Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1152/2024 25.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək kitabçasında qeyd olunan təşkilatlarda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini və tələbinə “xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmiş və tələbi “xx.xx.1996cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Sonradan cavabdehin nümayəndəsi vəsatət təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialının üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına (adi) cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 may 1958-ci il tarixdə Lənkəran rayonunun Şaqlaser kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. İlk əmək fəaliyyətinə 04 may 1975-ci il tarixdə “Lenin” adına sovxozda fəhlə kimi işə başlamış, həmin tarixdə həmin sovxoza fəhlə kimi qəbul olunmuş və 02 sentyabr 1975-ci il tarixinə kimi həmin işdə işləmişdir. 01 sentyabr 1975-ci il tarixdən 21 avqust 1976-cı il tarixə kimi Lənkəran kənd texniki peşə məktəbində oxumuş, 01 sentyabr 1976-cı il tarixdən 30 oktyabr 1976-cı il tarixə kimi yenidən Lenin adına sovxozda, 01 noyabr 1978-ci il tarixdən 25 mart 1979-cu il tarixə kimi yenidən Lenin adına sovxozda, 28 mart 1979-eu il tarixdən 10 mart 1980-cı il tarixə kimi Lənkəran X10, 13 mart 1980-cı il tarixdən 25 yanvar 1996-cı il tarixə kimi və 03 fevral 1996-cı il tarixdən 30 iyul 2009-cu il tarixə kimi yenidən Lənkəran X10 işləmişdir. Eyni zamanda 04 noyabr 1976-cı il tarixdən 16 oktyabr 1978-ci il tarixədək SSRİ-nin Ordu hissələrində hərbi xidmətdə olmuş, onun qeyd etdiyi yerlərdə işləməyi əmək kitabçası ilə təsdiq edilir. Pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş, lakin ona imtina cavabı verilmişdir. Qeyd olunanlara əsasən əmək kitabçasında qeyd olunan təşkilatlarda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Belə ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi təqdim etdiyi attestatın surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 il 9 gün təşkil edir. Lakin iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1996-cı il tarixdən xx.xx.2009cu il tarixədək Lənkəran rayon X10 - işlədiyi dövr təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərik müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəl irlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, -pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staiı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunvericiliyin tələblərinə riayət edildiyi təqdirdə, iddiaçının yasa görə pensiya hüququ xx.xx.2023 -ci il tarixdən yaranacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Lakin İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məcburi dövlət sosial sığorta haqqı - sıqortalamava görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir. Əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər gəlirlər məcburi dövlət sosial sığorta haqqının tutulma obyektidir. Belə ki, hazırki is üzrə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması onun əməkhaqqı almadığını göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığorjaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin is stajına daxil edilərək iddiaçıya cavabdeh DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Son olaraq qeyd etməyi zəruri hesab edirik ki, Qanunun 22-1 -ci maddəsinə əsasən N.Quliyevanm xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Son olaraq qeyd edək ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq qurumlara sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Buna görə də yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı “yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin keçmiş iclaslarında iştirak edən İddiaçı iddiasına uyğun izahatlar verərək iddia tələbinin am təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialının nümayəndəsi X6 iş üzrə sənədləri təqdim edərək, İddiaçı 2006-2009-cu illərdə “Lənkəran Rayon X17”nin baza məlumatlarında MDSS üzrə ödənişlərinin olmadığını bildirdi və müəssisə ilə bağlı sübutları məhkəməyə təqdim etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də qismən əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur və xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan seriya AZE 14147314 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1976-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, 3331 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı bir il 113 nömrəli Lənkəran texniki peşə məktəbinin İİİ-dərəcəli traktorçu-maşınçı sənədi üzrə bitirmişdir. İş materiallarında olan Lənkəran rayon X11 xx.xx.2016-cı il tarixli, 06 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-cı il tarixdən Lənkəran rayon X12 traktorist vəzifəsinə işə qəbul edilmiş və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995-ci il tarixli, 436 saylı, Azərbaycan Kimya Birliyinin xx.xx.1995-ci il tarixli, 82 saylı və xx.xx.1995-ci il tarixli, 92 saylı əmrlərlə birlik və kimyəvi bazaları yeni strukturu ilə əlaqədar Lənkəran rayon X11 xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdə Lənkəran rayon X11 yeni strukturu ilə əlaqədar birliyə traktorist vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2009-cu il tarixədək həmin birlikdə işləmişdir. Arayış İddiaçı əmək kitabçasındakı qeydlərinə, Lənkəran rayon X11 əmr kitabına və İddiaçı verilmiş yük nəqliyyatı üçün yol vərəqələrinə əsasən tərtib edilmişdir. Lənkəran rayon X17 xx.xx.2015-ci il tarixdən özəlləşdirilərək Lənkəran rayon X9 ARSC-yə çevirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-146754/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan scnra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyə görə pensiya işinə daxil olan əmək kitabçasının, hərbi biletin və attestatın surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 9 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün Lənkəran rayon X9 Birliyininin xx.xx.2016-cı il tarixli 06 nömrəli arayışında qeyd olunan xx.xx.1996-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək Lənkəran rayon X4 dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx"ASC-nin istənilən filialına müraciət etməyi tövsiyə olunur. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********630500 nömrəli məktubunda qeyd edilmişdir ki, baza məlumatlarına əsasən “Lənkəran Rayon X17”nin xx.xx.1999-cu il tarixində ********* (9 rəqəmli) VÖEN alması barədə məlumat aşkar edilmişdir. Veıgi ödəyicilərinin inventarlaşması ilə əlaqədar “Lənkəran Rayon X17”nin 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət etməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-200459/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi attestatın surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1979cu il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 20 il 9 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək olan 20 il 9 gün sığorta stajına uyğun olaraq 18546,08 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi attestatın surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 20 il 9 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək olan 20 il 9 gün sığorta stajına uyğun olaraq 18546,08 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********971700 nömrəli məktubunda qeyd edilmişdir ki, baza məlumatlarına əsasən “Lənkəran Rayon X17”nin xx.xx.1999-cu il tarixində ********* (9 rəqəmli) VÖEN alması barədə məlumat aşkar edilmişdir. Vergi ödəyicilərinin inventarlaşması ilə əlaqədar “Lənkəran Rayon X17”nin 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət etməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirik ki, arxiv və uçot-baza məlumatlarına əsasən "xxxx" ASC adında hüquqi şəxsin (VÖEN: **********) xx.xx.1997-ci il tarixli 1074 nömrəli sərəncama əsasən ünvan 1i ünvanında yerləşən Lənkəran rayon “Kəndtəsərrüfatıkimya” birliyinin bazasında yaradılması, xx.xx.2017-ci il tarixdə 10 rəqəmli VÖEN alması, hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olması və rəhbərinin X7 olması barədə məlumatlar mövcüddur. İş materiallarında olan X16 ASC-nin məhkəməyə ünvanladığı arayışından görünür ki, İddiaçı həqiqətən 1979-cu ildən Lənkəran Rayon X10 mexanizator vəzifəsində işə qəbul edilmişdir. 1996-cı ildən X17 Səhmdar Cəmiyyətə çevrildikdən sonra İddiaçı burada əmrlə traktor və qoşqu üzrə mexanizator vəzifəsində icarə əsasında hər ay icarə haqqını ödəməklə 2009-cu il daxil olmaqla çalışmışdır. 2010-cu ildə İddiaçı səhhətilə əlaqədar traktorçu vəzifəsindən azad edilərək ehtiyat traktorçu ştatına keçirilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən 20 il 9 gün sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2023-cü il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.2009cu il tarixədək olan dövrün sığorta stajına daxil edilməsinin mümkün olmaması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər üç əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması və xx.xx.2023-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasına və təqdim edilən sənədlərə nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.2009-cu il tarixədək müxtəlif idarələrdə çalışmışdır. İddiaçının təhsil dövrü, hərbi xidmət dövrü və əmək kitabçasında qeyd edilən dövrlər ümumilikdə 20 il 9 gün təşkil edir və qeyd edilən müddət inzibati orqan tərəfindən mübahisələndirilməmiş, sığorta stajı kimi iddiaçının iş stajına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran bir arqumentlər, onun xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Lənkəran X10 işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən Lənkəran X10 işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən sənəd kimi arayış təşkil edir. Digər bir arqument isə müəssisədə işlədiyi dövrlə bağlıdır ki, həmin müəssisədə isə qəbul edilməsini əks etdirən sənəd qismində əmək kitabçası və arayış çıxış edir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında və arayışda olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında və arayışda göstərilən qeydlər mötəbər hesab olunur. Həmçinin iddiaçı mübahisəli dövr kimi hesab olunan işlədiyi illrlə bağlı müəssisənin arayışın və digər sənədləri məhkəməyə təqdim etmişdir ki, həmin sənədlər cavab tərəfindən mübahisə predmeti olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən əsas arqument Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrün sığorta stajına daxil edilməməsi olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2- 1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Lənkəran rayon X11 xx.xx.2016-cı il tarixli, 06 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-cı il tarixdən Lənkəran rayon X12 traktorist vəzifəsinə işə qəbul edilmiş və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995-ci il tarixli, 436 saylı, Azərbaycan Kimya Birliyinin xx.xx.1995-ci il tarixli, 82 saylı və xx.xx.1995-ci il tarixli, 92 saylı əmrlərlə birlik və kimyəvi bazaları yeni strukturu ilə əlaqədar Lənkəran rayon X11 xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdə Lənkəran rayon X11 yeni strukturu ilə əlaqədar birliyə traktorist vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2009-cu il tarixədək həmin birlikdə işləmişdir. Arayış İddiaçı əmək kitabçasındakı qeydlərinə, Lənkəran rayon X11 əmr kitabına və İddiaçı verilmiş yük nəqliyyatı üçün yol vərəqələrinə əsasən tərtib edilmişdir. Lənkəran rayon X17 xx.xx.2015-ci il tarixdən özəlləşdirilərək Lənkəran rayon X9 ATSC-yə çevirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********630500 nömrəli məktubunda qeyd edilmişdir ki, baza məlumatlarına əsasən “Lənkəran Rayon X17”nin xx.xx.1999-cu il tarixində ********* (9 rəqəmli) VÖEN alması barədə məlumat aşkar edilmişdir. Veıgi ödəyicilərinin inventarlaşması ilə əlaqədar “Lənkəran Rayon X17”nin 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət etməsi barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-200459/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi attestatın surətinə əsasən 01,09.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 20 il 9 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək olan 20 il 9 gün sığorta stajına uyğun olaraq 18546,08 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi attestatın surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 20 il 9 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək olan 20 il 9 gün sığorta stajına uyğun olaraq 18546,08 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********971700 nömrəli məktubunda qeyd edilmişdir ki, baza məlumatlarına əsasən “Lənkəran Rayon X17”nin xx.xx.1999-cu il tarixində ********* (9 rəqəmli) VÖEN alması barədə məlumat aşkar edilmişdir. Vergi ödəyicilərinin inventarlaşması ilə əlaqədar “Lənkəran Rayon X17”nin 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət etməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirik ki, arxiv və uçotbaza məlumatlarına əsasən "xxxx" ASC adında hüquqi şəxsin (VÖEN: **********) xx.xx.1997-ci il tarixli 1074 nömrəli sərəncama əsasən ünvan 1i ünvanında yerləşən Lənkəran rayon “Kəndtəsərrüfatıkimya” birliyinin bazasında yaradılması, xx.xx.2017-ci il tarixdə 10 rəqəmli VÖEN alması, hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olması və rəhbərinin X7 olması barədə məlumatlar mövcüddur. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi “Lənkəran Rayon X17” fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən “Lənkəran Rayon X17”nin xx.xx.1999-cu il tarixində ********* (9 rəqəmli) VÖEN alması barədə məlumat aşkar edilmişdir. Vergi ödəyicilərinin inventarlaşması ilə əlaqədar “Lənkəran Rayon X17”nin 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət etməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirik ki, arxiv və uçot-baza məlumatlarına əsasən "xxxx" ASC adında hüquqi şəxsin (VÖEN: **********) xx.xx.1997-ci il tarixli 1074 nömrəli sərəncama əsasən ünvan 1i ünvanında yerləşən Lənkəran rayon “Kəndtəsərrüfatıkimya” birliyinin bazasında yaradılması, xx.xx.2017-ci il tarixdə 10 rəqəmli VÖEN alması, hazırda fəaliyyətinin dayandırılmışdır. Eləcə də, iddiaçı tərəfindən müəssisə də işləməsini təsdiq bir sıra sübutlarıda məhkəməyə təqdim etmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı tərəfindən məhkəməyə təqdim edilən məlumatlara, sənədlərə və haqq hesab cədvəllərinə əsasən müəssisə tərəfindən 1996-cı il, 1997-ci il, 1998-ci il, 1999-cu il və 2000-ci il tarixləri üzrə müvafiq ödənişlər ödənilmişdir. Belə ki, müəssisə fəaliyyətdə olmuşdur. İnzibati orqan tərəfindən İddiaçı mübahisəli iş stajı yalnız müəəsisə tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində ödnişlərin edilməməsi ilə bağlı olmuşdur ki, həmin ödənişlərin ödənilməməsi iddiaçının səhvindən və ya günahından olmamışdır. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında və arayışlarda göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.2006-cı ilə kimi işlədiyi illəri onun sığorta stajına daxil edir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İddiaçının xx.xx.2006-ci il tarixdən sonraki dövr stajı üzrə məcburi dövlət sosial sığorta stajlarının ödənilmədiyi müəyyən edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməməlidir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı “xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı “xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1152/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1152/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver