Məhkəmə qərarları › İş №2-1(120)-1144/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1144/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1144/2022 23.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qanunsuz hərəkətlərindən müdafiə olunmağı, qanunsuz hərəkətlərin aradan qaldırılması, 1978-1980-ci illərdə Naxçıvan sovxoz texnikumunda təhsil almağını, xx.xx.1976xx.xx.1978, xx.xx.1980-xx.xx.1984, xx.xx.1986-xx.xx.1993, xx.xx.1993-xx.xx.1998, xx.xx.1998-xx.xx.2001, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2005-ci illərdə müxtəlif təşkilatlarda işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Beyləqan rayonu olduğunu, Beyləqan rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-11887/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun texnikumda təhsil aldığı müddət və işlədiyi illər sosial sığorta stajı kimi hesablanmaqla ona xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. 1978-1980-cı illərdə Naxçıvan sovxoz texnikumunda təhsil almışdır. xx.xx.1976-xx.xx.1978, xx.xx.1980-xx.xx.1984, xx.xx.1986-xx.xx.1993, xx.xx.1993xx.xx.1998, xx.xx.1998-xx.xx.2001, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2005-ci illərdə müxtəlif təşkilatlarda işləmişdir. Həmin illərdə işləməyini təsdiq edən əmək kitabçası vardır. 26 il sığorta stajı var. 2016-cı ildən 2-ci qrup əlildir. Hazırda ayda 130 manat sosial müavinət alır. DSMF publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına ona yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Filial həmin sənədləri aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərmişdir. Cavabdehin 23 sentyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, guya onun 25 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyil. Bundan əlavə, məktubda qeyd olunur ki, onun əmək kitabçasında qeyd olunan Beyləqansutikinti trestinin xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək olan arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin illərin araşdırılması mümkün olmadığından həmin dövrün sığorta stajına əlavə edilməsi qanuunauyğun hesab edilmir. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asıh olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu il qadınlar üçün pensiya yaşı 62 yaş 6 aydır. Hazırda onun 63 yaşı olmaqla, pensiya hüququ yaranmışdır. “Əmək pensiyalan haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsində göstərilir - 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, qeyd etdiyi əmək stajı, işləməyi qanuni sənədlə əmək kitabçası ilə, orta ixtisas təhsili haqqında diplomla təsdiq olunur. Arxivdə sənəd saxlanmamasında onun günahı yoxdur. Əmək kitabçası da qanuni tərtib və təsdiq olunub. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən işlədiyi illər ona sığorta stajı kimi nəzərə alınmalı və yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 29 mart 2021-ci il tarixdə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 20 il (təhsil də nəzərə alınmaqla) sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb olunan 28800 manat pensiya kapitalına qarşı 14826,20 manat məbləğində pensiya kapitalı olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı Beyləqansutikinti trestinin xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin araşdılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, Beyləqansutikinti trestinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də həmin müəssisədə işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulubtutulmaması yoxlanıla bilmədiyi üçün xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan (28800 manat) pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçınm əmək kitabçasındakı qeydlərə (xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək qeydlər istisna olmaqla) və təhsil haqqında diplomuna əsasən 20 il sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Məlumat üçün bildirirlər ki, İddiaçı 01,04.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus ИТ № ******* nömrəli, xx.xx.1977-ci il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixdə 117 nömrəli əmrlə «MKBC” trestinin sənaye kombinatına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə, xx.xx.1978-ci il tarixli, 50 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1980-ci il tarixdə xx.xx.1980-ci il tarixli, 45 nömrəli əmrlə Jdanov (hazırda Beyləqan) rayon tədarük kontoruna statistik vəzifəsinə qəbul edilmiş, xx.xx.1986cı il tarixdə xx.xx.1986-cı il tarixli, 63 nömrəli əmrlə mühasib vəzifəsinə təyin olunmuş, xx.xx.1987-ci il tarixdə xx.xx.1987-ci il tarixli, 80 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixdə xx.xx.1987-ci il tarixli, 34 nömrəli əmrlə 15 nömrəli Sənaye Kombinatının kadrlar şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci il tarixdə xx.xx.1987-ci il tarixli, 11 nömrəli əmrlə mühasibatlıq şöbəsində kiçik mühasib vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə xx.xx.1990-cı il tarixli, 24 nömrəli əmrlə 5 nömrəli Sənaye Kombinatından 5 nömrəli mexanikləşdirmə idarəsinə keçirilməsi əsası ilə 15 nömrəli Sənaye Kombinatından işdən azad edilmiş, xx.xx.1993-cü il tarixdə Beyləqansutikinti trestinin 14 nömrəli SMD-yə kadrlar üzrə müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixdə Beyləqansutikinti trestinin 14 nömrəli SMD-yə kadrlar üzrə müfəttişi vəzifəsindən azad edilmiş, xx.xx.1998-ci il tarixdə "xxxx" Dövlət Şirkətinin 5 saylı yol-istismar idarəsinə aparıcı iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2000-ci il tarixdə, xx.xx.2000-ci il tarixli, 21 nömrəli əmrlə aparatın iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə, xx.xx.2001-ci il tarixli, 21/k nömrəli əmrlə ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2001-ci il tarixdə 47 saylı Yol İstismar İdarəsinə iqtisadçı vəzifəsinə əsasən işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə tutduğu vəzifəsindən işdən azad edilmiş, xx.xx.2003-cü il tarixdə İ.Quliyev adına Mil kənd tam orta məktəbinə laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan Beyləqan rayon Dövlət Arxivinin 06 aprel 2022-ci il tarixli, 1/36 nömrəli arayışından görünür ki, Beyləqansutikinti trestinin arxiv sənəd materialları mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Beyləqansutikinti trestində işləməsi barədə Beyləqan rayon Dövlət Arxivində heç bir məlumat aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 06 aprel 2022-ci il tarixli məlumatın təqdim edilməsi haqqında arayışından görünür ki, arxiv sənədlərinə və dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) Beyləqan Su- Tikinti Trestinin aparatının bazasında təsis edilmiş və xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmışdır. Hazırda vergi ödəyicisidir. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə xx.xx.2019-cu il tarixdən aid edilmişdir və bu tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat tərəflərindən verilə bilər. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2016-cı il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkatı verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakirniyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödərnək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçanızın və təhsil haqqında diplomunuzun surətlərinə əsasən sizin ümumi sığorta stajınız 20 il olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 20 il sığorta stajına uyğun olaraq fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 14826,20 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, 01,01.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********7 saylı məktubuna əsasən əmək kitabçanızda qeyd olunmuş Beyləqansutikinti trestinin xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının əmək kitabçasında qeyd olunmuş Beyləqansutikinti trestində xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi illərdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi Beyləqansutikinti trestinin xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin araşdırılmasının mümkün olmaması, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2016-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı texnikumda təhsil aldığı müddət və işlədiyi illər sosial sığorta stajı kimi hesablanmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı texnikumda təhsil aldığı müddət və işlədiyi illər sosial sığorta stajı kimi hesablanmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar