Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1148/2025 20.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Biləsuvar Rayon X6 hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Biləsuvar Rayon X6 hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0021 №-li qərarının ləğv olunması, İddiaçı xx.xx.2024-cü il tarixdən ümumi xəstəliklə əlaqədar əlilliyin təyin edilməsi barədə müvafiq qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Həkimlər tərəfindən ona "İnsulindən asılı şəkərli diabet, koma ilə, İnsulindən asılı şəkərli diabet İ tip ağır forma, insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, hormanal preparatlardan asılılıq, insulindən asılı şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, trofiki pozunluq" diaqnozu qoyulub. Bir neçə il əvvəl ürəyində olan problemlərlə bağlı açıq ürək əməliyyatı da keçirmişdir. Əvvəllər müraciəti əsasında ona İİ qrup əlillik təyin edilmişdir. Daha sonra əlilliyin müddətinin sona çatmasından sonra əlilliyin yenidən qiymətləndirilməsi zamanı ona müddətli İİİ qrup əlillik təyin edilmişdir. Həmin müddət sona çatdıqdan sonra növbəti yoxlama zamanı onun sənədləri müxtəlif bəhanələrlə cavabdeh tərəfindən geri qaytarılmışdır. Belə ki, gah elektron sistemə daxil edilmiş məlumatlarda çatışmamazlığın olması səbəbindən, gah da əlavə müalicəyə ehtiyac olması səbəbindən, gah stasionar müalicənin yetərli olmaması və ixtisaslaşmış müalicənin davam etdirilməsi əsası ilə imtina verilmişdir. O cavabdehin imtinasında göstərilmiş əlavə müayinə və müalicədən keçərək yenidən əlilliyin təyin edilməsi üçün müraciət etmişdir. Təəssüflər olsun ki, ona yenidən imtina verilib və imtinaya səbəb olaraq, təyin edilmiş diaqnozun "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyin edilməsinə əsas verməməsi göstərilmişdir. Həmin tibbi sənədlər onun xəstəliyini təsdiq edir. O, ağır şəkər xəstəsidir və bu gün dərmanların qəbulu nəticəsidə həyatdadır. Düçar olduğu xəstəlik onun sağlamlığını məhdudlaşdırmış və ona normal əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir. Cavabdehin ona verdiyi imtina əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarının 11.2-ci bəndinə uyğun olaraq "insulindən asılı şəkərli diabet" xəstəsi olaraq ona əlillik təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin 2-1(120)-3724/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Biləsuvar Rayon X6 Hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 14 03.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Koma ilə., İnsulindən aslı şəkərli diabet İ tıp, ağır forma, dekampensasiya stadıyası.Qeyri-toksik cox duyunlu ur. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.." səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat ‘Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Üçüncü şəxs Biləsuvar rayon X6 Hüquqi Şəxsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh və üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və ona müvafiq əlilliyin təyin olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İddiaçı aid aşağıdakı; - xx.xx.2006-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif-Endokrin systemin xəstəlikləri, maddələr=>E10-E14 şəkərli diabet=>E11insulindən asılı olmayan şəkərli diabet….Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır gedişli. Diabetik angiopatiya, diabetic polineyropatiya.Aşağı ətrafın funksiya pozğunluğu. Hipertoniya xəstəliyi İİ st.b.faza… Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: 2.2 bəndinə uyğundur. - xx.xx.2014-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif -Endokrin systemin xəstəlikləri, maddələr => E10-E14 şəkərli diabet => E10insulindən asılı şəkərli diabet….Diaqnozun mətni: Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Diabetik polineyropatiya.Diabetik angiopatiya.Aşağı ətrafın funksiya pozğunluğu.Diabetik nefropatiya.Hipertoniya xəstəliyi İİ st.b. faza tez-tez hipertonik krizlərlə. ÜİX.Gərginlik stenokardiyası İİİ FS te-tez ağrı tutmaları ilə….Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9 Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə.. - xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif -Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 şəkərli diabet => E10insulindən asılı şəkərli diabet….Diaqnozun mətni: Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Diabetik polineyropatiya.Diabetik angiopatiya.Aşağı ətrafın funksiya pozğunluğu.Diabetik nefropatiya.Hipertoniya xəstəliyi İİ st.b. faza tez-tez hipertonik krizlərlə. ÜİX.Gərginlik stenokardiyası İİİ FS te-tez ağrı tutmaları ilə….Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9 Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə.. - xx.xx.2016-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif -Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 şəkərli diabet => E10insulindən asılı şəkərli diabet….Diaqnozun mətni: Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Diabetik polineyropatiya.Diabetik angiopatiya.Aşağı ətrafın funksiya pozğunluğu.Diabetik nefropatiya.Hipertoniya xəstəliyi İİ st.b. faza tez-tez hipertonik krizlərlə. ÜİX.Gərginlik stenokardiyası İİİ FS te-tez ağrı tutmaları ilə….Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9 Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə.. - xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif -Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 şəkərli diabet => E10insulindən asılı şəkərli diabet….Diaqnozun mətni: E10.0 insulindən asılı şəkərli diabet, Koma ilə,-İnsulindən asılı şəkərli diabet ağır forma tez-tez hematoz hallarla, Ağırlaşma E10.4 İnsulindən asılı şəkərli diabet, Nevroloji ağırlaşmalarla., Diabetik polineyropatiya..Ağırlaşma 167.4 Hipertenziv ensefalopatiya., Diabetik ensefalopatiya..Ağırlaşma E10.5 İnsulindən asılı şəkərli diabet..Periferik qan dövranının pozğunluğu ilə., Aşağı ətrafının diabetic angiopatiyası trofiki pozğunluğu, Ağırlaşma E10.7 insulindən aşılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla., Diabetik hepatoz..Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU- Diabetik retinopatiya.. Ağırlaşma 167.4 Hipertenziv ensefalopatiya-Hipertenziv ensefalopatiya…Ağırlaşma E10.2 İnsulindən aşılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., Diabetik nevropatiya İV dərəcə protenurik mərhələ.. Yanaşı xəstəliklər 120.8 stenokardiyanın digər formaları-Ürəyin işemik xəstəliyi.Stabil gərginlik stenokardiyası İİİ f.s tez-tez ağrı tutmaları ilə…Yanaşı xəstəliklər 125.2 Əvvəllər keçirilən miokard infraktı- Ürəyin işemik xəstəliyi infraktdan sonrakı kardiosklyoz.. Yanaşı xəstəliklər 150.0 Durğunluq ürək çatmamazlığı-ÜÇ İİİ f.s….Meyar imtina edilir…. İmtinanın səbəbi: göndərişin natamam doldurulması-Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri ətraflı qeyd edilsin..2000-ci ildən xəstə olmasına baxmayaraq, ambulator və stasionar müalicələr haqqında məlumat yoxdur. - xx.xx.2021-ci il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif -Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 şəkərli diabet => E10insulindən asılı şəkərli diabet…Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnusilindən asılı şəkərli diabet ağır forma tez-tez hematoz hallarla Ağırlaşma K76.8 Qaraciyərin digər dəqiqləşdirilmiş xəstəlikləri,-Diabetik hepatoz.. Meyar: İmtina edilir… İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Xəstəyə Respublika Endokrinoloji mərkəzdə müayinə olunmaq tövsiyyə olunur. - xx.xx.2021-ci il tarixli, xxxxxxx0010 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif -Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 şəkərli diabet => E10insulindən asılı şəkərli diabet…Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnusilindən asılı şəkərli diabet ağır forma tez-tez hematoz hallarla OU-Diabetik retinopatiya.Diabetik hepatoz.Diabetikensefalopatiya. Aşağı ətrafların diabetic angiopatiyası trofiki pozğunluğu. Diabetik nevropatiya İV dərəcə protenurik mərhələ.Diabetik polineyropatiya. ÜÇ İİ f.s Ürəyin işemik xəstəliyi.Stabil gərginlik stenokardiyası İİİ f.s tez-tez ağrı tutmaları ilə AXŞ əməliyyatından sonra.. Meyar: İmtina edilir… İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: forma 88 çox səthi tərtib olunub. Status localis, mütəxəssis rəyləri, diaqnostik müayinələr və ağırlaşmalar arasında uyğunsuzluq var. Dqiqləşdirilsin. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0014 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif -Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 şəkərli diabet => E10insulindən asılı şəkərli diabet…Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnusilindən asılı şəkərli diabet ağır forma tez-tez hematoz hallarla..Ağırlaşma Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU- Diabetik proliferative retinopatiya.VİZUS OU=0,2 ( onda iki).. Meyar: İmtina edilir… İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Adsızlaşdırılmış göndərişdə xəstənin hansı rayon xəstəxanasında qeydiyyatda olduğunu yazmaq qanuna zidd əsas.. diqanozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0015 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İV Sinif -Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 şəkərli diabet => E10insulindən asılı şəkərli diabet…Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnusilindən asılı şəkərli diabet ağır forma tez-tez hematoz hallarla.. Meyar: İmtina edilir… İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Ağırlaşmanı təsdiq edən dopler müayinəsinin nəticəsi ətraflı qeyd edilsin. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0017 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki,…Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet.Koma ilə.İnsulindən asılı şəkərli diabet İ tip ağır forma. İnsulindən asılı şəkərli diabet.Çoxsaylı ağırlaşmalara..Hormonal peraparatlardan asılılıq. İnsulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Aşağı ətrafların diabetik angiopatiyası, trofiki pozğunluq… Meyar: 11.2.5.1.-E10.0 əsas: Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Şəkərli diabet periferik qan dövranının pozulması (diabetic angiopatiya, qanqrena) => Diabetik makroangiopatiya hər iki aşağı ətrafda XAÇ İİ mərhələ….. OFP faizi meyar- 40-OFP yekun 40, OFP müddəti 1 il, Əlillik səbəbi-Ümumi xəstəlik…. OFP yekun faizi 40 faiz…Yekun əlillik səbəbi: Ümumi xəstəlik..OFP müddəti 1il.. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş E00177706JDU №-li, xx.xx.2024-cü il tarixli Forma 88-də İddiaçı təyin olunmuş əsas Diaqnoz: İnsulindən asılı şəkərli diabet, Koma ilə., İnsulindən asılı şəkərli diabet İ tip, ağır forma, dekampensasiya stadiyası (E10.0); Ağırlaşma- İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Hormonal preparatlardan asılılıq, tez-tez komatoz hallarla E10.7; Ağırlaşma- İnsulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Aşağı ətrafların diabetik angiopatiyası, trfokianın pozulması ilə (E10.5); Yanaşı xəstəlik- Qeyri-toksik çox düyünlü ur (E04.2). - xx.xx.2023-cü il tarixli, xxxxxxx0019 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki,…Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Koma ilə, İnsulindən asılı şəkərli diabet İ tip, ağır forma, dekompensiyaya stadiyası..İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Hormonal peraparatlardan asılılıq, tez-tez komatoz hallarla..İnsulindən asılı şəkərli diabet..Periferik qan dövranının pozğunluğu ilə..Aşağı ətrafların diabetik angiopatiyası, torfiki pozulması… İmtinanın səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: Həyat fəaliyyəti kateqoriyasının məhdudlaşma dərəcəsi xəstənin vəziyyətinə və diaqnoza adekvat deyil, dəqiqləşdirilsin. Xəstə 3-cü qrup əlillik almasına baxmayaraq status lokalisdə 2-ci qrup qeyd olunub. - xx.xx.2023-cü il tarixli, xxxxxxx0020 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki,…Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Koma ilə, İnsulindən asılı şəkərli diabet İ tip, ağır forma, dekompensiyaya stadiyası..İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Hormonal peraparatlardan asılılıq, tez-tez komatoz hallarla..İnsulindən asılı şəkərli diabet..Periferik qan dövranının pozğunluğu ilə..Aşağı ətrafların diabetik angiopatiyası, torfikanın pozulması ilə… İmtinanın səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: əsas diaqnozun ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı müayinə qərarı verildi. - xx.xx.2024-cü il tarixli, xxxxxxx0021 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki,…Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Koma ilə, İnsulindən asılı şəkərli diabet İ tip, ağır forma, dekompensiyaya stadiyası..Qeyri-toksik çox düyünlü ur … İmtinanın səbəbi: diaqnoz əlillik təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 2 MZPGHM0021 №-li qərarı ilə xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik verilməsindən imtina edilmişdir. Agentliyin vəsatəti əsasında iddiaçı məhkəmə gedişatında əyani müayinəyə cəlb edilmiş bunun nəticəsində 3-17-4/3-1-15871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-1-15871/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli İ00027400JJV nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında əyani müayinə şəraitində (**********6 nömrəli təkrar qiymətləndirilmə müayinələrin nəticələri əsasında) Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.5.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulmasına dair qərar qəbul edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli P00135915BHK nömrəli, xx.xx.2023-cü il tarixli U00149456KDE nömrəli göndərişlər rəsmiləşdirilsə də Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli E00177706JDU nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə şəraitində qiymətləndirilərək barəsində (3-17-4/3-3- 2958/2024 nömrəli qərara əsasən), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, “Diaqnoz əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır.xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri aşağı ətraflarda ağrı, keyimə hissindən, yuxusuzluqdan, baş gicəllənməsindən, ağızda quruluqdan, susuzluqdan, qarında köpdən, tez yorulmadan, yaddaşın pozulmasından, baş ağrılarından, ümumi zəiflikdən olmuş, anamnestik olaraq 24 ildir ki “Şəkər xəstəliyin”dən əziyyət çəkdiyini, ona ürəyindən cərrahi əməliyyatın icra edildiyini bildirmişdir.Təqdim edilmiş sənədlər arasında, Akademik C.Abdullayev adına X1 xx.xx.2022-ci il tarixli tibbi rəyinə əsasən diaqnoz “ÜİX: Stabil gərginlik stenokardiyası İİİ f.s, infarktdan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİİ dərəcə. Şəkərli diabet İİ tip, ağır insulin tələbli forma. Diabetik polineyropatiya. AKŞ əməliyyatından sonrakı vəziyyət. XÜÇ İ, AF=48%” şəklində göstərilmiş, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 000220 nömrəli epikrizinə əsasən diaqnoz “Şəkərli diabet, tip İİ. Ağır forma. Diabetik retinopatiya. Diabetik polineyropatiya. Diabetik ensefalopatiya. Nevrosteniya. OU - Katarakta. Arterial hipertenziya. ÜİX: AKS əməliyyatından sonrakı vəziyyət.” kimi qeyd edilmişdir.Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, periferik nəbz həm ön həm də arxa damarlarda bir qədər zəif izlənilmiş, tük örtüyü seyrəlmiş, aşağı ətraflarda durğunluq müşahidə edilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu, trofik yara, xoralanma, hiperpiqmentasiya əlamətləri, periferik ödəm aşkar edilməmişdir.xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa EXO-KQ (nəticə: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib, sistolik funksiyası (LVEF=59% (əlli doqquz faiz)) pozulmayıb. Sol qulaqcıq dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İ AS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd olunmur. Aortal kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir.) PDA, ASD, VSD yoxdur. Rəngli doppler EXO-KQ-də min MÇ, min TÇ qeyd edilir.), Aşağı ətraf arteriaların dopplerografiyası (nəticə: Magistral arteriyaların aterosklerozu) və həkim-oftalmoloq (nəticə: VİS OD = 0.1 (onda bir) korreksiya ilə 0.3 (onda üç), VİS OS = 0.1 (onda bir) korreksiya ilə 0.5 (onda beş); Diaqnoz: OU - Başlanğıc katarakta.) müayinələri aparılmış və həmin müayinələrin nəticələrinə əsasən əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu müəyyən edilməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024- cü il tarixli E00177706JDU nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0022 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə əlillik verilməsindən imtina edilmişdir.İmtinanın səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.
8. “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 659/2024 saylı ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2024-ci il tarixdə başlayıb, xx.xx.2024-ci il tarixdə başa çatmışdır. Ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı 22.02-xx.xx.2024-cü il tarixlərdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-nin endokrinologiya şöbəsində “ Əsas: Şəkərli diabet tip 2, orta ağır forma- E11.7; Ağırlaşma: Somatik mənşəli asteno-nevrotik sindrom- E48; Yanaşı xəstəliklər: Qeyri toksiki düyünlü ur- E04.2; Autoimmun trioidit- E06.3“ diaqnozu ilə müalicə və müayinəsi zamanı qoyulmuşdur. O, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. 2.3.5.6.7.Diaqnoz nəzərə alınmaqla şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı periferik nəbz həm ön, həm də arxa damarlarda bir qədər zəif izlənilmiş, tük örtüyü seyrəlmiş, aşağı ətraflarda durğunluq müşahidə edilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu, trofik yara, xoralanma, hiperpiqmentasiya əlamətləri, periferik ödəm aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 N»-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 Nə-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bir bəndini aid etməyə əsas vermədi. 4.8.Diaqnozda göstərilən xəstəliklər sağalmırlar, həmin xəstəliklərə düçür olmuş şəxslər sahə poliklinikasinda müvafiq ixtisas sahəsi üzrə həkimlərdə qeydiyyata götürülərək yazılmış dərman preparatlarını mütəmadi nəzarət altında qəbul edirlər.
9. İddiaçı ona əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz tam reabilitasiya olunan xəstəlik deyildir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 T40/2025 saylı ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə başlayıb, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1961-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: -Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı.Lakin, onun adına “Biləsuvar rayon mərkəzi xəstəxanasından tərtib edilmiş xx.xx.2024-cü il tarixli, E00177706JDU nömrəli (Forma 88) qeyd edilmiş “əsas diaqnoz: E10.0-inusilindən asılı şəkərli diabet, koma ilə, inusilindən asılı şəkərli diabet, İ tip, ağır forma dekompensasiya studiyası.Ağırlaşmalar: E10.7-inusilindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, hormonal pereperatlardan asılılıq, tez-tez komatoz hallarla, E10.5-insulindən asılı şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetikangiopatiyası, trofikanın pozulması ilə. Yanaşı xəstəliklər: E04.2-qeyri-toksik çox düyünlü ur, E06.3autoimmum tireoidit” diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinəsində baxış zamanı periferik nəbz həm ön həm də arxa damarlarda bir qədər zəif izlənilmiş,tük örtüyü seyrəlmiş, aşağı ətraflarda durğunluq müşahidə edilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu, trofik yara, xoralaşma, hiperpiqmentasiya əlamətləri, periferik ödem aşkar edilməmiş, EXO-KQ müayinəsində sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməmiş, sistolik funksiyası (LVEF=9 faiz ( əllli doqquz faiz) pozulmamış, aşağı ətraf arteriaların dopplerografiyası və həkim oftalmoloq müayinələrində əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu müəyyən edilməmişdir. -2,3,5,7.Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertiza və X4 Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Həmin xəstəliklər tam reabilitasiya olunmurlar, kəskinləşdikləri halda əlavə müalicəyə cəlb oluna bilərlər
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ...4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 11.2. Şəkərli Diabet -E-10-12; Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2. insulindən asılı şəkərli diabet E10.0; 11.2.5. şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) E10-14;
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
İPM
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə:-şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyinmüvafiq əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən 1 il, xx.xx.2014-cü il tarixdən 1 il, xx.xx.2015-ci il tarixdən 1 il, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə Şəkərli diabet İİ tip ağır forma, insulin tələbli.Diabetik polineyropatiya. Diabetik angiopatiya.Aşağı ətrafların funksiya pozğunluğu. Diabetik nefropatiya. Hipertoniya İİ st.b.faza tez-tez hipertonik krizlərlə.ÜİX Gərginlik stenokardiyası İİİFS.tez-tez ağrı tutmaları diaqnozu ilə, xx.xx.2022-ci il tarixində isə Meyar 11.2.5.1 Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları=> Şəkərli diabet=>periferik qan dövranın pozulması ilə (diabetik angiopatiya, qanqrena) =>Diabetik makroanogiapatiya hər iki aşağı ətrafda, XAÇ İİ mərhələ ilə ümumi xəstəlik səbəbindən orqanizim funksiyasının 40 faiz pozulması ilə əlillik təyin edilmişdir. Daha sonra isə İnsulindən asılı şəkərli diabet, Koma ilə, İnsulindən asılı şəkərli diabet İ tip, ağır forma, dekompensasiya stadiyası.Qeyri-toksik çoxlu düyünlü ur diaqnozu ilə əlillik təyinatının aparılmasına nail olmağa çalışmışdır. Lakin cavabdeh inzibati orqan əsassız olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən verilmiş T659/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı 22.02-xx.xx.2024-cü il tarixlərdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-nin endokrinologiya şöbəsində “ Əsas: Şəkərli diabet tip 2, orta ağır forma- E11.7; Ağırlaşma: Somatik mənşəli asteno-nevrotik sindrom- E48; Yanaşı xəstəliklər: Qeyri toksiki düyünlü ur- E04.2; Autoimmun trioidit- E06.3“ diaqnozu ilə müalicə və müayinəsi zamanı qoyulmuşdur. O, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 T40/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki,-Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı.Lakin, onun adına “Biləsuvar rayon mərkəzi xəstəxanasından tərtib edilmiş xx.xx.2024-cü il tarixli, E00177706JDU nömrəli (Forma 88) qeyd edilmiş “əsas diaqnoz: E10.0-inusilindən asılı şəkərli diabet, koma ilə, inusilindən asılı şəkərli diabet, İ tip, ağır forma dekompensasiya studiyası.Ağırlaşmalar: E10.7inusilindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, hormonal pereperatlardan asılılıq, tez-tez komatoz hallarla, E10.5-insulindən asılı şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetikangiopatiyası, trofikanın pozulması ilə. Yanaşı xəstəliklər: E04.2-qeyri-toksik çox düyünlü ur, E06.3-autoimmum tireoidit” diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinəsində baxış zamanı periferik nəbz həm ön həm də arxa damarlarda bir qədər zəif izlənilmiş,tük örtüyü seyrəlmiş, aşağı ətraflarda durğunluq müşahidə edilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu, trofik yara, xoralaşma, hiperpiqmentasiya əlamətləri, periferik ödem aşkar edilməmiş, EXO-KQ müayinəsində sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməmiş, sistolik funksiyası (LVEF=9 faiz ( əllli doqquz faiz) pozulmamış, aşağı ətraf arteriaların dopplerografiyası və həkim oftalmoloq müayinələrində əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu müəyyən edilməmişdir. “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Başqa sözlə desək, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndəriş əsasında sonuncuya əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2024-cü il tarixli göndərişlər əsasında təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. İş materiallarında göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona əlillik təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan xəstəlik ona müvafiq əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2023-cü il tarixli, U00149456KDE nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd edilən 11.2. Şəkərli Diabet -E-10- 12; 11.2. insulindən asılı şəkərli diabet E10.0; 11.2.5. şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) E10-14 xüsusiyyətlərinə uyğun gəlir. Qiymətləndirmə səlahiyyəti cavabdeh inzibati orqana aid olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı barədə qiymətləndirmə aparılaraq müvafiq əlilliyin təyin edilməsi cavabdeh inzibati orqana həvalə olunmalıdır. Son olaraq qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya müvafiq əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Məhkəmə diaqnozun eyniliyi barədə həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, əlilliyin müddətli verilməsi, təkrar yoxlanılmanın aparılmasının zəruriliyi məhkəmə hesab edir ki, iddiaçıda əlilliyin təyininə əsas verən xəstəliyin əlilliyin müddətinin bitdiyi tarixdən sonra da yenidən əlillik təyin edilməsi üçün davam edib-etməməsinə xidmət edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıda əlilliyin təyininə əsas verən xəstəlik əlillik müddəti bitdikdən sonra da davam etməkdədir ki, bu səbəbdən də məhkəmə hesab edir ki, əlilliyin müddətli olması diaqnozun eyniliyi halında əlilliyin növbəti müddətə həmin diaqnoz əsasında təyininin qanuniliyini halını dəyişmir. Beləliklə iddiaçının əlillik müddəti bitdikdən sonra da həmin xəstəlikdən əziyyət çəkdiyi növbəti halda yoxlanılmalıdır ki, həmin yoxlamadan görünür ki, iddiaçıda diaqnozda hər hansı dəyişiklik mövcud olmamış, cavabdeh normativ hüquqi aktlarda göstərilən siyahıda nəzərdə tutulmuş xəstəliyin ağırlaşmalarının aşkar edilməməsi və yeni qanunvericiliyə uyğun müvafiq göndərişin rəsmiləşdirilməməsi ilə imtinasını əsaslandırmışdır ki, məhkəmə yuxarı instansiya məhkəməsinin təcrübəsini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Göründüyü kimi istər iddiaçıda göndərişdə göstərilən xəstəliklərin qüvvədə olmuş Əsasnamənin tələbinə əsasən əlilliyin təyinatına əsas verməsi ilə bağlı hallar, istər ilkin əlilliyin təyinatına əsas olmuş həmin xəstəlik və diaqnozların hal-hazırda da iddiaçıda mövcud olmasını təsdiq edən hallar nəzərə alınmaqla müraciətin təminindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Bundan əlavə, məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli xxxxxxx0021 №-li qərarı ləğv olunsun. İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi ( hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) ilə bağlı müvafiq qərar qəbul olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva