Məhkəmə qərarları › İş №2-1(120)-1148/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1148/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1148/2023 03.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Kompleks məhkəməsinin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.199N-ci il tarixdə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir.Xidmətə Bakı şəhər N50-saylı hərbi hissədə başlamış və xidmət müddətində dəfələrlə döyüş bölgələrinə ezam olunmuşdur. Ezamiyyədə təminat bölüyünə göndərilməsi yazılmasına baxmayaraq onlar mütəmadi olaraq bölüklə birlikdə döyüş əməliyyatlarına cəlb olunmuşlar və elə olub hətta mühasirəyə belə düşmüşlər. İlk olaraq xx.xx.199N-ci il tarixdə Laçın rayonuna 701saylı hərbi hissəyə ezam olunmuş.Orada xx.xx.1993-cü iltarixədək xidmətdə olmuş və Laçın rayonunun müdafiəsində əlində silah döyüşmüşdür.Laçın rayonundan döyüşlər zamanı Kəlbəcər rayonu ərazisindən Murov dağ silsiləsindən keçərək Daşkəsən rayonuna çıxmışlar Bu yollarda neçə əsgər yoldaşları şəhid olub. O soyuq olduğu üçün ağır xəstələnmiş.Bir müddət müalicə olunduqdan sonra təkrarən xidmətə dönmüşdür.xx.xx.1993-cü il tarixdə təkrarən Zəngilan rayonuna ezam olunmuş orada eyni ilə həm təminat ,həmdə döyüş əməliyyatlarında iştirak etmiş Cəbrayıl rayonu işğal olunduğu üçün onlar Zəngilan rayonu Məlikli kəndində mühasirəyə düşmüşlər,artıq orada təminat bölüyü yox bir başa döyüşən bölük olublar. Onlar döyüşərək həm yerli əhalini,həmdə özlərini düşməndən qorumaq məqsədilə Araz çayından keçərək İran islam Respublikası ərazisinə keçmiş və həyatlarını xilas etmişlər.Zəngilan rayonunda 865-saylı hərbi hissənin tərkibinə ezam olunmuşlar. Ezam olunduqları hər iki hərbi hissələr döyüşən hərbi hissələr olmuşlar.Xidməti dövründə Laçın,Kəlbəcər və Zəngilan rayonlarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir .Bu faktlar hərbi müdafiə Nazirliyi Mərkəzi Arxiv arayışında qeyd edilməklə Müdafiə Nazirliyim Mərkəzi Arxiv rəisinin möhürü ilə təsdiq edilmişdir.Hərbi xidmətini müharibədən sonra Bakı şəhərində N və N75saylı hərbi hissələrdə davam etdirmiş və azərbaycan respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əssən xx.xx.1996-cı il tarixdə N75-saylı hərbi hissədən ehtiyata tərxis olunmuşdur.Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün Müdafiə Nazirliyi aparatının nəzdində veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya tələb olunan vəsiqələri təqdim etmişdir.Ərizədə göstərilən Milli orduda xidmət illəri və arxiv arayışında göstərilən çörək bişirilməsi məqsədilə ezam olunması döyüş bölgəsində döyüşlərdə iştirakı,mühasirəyə düşərək İran İslam Respublikasına keçməsi göstərilmədiyi uyğunsuzluğu səbəbindən barəsində müsbət qərar qəbul edilməmişdir. Laçın rayonu işğal olunan zaman,Zəngilan rayonu işğal olunan zamanlarda onun ezam olunduğu hərbi hissələrdə özbaşınalıq, ikitərəlik,hərci-mərclik baş alıb gedirdi.Bu səbəbdən onun kimi çoxlu sayda hərbi qulluqçuları sənədləri itirilmiş,bəziləri ümumiyyətlə qeyd edilməmişdir.Arxiv arayışları tarix səhfləri və arxivə hərbi hissələr tərəfindən sənədlərin təqdim edilməməsi onun barəsində müsbət qərar qəbul edilməsinə mane olur.Dəqiq araşdırma aparmadan qərar qəbul etməklə onların müraciətə mövqeyləri qanunvericiliyin tələblərinə ziddir. Onunla eyni tarixlərdə hərbi xidmətdə olmuş və döyüşən hərbi hissələrə ezam olunan əsgər yoldaşı onunla döyüşlərdə iştirakını təsdiq edə bilər.Əsgər yoldaşı X3 müharibə veteranı vəsiqəsi ilə təmin olunub.Ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir.Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz.Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N9 dekabr N0N1-ci il tarixli 4/N-N664 nömrəli arayışa əsasən İddiaçı barəsində döyüş aparan hərbi hissənin tərkibində nizami hissə üzrə əmrlərində xidməti barədə sənədlər aşkar edilməmişdir.Arxiv arayışina əsasən İddiaçı yalnız ezamiyyətə göndərilməsi barədə məlumatlar qeyd edilmişdir.Qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçu ezamiyyətlərdə olarkən mütləq həmin hərbi hissənin tərkibinə daxil edilməsi və bütün təminatlara qoyulması barədə nizami hissə üzrə əmirlərində öz əksini tapmalıdır.Lakin bu məlumatlar arxiv arayışla təsdiq olunmadığından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edirik ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlarının tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçməsi sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da, təqdim olunmalıdır.Bundan başqa qanunvericiliyinin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir.Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada xidmət keçməsi və tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs “statusunu əldə etməməsinə səbəb olur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 6N-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuşdur, eləcə də həmin ünvanda qeydiyyatdadır. - İşdə olanНЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.199N-xx.xx.1996-cı illərdə hərbi xidmətdə olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.N0N1-ci il tarixli 4/N-N664 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı ondan ötrü ki, xx.xx.199N-ci il tarixdə Biləsuvar RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.199N-ci il tarixli 86 №-li əmrilə (əsas: §-1, səh-13, sıra-5) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsində baş çörəkbişirən vəzifəsinə təyin edilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.199N-ci il tarixli 148 №-li əmrində (əsas: §-5, səh-11, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) Laçın rayonuna döyüş əməliyatları bölgəsinə şəxsi heyəti çörəklə təmin etmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətinin siyahısında, çörəkbişirən, sıravi əsgər «Г.Б.Мамедов» un adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 79 №-li əmrilə (əsas: §- 5, səh-9, sıra-10) sıravi İddiaçı Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsində çörəkbişirən vəzifəsinə təyin olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 19N №-li əmrində (əsas: §-6, səh-1N, sıra-6) Zəngilan rayonuna ezam olunmuş Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsinin şəxsi heyətinin siyahısında, çörəkçi, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.N50 Nq-İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N66 №-li əmrində (əsas: §-4, səh-N4, sıra-5) Zəngilan rayonundan, N №-li hərbi hissədən qayıtmış və vəzifələrinin icrasına başlamış Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü çörəkbişirən bölməsinin şəxsi heyətinin siyahısında sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 311 №-li əmrində (əsas: §-4, səh-36, sıra-4) Goran stansiyasına çörək bişirmək üçün ezamiyyətə göndərilən Səyyar mexaniklədirilmiş çörək zavorunun əsgərlərinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 34N №-li əmrində (əsas: §-13, səh-3N, sıra-5) Goran stansiyasından, N Nq-İİ hərbi hissədən ezamiyyətdən qayıtmış Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsinin şəxsi heyətinin siyahısında çörəkçi, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 3N5 saylı əmrində (əsas: §-3, səh-49, sıra-8) N Nq-İİ hərbi hissəyə ezam olunan Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsinin şəxsi heyətinin siyahısında çörəkçi, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, ştatdan kənar əsgər İddiaçı Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N65 №-li əmrilə (əsas: §-1, səh-36, sıra-49) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün müvafiq RHK-na göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin məhkəməyə təqdim etdiyi xx.xx.N0NN-ci il tarixli 1863 nömrəli məktubundan görünür ki, mövcud qeydiyyat kartasına əsasən Biləsuvar rayonu. Nərimankənd kənd sakini 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.199N-ci il tarixdə Biləsuvar rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.199N-ci ildən xx.xx.1996-cı il tarixə kimi N nömrəli hərbi hissədə, 15.0N 1996-cı ildən N7,10.1996-cı il tarixə kimi N75 nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək , Müdafiə Nazirinin 1987-ci il N60 nömrəli əmrinin qrafa İ, 34 “b", 51 ‘b" maddələrinə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı sayılaraq, xx.xx.1996-cı il tarixdə ehtiyata tərxis olunmuş və N6.11 1996-cı il tarixdə hərbi vəzifəliləin qeydiyyatına alınmışdır. İddiaçı döyüşlərdə iştirak edib- etməməsi barədə qeydiyyat kartasında heç bir qeydiyyat yoxdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N9 noyabr N0NN-ci il tarixli 4/N-8111 nömrəli məktubundan görünür ki, xx.xx.199N-ci il tarixdə Biləsuvar RHKdan həqiqi hərbi xidmətə çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.199N-ci il tarixli 86 №-li əmri ilə (əsas: §-1, səh-13, sıra-5) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsində baş çörəkbişirən vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.199N-ci il tarixli 148 №-li əmrində (əsas: §-5, səh-11, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) Laçın rayonuna döyüş əməliyatları bölgəsinə şəxsi heyəti çörəklə təmin etmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətinin siyahısında, çörəkbişirən, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 79 №-li əmrilə (əsas: §-5, səh-9, sıra-10) sıravi İddiaçı Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsində çörəkbişirən vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 19N №-li əmrində (əsas:§-6, səh-1N, sıra-6) Zəngilan rayonuna ezam olunmuş Səyyar mexaniklədirilmiş çörək zavodununN-ci bölməsinin şəxsi heyətinin siyahısında, çörəkçi, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N66 №-li əmrində (əsas: §-4, səh-N4, sıra-5) Zəngilan rayonundan, N №-li hərbi hissədən qayıtmış və vəzifələrinin icrasına başlamış Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü çörəkbişirən bölməsinin şəxsi heyətinin siyahısında sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 311 №-li əmrində (əsas: §-4, səh-36, sıra-4) Goran stansiyasına çörək bişirmək üçün ezamiyyətə göndərilən Səyyar mexaniklədirilmiş çörək zavorunun əsgərlərinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur.N50 Nq-İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 34N №-li əmrində (əsas: §-13, səh-3N, sıra-5) Goran stansiyasından, N Nq-İİ hərbi hissədən ezamiyyətdən qayıtmış Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsinin şəxsi heyətinin siyahısında çörəkçi, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 3N5 №-li əmrində (əsas: §-3, səh-49, sıra-8) N №-li hərbi hissəyə ezam olunan Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsinin şəxsi heyətinin siyahısında çörəkçi, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur.Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, ştatdan kənar əsgər İddiaçı Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N65 №-li əmrilə (əsas: §-1, səh-36, sıra-49) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün müvafiq RHK-na göndərilmişdir.110 Nq-İİ hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis Şöbəsinin 0N dekabr N0NN-ci il tarixli 139-33737-1NNN nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayış üzrə qeydiyyatda olan İddiaçı məhkumluğu və barəsində təqsirləndirici məlumatlar RPŞ-də yoxdur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin məhkəməyə təqdim etdiyi xx.xx.N0N3-cü il tarixli 3-43-1N/N-100/N0N3 nömrəli məktubundan görünür ki,mövcud qeydiyyat kartasına əsasən Biləsuvar rayonu, Nərimankənd kənd sakini 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.199N-ci il tarixdə Biləsuvar rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.199N-ci ildən xx.xx.1996-cı il tarixə kimi N nömrəli hərbi hissədə,xx.xx.1996-cı ildən xx.xx.1996-cı il tarixə kimi N75 nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək , Müdafiə Nazirinin 1987-ci il N60 nömrəli əmrinin qrafa İ, 34 “b”, 51 “b” maddələrinə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı sayılaraq, xx.xx.1996-cı il tarixdə ehtiyata tərxis olunmuş və xx.xx.1996-cı il tarixdə hərbi vəzifəliləin qeydiyyatına alınmışdır.Əlavə olaraq bildirirəm ki, İddiaçı döyüşlərdə iştirak edib- etməməsi barədə qeydiyyat kartasında heç bir qeydiyyat yoxdur və onun xidmətdə olduğu N 5 0 , N 7 5 nömrəli hərbi hissələr döyüşən hərbi hissələr siyahısında qeydiyyatdan keçmir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə təqdim etdiyi xx.xx.N0N3-cü il tarixli 3-3-1N/N-30-738/N3 nömrəli məktubundan görünür ki,Vətəndaş İddiaçı xx.xx.199N-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N və N75 nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N018 tarixli 4NN nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N9 noyabr N0NN-ci il tarixli 4/N-8111 nömrəli məktubuna əsasən, 1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.199N-ci il tarixli 86 №-li əmri ilə (əsas: §-1, səh-13, sıra-5) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və Səyyar mexaniklədirilmiş çörək zavorunun 3-cü bölməsində baş çörəkbişirən vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, ştatdan kənar əsgər İddiaçı Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N65 №-li əmrilə (əsas: §-1, səh-36, sıra-49) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün müvafiq RHK-na göndərilməsi barədə məlumat vardır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun N4-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in N.N.N-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), N.N.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.N-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.N-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.N) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, N3.1-ci, 58.7-ci, 6N-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar