Məhkəmə qərarları › İş №2-1(120)-1144/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1144/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1144/2025 21.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun dövlət nümunəli hesab edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun dövlət nümunəli hesab edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4476/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildə Biləsuvar rayonu Biləsuvar şəhərində orta məktəbi bitirmiş. Orta təhsilini tamamladıqdan sonra 2008-ci ildə Bakı 2 saylı X3 daxil olmuşdur, 2010-cu ildə həmin məktəbi bitirərək laborotor- dioqnostika təhsili almışdır. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 2013-cü ildə T. Şevçenko adına Luqansk Milli Unversitetinin biologiya fakültəsinə daxil olmuşdur. 2019-cu ildə T. Şevçenko adına Luqansk Milli Unversitetinin bakalavr mərhələsini bitirərək biologiya ixtisası üzrə ( qiyabi) tam ali təhsil almışdır. 2013-cü ildə tam birinci kursu bitirmişdir. 2014cü ildə ikinci kurs başlamamışdan avqustun 20-sində Ukraina-Rusiya müharibəsi Luqanski vilayətində başlamış və bu səbəbdən təhsili unverstetin təkidi ilə müvəqəti olaraq dayandırılmışdır. 2015-ci ildə yenidən Ukrainaya dönərək təhsilini davam etdirmişdir. 2019-cu ildə Unversitet tərəfindən yenidən təhsilini davam etdirmək üçün unversitetə çağrılmış və bütün ( kəsr imtahanlarını və digər imtahanlarımı) imtahanlarını müvəqiyyətlə verərək ölkəyə qayıtmışdır. Müharibə şəraiti ilə əlaqədar olaraq unversitet 2015-ci il də Starobelski şəhərinə, müharibəocağına köçrülmüşdür. Lakin bütün çətinliklərə baxmayaraq o təhsilini davam etdirmək üçün həmin şəhərə gedərək təhsilini davam etdirmişdir. Ali təhsil haqqında diplomunu aldıqdan sonra xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının ( diplomunun) tanınması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş. Lakin cavabdeh əsasız səbəblərlə ( 2dəfə) xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının ( diplomunun) tanınmasından imtina etmişdir. Hesab edir ki, məhkəmə qaydasında cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə Ukraina Respublikasının T.Şevçenko adına Luqansk Milli Unversitetini bitirməyinə aid kvalifıkasiyanın (Ali Təhsil Haqqında Diplomumun) tanınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazından məlum olur ki, iddiaçı Qədir X2 T.Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 081522 nömrəli diplom üzrə əldə etdiyi “Biologiya” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydarlar) uyğun olaraq aparılmışdır.Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir.Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericlikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir.(Halbuki bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir) Buna rəğmən Azərbaycan Respublikası təhsil sistemində ümumilikdə hər il üçün ən az 20 günlük sessiyalarda iştirak müddətinə qarşılıq ümumilikdə 5 il üzrə 24 gün olmuşdur. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin en azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: 2013/2014-cü tədris ili üzrə - 6 gün, 2014/2015-ci tədris ili üzrə -12 gün, 2015/2016-cı tədris ili üzrə - getməyib, 2017/2018-ci tədris ili üzrə -1 yarımil: getməyib, 2018/2019- cü tədris ili üzrə - 6 gün. Vətəndaşın iddia ərizəsində qeyd etdiyi məsələlərə cavab olaraq bildirmək istərdik ki, müharibə zonasında təhsil alması və həyatının təhlükədə olması ilə bağlı qeyd etdiyi faktlar cavabdeh qurum üçün önəmlidir və vəziyyətin həssaslığı başadüşüləndir.Qeyd olunan hallarla üzrə, iddiaçı həmin dövrdə xarici ali təhsil aldığı ölkədə vəziyyətin kəskinləşməsi ilə bağlı akademik fəaliyətlərin təşkilinin mümkünsüzlüyünə və həyati təhlükənin mövcudluğuna görə akademik məzuniyyət götürə bilər və ya Azərbaycan Respublikasının qanunvericiliyinin Azərbaycan Respublikasının vətəndaşı kimi ona verdiyi ölkəmizin yerli ali təhsil müəssisələrindən birinə köçürülmək hüququnun təmini üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilərdi.(həmln müraciətlər tamamilə ödənişsiz və elektron sistem vasitəsilə həyata keçirilir) İddiaçı iştirak etmədiyi dərslərin kreditlərini və imtahanları necə? hansı qaydada ödədiyi barədə əsaslı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki:“Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər". Eyni qərarın 29-cü bəndində qeyd olunmuşdur ki:"Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkədə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. "Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2377/2023 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki:“Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.”Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1306/2024 saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: “Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir". Belə ki, ölkədə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.”Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır". Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq,habelə, iddia tələbi həm həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir. Yuxarıda qeyd olunmuş həm səlahiyyətverici həm müəyyən olunmuş səlahiyyətin həyata keçirilmə qaydasının müəyyən edildiyi normativ-hüquqi aktların tələbləri, habelə İddiaçının tələbinin qanunvericilikdə təsbit olunmuş xarici aii təhsilə aid kvalifikasiyaların tanınması üzrə minimum normativlərə və tələblərə açıq şəkildə uyğunsuzluğu nəzərə alınaraq, İddiaçı Qədir X2 T.Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən ona verilmiş xx.xx.2019cu il tarixli, B19 № 081522 nömrəli diplom üzrə əldə etdiyi “Biologiya” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Agentliyinə həvalə edilməsi üçün məcburetmə haqqında iddia tələbi rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixdə verilmiş B19 №081522 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ukrayna T.Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən onun “Biologiya” ixtisası üzrə təhsil aldığına görə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli 3-38-33/2-4539/2024 nömrəli məktubuna əsasən görünür ki, xx.xx.1991-cı il təvəllüdlü İddiaçı 2013,2015 və 2019-cu illər ərzində dövlət sərhəddindən Ukrayna Respublikası İstiqamətində hərəkəti barədə İAMAS bazasından alınan məlumatlar məhkəməyə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli, NA00019091 və xx.xx.2023-cü il tarixli, NA00013545 saylı xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə qərarlara əsasən, ərizəçi İddiaçı xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. Cavabdeh tərəfin mübahisələndirdiyi hallar: “Taras Şevçenko adına Luqansk Milli Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi»nin 2.2.2-ci, bəndinə görə Agentlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, Ukrayna ali təhsil müəssisəsi tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldığı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respubliasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları isə aşağıdakı kimidir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilir. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”-nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən "hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Həmin Qaydaların 2.8-ci maddəsinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu maddəsinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Lakin iş materiallarına əlavə edilmiş cavabdeh Nazirliyin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aİdığı müddət ərzində ölkə sərhəddini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Ukranada) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Belə ki, həmin ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, Taras Şevçenko adına Luqansk Milli Universitetinin “biologiya” peşə ixtisası (bakalavr) üzrə tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir. İddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş Ukrayna ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2013-2019-cu illər haqqındakı qeydlər aparılmışdır- 2013/2014-cü tədris ili üzrə - 6 gün, 2014/2015-ci tədris ili üzrə -12 gün, 2015/2016-cı tədris ili üzrə getməyib, 2017/2018-ci tədris ili üzrə -1 yarımil: getməyib, 2018/2019- cü tədris ili üzrə - 6 gün. İşdə olan “Taras Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 9 nömrəli arayışda göstərilmişdir ki, İddiaçıov “Taras Şevçenko adına Luqansk Milli Universiteti dövlət müəssisəsinin təbiət elmləri fakultəsində bakalvr təhsil dərəcəsi, qiyabi təhsil forması 6.040102 “biologiya” ixtisası üzrə təhsil alıb. Təhsili bitirdikdə İddiaçıov yekun attestasiyanı müvəffəqiyyətlə vermişdir və buna əsasən ona xx.xx.2019-cu il tarixdə B 19081522-seriyal bakalvr diplomu verilmişdir və biologiya bakalavrı, biologiya müəllimi ixtisası verilmişdir. Yekun attestasiyanı İddiaçıov onlayn rejimdə distant keçmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli 3-38-33/2-4539/2024 nömrəli məktubuna əsasən görünür ki, xx.xx.1991-cı il təvəllüdlü İddiaçı 2013,2015 və 2019-cu illər ərzində dövlət sərhəddindən Ukrayna Respublikası İstiqamətində hərəkəti barədə İAMAS bazasından alınan məlumatlar məhkəməyə göndərilmişdir. Təqdim edilmiş məlumatlar əsasında göstərilmişdir ki, xx.xx.2013-cü il tarixdə Ukrayna istiqamətinə çıxış, xx.xx.2013cü il tarixdə qayıdış, xx.xx.2015-ci il tarixdə Ukrayna istiqamətinə çıxış, xx.xx.2015-ci il tarixdə qayıdış, xx.xx.2019-cu il tarixdə Ukrayna istiqamətinə çıxış, xx.xx.2019-cu il tarixdə qayıdış qeydə alınmışdır. Başqa sözlər iddiaçı İ tədris ili üzrə təhsil aldığı ölkəyə cəmi 8 gün olmuş, İİ tədris ili üzrə təhsil aldığı ölkəyə cəmi 12 gün olmuş, son tədris ili üzrə təhsil aldığı ölkəyə cəmi 6 gün olmuş, digər dövrlərdə isə ümumiyyətlə təhsil aldığı ölkəyə getməmişdir. Deməli, o, tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının auditoriya dərslərində iştirak etdiyi dövrlərdə də tədris yükünün dövlət standartlarına uyğun yerinə yetirməsi mümkün deyildir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” na əsasən hər il üzrə auditoriya dərslərinin həcmi 180-240 saat müəyyən edilmişdir. Lakin iddiaçının təhsil müddəti bu şərti ödəmir. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, “Taras Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən İddiaçıovun yekun attestasiyanı onlayn rejimdə distant keçməsi barədə məlumat qeyd edilmişdir. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırlır ki, iddiaçı tərəfindən 2015-2018-ci illər üzrə müharibə dövrü üzrə onlayn qaydada dərs keçirilməsini bildirsə də, məhkəməyə buna dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda onun qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində universitetin dərslərində iştirak etməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Göründüyü kimi, Ukrayna tərəfindən verilmiş diplomların tanınması üçün Azərbaycan Respublikasında müvafiq ixtisas dərəcəsi haqqında verilən diplomların təhsil müddətinə uyğun gəlməsi zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçıya hazırkı iş üzrə verilmiş diplom üzrə də məhz qeyd olunan şərtə riayət edilməmişdir. Bundan başqa hətta iddiaçı ölkə ərazisində zəruri müddətdə iştirakını təmin etsə idi belə, iddia tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş diplomda təhsil formasının qiyabi, təhsilin davaetmə müddətinin isə 4 il olduğu göstərilmişdir. Nəzərə alınmalıdır ki, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinin tələbləri baxımından xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda ekspert qrupları tərəfindən mənfi rəy verilir. Hazırda Azərbaycan Respublikasında qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıq olduğundan, bu da qiyabi təhsil müddətinin 5-6 il davam etdiyini göstərir. Belə olan halda, iddiaçının aldığı təhsil müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulandan bir il az olduğundan, onun diplom üzrə kvalifikasiyasının tanınması mümkün deyildir. Cavabdehin imtinasının ikinci hissəsinə münasibətdə birinci instansiya məhkəməsi bildirmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Məhkəmə araşdırılması zamanı iddiaçının dil bilik səviyyəsinin qənaətbəxş olmaması müəyyən edilmişdir ki, bu hal ixtisasın tanınması üçün nəzərdə tutulmuş təhsilin keyfiyyət göstəricisinə cavab vermədiyini sübut edir. Beləliklə də müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Odur ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının təhsil sahəsini tənzimləyən daxili və beynəlxalq qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1776 /2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun dövlət nümunəli hesab edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun dövlət nümunəli hesab edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar