Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1151/2022 08.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-N(N20)-NN5N/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı, iddia tələbi və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi cavabdehlər sırasından çıxarılması qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, torpaqların bütövlüyü uğrunda bədnam düşmənlər olan erməni terrorçularının, separatçılarının işğalçılığına qarşı gedən birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində hərbi xidmət etmişdir. Belə ki, xx.xx.N993-cü il tarixdə hərbi xidmətə getmiş və xx.xx.N993-cü ildən N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş və həmin hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 22 saylı əmrlə şəxsi heyyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bir çox döyüşlərdə iştirak etmişdir. xx.xx.N993-cü ildən xx.xx.N997-ci ilədək qulluq etməsi barədə qeydlər ona məxsus hərbi bilietində aparılmışdır və Müdafiə Nazirliyinin arxivindən verilmiş çıxarışlardada vardır. Müdafiə Nazirliyinin 3 saylı 7 yanvar N997-ci il tarixdə təxris olunmuş və xx.xx.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyət və bütün növ təminat siyahısından çıxarılmışdır. Bir çox rayonların erməni bədnam düşmənlərin olan erməni terrorçularından azad olunmasından ötrü gedən döyüşlərdə iştirak etmişdir. Hərbi qulluqçuların heyətinə daxil olması barədə əmri vardır. Torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, göstərdiyi qəhrəmanlıq və şücaətə baxmayaraq ona heç bir fəxri ad və iştirakına görə veteranlıq verilmədiyindən 20NN-ci ildə Masallı Rayon Hərbi Komissarlığına (hazırkı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı Rayon Şöbəsinə) bu barədə müraciət etmişdir. Masallı Rayon Hərbi Komissarlığında (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı Rayon Şöbəsinə) sənədlərinə baxılmış və barəsində olan sənədlər yoxlanılaraq sənədlərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdindəki “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi komissiyasına təqdim edilməsi məqsədə uyğun sayılmış və bu barədə akt tərtib olunmuşdur. Sənədləri həmin komissiyaya göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində Veteran Adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya xx.xx.20NN-ci il tarixli məktubla Masallı Rayon Hərbi Komissarlığına cavab verilərək sənədlər baxış keçirildiyi, təqdim olunmuş sənədlər hüquq vermədiyi, 2-ci dvizion siyahılarında təsdiq olunmur. xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək hansı divizionun tərkibində olması barədə sənəd əlavə olunmadığı əsas gətirilərək sənədləri geri qaytarılmışdır. Halbuki, verilmiş arxivdən çıxarışlarda və hərbi biletindən açıq aydın görünür ki, xx.xx.N993-cü ildən xx.xx.N997-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Odur ki, belə hesab edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilməli və bu bir vəzifə olaraq cavabdehə həvalə edilməlidir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair inzibati işə baxılır. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu .Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınmm yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və 'medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 4/2-2NN0 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N fevral N993-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N nömrəli hərbi hissənin ikinci diviziyonu döyüş əməliyyatlarında iştirak etməmişdir (müvafiq arayış etiraza əlavə edilir). Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 38, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə anadan olmuş, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatdadır. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, N87 nömrəli arayışından görünür ki, İddiaçı Masallı rayonu, Təzə Alvadı kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-N88N nömrəli məktubunda qeyd edilir: N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N6, sıra-47) xx.xx.N993-cü il tarixdən Masallı RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 22 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli 24 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Masallı RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N fevral N993-cü il tarixli 22 №-li əmrilə (əsas: §-N, sıra-30, səh-28) “sıravi” hərbi rütbəsi almaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N47 №-li əmrində (əsas: səh 29, əmrdə adı və atasının adı tam yazılmamışdır) divizionlar qrupunun hərbi qulluqçusu sıravi İddiaçı ailə vəziyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N57 №-li əmrində (əsas: səh 47, əmrdə adı və atasının adı tam yazılmamışdır) divizionlar qrupunun hərbi qulluqçusu sıravi İddiaçı qısamüddətli məzuniyyətdən qayıtması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən 2-ci divizionun bölmə komandiri sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 20 №-li əmrilə (əsas: səh 48, § N, sıra 8) “kiçik çavuş” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Masallı RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi və yaralanması barədə məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N (, və N ZRD) №-li hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 449 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqi hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmliyyatlarında iştirak etməsi, xidmət yerini özbaşına tərk etməsi, barəsində cinayət işinin olub olmaması barədə məlumat verilməsinə, eləcədə aidiyyəti sənədlərin təsdiq olunmuş surətlərini Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baxılmışdır. Müəyyən olunmuşdur ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdə Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, 29 yanvar N993-cü il tarixdən 25 yanvar N997-ci il tarixədək (döyüş bölgəsində yanvar N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir (qeydiyyat kartasının təsdiq olunmuş kserosurəti əlavə olunur). İddiaçı xx.xx.N997-ci il tarixdə Azərbaycan Respublikası Müdafə Nazirinin xx.xx.N997-ci il tarixli 3 nömrəli əmrinə əsasən ehtiyata buraxılmış, xx.xx.N997-ci il tarixdə hərbi vəzifəlilərin qeydiyyata alınmışdır. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair müraciətinə əsasən xidmətinin dəqiqləşdirilməsi məqsədi ilə Xidmətin Masallı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2020-ci il tarixdə N74 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən Xidmətin Masallı rayon şöbəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli ***-**** nömrəli məktubda (təsdiq olunmuş kserosurəti əlavə olunur) əsasən İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 22 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli 24 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat olduğu bildirilmiş, məktubun qeyd hissəsində isə N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 24 nömrəli əmrində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. İddiaçı xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam veriməsi və aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-3N53 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N6, sıra-47) xx.xx.N993-cü il tarixdən Masallı RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 22 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli 24 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Masallı RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N fevral N993-cü il tarixli 22 №-li əmrilə (əsas: §-N, sıra-N30, səh- 28) “sıravi” hərbi rütbəsi almaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 24 №-li əmrində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2- 2NN0 nömrəli məktubunda qeyd edilir: N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N6, sıra-47) xx.xx.N993-cü il tarixdən Masallı RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin 30.0N,N993-cü il tarixli 22 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli 24 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Masallı RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N fevral N993-cü il tarixli, 22 №-li əmrilə (əsas: §-N, sıra-30, səh-28) “sıravi” hərbi rütbəsi almaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N47 №-li əmrində (əsas: səh 29, əmrdə adı və atasının adı tam yazılmamışdır) divizionlar qrupunun hərbi qulluqçusu sıravi İddiaçı ailə vəziyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 2N,07.N994-cü il tarixli N57 №-li əmrində (əsas: səh 47, əmrdə adı və atasının adı tam yazılmamışdır) divizionlar qrupunun hərbi qulluqçusu sıravi İddiaçı qısamüddətli məzuniyyətdən qayıtması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən 2-ci divizionun bölmə komandiri sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 20 №-li əmrilə (əsas: səh 48, § N, sıra 8) “kiçik çavuş” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Masallı RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər – X8 və X5 eyni məzmunlu ifadələrində bildirmişlər ki, İddiaçı ilə birlikdə onlar N993-cü ilin yanvar ayından iyun ayına kimi N nömrəli hərbi hissəinin 6-cı divizyonundan ezam olunaraq Ağdam rayonu, Güllicə kəndi istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdirlər. Hərbi hissə Ağcəbədi rayonuna köçdükdən sonra İddiaçı 2-ci divizyona göndərilmişdir. Onlara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Müharibə veteranı vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında verilmiş xx.xx.2022-ci tarixli, NN/320N nömrəli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, şahid X2 tərəfindən xx.xx.20NN-ci il tarixli 9N nömrəli, şahid XN tərəfindən xx.xx.20N4-cü il tarixli N88 nömrəli protokol ilə müharibə veteranı adı verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı xx.xx.N993-cü il tarixdən Masallı RHK-dan çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 22 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olmuş və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli 24 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Yanvar N993-cü il tarixindən xx.xx.N994-cü il tarixədək döyüş bölgəsində xidmət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin xx.xx.N993cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş lakin cavabdeh inzibati orqan onun müraciətindən imtina etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində N nömrəli hərbi hissə komandirinin N fevral N993may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməməməsi həmçinin, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N nömrəli hərbi hissənin ikinci diviziyonunun döyüş əməliyyatlarında iştirak etməməməsi qeyd olunsa da, iddiaçıya məxsus hərbi biletin surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 449 nömrəli məktubundan və ona əlavə olunmuş “kartoçka”dan, o cümlədən şahid ifadələrindən müəyyən olunur ki, İddiaçı 29 yanvar N993-cü il tarixdən 25 yanvar N997-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş və yanvar N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan dövrlərdə döyüş bölgəsində olmuşdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1151/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1151/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver