Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-115/2023 20.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi İddiaçı2 Ağaməmməd oğlunun iştirakı ilə, İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********962600 nömrəli və **********963300 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 20 aprel 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********962600 nömrəli və **********963300 nömrəli qərarın ləğv edilməsi» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2021- ci il tarixdə **********962600 saylı qərar ilə, 2019-cu ilin avqust ayı üçün 21941,52 manat və xx.xx.2021-ci il tarixdə **********963300 saylı qərar ilə 2019-cu ilin sentyabr ayı üçün 33194,03 manat olmaqla, hər iki qərar əsasında ümumilikdə 55135,55 manat məbləğində, 02 iyun 2021-ci il tarixində heç bir əsas olmadan 2019-cu ilin avqust və sentyabr ayları üçün mənim şəxsi vərəqəsinə əsassız borc yazılmışdır. Bu məbləğ onun şəxsi hesab vərəqəsində mütəmadi dəyişilərək 60675 manat və ya 62098 manat və s. qeyd olunmaqla yanaşı, onun bütün bank hesablarına həmin məbləğin silinməsi barədə sərəncamlar göndərilmişdir. Dəfələrlə vergi orqanına qərəzli şəkildə ona hesablanmış borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsini, bank hesablarından sərəncamların geri götürülməsini və həmin borcun yaranma əsasları barədə yazılı məlumat vermələrini xahiş etsə də, müraciət etdiyi vergi orqanlarından heç bir əsaslı və müsbət cavab verilməmişdir. Bütün bu müraciətlərindən sonra 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona məxsus əmlakların siyahıya alınması barədə qərar verilmiş, xx.xx.2021-ci il tarixində 64043 manat vəsaitin ödənilməsi barədə ona bildiriş göndərilmiş və borcun 105 faizi həcmində mənim ƏDV sub-ucot hesabımda olan pul vəsaitinin dondurulması barədə xx.xx.2021-ci il tarixli, **********595200 saylı növbəti qərar qəbul edilərək onun onlayn kargüzarlığıma yerləşdirilmişdir. Dövlət Vergi Xidmətinə və 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 4 dəfə onlayn kargüzarlıq vasitəsi ilə və poet qutusu vasitəsi ilə müraciət etsə də, vergi orqanları tərəfindən heç bir müsbət cavab verilmədən şikayəti təmin olunmamışdır. Odur ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı1 barəsində çıxarılmış xx.xx.2021-ci il tarixli **********962600 və **********963300 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Dövlət Vergi Xidmətin 6 saylı Ə az/ Vergilər Baş idarəsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında mənim 2017- 2018 və 2019-cu ilin 01 avqust dövrünü əhatə edən fəaliyyətim yoxlanılmışdır. Vergi orqanının keçirdiyi həmin yoxlamanın nəticələrinə dair Qərar tərəfimdən mübahisələndirildiyi üçün, hazırda həmin iş Şirvan İnzibati Məhkəməsində 2- 1;120)-1027/2021 saylı iş nömrəsi ilə məhkəmənin icraatındadır. Qeyd olunanlara baxmayaraq 6 saylı Ərazi Vergilər Baş idarəsi xx.xx.2021-ci il tarixdə 2 **********2600 saylı qərar ilə, 2019-cu ilin avqust ayı üçün 21941.52 manat ve xx.xx.2021-ci il tarixdə **********963300 saylı qərar ilə 2019-cu ilin sentyabr ayı üçün 33194.03 manat olmaqla, hər iki qərar əsasında ümumilikdə 55135.55 manat məbləğində, 02 iyun 2021-ci il tarixində heç bir əsas olmadan 2019-cu ilin avqust və sentyabr ayları üçün mənim şəxsi vərəqəmdə əsassız borc yazılmışdır”. Bununla bağlı qeyd edək ki, Vergi Məcəlləsinin 177.2-ci maddəsinə görə ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Lakin vergi ödəyicisi tərəfindən 2019-cu ilin avqust ayı üçün ƏDV bəyannaməsi qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməmişdir. Qeyd edilən hesabat dövrü üçün ƏDV bəyannaməsinin təqdim edilməməsinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə 143838,89 manat (ƏDV ilə birlikdə), (121897,36 manat ƏDV-siz) müəyyən edilmişdir. Qeyd olunmuş kənarlaşmaya əsasən (143838,89 /113*18=21941,53 manat) əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********728600 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 21941,53 manat əlavə dəyər vergisi hesablanmış və xx.xx.2021-ci il tarixli **********962600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməmişdir. Qeyd edilən hesabat dövrü üçün ƏDV bəyannaməsinin təqdim edilməməsinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə 217605,28 manat (ƏDV ilə birlikdə), (184411,25 manat ƏDV-siz) müəyyən edilmişdir. Qeyd olunmuş kənarlaşmaya əsasən (217605,28 /118*18=33194,03) manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********728600 nömrəli kameıal vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il sentyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 33194,03 manat əlavə dəyər vergisi hesablanmış və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir. Eyni zamanda bildiririk ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* nömrəli cinayət işi üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarına və 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********188663 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrləri əhatə edən fəaliyyəti /oxlanılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılaraq, nəticəsi 08.10 3019-cu il tarixli **********190566 nömrəli “Səyyar vergi yoxlaması aktı" ilə rəsmiləşdirilmişdir. Yoxlama fərdi sahibkar İddiaçı1 xx.xx.2011 -ci il tarixli ƏN-İ 283591 və xx.xx.2019-cu il tarixli 7E-465 reyestr nömrəli etibarnamələr üzrə rəsmi nümayəndələri olan X1 və X5 iştirakı ilə və 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli müvafiq qərarları əsasında İddiaçı1 məxsus, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən “Relax" İstirahət mərkəzində cu İ tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı “Sənədlərin və Nümunə kimi əşyaların qötürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********6767 nömrəli qərar əsasında istira ıət mərkəzinin ofisindən götürülmüş və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və real dövriyyəsini özündə əks etdirən mühasibat sənədləri və məlumatları, həmçinin qarşılıqlı əməliyyatlar və vergi ödəyicisinin bank hesabı və əməliyyatları barədə daxil olmuş məlumatlar əsasında apar imişdir. Götürülmüş sənədlər İddiaçı1 sahibkarlıq fəaliyyətinə aic olduğu qeyd edilməklə vergi ödəyicisinin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd olunan dəlili sadəcə iddia ərizəsini hər hansı bir şəkildə, əsasən də təhrif olunmuş şəkildə əsaslandırmaq üçün istifadə olunan ümumi cümlələrdir. Məlumat üçün xüsusi olaraq qeyd edirəm ki, ibtidai istintaq zamanı iddiaçı ərizə ilə müraciət edərək, yayındırdığı 635153,79 manat vergiləri tamamilə dövlət büdcəsinə ödədiyinə görə istintaq olunan ********* nömrəli cinayət işində barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. (Ərizənin surəti etiraza əlavə olunacaqdır). Beləliklə də iş üzrə aparılmış istintaq zamanı iddiaçının əməlində AR Cinayət Məcəlləsinin 213.3-cü maddəsinin tərkibinin olduğu tam olaraq sübuta yetirilmişdir. (Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli Qərarın surəti etiraza əlavə olunacaqdır). Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu ildə Relax İstirahət və Turizm Mərkəzində (3 sayda təsərrüfat subyekti üzrə) həyata keçirmək istədiyi operativ vergi nəzarəti tədbirləri zamanı həmin obyektin vəzifəli şəxsləri olan X3, X7, X14, X13, X4 və X8 vergi əməkdaşlarının qanuni fəaliyyətinə mane olaraq və onlara qarşı zor tətbiq etməklə müqavimət göstərdiyinə görə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2 və 315.2-ci maddələri ilə ittiham elan edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və qeyd olunan cinayət işi üzrə münaqişənin baş vermə səbəbi kimi göstərilən vergi yoxlaması sonradan baş tutumuş, dövlət büdcəsindən yayındırılmış mübahisə predmeti olan vergi məbləği və tətbiq olunmuş maliyyə sanksiyasının dövlət büdcəsinə tam ödənilməsi faktını hakim təqsirləndirilən şəxslərə cəza təyin edərkən yüngülləşdirici hal kimi nəzərə almışdır. Nəticədə də təqsirləndirilən şəxslərə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilir ki, “Mənim şəxsi hesab vərəqəmdə mütəmadi dəyişilərək 60675 manat və ya 62098 manat və s. qeyd olunmaqla yanaşı, mənim bütün bank hesablarıma həmin məbləğin silinməsi barədə sərəncamlar göndərilmişdir. Dəfələrlə vergi orqanına qərəzli şəkildə mənə hesablanmış borc məbləğinin şəxsi hesab vərəqəmdən silinməsini, bank hesablarımdan sərəncamların geri götürülməsini və həmin borcun yaranma əsasları barədə yazılı məlumat vermələrini xahiş etsəmdə, müraciət etdiyim vergi orqanlarından heç bir əsaslı və müsbət cavab verilməmişdir1’. Bununla bağlı qeyd edək ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi müraciətlər üzrə Dövlət Vergi Xidməti tərəfindən qərar qəbul olunaraq aşağıdakı əsaslarla inzibati şikayət təmin edilməmişdir. Belə ki, İddiaçı1 (bundan sonra- fərdi sahibkar) şikayətlərində 2019-cu ilin avqust və sentyabr ayları üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği ilə razı olmadığını bildirərək, hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi qeydiyyat, xx.xx.2020-ci il tarixdən isə könüllü qeydiyyat) əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi" olduğu, xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “X20 Pizza Restoran” adlı əsas sahəsi 60 m2, əlavə sahəsi 50 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63010) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Küləfrəngi" adlı əsas sahəsi 35 m2, əlavə sahəsi 50 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63014) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu İ tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “şəxsi heyətin qidalanması üçün yeməkxana” adlı əsas sahəsi 150 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63016) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 572,1 m2, əlavə sahəsi 00 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********- 63001) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Hörümçək Bar” adlı əsas sahəsi 25 m2, əlavə sahəsi 38 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu-**********-63015) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2020-ci il tarixdə Lerik rayonu, Piran, 20-ci km ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 4000 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********- 63020) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Özbəkistan ev.24 ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 20,1 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu -**********-16001) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2017ci iı tarixdə Lerik rayonu, Piran ünvanında yerləşən “İcarə” adlı əsas sahəsi 54899,0 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63002) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Təndir” adlı əsas sahəsi 90 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********- 63018) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Aqua Park” adlı əsas sahəsi 150 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63017) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Beerelax Bar” adlı əsas sahəsi 20 m2, əlavə sahəsi 28 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63008) təsərrüfat subyektinin (obyektinin), və xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “X21 Bar” adlı əsas sahəsi 50 m2, əlavə sahəsi 70 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63013) təsərrüfat subyektinin (obyektinin) vergi orqanına qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsinə əsasən avqust ayı üçün 143 838,89 manat (ƏDV ilə birlikdə), sentyabr ayı üçün 217 605,28 manat (ƏDV ilə birlikdə) dövriyyə müəyyən edilməsinə baxmayaraq, həmin dövrlər üzrə ƏDV bəyannamələri təqdim edilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********728600 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktublara cavab olaraq əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2019-cu ilin avqust ayı üçün 21 941,52 manat, sentyabr ayı üçün 33 194,03 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********962600, **********963300 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında’’ Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti uzadılmış və bu barədə fərdi sahibkara xx.xx.2021-ci il tarixli **********192700 nömrəli, xx.xx.2021-ci il tarixli **********793600 nömrəli məktublarla məlumat verilmişdir. Kameral vergi yoxlamasının nəticəsi ilə bağlı inzibati şikayətin ətraflı araşdırılması məqsədilə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********274900 nömrəli məktubla məsələnin tam obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədləri (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, alınmış malların müvafiq təsərrüfat obyektində saxlanılması barədə məlumatları, icarə, alqı-satqı müqavilələrini, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatları, idxal-ixrac əməliyyatları barədə sənədləri, kassa mədaxil-məxaric sənədlərini, bank hesabından çıxarışı, müqavilələr, üzləşmə aktı, qaimə-fakturaları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s), həmçinin xronometraj metodu ilə müşahidələrin keçirilməsi barədə yeni müraciətin edilib edilməməsi barədə müvafiq təsdiqedici sənədləri inzibati araşdırmaya xx.xx.2021-ci il tarixədək təqdim edilməsi bildirilmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisiran inzibati şikayəti təmin edilməməlidir. Belə ki, aparılmış araşdırma zamanı fərdi sahibkara məxsus təsərrüfat subyektlərində xx.xx.2019-cu il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********63 14,**********6328, **********6324, **********6329, **********6322, **********6326, **********6318, **********6323, **********6313, **********6321 nömrəli qərarlarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2019-cu il tarixli 003864 nömrəli, xx.xx.2019-cu il tarixli 003872, 003841, 003855, 003862, 003866, 003881, 003860, 003879, 003809 nömrəli aktlarla rəsmiləşdirilməklə orta günlük satış dövriyyənin 8 989,94 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı1 etibarnamə ilə səlahiyyətli nümayəndəsi X10 günlük və yekun aktların doğruluğunu imzası ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmişdir. Araşdırma ilə fərdi sahibkar tərəfindən “Təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi barədə” və keçirilmiş xronometrajın passivləşdirilməsi barədə vergi orqanına xx.xx.2019-cu il tarixdə müraciət edilməsinə baxmayaraq, xronometraj müşahidənin nəticəsi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən passivləşdirilmişdir. Həmçinin, fərdi sahibkar tərəfindən 2019-cu ilin avqust və sentyabr ayları üzrə ƏDV bəyannamələri təqdim edilmədiyi üçün xx.xx.2019-cu il tarixli **********252900 nömrəli “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xəbərdarlıqla vergi ödəyicisinə məlumat verilmişdir. Beləliklə, kameral hesablamanın sonuncu imzalanmış xronometraj müşahidələrin nəticəsinə dair aktlara əsasən aparıldığını, vergi ödəyicisi tərəfindən 2019-cu ilin avqust və sentyabr aylarında alınmış 146 075,03 manat məbləğində malların istifadə təyinatına dair mühasibat uçotu sənədləri təqdim edilmədiyindən inzibati şikayətə dair müraciətiniz təmin edilməmişdir. Həmçinin ƏDV sub-uçot hesabında olan pul vəsaitlərinin dondurulması ilə bağlı bildirmək istəyirik ki, iddiaçıya xx.xx.2021-ci il tarixində 64043 manat vəsaitin ödənilməsi barədə bildiriş göndərilmiş və xx.xx.2021-ci il tarixli, **********595200 nömrəli Qərarla ƏDV sub-uçot hesabında cəmi 0.04 manat pul vəsaiti dondurulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Odur ki, İddiaçı1 təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-in 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 29 mart 2022-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 9/3128 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualı üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Beləliklə xx.xx.2021-ci il tarixli **********962600 nömrəli qərarı ilə 2019-cu ilin avqust ayı üçün və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üçün hesablanmış vergi məbləği vergi qanunvericiliyinə uyğun düzgün hesablanmamşdır. Yəni hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Qərardadın üçüncü sualı üzrə: Tədqiqi hissədə göstərildiyi kimi, iş materiallarında vergi ödəyicisi İddiaçı1 üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrün xronometraj metodu ilə müşahidənin nəticələrinə dair tərtib edilmiş sənədlər mövcud deyil. Bu səbəbdən də, sözügedən müşahidənin vergi qanunvericiliyinin tələblərinə uyğun keçirilibkeçirilmədiyini və həmin müşahidənin nəticələrinin həqiqəti əks etdirib- etdirmədiyini müəyyən etmək mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iddiaçının fəaliyyət istiqamətləri və müşahidənin vaxtı (yəni fəsil və yaxud ilin hər hansı ayı) nəzərə alınaraq yalnız xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə uyğun vergi məbləğinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsi ekspert mühasibin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərdən (vergi orqanının etirazında və s.) göründüyü kimi, vergi ödəyicisi tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi və s. Bağlı xx.xx.2019-cu il tarixdə vergi orqanına müraciət edilmişdir. Lakin həmin sənədlərdən ( vergi orqanının xx.xx.2021-ci il tarixli etirazında və s.) göründüyü kimi vergi orqanı tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 9/3128 nömrəli ekspert rəyinə qarşı etiraz ərizəsi təqdim edərək ekspert rəəyi ilə razılaşmadıqlarını, ekspert rəyi üzrə ciddi tədqiqat aparılmadığını bildirərək ekspert rəyini əsassız və qanunsuz olduğu üçün qeyri-mötəbər sübut kimi qiymətləndirilməsini və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Qeyd edilən vəsatət tam əsaslandırılmadığından protokolda müvafiq qeydlər aparılmaqla rədd edilmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı1, onun vəkili və nümayəndəsi İddiaçı2 Ağaməmməd oğlu iddia ərizəsinə uyğun izahat verərək idda tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqləmiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********962600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçı1 10.458.87 manat azaldılmış vergi və sığorta haqları üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********963300 saylı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçı1 35.737.27 manat azaldılmış vergi və sığorta haqları üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********595200 nömrəli Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə qərarından görünür ki, İddiaçı1 VÖEN ********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmlakın siyahıya alınması barədə xəbərdarlıq məktubundan görünür ki,xx.xx.2021-ci il tarixdə iddiaçıya aid əmlakların siyahıya alınması tədbirinə İddiaçı1 dəvət olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarxili müraciətə baxılması barədə Dövlət Vergi Xidmətinin məktublarından görünür ki, İddiaçı1 hesabına qoyulmuş sərəncamın və vergilər üzrə yazılmış borc məbləğinin silinməsini xahiş etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi akt tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən İddiaçı1 fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. İddiaçının 2017-2018 və 2019-cu ilin 01 avqust dövrünü əhatə edən fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qəbul edilmişdir ki, bu qərarlarla 2019-cu ilin avqust ayı üçün 21941.52 manat və 2019-cu ilin sentyabr ayı üçün 33194.03 manat vergi borcu yazılmışdır. Nəticə olaraq iddiaçı hazırda həmin qəraralarrı və borcu mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli qərarları İddiaçı1 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət edilmiş və sonuncu inzibati orqanın **********636500 nömrəli, 30 avqust 2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətlər təmin edilməmiş və qərarlar dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən qərarlarla bağlı iddia ərizəsi məhkəməyə 26 avqust 2021-ci il tarixdə təqdim olunduğundan iddia müddəti ötürülməmişdir. İddiaçı hazırda cavabdehin 02 iyun 2021-ci il tarixli qərarlarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı iddia ərizəsi iddia müddəti buraxmadan məhkəməyə təqdim edildiyindən, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 02 iyun 2021-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Lənkəran rayonu) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. AR Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli qərarların qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: - vergi qanunvericiliyinin qeyd olunan (kameral vergi yoxlaması keçirilən) dövrdə qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. İşin faktiki hallarından müəyyən olunur ki, Vergi orqanı Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən 1 il 10 aydan sonra kameral yoxlamanın nəticəsi olaraq vergi ödəyicisinə münasibətdə kameral qaydada ƏDV hesablamışdır. Nəticə etibari ilə iddiaçının hüquqları, Vergi Məcəlləsinin və İnzibati İcraat haqqında qanunun tələbləri pozulmuşdur. - Vergi orqanı Səyyar vergi yoxlamasından sonrakı dövrdə (Verg Məcəlləsinə uyğun olaraq növbəti 60 gün müddətində) hər hansı bir qərar qəbul etməmişdir. - Vergilərin hesablanması hallarından uyğunsuzluqlar müəyyən edilmişdir; - cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli qərarları – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; Qeyd olunanlardan başqa məhkəmə ekspertiza rəyinə cavabdeh inzibati orqanın dair mülahizəsində göstərilənlərlə bağlı qeyd edir ki, Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, iddiaçının fəaliyyət istiqamətləri və müşahidənin keçirilmə vaxtı (yəni fəsil və yaxud ilin hər hansi ayı) nəzərə alınaraq yalnız xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə uyğun vergi məbləğinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsi ekpert mühasibin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərdən (vergi orqanının etirazında və s.) göründüyü kimi, vergi ödəyicisi tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi və s. bağlı xx.xx.2019-cu il tarixində vergi orqanına müraciət edilmişdir. Lakin həmin sənədlərdən (vergi orqanının xx.xx.2021-ci il tarixli etirazında və s.) göründüyü kimi vergi orqanı tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Beləliklə xx.xx.2021-ci il tarixli **********962600 nömrəli qərarı ilə 2019-cu ilin avqust ayı üçün və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarı ilə 2019cu ilin sentyabr ayı üçün hesablanmış vergi məbləği vergi qanunvericiliyinə uyğun düzgün hesablanmamışdır. Yəni hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmasına dair qərarların qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarlar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarları ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-115/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-115/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver