10 ay, 12 gün Silahlı Qüvvələrdə xidmət müddəti Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (bir ayı xx.xx.1992 xx.xx.1997 4 9 6 4 il, 9 ay, 6 gün iki ay hesablanmaqla) CƏMİ 17 20 25 Yekun nəticə 18 8 25 18 il, 8 ay, 25 gün
Beləliklə, iddiaçının xx.xx.2004-cü il tarixə xidmət illəri 18 il, 8 ay, 25 gün təşkil edir.
2. İddiaçının xx.xx.2008-ci il tarixə xidmət illəri və hesablanma qaydası:
a) Təqvimi xidmət illəri və hesablanma qaydası:
Başlama tarixi Bitmə tarixi il ay gün yazı ilə Təyinatı xx.xx.1992 xx.xx.2008 15 9 5 15 il, 9 ay, 5 gün DİO-da xidmət illəri Silahlı Qüvvələrdə xidmət müddəti xx.xx.1988 xx.xx.1990 1 10 12 1 il, 10 ay, 12 gün
CƏMİ 16 19 17 Yekun nəticə 17 7 17 17 il, 7 ay, 17 gün
B) Güzəştli xidmət illəri və hesablanma qaydası:
Başlama .. tarixi Bitmə tarixi il ay gun yazı ilə Təyinatı xx.xx.1992 xx.xx.2008 15 9 5 15 il, 9 ay, 5 gün DİO-da xidmət illəri xx.xx.1988 xx.xx.1990 1 10 12 1 il, 10 ay, 12 gün Silahlı Qüvvələrdə xidmət müddəti Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında Sadalananlara əsasən aydın görünür ki, iddiaçının nə xx.xx.2004-cü il tarixdə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan, nə də 2008-ci il tarixdə qüvvədə olan əmək pensiyaları qanunvericiliyində tələb olunan yaşa görə güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Odur ki, hazırkı tələb üzrə inzibati qurumun imtinası əsaslıdır və iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən iddiaçının “məlumat vərəqinin göndərilməsi” tələbi üzrə iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən "hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 iyul 2021-ci il tarixinədək ödənilmişdir (sonuncu pensiya ödənişi 489,09 manat). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş "hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyin etibarlılıq müddəti 31 iyul 2021 -ci il tarixinədək olduğu üçün pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan "Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin "a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728- İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən "20 il” sözləri "20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında” Qanunun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1987xx.xx.2008-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi, ev 8-də yaşayış yeri üzrə qeydiyyatdadır. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-1321/2-1628/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2008-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli "Əmək pensiyaları haqqında" Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı xidmət müddətinin hesablanmasına əsas olmuş arxiv şəxsi işinin xidmətkeçmə siyahısının surəti göndərilmişdir. Daxili İşlər Nazirliyi X1 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2013-cü il tarixli 3- 13-23/2-1276/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Daxili İşlər Nazirliyi X1 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2013-cü il tarixli 3- 13-23/2-1389/2023 nömrəli məktubunda göstərilmişdir ki, DİN-ə ünvanlanmış eyni məzmunlu müraciəti xx.xx.2023-cü il tarixdə 3-13-23/2-1276/2023 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Daxili İşlər Nazirliyi X1 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 13-23/2-2330/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli "030913” nömrəli müharibə veteranı vəsiqəsinin verilməsi əsaslılığının yoxlanılması məqsədilə DİNin arxivində saxlanılan 1992-1994-cü illəri əhatə edən əmrlərə baxılmış, lakin vətəndaş İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 030913 nömrəli, xx.xx.2012-ci il tarixli Vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı müharibə veteranıdır. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 331 nömrəli arxiv arayışında göstərilmişdir ki, həqiqətən də arxiv sənədlərində İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmadı. Arayış Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə təqdim olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-54/2-1134/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli ÇM/176 nömrəli sənədinə əsasən bildirilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixdək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.(Əsas:qeydiyyat kartası). İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə Xidmətin Sabirabad rayon şöbəsində heçbir məlumat yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-150829/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 iyul 2021 -ci il tarixinədək ödənilmişdir (sonuncu pensiya ödənişi 489,09 manat). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyinin etibarlılıq müddəti 31 iyul 2021-ci il tarixinədək olduğu üçün adıçəkilən şəxsin pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 rıömrəli nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəriniz 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir. Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.20008-ci il tarixinə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.20008-ci il tarixinə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyada). İddiaçı təqvimi xidmət müddətinin 20 ildən az, yəni 17 il, 07 ay, 17 gün olduğu nəzərə alınaraq, ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nm 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququ yaranan şəxlər barəsində tərtib olunur. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası hüququ yaranmadığından barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamışdır. Tətbiq olunan hüquq normaları: Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Normativ hüquqi aktlar haqqında» Qanunun 87-ci maddəsinə əsasən Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Qeyd olunan Qanunun 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin norrmativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsində göstərilir ki, «bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir». Həmin qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İş materiallarından və məhkəməyə təqdim olunan sübutlardan məlum olur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir. Daxili işlər orqanlarından xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil etmişdir. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə» xx.xx.2004-cü il tarixli, 728-İİQD saylı Qanuna əsasən həmin Qanunun 12-ci maddəsinin «a» bəndindəki «20 il» sözləri «20 təqvim ili» sözləri ilə əvəz edilmişdir. Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə» Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında» xx.xx.2005-ci il tarixli, 977-İİQD saylı Azərbaycan Respublikasının Qanununa əsasən «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144 və 147-ci maddələrində «25 il» sözləri» «20 təqvim ili» sözləri ilə əvəz edilmiş və imtiyazlı hesablama ilə» sözləri çıxarılmışdır. Lakin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 12-ci maddəsinə, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq hərbi xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü və 145-ci bəndlərinə dəyişiklik və əlavələr edilənədək iddiaçının pensiya hüququ yaranmış və onun xidmət illəri təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil etmişdir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxil edilmişdir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxil edilmişdir. Nazirlər Kabinetinin sözü gedən Qərarının 1, 2-ci hissəsinin A, B və V bəndinə, eləcə də «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü və 145-ci bəndlərinə müvafiq olaraq zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq hərbi xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakilar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: Silahlı qüvvələrdə, sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa hərbi birləşmələrdə həqiqi hərbi xidmət; Daxili işlər, ədliyyə, feldyeqer rabitəsi orqanlarında sıravi, kiçik, orta, böyük və yüksək rəis heyyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən. Zabit heyyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarında orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin «a» bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlim bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. a) Xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; b) xidmətinin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövründə Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddəti; v) xidmətin bir ayı ay yarım sayılmaqla: Cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsiziliyini qorumaq vəzifələrini yerinə yetirərkən Respublikanın qanunverici orqanı müəyyən etdiyi dövrlərdə. Beləliklə, məhkəmə iddiaçının əmək kitabçasında qeyd olunan xidmət illərini göstərilən normativ hüquqi aktlara əsasən hesablayarkən onun bu qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilənədək ömürlük pensiya hüququnun yaranmasını müəyyən etmişdir. Göründüyü kimi İddiaçı ömürlük pensiya hüququ əldə edərkən «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 12-ci maddəsinə, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq hərbi xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına və «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü və 145-ci bəndlərinə dəyişiklik edilməmiş və bu səbəndən də ona pensiya hesablanarkən məhz bu qanunvericilik aktlarına müvafiq olaraq hesablanmalı idi. Lakin buna baxmayaraq Daxili İşlər Nazirliyi onun xidmət illərini düzgün hesablamamış və o, pensiya hüququ əldə etdikdən sonra qəbul olunan qanunvericilik aktlarına istinad etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Qanuna əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İnzibati Prosessual Məcəlləyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı pensiya təyin edilməsi üçün xidmətdən buraxıldığı günə qədər aldığı əmək haqqı nəzərə alınmaqla yenidən məlumat vərəqəsinin tərtib edilərək aidiyyatı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı pensiya təyin edilməsi üçün xidmətdən buraxıldığı günə qədər xidmət dövrü və aldığı əmək haqqı nəzərə alınmaqla yenidən məlumat vərəqəsinin tərtib edilərək aidiyyatı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova