Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1147/2025 18.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əlavə haqqın hesablanması və verilməsi, kirayə haqqı olaraq ödədiyi pulun əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 fevral 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası Cavabdeh Texniki vasitələr şöbəsində inspektor vəzifəsində işlədiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əsas iş vaxtından əlavə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq sürətdə müəyyənləşdirilən əlavə haqqın hesablanması və verilməsi öhdəliyinin, habelə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kirayə haqqı olaraq 11.707,2 manat məbləğində ödədiyi pulun əvəzinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının ünvanı Şirvan şəhəri olduğundan, Şirvan şəhəri isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2024-cü il tarixli, 2-1(112)-4290/2024 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən daxili işlər orqanlarında işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixədək daxili işlər orqanlarında xidmətdə olmuşdur. Daxili işlər orqanlarında xidmət keçmə müddəti 30 il 08 ay 21 gün (imtiyazlı hesablama ilə - 39 il, 04 ay, 25 gün) təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-12-1712-17081/2023 №-li məktubu ilə təsdiq olunur ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək DİN-nin Mühafizə İdarəsinin “Azneftyag” NEZ-nin mühafizəsi üzrə ƏRB inspektoru; xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Naftalan RPŞ-nin nəzdində Mühafizə Bölməsində tağım komandiri; xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ağcabədi RPŞ-nin nəzdində Mühafizə Bölməsində baş mühafizə müvəkkili; xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə RPŞ-nin nəzdində mühafizə bölməsi tağım komandiri; xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Yevlax Rayon Mühafizə Bölməsi tağım komandiri; xx.xx.2022-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Goranboy rayonu Mühafizə Bölməsi tağım komandiri; xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DİN-nin Baş Mühafizə İdarəsinin Hacıqabul rayon mühafizə bölməsi rəisi; xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DİN-nin BMİ-nin sərəncamında; xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək DİN-nin Baş Mühafizə İdarəsinin Texniki vasitələr şöbəsi inspektoru vəzifəsində xidmət etmişdir. xx.xx.2023-cü il tarixədək DİN-nin Baş Mühafizə İdarəsinin Texniki vasitələr şöbəsi inspektoru vəzifəsində xx.xx.2023-cü il tarixədək işlədikdən sonra, işdən çıxmağı barədə ərizəni Baş Mühafizə İdarəsinə təqdim etmişdir. Baş Mühafizə İdarəsinin 3-13/Ə(şh)677/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən o, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz arzusu ilə) xidmətdən xaric edilmişdir. Qeyd edir ki, Baş Mühafizə İdarəsininin Texniki vasitələr şöbəsi inspektoru vəzifəsində işlədiyi müddət ərzində o, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işə cəlb olunmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi “Baş Mühafizə İdarəsinin zabit heyətinin növbətçilik cədvəlləri”ndən görünür ki, 2021-ci ilin oktyabr ayının 6-ı və 13-ü tarixlərində, 2021-ci ilin noyabr ayının 4-ü və 18-i tarixlərində, 2021-ci ilin dekabr ayının 3-ü və 22-i tarixlərində, 2022-ci ilin yanvar ayının 6-ı və 18-i tarixlərində, 2022-ci ilin mart ayının 3-ü və 17-i tarixlərində, 2022-ci ilin aprel ayının 1-i və 21-i tarixlərində, 2022-ci ilin may ayının 4-ü və 18-i tarixlərində, 2002-ci ilin iyun ayının 1-i və 9-u tarixlərində, 2022-ci ilin iyul ayının 12-i və 27-i tarixlərində, 2022ci ilin avqust ayının 15-i tarixində, 2022-ci ilin sentyabr ayının 14-ü və 23-ü tarixlərində, 2022-ci ilin oktyabr ayının l3-ü və 20-i tarixlərində, 2022-ci ilin noyabr ayının 3-ü və 24-ü tarixlərində, 2022-ci ilin dekabr ayının 8-i və 22-i tarixlərində iş rejimimdən əlavə işə cəlb olunmuşdur. Bundan başqa, 2020-2023-cü illər ərzində ölkə üzrə iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində də gücləndirilmiş iş rejimində işləmişdir. Göründüyü kimi, Baş Mühafizə İdarəsinin Texniki vasitələr şöbəsi inspektoru vəzifəsində o, altı günlük iş rejimindən və günlük 8 saatdan əlavə işə cəlb edilmişdir. Lakin həmin günlərə görə ona əlavə haqq, vəsait ödənilməmişdir. Ona hüquqi yardım göstərilən vəkil tərəfindən cavabdeh olan Azərbaycan Respublikası Cavabdehnə müraciət olunaraq onun Cavabdehndə hansı tarixlərdə və hansı vəzifədə işləməyi, hansı tarixlərdə əlavə iş günlərinə görə, əlavə növbətçiliyə və əlavə gecə növbətçiliyində əlavə xidmətə cəlb edilməyi barədə məlumatın, habelə onun son iş yeri, vəzifəsi və aldığı əmək haqqı barədə məlumatı əks etdirən arayışın onlara təqdim olunmasını xahiş etmişdir. Cavabdehin vəkil sorğusuna verdiyi xx.xx.2023- cü il tarixli, 3-13-1712-17101/2023 saylı məktubu ilə onun tutduğu vəzifə, son iş yeri və ona ödənilən əmək haqqına dair arayışlar onlara təqdim edilmişdir. Eyni zamanda həmin məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə əsasən zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. Əlavə olaraq nəzərə çatdırılır ki, növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir. Baş Mühafizə İdarəsininin vəkil sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli, 3-13-1712- 17101/2023 saylı məktubuna əlavə edilmiş 3-13-1712-17081/2023 saylı arayışda göstərilir ki, o, həqiqətən xx.xx.1992-ci il tarixdən 301.2.1993-cü il tarixədək DİN-nin Mühafizə İdarəsinin “Azneftyag” NEZ-nin mühafizəsi üzrə ƏRB inspektoru; xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Naftalan RPŞ-nin nəzdində Mühafizə Bölməsində tağım komandiri; xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ağcabədi RPŞ-nin nəzdində Mühafizə Bölməsində baş mühafizə müvəkkili; xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə RPŞ-nin nəzdində mühafizə bölməsi tağım komandiri; xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Yevlax Rayon Mühafizə Bölməsi tağım komandiri; xx.xx.2022-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Goranboy rayonu Mühafizə Bölməsi tağım komandiri; xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DİN-nin Baş Mühafizə İdarəsinin Hacıqabul rayon mühafizə bölməsi rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək DİN-nin BMİ-nin sərəncamında olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək DİN-nin Baş Mühafizə İdarəsinin Texniki vasitələr şöbəsi inspektoru vəzifəsində xidmətini davam etmişdir. xx.xx.2023-cü il tarixdən öz arzusu ilə daxili işlər orqanlarından xaric olunmuşdur. Baş Mühafizə İdarəsininin vəkil sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli, 3-13-1712-17101/2023 saylı məktubuna əlavə edilmiş 3-13-1712-17085/2023 saylı arayışda göstərilir ki, “İddiaçı həqiqətən də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək DİN-in Baş Mühafizə İdarəsinin Texniki vasitələr şöbəsində inspektor vəzifəsində xidmət etmişdir və son tutduğu vəzifəyə görə onun bir aylıq əmək haqqı məbləği 1.488,25 manat təşkil etmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-17/2-T-24143/1/2023 saylı məktubunda isə bildirilir ki, “Sizin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Baş mühafizə İdarəsində Texniki vasitələr şöbəsində inspektor vəzifəsində xidmət etdiyiniz, xx.xx.2023cü il tarixdə Baş Mühafizə İdarəsinin 3-13/Ə(şh)677/2023 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz azusu ilə) xidmətdən xaric edildiyi müəyyən edilmişdir. Xidmətdən xaric edildikdən sonra Sizə xidmətdən tərxis olunmaya görə 1.470 manat vəsait hesablanmış və qanunvericiliklə müəyyən edilmiş müvafiq tutulmalar aparıldıqdan sonra 1.396,50 manat vəsait cari ilin mart ayında sizin kart hesabınıza tam olaraq köçürülmüşdür. Eyni zamanda xidmətdə olduğunuz müddət ərzində istifadə edilməmiş əsas məzuniyyətlərə görə kompensasiyalar da Sizə tam olaraq ödənilmişdir”. Lakin bildirir ki, 2020-2023-cü illər ərzində ölkə üzrə iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində də gücləndirilmiş iş rejimində işləməyinin müqabilində ona əlavə haqq, vəsait, müavinət ödənilməmişdir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 35-ci maddəsinin İ hissəsinə əsasən polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir. Göründüyü kimi, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, daxili işlər orqanlarında işləyən polis nəfəri işlədiyi müddət ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işə cəlb olunduğu halda, ona əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilməlidir. Lakin xx.xx.2023-cü il tarixdə işlədiyi Baş Mühafizə İdarəsininin Texniki vasitələr şöbəsi inspektoru vəzifəsindən azad olunmaqla, daxili işlər orqanlarından xaric edildikdən sonra o, əsas iş vaxtından əlavə növbətçi kimi cəlb edildiyi 27 günə görə, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində gücləndirilmiş iş rejimində işlədiyinə görə, əlavə haqq, birdəfəlik müavinət və ya başqa ödənişlər olunmamışdır. Bunlardan başqa, yuxarıda qeyd etdiyi kimi onun son iş yeri Azərbaycan Respublikası Cavabdeh olmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdən Baş Mühafizə İdarəsində Texniki vasitələr şöbəsində inspektor vəzifəsinə keçirilmişdir. İddiaçı həmin vəzifəyə keçirildikdən sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmək və özünə məxsus yaşayış sahəsi olmadığına görə, başqa yaşayış sahəsini kirayə götürmək məcburiyyətində qalmışdır. Belə ki, onunla X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 82 №-li evin 1-ci mərtəbəsində yerləşən 4 otaqlı 16 №-li mənzil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Aylıq kirayə haqqı - 400 manat, kirayə müqaviləsinin müddəti 3 il müəyyən edilmişdir. Ailə üzvlərilə birlikdə kirayədə yaşadığı müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 82 №-li evin 1-ci mərtəbəsində yerləşən 4 otaqlı 16 №-li mənzilin kirayə xərclərini özü öz vəsaiti hesabına qarşılamışdır. Hazırda öz arzusu ilə daxili işlər orqanlarından xaric edildiyinə görə, 2 il 5 ay 8 gün müddətində kirayədə qaldığı yaşayış sahəsinə görə çəkdiyi xərclərin ödənilməsi ilə bağlı əvvəllər işlədiyi DİN-nin Baş Mühafizə İdarəsinə müraciət etmişdir. Lakin həmin qurum tərəfindən onun müraciətinə müsbət cavab verilməmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli, xx.xx.2000-ci il tarixli qərarının 3-cü maddəsinə əsasən daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi qaydası bu qərarın 4 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilməsi qərara alınmışdr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi- Qaydaları”nın 1-ci maddəsinə görə, Daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyası hər ay Bakı şəhərində - 150 manat məbləğində ödənilir. Daxili işlər orqanları əməkdaşlarına onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün onlara yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiyası ödənilir. Yuxarıda qeyd olunduğu kimi o, xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək Baş Mühafizə İdarəsində Texniki vasitələr şöbəsində inspektor vəzifəsində işləmiş və işlədiyi bu müddət ərzində ailə üzvləri ilə birlikdə X6 məxsus ünvan 4ünvanında kirayəyə götürülmüş yaşayış sahəsindən 2 il 5 ay 8 gün istifadə edərək, ümumilikdə 11.707,2 manat (29 ay X 400 manat + 8 gün X 13,4 manat) kirayə haqqı ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi - Qaydaları”nın tələbindən çıxış edərək, hesab edir ki, 2 il 5 ay 8 gün (29 ay, 8 gün) üçün ona 11.707,2 (29 ay 8 gün X 400 manat) manat kompensasiya ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinin tələbinə əsasən bu qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinin tələbinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmın normanı tətbiq etməyə borcludur. Qanunun 16.2-ci maddəsinə əsasən Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 19.1-ci maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinin tələbinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinin tələbinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Baş Mühafizə İdarəsi üzrə zabit heyətinin 2021- 2022-ci illəri əhatə edən növbətçilik cədvəlləri”ndən görünür ki, 2021-ci ilin oktyabr ayının 6-ı və 13-ü tarixlərində, 2021-ci ilin noyabr ayının 4-ü və 18-i tarixlərində, 2021-ci ilin dekabr ayının 3-cü və 22-i tarixlərində, 2022-ci ilin yanvar ayının 6-ı və 18-i tarixlərində, 2022-ci ilin mart ayının 3-ü və 17-i tarixlərində, 2022-ci ilin aprel ayının 1-i və 21-i tarixlərində, 2022-ci ilin may ayının 4-ü və 18-i tarixlərində, 2002-ci ilin iyun ayının 1-i və 9u tarixlərində, 2022-ci ilin iyul ayının 12-i və 27-i tarixlərində, 2022-ci ilin avqust ayının 15-i tarixində, 2022-ci ilin sentyabr ayının 14-ü və 23-cü tarixlərində, 2022-ci ilin oktyabr ayının l3-ü və 20-i tarixlərində, 2022-ci ilin noyabr ayının 3-ü və 24-ü tarixlərində, 2022-ci ilin dekabr ayının 8-i və 22-i tarixlərində iş rejimimdən əlavə işə cəlb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-17/2-2342/2025 saylı məktubunda bildirilmişdir ki, Baş Mühafizə İdarəsinin Texniki vasitələr şöbəsinin sabiq polis əməkdaşı X1 işlədiyi müddət ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və sair günlərdə əlavə xidmətə cəlb edilməsi ilə bağlı əmr və göstəriş olmamışdır. Həmçinin nəzərinizə çatdırırıq ki, Baş Mühafizə İdarəsinin bütün zabit heyəti, o cümlədən İddiaçı təsdiq edilmiş cədvələ əsasən Baş idarə üzrə növbətçi olduğu zaman xidməti başa vurduqdan sonra ertəsi günə qədər istirahət verilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Kirayə Müqaviləsi”ndən görünür ki, “Kirayə verən” X10 ilə “Kirayəçi” İddiaçı arasında bağlanmış “Kirayə Müqaviləsi”nə əsasən Kirayə verən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 62.4 kv.m olan, 4 otaqdan ibarət mənzilini “Kirayəçi” İddiaçı kirayə vermiş, “Kirayəçi” İddiaçı kirayə verilən sahənin istifadəsinə görə “Kirayə verən” X6 aylıq 400 (dörd yüz) manat kirayə haqqı ödəyir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Xidmətdən xaric edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müavinətlərin Sizə ödənilmədiyi barədə DİN-in Baş Mühafizə İdarəsinin rəhbərliyinə ünvanladığınız eyni məzmunlu təkrar müraciətinizə tərəfimizdən baxılmışdır. Bildirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına əsasən, Daxili işlər orqanlarında (Daxili işiər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşları kirayədə yaşaması barədə raportla müraciət etdikdən və müvafiq sənədləri daxili işlər orqanının maliyyə xidmətinə təqdim etdikdən sonra ona kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası ödənilir. Lakin xidmətdə olduğunuz müddət ərzində kirayə haqqının ödənilməsi məqsədilə tərəfinizdən Baş İdarənin mühasibatlığına notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi təqdim edilmədiyindən qeyd edilən vəsaitin Sizə ödənilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: əsas iş vaxtından əlavə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq sürətdə müəyyənləşdirilən əlavə haqqın hesablanaraq ödənilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kirayə haqqı olaraq 11.707,2 manat məbləğində ödədiyi pulun əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun “Polis əməkdaşının əməyinin ödənilməsi”nə dair 35-ci maddəsinə əsasən: İ. Polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət və bayram günləri, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir. İİ. Polis əməkdaşının əsas maaşının, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyənləşdirilir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 73-cü bəndinə əsasən Daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir. Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular” barədə 5-ci maddəsinə əsasən:
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi” barədə 164-cü maddəsinin tələbinə görə:
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; - aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Göründüyü kimi, qanunverici iddiaçının iddia etdiyi yuxarıda sadalanan günlərdə işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət gününün verilə biləcəyini istisna etmir. Qeyd olunduğu kimi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-17/2-2342/2025 saylı məktubunda Baş Mühafizə İdarəsinin Texniki vasitələr şöbəsinin sabiq polis əməkdaşı X1 işlədiyi müddət ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və sair günlərdə əlavə xidmətə cəlb edilməsi ilə bağlı əmr və göstərişin olmadığı, həmçinin Baş Mühafizə İdarəsinin bütün zabit heyətinə, o cümlədən M.Tanrıverdiyevə təsdiq edilmiş cədvələ əsasən Baş idarə üzrə növbətçi olduğu zaman xidməti başa vurduqdan sonra ertəsi günə qədər istirahət verildiyi bildirilmişdir. İddiaçı X4 2021-2022-ci illərdə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və sair günlərdə əlavə xidmətə cəlb edilməsi ilə bağlı xidməti başa vurduqdan sonra ona ertəsi günə qədər istirahət verildiyini inkar etməmiş, məhkəməyə bunu təkzib edən heç bir sənəd təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “əsas iş vaxtından əlavə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq sürətdə müəyyənləşdirilən əlavə haqqın hesablanaraq ödənilməsi”ni tələb etməkdə haqlı deyildir. Bundan başqa, iddiaçı X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kirayə haqqı olaraq ödədiyi 11.707,2 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin iddiaçı X3 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda xidmətdə olduğu müddət ərzində kirayə haqqının ödənilməsi məqsədilə Baş İdarənin mühasibatlığına notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsinin təqdim edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına 4 №-li Əlavədə əksini tapmış “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2-ci bəndində Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər sadalanmışdır: - əməkdaşın raportu; - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında arayış; - müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd; - xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub olunmaması haqqında arayış; - əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; - əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış. Həmin “Qayda”nın 3-cü bəndinə əsasən yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşı kirayədə yaşaması barədə raportla müraciət etdikdən sonra bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş sənədləri təqdim etməlidir. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili işlər orqanının rəhbərinin müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir. Həmin “Qayda”nın 4-cü bəndinə əsasən yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, daxili işlər orqanının maliyyə xidmətinə təqdim edilməlidir. İddiaçı “Kirayə verən” X10 ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kirayə Müqaviləsi”ni təqdim etsə də, xidmətdə olduğu müddət ərzində kirayə haqqı ödənilməsi üçün qanunvericiliklə tələb olunan sənədlərin (raport və yuxarıda sadalanan və hər il yenilənməsi tələb olunan digər sənədlərin) Baş Mühafizə İdarəsinin mühasibatlığına təqdim edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, “Kirayə verən” X10 ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kirayə Müqaviləsi”nin həmin vaxt Baş Mühafizə İdarəsinin mühasibatlığına təqdim edilməməsi və notariat qaydasında təsdiq edilməməsi, habelə kirayə verən şəxsə 11.707,2 manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi qeyd olunan müqavilənin məhz xx.xx.2020-ci il tarixdə bağlanmasına əsaslı şübhələr yaradır. Qeyd olunanlara istinadən məhkəmə iddiaçı X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kirayə haqqı olaraq ödədiyi 11.707,2 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdeh tərəfindən ödənilməsi tələbini də əsaslı hesab etmir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iş materiallarında olan həm cavabdeh, həm də iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçıya qarşı əlavə haqqın hesablanmaması və kirayə haqqının ödənilməməsi ilə bağlı qanunsuz hərəkət və yaxud hərəkətsizliyə yol verilməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd olmadığından, bunun nəticəsində iddiaçıya hər hansı bir maddi ziyanın vurulması istisna edildiyindən iddiaçının “əlavə haqqın hesablanması və verilməsi, kirayə haqqı olaraq ödədiyi pulun əvəzinin ödənilməsi” tələbləri rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əlavə haqqın hesablanması və verilməsi, kirayə haqqı olaraq ödədiyi pulun əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əlavə haqqın hesablanması və verilməsi, kirayə haqqı olaraq ödədiyi pulun əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Fehruz Abbasov