Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1143/2025 07.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X9, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 30 dekabr 2020-ci il tarixli, 159 nömrəli sərəncamının, 25 oktyabr 2021-ci il tarixli sərəncamın Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilə X3 adına order verilməsi hissəsində, həmçinin Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamına əsasən X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 nömrəli orderin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamı Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilin X3 adına order verilməsi hissəsinin, həmçinin Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamına əsasən X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 saylı orderin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 və X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1660/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamı Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilin X3 adına order verilməsi hissəsi, həmçinin Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamına əsasən X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 saylı order ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)- 10/2024 nömrəli qərardadı ilə üçüncü şəxslər X12 və X21 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2- 1(120)-1660/2022 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan inzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, “Ağcabədi RİHB-nın xx.xx.2021-ci il tarixli 179 saylı sərəncamının Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilə X3 adına order verilməsi hissəsinin, həmçinin Ağcabədi RİH tərəfindənverilmiş 565 saylı 08.X.2021-ci il tarixli orderin və bundan başqa Ağcabədi RİHB-nın xx.xx.2020-ci il tarixli 159 saylı sərəncamının qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qəra qəbul edilməsini və Ağcabədi RİHB-nın xx.xx.2020-ci il tarixli 159 saylı saxta sərəncamının verilməsinə səbəb olan şəxslər barəsində xüsusi qərar çıxarılması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Cavabdeh 30 dekabr 2020-ci il tarixli 159 nömrəli sərəncamının, 25 oktyabr 2021-ci il tarixli sərəncamın Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilə X3 adına order verilməsi hissəsində, həmçinin Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamına əsasən X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 nömrəli orderin ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-cİ il tarixli məhkəməyə daxil olmuş ərizəsini elan edərək prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 04 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Ağcabədi rayon X20 İcraiyyə Komitəsinin 30 may 1986-cı il tarixli, 69 nömrəli orderi ilə (keçmiş Lenin prospekti) Ağcabədi şəhəri, Ü.Hacıbəyli pospekti, bina 77, mənzil 11 ona verilmişdir. Ağcabədi rayon Arxiv şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan da görünür ki, Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 saylı protokolundan çıxanşa əsasən vətəndaşların mənzil sahəsi almaq üçün növbəyə yazılmalarma dair siyahların təsdiq edilməsi və Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsi barədə Ağcabədi rayon, XDS İcraiyyə Komitəsi qərara almışdır. Avtomobil təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil təmiri zavodunun direktorluğu və həmkarlar təşkilatının 21 aprel 1986-cı il tarixli, 2 №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasnın rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilmiş, əlavə edilmiş siyahının 13-cü sətirində ona yaşayış sahəsi 18.38 kv.m olan mənzil verilmişdir. Bundan başqa Ağcabədi RİHB-nin Aparatı tərəfindən verilmiş məktubdan görünür ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin verdiyi arayışa əsasən İddiaçı Tofıq oğlu sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzilində uzun illər yaşamamış və halhazırda da yaşamır. Həmin dövrdə o, özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi rayon Avtomobil təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Cavabdeh sərəncamı əsasında həmin Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilmişdir. Həmin vaxt Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzili X13 adına olmaqla balansa verilmişdir və həmin ictimai Dövlət mənzilində X2 və mərhumənin qızı mərhumə X39 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən Hüseynov X24 şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və hal-hazırdada yaşamır, ona görə də İddiaçı yaşamaq hüququnu itirmişdir. İdarədə saxlanılan sənədlər araşdırılaraq İddiaçı Tofıq oğlunun əlində olan 30 may 1986-cı il tarixli, 69 nömrəli Order qeydiyyatda olmadığına görə İddiaçı adına İctimai Dövlət mənzili olmamışdır. Həmçinin, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində, 77/11 №-li mənzildə yaşayır. Siz hal-hazırda sözügedən Ağcabədi şəhəri, Üzeyir Hacibəyii prospekti, 77/11 nömrəli Dövtət mənzilidə yaşamırsınız və həmin Dövlət mənzilində qeydiyyatda deyilsiniz, ona görə də həmin Dövlət mənzilində yaşamaq hüququnuz yoxdur. Məlumat üçün bildirirlər ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 174 N-lı sərəncamı əsasında X10 xx.xx.2021-ci il tarixli, 565 №-li Orderlə verilmişdir. Bundan başqa bildirir ki, Ağcabədi RİHB-nın xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamını o, 27 aprel 2022-ci il tarixdə almışdır. Hesab edir ki, Ağcabədi RİHB tərəfındən qeyd edilən sərəncam qəbul edilərkən onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, qeyd edilən sərəncam qəbul edilərkən həmin mənzilə dair onun adına order mövcud olmuş, həmin order məhkəmə tərəfındən ləğv edilməmiş, eyni zamanda hal-hazırda o, həmin mənzildə pasport qeydiyyatındadır və qeyd edilən order hal-hazırda da qanuni qüvvədədir. Bundan əlavə Cavabdeh başçısı tərəfındən qeyd edilən sərəncam qəbul edilərkən konkret hansı hüquq normasına istinad edilməsi göstərilməmişdir. Belə ki, halhazırda mövcud olan Mənzil Məcəlləsində order anlayışı nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən də Ağcabədi RİHB-nm xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamının Üzeyir Hacıbəyli prospektindəki 77/11 №-li mənzilə X3 adına order yazılması hissəsini və eləcə də Ağcabədi RİH tərəfindən verilmiş 565 saylı, xx.xx.2021-ci il tarixli orderi qanunsuz və əsassız hesab edir və bildirir ki, qeyd edilən inzibati aktlar ləğv edilməlidir. Ona görə də o, artıq məhkəməyə müraciət edərək pozulmuş hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs X21 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 inzibati orqanın hərəkətlərinin qanuni olduğunu, İddiaçı hərəkətləri nəticəsində hüquqlarının pozulduğunu bildirərək tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 30 may 1986-cı il tarixli, 69 nömrəli Orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1 nəfərdən ibarət ailəsi ilə birlikdə Lenin prospekti 25b evdə 11 nömrəli mənzildə, İİİ blokda, İ mərtəbədə, 1 otaqdan ibarət 18,38 kv.metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. İş materiallarında olan Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 82 nömrəli Arxiv Çıxarışından görünür ki, Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 saylı protokolundan Çıxarışa əsasən vətəndaşların mənzil sahəsi almaq üçün növbəyə yazılmalarına dair siyahılarının təsdiq edilməsi və Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsi barədə Ağcabədi rayon XDSnin İcraiyyə Komitəsi Qərara almışdır: Bənd 2. Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil Təmiri zavodunun direktorluğun və həmkarlar təşilatının 21 aprel 1986-cı il tarixli, 2 №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasının rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilsin (16 nəfər əlavə edilir). Əlavə edilmiş siyahının 13-cü sətrində İddiaçı ATZ-da fəhlə, ailə üzvlərinin sayı 1 nəfər hansı güzəştə düşür. Verilən mənzilin sahəsi m2, otaqların saylı 1, 18,38 kv.m, yeni mənzilin ünvanı B-Z.K.İİ. Bənd 5. Həmin siyahıda nəzərdə tutulmuş vətəndaşlara order yazılması qərara alınmışdır . İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 159 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayon X20 İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 nömrəli qərarı əsasında İddiaçı oğiuna Dövlət mənzil fonduna aid ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti (keçmiş Lenin prospekti 95b) bina 77, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı, 11 saylı mənzilə verilmiş xx.xx.1986-cı il tarixli, 69 nömrəli order ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 65 saylı sərəncamından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1999-cu il təvəllüdlü X11 üzərində patron (köməkçi) təyin edilmişdir. İş materiallarında olan Ağcabədi rayon X25 Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 65 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Arxivdə mühafizə olunan sənədlərə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, XDS və Cavabdeh tərəfindən verilmiş mənzil orderləri arxivdə mühafizə olunmur. Odur ki, müraciətində göstərdiyi ünvanda İddiaçı Tofıq oğlunun adına order olması barədə arxivdə hər hansı bir məlumat yoxdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 565 nömrəli Orderin surətindən görünür ki, vətəndaş X5 Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77 saylı binanın İİİ blok, 1-ci mərtəbəsindəki, 18,38 kv.metr yaşayış sahəsi olan, 1 otaqlı, 11 saylı mənzilə 02 nəfər ailə üzvləri ilə brilikdə yaşamaq hüququ verilmişdir. Order sahibinin ailə tərkibi: X12, X21 (qardaşı). Order rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərancamına əsasən verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının 25 oktyabr 2021-ci il tarixli, 179 nömrəli sərancamın surətindən görünür ki, Cavabdeh başçısının 25 oktyabr 2021-ci il tarixli, 179 nömrəli sərancamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların qeydə alınması və Dövlət Mənzil Fondu evlərində yaşayış sahələrinin bölüşdürülməsi barədə İctimai Komissiyanın 08 oktyabr 2021-ci il tarixli, 01 saylı protokol qərarı təsdiq edilmiş, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77/11 saylı mənzilə X3 adına order yazılması qərara alınmışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 485 saylı arayışından görünür ki, Hüseynov X24 şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 saylı edvə yaşayır. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 44 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi şəhər keçmiş Lenin prospekti 25b/11 №li olan mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, 77//11 №-li mənzil İctimai Dövlət mənzil fonduna aiddir. Odur ki, həmin bina tikilib istifadəyə verilən vaxtdan keçmiş Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Cavabdeh sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti 77 nömrəli, 16 mənzilli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilən zaman həmin 11 №-li İctimai Dövlət mənzili X13 adına olmaqla balansa verilmişdir və həmin İctimai Dövlət mənzilində X2 və mərhumənin qızı mərhumə X39 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar və həmin İctimai Dövlət mənzilində mərhumlardan başqa heç kim qeydiyyatda yoxdur. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən Siz Hüseynov X24 şəhər keçmiş Lenin prospekti 25b/11 №-li mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, 77//11 №-li mənzildə qeydiyyatda olmadığınıza görə, uzun illərdir həmin İctimai Dövlət mənzilində yaşamadığına görə yaşamaq hüququnu itirmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, İdarədə saxlanılan arxiv sənədləri axtarılaraq onun əlində olan 69 №-li orderin kötüyü və surəti olmadığına görə heç bir hüququ yoxdur. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 saylı İctimai Dövlət mənzili Cavabdeh xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı əsasında X5 xx.xx.2021-ci il tarixli, 565 №-li order əsasında ailə üzvləri ilə birlikdə yaşamaq hüququ verilmişdir. Odur ki, qanuna müvafiq olaraq onun adına Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində mənzil qeydə alınmamışdır və özəlləşmə sənədlərinin verilməsi qeyri qanunidir. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 №-li mənzildə yaşayır. Hal-hazırda sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 №-li Dövlət mənzilində yaşamırlar və həmin Dövlət mənzilində qeydiyyatda deyildirlər. Ona görə də həmin Dövlət mənzilində yaşamaq hüququnuz yoxdur. Məlumat üçün bildiririk ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 174 №-li sərancamı əsasında X5 xx.xx.2021-ci il tarixli, 565 №-li orderin surətini Mənzil Məcəlləsinin qanunlarına əsasən başqa vətəndaşa və digər tərəflərə verilməsi qeyri-qanunidir. Vətəndaşın adına olan Orderin surəti o halda verilir ki, Məhkəmə prosesində və Vəkillər Kollegiyasının rəsmi sənədləri əsasında verilə bilər. Ona görə də qanuna müvafiq olaraq ona və fərdi vətəndaşlara vətəndaşların mənzilləri haqqında məlumat və sənədlərin surətlərinin verilməsi qanunsuzdur. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin Ağcabədi rayon Vəkil Bürosunun müdiri Əbülhəsən Əmirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 75 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: 22 aprel 2022-ci il tarixli, VBS-11/22 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində saxlanılan Cavabdeh xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı ilə xx.xx.2021-ci il tarixli, 565 №-li Order əsasında X5 ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. İş materiallarında olan Cavabdeh başçısı Aparatının Ağcabədi rayon Vəkil Bürosunun müdiri Əbülhəsən Əmirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10/103 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin verdiyi arayışa əsasən bildiririk ki, İddiaçı sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırdada yaşamır. Həmin dövrdə İddiaçı Tofıq oğlu özünə məxsus fərdi yaşayış evində yaşamışdır və halhazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi rayon Avtomobil təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Cavabdeh sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilmişdir. Həmin vaxt Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzili X13 adına olmaqla balansa verilmişdir və həmin İctimai Dövlət mənzilində X2 və mərhumənin qızı mərhumə X39 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən İddiaçı Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və halhazırda da yaşamır, ona görə də İddiaçı yaşamaq hüququnu itirmişdir. İdarədə saxlanılan sənədlər araşdırılaraq İddiaçı əlində olan 30 may 1986-cı il tarixli, 69 nömrəli Order qeydiyyatda olmadığına görə İddiaçı adına İctimai Dövlət mənzili olmamışdır. İş materiallarında olan Ağcabədi rayon X30 rayon Hüquq Məsləhətxanasının vəkili Aygün Kərimovaya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 9/1299287 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: xx.xx.1985-ci ildə Ağcabədi şəhərində anadan olmuş, X12 xx.xx.2019-cu il tarixdə Ağcabədi RPŞ-si tərəfindən AA ******* nömrəli şəxsiyyət vəsiqəsi almış və Ağcabədi şəhəri, Təbriz küçəsi, ev 48-də qeydiyyatdadır; xx.xx.1999-cu ildə Ağcabədi şəhərində anadan olmuş, X21 xx.xx.2017-ci il tarixdə Ağcabədi RPŞ-si tərəfindən AZE 16979847 nömrəli şəxsiyyət vəsiqəsi almış və Ağcabədi şəhəri, Təbriz küçəsi, ev 48-də qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh başçısı Aparatının məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/97 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 177 saylı məktubunda İddiaçı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, həmçinin onun adına olan xx.xx.1986-cı il tarixli, 69 nömrəli orderin arxiv sənədlərinin rayon Dövlət arxivində tapılmadığı müəyyən edilmişdir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 255/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilində X2 və övladı mərhumə X39 uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. X2 və övladı mərhumə X27 vəfatlarından sonra həmin mənzilin boş olduğu nəzərə alınaraq giriş qapısı Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli akt əsasında möhürlənmişdir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzlinə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncami ilə təsdiq edilmiş rayon İcra Hakimiyyətinin 565 nömrəli orderi əsasında himayəsində əlil qardaşı olan X5 və qardaşı X14 yaşamaq hüququ verilmişdir. Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli tərtib etdiyi akt əsasında həmin mənzil X6 və qardaşı X14 təhvil verilmişdir. Odur ki, araşdırma zamanı Ağcabədi rayon Dövlət Arxivinin 16 avqust 2021-ci il tarixli, 65 saylı və Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 177 saylı məktubları əsasında İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri əsasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 255/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı İctimai Dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, eyni zamanda araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2020-ci il tarixli, ********** saylı məktubunda İddiaçı özünə məxsus fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İddiaçı adına olan xx.xx.1985-ci il tarixli, 69 saylı orderin heç bir yerdə qeydiyyatda və hüquqi əsası olmadığı aşkar edilmişdiir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, mənzil 11 İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 9/3-1360/2- 15246/23 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı qeydiyyatı haqqında məlumatlar Ağcabədi rayon Polis Şöbəsinin arxivində 2006-cı il tarixdən etibarən saxlanılmışdır..Beləki vət: İddiaçı qeydiyyat yeri ünvan 6 ünvanı qeyd olunmaqla xx.xx.2006- cı il tarixdə Ağcabədi RPŞ-si tərəfindən ilk şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. xx.xx.2014-cü il tarixdə isə Ağcabədi RPŞ-si tərəfindən şəxsin (50 yaşa çatmış səbəbi ilə müddəti bitmiş) şəxsiyyət vəsiqəsi dəyişdirilərkən qeydiyyat yeri ünvan 8 ünvanı kimi göstərilmişdir. xx.xx.2022ci il tarixdə İddiaçı ünvan dəyişikliyi səbəbi ilə “Aşmı-Ağcabədi” xidməti tərəfindən yeni qeydiyyat ünvanı ünvan 10əsiqəsi ilə təmin olunmuşdur.Hal-hazırda İddiaçı Ü.Hacıbəyli prospekti ev 95B ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-17193/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən ünvan 11 ünvanında, xx.xx.2006-cı il tarixdən Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 85 ünvanında, xx.xx.2014-cü il tarixdən ünvan 13diyyatda olmuş, xx.xx.2022-ci il tarixdən ünvan 14 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan arasında ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 45.2 kv.m, yaşayış sahəsi 18.4 kv.m, yardımçı sahəsi 26.8 kv.m olan 1 otaqlı mənzil X1. İş materiallarında olan Cavabdeh başçısı Aparatının məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 137 nömrəli məktubunda 2020-ci ili əhatə edən Ağcabədi RİHB-nın sərəncamlar kitabı arxivə təhvil verilmədiyindən xx.xx.2020-ci il tarixli 159 saylı sərəncam və sərəncamım verilməsinə aid olan sənədlər haqqında heç bir məlumat vermək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, mənzil 11 X15 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 89 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “Ağcabədi RİHB-nın xx.xx.2012-ci il tarixli 179 saylı Sərəncamının Ü.Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilə X3 adına order verilməsi hissəsinin, həmçinin Ağcabədi RİH tərəfindən verilmiş 565 saylı xx.xx.2021-ci il tarixli orderin və bundan başqa Ağcabədi RİHB-nın xx.xx.2020-ci il tarixli 159 saylı sərəncamını qanunsuz və əsassız olduğunun ləğv edilməsinə dair qərar qəbul edilməsini qərar çıxarılması” tələbinə dair işlə bağlı araşdırma aparılmışdır. Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nüməyəndəliyi zəruri olaraq bildirir ki, Şirvan İnzibatı Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1660/2022-ci il tarixli Qərarı ilə X3 adına verilmiş Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektı.77/11 nömrəiı mənzilə verilmiş order ləğv edildikdən sonra halhazırda mənzilin qanuni sahibi Ağcabədi şəhər sakini, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı istifadəsindədir.Yaşayış mənzilə kommunal xidmət göstərilir və xərclər mənzilin sahibi İddiaçı tərəfindən ödənilir. Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyin təsərrufatbaşına kitabında X7 Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekt 77 saylı binanın 3-cü blok, 1-ci mərtəbəsində 18.33 kv.m yaşayış sahəsi olan mənzilin istifadəçisi, sakini, sahibi olaraq qeydiyyat aparılmamış və xx.xx.2025-ci il tarixinə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, mənzil 11 X23 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, mənzil 11 X16 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2- 6108/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən müraciətdə qeyd edilən xx.xx.2023-cü il tarixli, **********37-05101-093015 reyestr nömrəli çıxarışla İddiaçı adına verilmiş ünvan 17 ünvanında yerləşən daşınmaz əmlak 14 oktyabr 2024-cü ildə Ağcabədi regional " Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş 4Ə- 783 nömrəli alqı-satqı müqaviləsi əsasında X15 adına özgəninkiləşdirilmişdir.Həmin mənzil 13 iyun 2025-ci il tarixində Ağcabədi regional "Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş 4Ə-465 nömrəli alqı-satqı müqaviləsi əsasında X23 adına özgəninkiləşdirilmişdir. 17 iyul 2025-ci il tarixində Ağcabədi regional "Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X28 tərəfindən təsdiq edilmiş 4Ə-551 nömrəli alqısatqı müqaviləsi əsasında X16 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 28 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayon Kommunal Xidməti və Məmzıl İstısmr İdarəsinin balansında olan, ünvan 19 ünvanında 2020-cı ildə mərhumə X29 və övladı mərhumə X39 vəfat etdikdən sonra, mənzilin boş olduğunu nəzərə alaraq dövlət mənzilinin giriş qapısı yaşayış sahəsi kimi möhürlənmişdir. Cavabdeh 25 10 2021cı il tarixli 179 sylı sərəncamına əsasən X8 adına verilmiş 08 10 2021-ci ıl tarixli 565 saylı orderlə ünvan 20 ünvanında 1 (bır) otaqlı 18 38 m2 yaşayış sahəsi olan dövlət mənzılndə 2 (ıkı) nəfərdən ibarət ailəsi ilə birlikdə yaşamaq huququ verilmişdir. Hüseynov X24 şəhəri üzeyir Hacıbəyli prospekti (keçmiş Lenin pr.25b) bina 77. mənzil 11 ünvanında 1 (bır) otaqlı, 18,38 m2 yaşayış sahəsi olan dövlət mənzilində yaşamamış və hal-hazırda da yaşamır Həmin dövrdə o ozunə məxsus evində yaşamış və hal-hazırda da yaşayır. Qeyd olunan evin qapısının dəfələrlə İddiaçı tərəfindən zorla qırıldığını bildikdən sonra X19 rayon Polis şöbəsinə müraciət etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi “mübahisələndirmə” növündə iddiadır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamına əsasən X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 nömrəli order iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, məhkəmə iddiaçının qeyd edilən mübahisələndirdiyi aktdan məlumatının məhkəmə prosesi gedişində olduğunu müəyyən etmiş və məhkəmənin 04 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25.Bərabərlik hüququ V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Mənzil Məcəlləsi: (Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845- İİİQ nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X20 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, iddiaçı Cavabdeh 30 dekabr 2020-ci il tarixli, 159 nömrəli sərəncamının, 25 oktyabr 2021-ci il tarixli sərəncamın Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilə X3 adına order verilməsi hissəsində, həmçinin Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamına əsasən X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 nömrəli orderin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olsa da, tələbində haqlı olmamışdır. Belə ki, ilkj öncə Ağcabədi rayon X25 Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 65 nömrəli məktubuna əsasən arxivdə mühafizə olunan sənədlərə baxış keçirildiyi, baxış zamanı XDS və Cavabdeh tərəfindən verilmiş mənzil orderləri arxivdə mühafizə olunmadığı, müraciətdə göstərilən ünvanda İddiaçı Tofıq oğlunun adına order olması barədə arxivdə hər hansı bir məlumaın olmadığı müəyyən edilmişdir. Cavabdeh başçısı Aparatının məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/97 nömrəli məktubuna əsasən qeyd edilən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 255/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilində X2 və övladı mərhumə X39 uzun müddət qeydiyyatda olmaqla yaşadığı, X2 və övladı mərhumə X27 vəfatlarından sonra həmin mənzilin boş olduğu nəzərə alınaraq giriş qapısının Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli akt əsasında möhürləndiyi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilinə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncami ilə təsdiq edilmiş rayon İcra Hakimiyyətinin 565 nömrəli orderi əsasında himayəsində əlil qardaşı olan X5 və qardaşı X14 yaşamaq hüququ verildiyi müəyyən edilir. Eləcə də, inzibati orqan tərəfindən inzibazti icraatın qeyd edilən formada aparılması üçün digər əsas kimi araşdırma zamanı Ağcabədi rayon Dövlət Arxivinin 16 avqust 2021-ci il tarixli, 65 saylı və Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 177 saylı məktubları əsasında İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri əsasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 255/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı İctimai Dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, eyni zamanda araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2020-ci il tarixli, ********** saylı məktubunda İddiaçı özünə məxsus fərdi yaşayış evinin olduğu müəyyən edildiyi qeyd edilmişdir. Məhkəməyə təqdim edilən və məhkəmə tərəfindən araşdırma nəticəsində toplanılan sübutların tədqiqi nəticəsində məhkəmə hesab edir ki, iş üzrə mübahisələndirilən inzibati aktların ləğv edilməsinə hər hansı əsas mövcud deyildir. Belə ki, Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 9/3-1360/2-15246/23 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı qeydiyyatı haqqında məlumatlar Ağcabədi rayon Polis Şöbəsinin arxivində 2006-cı il tarixdən etibarən saxlanılmışdır. Beləki vət: İddiaçı qeydiyyat yeri ünvan 6 ünvanı qeyd olunmaqla xx.xx.2006- cı il tarixdə Ağcabədi RPŞ-si tərəfindən ilk şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. xx.xx.2014-cü il tarixdə isə Ağcabədi RPŞ-si tərəfindən şəxsin (50 yaşa çatmış səbəbi ilə müddəti bitmiş) şəxsiyyət vəsiqəsi dəyişdirilərkən qeydiyyat yeri ünvan 8 ünvanı kimi göstərilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ünvan dəyişikliyi səbəbi ilə “Aşmı-Ağcabədi” xidməti tərəfindən yeni qeydiyyat ünvanı ünvan 10əsiqəsi ilə təmin olunmuşdur.Hal-hazırda İddiaçı Ü.Hacıbəyli prospekti ev 95B ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-17193/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən ünvan 11 ünvanında, xx.xx.2006-cı il tarixdən Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 85 ünvanında, xx.xx.2014-cü il tarixdən ünvan 13diyyatda olmuş, xx.xx.2022-ci il tarixdən ünvan 14 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İş materiallarında olan Cavabdeh başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 28 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayon Kommunal Xidməti və Məmzıl İstısmar İdarəsinin balansında olan, ünvan 19 ünvanında 2020-cı ildə mərhumə X29 və övladı mərhumə X39 vəfat etdikdən sonra, mənzilin boş olduğunu nəzərə alaraq dövlət mənzilinin giriş qapısı yaşayış sahəsi kimi möhürlənmişdir. Cavabdeh 25 10 2021cı il tarixli 179 sylı sərəncamına əsasən X8 adına verilmiş 08 10 2021-ci ıl tarixli 565 saylı orderlə ünvan 20 ünvanında 1 (bır) otaqlı 18 38 m2 yaşayış sahəsi olan dövlət mənzılndə 2 (ıkı) nəfərdən ibarət ailəsi ilə birlikdə yaşamaq huququ verilmişdir. Hüseynov X24 şəhəri üzeyir Hacıbəyli prospekti (keçmiş Lenin pr.25b) bina 77. mənzil 11 ünvanında 1 (bır) otaqlı, 18,38 m2 yaşayış sahəsi olan dövlət mənzilində yaşamamış və hal-hazırda da yaşamır. Həmin dövrdə o ozunə məxsus evində yaşamış və hal-hazırda da yaşayır. Qeyd olunan evin qapısının dəfələrlə İddiaçı tərəfindən zorla qırıldığını bildikdən sonra X19 rayon Polis şöbəsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 159 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayon X20 İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 nömrəli qərarı əsasında İddiaçı oğiuna Dövlət mənzil fonduna aid ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti (keçmiş Lenin prospekti 95b) bina 77, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı, 11 saylı mənzilə verilmiş xx.xx.1986-cı il tarixli, 69 nömrəli order ləğv edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, mənzil 11 İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan arasında ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 45.2 kv.m, yaşayış sahəsi 18.4 kv.m, yardımçı sahəsi 26.8 kv.m olan 1 otaqlı mənzil X1. Həmin mənzil 13 iyun 2025-ci il tarixində Ağcabədi regional "Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş 4Ə-465 nömrəli alqı-satqı müqaviləsi əsasında X23 adına özgəninkiləşdirilmişdir. 17 iyul 2025-ci il tarixində Ağcabədi regional "Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X28 tərəfindən təsdiq edilmiş 4Ə-551 nömrəli alqısatqı müqaviləsi əsasında X16 adına özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin mənzilə dair order və digər sənədləri mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin mənzildə yaşamış olsun və sənədlər üzrə hüquqi əsaslarının kötüyü olan arxiv sənədləri mövcud olsun. Lakin hazırkı işdə belə bir əsaslar mövcud deyil. Məhkəmə vacib bir məsələni qeyd edir ki, mənzilə dair ailə üzvlərindən birinin adına tərtib edilmiş order və ya mənzil kirayə müqaviləsinin olması hələ o mənzil üzərində mülkiyyət hüquqununun yaranması, başqa sözlə həmin əmlakla bağlı hər hansı notarial əməliyyatların aparılmasının mümkünlüyü anlamına gəlmir. Əvvəlki dövrlər üzrə qanunvericilikdə “xüsusi mülkiyyət” anlayışı olmadığı üçün mənzillər dövlət tərəfindən mənzil orderi və ya mənzil kirayə müqaviləsi əsasında ayrı-ayrı şəxslərin sahibliyinə verilirdi. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra qəbul edilən qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində hər kəsin mülkiyyət hüququnun olduğu təsbit edilməklə “xüsusi mülkiyyət” məfhumu formalaşmağa başlamışdır. Mənzil orderi (və ya mənzil kirayə müqaviləsi) əsasında əldə edilən əmlakların özəlləşdirilməsinin əsasları isə Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunla müəyyən edilmişdir. Sözügedən Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız yaşadıqları mənzil üzrə şəxslərə bu hüququ vermişdir ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən İddiaçı həmin mənzildə uzun illər yaşamadığı, habelə mənzildə əvvəllər başqa şəxslərin yaşadığı müəyyən edilir. Qeyd edilənlər üzrə məhkəmə iclas zamanı mübahisənin gedişi zamanı mənzilin satılıbsatılmaması hissəsində araşdırma üzrə müzakirələr aparmış, nəticə etibarı ilə mənzilin həqiqətən tərəflərindən satıldığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hər nə qədər qeyd edilən mənzilə ehtiyacının olduğunu bildirsə də, onun sonuncu hərəkətləri həmin mənzildə yaşamadığını və yaşamaq üçün qeyd edilən mənzilə ehtiyacın olmadığı qənaətinə gəlir. Eləcə də, mahiyyət etibarı ilə məhkəmə hesab edir ki, mənzil orderi ilə bağlı mübahisənin həllini qanunvericiliyin Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə müddəaları əsasında da qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. İnzibati orqanın apardığı icraata gəldikdə isə, icraatın əsasını qeyd edilən şəxsin həmin mənzildə yaşamadığı, ona məxsus yaşayış yerinin olduğu olmuşdur ki, həmin əsaslar məhkəmə sorğuları nəticəsində öz təsdiqini tapmışdır. Belə ki, tərəf qeyd edilən yaşayış sahəsindən köçmüş və uzun müddət həmin ünvanda yaşamamışdır. Həmçinin qeyd edilən mənzildə əvvəllər mərhumə X29 və övladı mərhumə X27 yaşadığı və 2020-cı ildə mənzilin boş olduğunu nəzərə alınaraq Ağcabədi Rayon Kommunal Xidməti və Məmzıl İstismar İdarəsinin balansında olan dövlət mənzilinin giriş qapısı yaşayış sahəsi kimi möhürləndiyi və qeyd edilən dövrdə isə iddiaçı tərəfindən hər hansı bir mübahisə olmadığı və həmin mənzildə yaşamadığı müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), Cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 30 dekabr 2020-ci il tarixli, 159 nömrəli sərəncamının, 25 oktyabr 2021-ci il tarixli sərəncamın Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilə X3 adına order verilməsi hissəsində, həmçinin Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamına əsasən X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 nömrəli orderin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1143/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1143/2025
07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver