Məhkəmə qərarları › İş №2-1(120)-1153/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1153/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1153/2024 23.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı X6 və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-4018/203 nömrəli qərarın ləğv edilməsi və iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş G00100629LYG nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 dekabr 2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri Hissə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-4018/203 nömrəli qərarın ləğv edilməsi və iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş G00100629LYG nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3788/2023 nömrəli qərardadı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3788/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək iddia tələbinə “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-4018/203 nömrəli qərarın ləğv edilməsi və iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş G00100629LYG nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xəsarət aldıqdan sonra AR Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası xx.xx.2017-ci il tarixli Qərarı ilə onun xəsarətinə "hərbi travma və hərbi xidmət vəzifələrini yerinə yetirərəkən alınmış travma” diaqnozu qoymaqdan imtina etdiyindən məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5571/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli Qərarı ilə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə ona xx.xx.2003-cü il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı "sağ gözün bayır tərəfinin və alın nahiyəsində sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara” travmasına "hərbi travmadır, hərbi xidmət vəzifələrini X5” diaqnozu təyin etmək vəzifəsi qoyulmuşdur. Bundan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarı ilə aldığı travmaya “hərbi travmadır, hərbi xidmət vəzifələrini X5” diaqnozu qoyulmuşdur. Nəticədə xx.xx.2017-ci il tarixdən etibarən ona İİ dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə yenidən müayinədən keçmiş və ona xx.xx.2023-cü il tarixədək 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Bu müddətdə onun səhhəti getdikcə pisləşdi. Aldığı kəllə-beyin travması öz fəsadlarını verdi. Ürək damarları şəkərin təsirindən tutuldu və o, açıq ürək əməliyyatı keçirib. Ürəyinin üç damarı dəyişdirildi. 08 yanvar 2023-cü il tarixindən etibarən ona əlilliyə görə pensiyanın ödənilməsi dayandırılmışdır. Halbuki, ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində yoxlama aparan zaman sistem məlumatlarına əsasən TSEK-in xx.xx.2023-cü il tarixli qərarı ilə ona yenidən müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Bunu ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron sistemindən əldə etmiş, sosial arayışlar da təsdiq edir. Həmin arayışlara əsasən, X12 əlilliyini təsdiq edən vəzifəli şəxs olaraq ona komissiyanın qərarına əsası İİ dərəcəli müddətsiz əlillik təyin edilməsi aşkar şəkildə görsənir. Lakin, bu müddət sonra əlilliyin sonuncu təyininə dair qərar mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış və ona təyin edilmiş əlillik statusu və pensiya dayandırılmışdır. Bundan sonra X4 xx.xx.2023-cü il tarixli T00069608SNİ nömrəli göndərişi əsasında ona əlillik dərəcəsinin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilmişdir. Heç bir əyani müayinə və ya yoxlama həyata keçirilmədən TSEK-in qərarına əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Növbəti olaraq X4 G00100629LYG nömrəli göndərişi əsasında ona “kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı fəsadı. Postravmatik ensefalopatiya - tez-tez qıcolma tutmaları ilə. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası. AKŞ əməliyyatdan sonrakı vəziyyət. LVEF-36%” diaqnozu qoyularaq barəsində məlumatlar cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Eləcə də yanaşı xəstəlik olaraq ona “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ, ağır dərəcə, insulin tələbi ilə” diaqnozu qoyulmuşdur. X4 xx.xx.2023-cü il tarixli göndərişində - T00069608SNİ- də qeyd olunan Salyan Rayon Mərkəzi Xəstəxanasının exomüayinə aktında ürəyinin atım fraksiyası LVEF 36 faiz göstərilib. İkinci göndərişdə-xx.xx.2023-cü il tarixli G00100629LYG- də atım fraksiyası yenə də 36 faiz göstərilib. 30.06 2023-cü il tarixdə o, yenidən edilmiş Exo müayinə zamanı atım fraksiyası 38 faiz olub. DTSERA-nın ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda isə onun ürəyinin atım fraksiyası süni surətdə şişirdilərək 58 faiz göstərilib. Bu da onu göstərir ki, DTSERA-nın Tibbi Sosial Ekspertiza Komissiyası onun əlillik statusunun verilməməsi məqsədilə müayinə nəticələrini süni surətdə şişirtmişdir və reallığı əks etdirmir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının G00100629LYG nömrəli göndərişi əsasında yenidən xx.xx.2023-cü il tarixdə əyani müayinəyə getmişdir. Həmin gün də barəsində səthi və başdansovdu olaraq keçirilmiş “əyani müayinə”-nin nəticələri ona açıqlanmamışdır. Lakin, sonradan cavabdeh tərəfindən ona ünvanlanmış və 05 iyul 2023-cü il tarixli məktub EİS-də olan şəxsi kabinetinə yerləşdirilmiş cavab məktubunda qeyd edilir ki, guya əyani müayinə zamanı xəstəliyinin dinamikasında pisləşmə izlənməmiş, əlillik təyinatına əsas verən nevroloji pozuntu, tənəffüs çatışmazlığı, şəkərli diabet xəstəliyinin ağırlaşması müəyyən edilməmişdir. Eləcə də EXOKQ nəticələrinə, anamnestik məlumatlar və digər instrumental-laborator müayinələr əsasən barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Həmçinin, xx.xx.2023-cü ildə də X7 sədrinin qəbulunda olmağına baxmayaraq, yenə də ona əlilliyin təyin olunmasından imtina edilmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə cavabdeh “diaqnoz əlillik əlaməti təyin etmir" əsas ilə ona əlilliyin təyin edilməsindən imtina etmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixdə pozulmuş hüquqlarının bərpası üçün Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında AR ƏƏSM nazirinin müavinin qəbulunda olarkən şəkərli diabet və hipertoniya xəstəsi olduğundan vəziyyəti ağırlaşmış və təcili tibbi yardıma müraciət edilməsi zərurəti yaranmışdır. Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili və X13 Stansiyasının xx.xx.2023-cü il tarixli 38 nömrəli arayışı da bu faktı təsdiq edir. Hesab edir ki, ona qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndinə uyğun gəlir. Belə ki, həmin bənd “kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi” nəticəsində səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edir. Eləcə də əlində olan tibbi müayinə sənədləri, epikrizlər, xəstəlik kitabçasından çıxarışlar, tibb müəssisələrinin arayışları, diabet xəstəsi kimi qeydiyyatda olmağı ilə bağlı sənədlər və s. sübut edir ki, xəstəliyi sağalmamışdır və hələ də davam etdiyindən ona əlillik təyin edilməsi üçün kifayət qədər əsaslar var. Eləcə də həmin tibbi sənədlərdə olan tibbi müayinə nəticələri ilə cavabdehin ona ünvanlandığı imtina məktubunda olan tibbi göstəricilər arasında əsaslı fərqlər mövcuddur. Bu da cavabdeh tərəfindən əslində heç bir əyani müayinənin keçirilmədiyini, formal olaraq cavab məktubu göndərildiyini və cavab məktubunda qeyd edilən halların heç bir faktiki və ya əyani müayinənin nəticəsi olmadığını sübut edir. Beləliklə də cavabdehin "diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə ona əlilliyin təyin edilməsindən imtina etməsini qanunsuz hesab edir və hüququnun pozulması kimi qiymətləndirir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 24 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 14. Şirvan şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 228 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ gözün bayır tərəfində və alın nahiyəsində səthi sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara." diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X5” kimi və “Şəkərli diabet. Hər iki ətrafların xroniki xorası. Hipertoniya xəstəliyi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, yaddaşsızlıq, yuxusuzluq, əsəbilik, təngnəfəslik, zəif görmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 5 ay bundan qabaq açıq ürək əməliyyatı keçirdiyini, şəkərli diabet və yüksək arterial təzyiqdən əziyyət çəkdiyini qeyd etmiş, aşağı və yuxarı ətraflarında keyimə, əllərində şişkinlik olduğunu bildirmişdir. Müayinə zamanı aşağı ətraflarda ön tibial arteriyada nəbz dolğun qeydə alınmış, periferiyalar soyuq, aşağı ətraflarda ödem izlənilməmiş, səthi hissiyat zəifləmiş, hərəkətlər tam həcmdə olmuşdur. Ürəyin auskultasiyasi zamanı ürək tonları karlaşmış, xəstədə yüngül hərəkət zamanı təngnəfəslik müşahidə edilmişdir. Komissiyaya dəvət olunmuş həyat yoldaşının verdiyini anamnestik məlumatlara əsasən “Qıcolmaları olur, tutma zamanı şəkəri həddindən artıq yüksək olduğunu” ifadə etmiş olsa da, vətəndaş özü epitutmalar haqqında şikayət bildirməmiş, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğaları təqdim olunmamışdır. Medistyle Hospitalının xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Elektrofiziolöii göstəricilər aksonal degenerasivalı sensomotor polinevropativa lehinə dəyərləndirilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Epikrizdə diaqnoz “Ürəyin atercsklerotik xəstəliyi. Aorta koronar suntlama əməliyyatından sonrakı vəziyyət. Esserısial (birincili) hipertenziva. İnsulindən asılı olmayan şəkərli diabet digər dəgigləşdirilmiş ağırlaşmalarla” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Şirvan ŞMX Funksional Diaqnostika kabinetinin xx.xx.2023-cü il tarixli Tredmil-Test müayinəsinin nəticəsi V+). Müsbətdir” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2023-cü il tarixdə aparılmış Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKS əməliyyatından sonraki vəziyyət (2022). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun hipertrofivası (1.4sm). Sol mədəcivin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu geyd olunmur sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitraİ papağlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sirıus taxikardiyası fonunda aparıldı (HR=101)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Biokimyəvi analizin nəticəsi “Kreatinin (panda) 95 mkmol/l (Norma 53-97 mkmol/l” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi "OU-Baslanoıc katarakta. QPDR. VİS QU=0.3 k/e” kimi qeyd olunmuşdur. Hərbi şəhadətnamədə Hərbi xidmət dövrü ilə əlaqədar qeyd olunmuş xəstəliyin müalicə potensialı tükənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”na müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) verinə yetirməklə əlaqədar Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş. Hərbi xidmət dövrü ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 25 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 6. Şirvan şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. (ESDAS 3- 17-4/3-1-9456/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 228 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ gözün bayır tərəfində və alın nahiyəsində səthi sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X5” kimi və “Şəkərli diabet. Hər iki ətrafların trofiki xorası. Hipertoniya xəstəliyi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Hərbi biletində 2009-cu ildə Hərbi xidməti başa çatdığı üçün ehtiyata buraxılması məlumatı qeyd edilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin basaqrıları, yaddaşsızlıq, yuxusuzluq, əsəbilik, təngnəfəslik. zəif görmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 5 ay bundan qabaq açıq ürək əməliyyatı keçirdiyini, şəkərli diabet və yüksək arterial təzyiqdən əziyyət çəkdiyini qeyd etmiş, asağı və yuxarı ətraflarında keyimə, əllərində şişkinlik olduğunu bildirmişdir. Müayinə zamanı asağı ətraflarda ön tibial arteriyada nəbz dolğun qeydə alınmış, periferiyalar soyuq, asağı ətraflarda ödəm izlənilməmiş, səthi hissiyat zəifləmiş, hərəkətlər tam həcmdə olmuşdur. Ürəyin auskultasiyasi zamanı ürək tonları karlaşmış, xəstədə yüngül hərəkət zamanı təngnəfəslik müşahidə edilmişdir. Komissiyaya dəvət olunmuş həyat yoldaşının verdiyi anamnestik məlumatlara əsasən "Qıcolmaları olur, tutma zamanı şəkəri həddindən artıq yüksək olduğunu” ifadə etmiş olsa da, vətəndaş özü epitutmalar haqqında şikayət bildirməmiş, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğaları təqdim olunmamışdır.” kimi qeyd olunmuş, Əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, yaddaşsızlıq, təngnəfəslik, yuxusuzluqdan şikayətlənmişdir. Vətəndaşın müayinəsi zamanı dinamikada pisləşmə izlənməmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji pozuntu, tənəffüs çatışmazlığı, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkar edilməmişdir. Medistyle Hospitalının xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloii göstəricilər aksonal deqenerasiyalı sensomotor polineyropativa lehinə dəyərləndirilir kimi qeyd olunmuş, klinik olaraq təsdiqlənməmişdir. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz “Ürəyin xroniki işemik xəstəliyi” kimi qeyd edilmişdir. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Epikrizində diaqnoz “Ürəyin aterosklerotik xəstəliyi. Aorta koronar suntlama əməliyyatından sonrakı vəziyyət. Essensial (birincili) hipertenziya. insulindən asılı olmayan şəkərli diabet digər dəqiqləşdirilmiş ağırlaşmalarla” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixdə aparılmış Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKS əməliyyatından sonraki vəziyyət (2022). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun hipertrofiyası (1.4sm). Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu aevd olunmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Aorta və Mitral qapaqlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=101)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar" kimi müəyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmiş, cavabdehin və 3-cü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 və onun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdirlər. Əsaslanırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan: X19 Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası X19 Sosial Müdafiəsi Nazirliyindən daxil olan məktubunuza Nazirliyin X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının T00069608SNİ nömrəli göndərişi və müraciətiniz əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmusunuz. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı, hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən isə müalicənin davam etdirilməsi qərarı qəbul edilmişdir. Diqqətinizə çatdırırıq ki, əlilliyin təyin olunması üçün saxta sənəd hazırlamaq və istifadə etmək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi, vəzifəli şəxslərə rüşvət vermək, həmin Məcəllənin 312-ci maddəsi, dələduzluq yolu ilə vətəndaşları aldatmağa cəhd etmək isə Məcəllənin 178-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Sonrakı dövrdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının G00100629LYG nömrəli göndərişi və müraciətiniz əsasında Siz xx.xx.2023-cü ildə Agentlikdə yenidən əyani müayinə olunmuşunuz. Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Sizə xx.xx.2017-ci il tarixli 228 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Sağ gözün bayır tərəfində və alın nahiyəsində səthi sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X5” kimi və “Şəkərli diabet. Hər iki ətrafların trofiki xorası. Hipertoniya xəstəliyi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Müayinə zamanı dinamikada pisləşmə izlənməmiş, əlillik təyinatına əsas verən nevroloji pozuntu, tənəffüs çatışmazlığı, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkar edilməmişdir. Agentlikdə keçirilən ExoKQ müayinəsinin (Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozuntusu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Perikard təmizdir), aşağı ətraf damarlarının doppler müayinəsinin (“Magistral tipli trifazik və bifazik axınlar”) nəticələrinə, anamnestik məlumatlar və digər instrumental-laborator müayinələrə əsasən barənizdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Bildiririk ki, Siz xx.xx.2023-cü ildə X7 sədri tərəfindən qəbul edilmiş və Sizə əlillik vəziyyətinin qiymətləndirilməsi barədə ətraflı məlumat verilmişdir. Gələcəkdə səhhətinizdə ağırlaşmalar əmələ gələrsə, dövlət tibb müəssisəsi tərəfindən tibbi göstəriş olarsa yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, sağlamlıq vəziyyətinizin əlillik səviyyəsində olub-olmaması məsələsinə mövcud qanunvericiliyə uyğun baxılacaqdır. Müraciətiniz ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə; “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərsiniz; Qeydiyyatda olduğunuz ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərsiniz. Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Yuxarıda göstərilən mənbələrdən aldığınız məlumatlar Sizi qane etmədiyi təqdirdə iş günləri ərzində www.dtsera.gov.az saytından “online növbə” əldə etməklə ünvan 1 ünvanına qəbul üçün müraciət etməyiniz tövsiyə olunur. Elektron alt sistemində mövcud olan sosial arayışda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli müayinə zamanı X3 hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixli müayinə zamanı X3 hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 228 nömrəli qərarında qeyd edilmişdir ki, Əli-Bayramlı RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və xx.xx.2003-cü ildə Salyan rayon mərkəzi xəstəxanasında ambulator müayinə və müalicə olunduğu travma- diaqnoz: “Sağ gözün bayır tərəfində və alın nahiyyəsində səthi sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara" (Vətəndaşın xx.xx.2017-ci il tarixli ərizəsi, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) X5" xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə kimi Neftçala rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Şəkərli diabet. Hər iki ətrafların trofiki xorası. Hipertoniya xəstəliyi ” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 407 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 37 nömrəli arayışı, Neftçala rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.2007-ci il tarixli çıxarış epikrizi, Neftçala rayon mərkəzi xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 63 nömrəli məktubu, ambulator xəstələrin tibbi kartasından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5571/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı "Sağ gözünün bayır tərəfin və alın nahiyyəsində səthi sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara" travması "Hərbi Travmadır, Hərbi Xidməti Vəzifələrini X5" kimi təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. X19 Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-2171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 24 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 14. Şirvan şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017ci il tarixli 228 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ gözün bayır tərəfində və alın nahiyəsində səthi sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X5” kimi və “Şəkərli diabet. Hər iki ətrafların xroniki xorası. Hipertoniya xəstəliyi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, yaddaşsızlıq, yuxusuzluq, əsəbilik, təngnəfəslik, zəif görmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 5 ay bundan qabaq açıq ürək əməliyyatı keçirdiyini, şəkərli diabet və yüksək arterial təzyiqdən əziyyət çəkdiyini qeyd etmiş, aşağı və yuxarı ətraflarında keyimə, əllərində şişkinlik olduğunu bildirmişdir. Müayinə zamanı aşağı ətraflarda ön tibial arteriyada nəbz dolğun qeydə alınmış, periferiyalar soyuq, aşağı ətraflarda ödem izlənilməmiş, səthi hissiyat zəifləmiş, hərəkətlər tam həcmdə olmuşdur. Ürəyin auskultasiyasi zamanı ürək tonları karlaşmış, xəstədə yüngül hərəkət zamanı təngnəfəslik müşahidə edilmişdir. Komissiyaya dəvət olunmuş həyat yoldaşının verdiyini anamnestik məlumatlara əsasən "Qıcolmaları olur, tutma zamanı şəkəri həddindən artıq yüksək olduğunu” ifadə etmiş olsa da, vətəndaş özü epitutmalar haqqında şikayət bildirməmiş, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğaları təqdim olunmamışdır. Medistyle Hospitalının xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Elektrofizioloii göstəricilər aksonal degenerasiyalı sensomotor polinevropativa lehinə dəyərləndirilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Epikrizdə diaqnoz “Ürəyin aterosklerotik xəstəliyi. Aorta koronar suntlama əməliyyatından sonrakı vəziyyət. Essensial (birincili) hipertenziya. İnsulindən asılı olmayan şəkərli diabet digər dəqiqləşdirilmiş ağırlaşmalarla” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Şirvan ŞMX Funksional Diaqnostika kabinetinin xx.xx.2023-cü il tarixli Tredm - Test müayinəsinin nəticəsi “(+). Müsbətdir” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2023-cü il tarixdə aparılmış Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKS əməliyyatından sonra- vəziyyət (2022). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun hipertrofiyası (1.4sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu qeyd olunmur* sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=101)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Biokimyəvi analizin nəticəsi “Kreatinin (qanda) 95 mkmol/l (Norma 53-97 mkınol/l” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-Başlanğıc katarakta. QPDR. VİS OU=0.3 k/e” kimi qeyd olunmuşdur. Hərbi şəhadətnamədə Hərbi xidmət dövrü ilə əlaqədar qeyd olunmuş xəstəliyin müalicə potensialı tükənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”na müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş, Hərbi xidmət dövrü ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. X19 Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-4018/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 25 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 6, Şirvan şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. (ESDAS 3- 17-4/3-1-9456/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 228 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ gözün bayır tərəfində və alın nahiyəsində səthi sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X5” kimi və “Şəkərli diabet. Hər iki ətrafların trofiki xorası. Hipertoniya xəstəliyi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Hərbi biletində 2009-cu ildə Hərbi xidməti başa çatdığı üçün ehtiyata buraxılması məlumatı qeyd edilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, yaddaşsızlıq, yuxusuzluq, əsəbilik, təngnəfəslik, zəif görmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 5 ay bundan qabaq açıq ürək əməliyyatı keçirdiyini, şəkərli diabet və yüksək arterial təzyiqdən əziyyət çəkdiyini qeyd etmiş, asağı və yuxarı ətraflarında keyimə, əllərində şişkinlik olduğunu bildirmişdir. Müavynə zamanı asağı ətraflarda ön tibial arteriyada nəbz dolğun qeydə alınmış, periferiyalar soyuq, asağı ətraflarda ödem izlənilməmiş, səthi hissiyat zəifləmiş, hərəkətlər tam həcmdə olmuşdur. Ürəyin auskultasiyasi zamanı ürək tonları karlaşmış, xəstədə yüngül hərəkət zamanı təngnəfəslik müşahidə edilmişdir. Komissiyaya dəvət olunmuş həyat yoldaşının verdiyi anamnestik məlumatlara əsasən "Qıcolmaları olur, tutma zamanı şəkəri həddindən artıq yüksək olduğunu” ifadə etmiş olsa da, vətəndaş özü epitutmalar haqqında şikayət bildirməmiş, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğaları təqdim olunmamışdır.” kimi qeyd olunmuş, Əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, yaddaşsızlıq, təngnəfəslik, yuxusuzluqdan şikayətlənmişdir. Vətəndaşın müayinəsi zamanı dinamikada pisləşmə izlənməmiş, əlillik təyinatına əsas verə biləcək.nevroloji pozuntu, tənəffüs çatışmazlığı, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkar edilməmişdir. Medistyle Hospitalının xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər aksonal deqenerasiyalı sensomotor polinevropatiya lehinə dəyərləndirilir” kimi qeyd olunmuş, klinik olaraq təsdiqlənməmişdir. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz “Ürəyin xroniki işemik xəstəliyi” kimi qeyd edilmişdir. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Epikrizdə diaqnoz “Ürəyin aterosklerotik xəstəliyi. Aorta koronar suntlama əməliyyatından sonrakı vəziyyət. Essensial (birincili) hipertenziya. İnsulindən asılı olmayan şəkərli diabet digər dəqiqləşdirilmiş ağırlaşmalarla" kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixdə aparılmış Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKS əməliyyatından sonrakı vəziyyət (2022). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun hipertrofiyası (1.4sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur sistolik funksiya azalmayıb (LVEF=58%). Aortaİ və Mitral qapaqlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=101)’’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmişdir. Hazırda əliliik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı Sağlamlıq mərkəzinin epikrizindən müəyyən olunur ki, İddiaçı əsas xəstəlik- 125.1-Ürəyin aterosklerotik xəstəliyi, aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər- İ10- Essensial(birincili) hipertenziya. Yanaşı xəstəliklər- E11.6- İnsulindən asılı olmayan şəkərli diabet digər dəqiqləşdirilmiş ağırlaşmalarla. Bakı Sağlamlıq mərkəzinin xx.xx.2022-ci il tarixli əməliyyat protokoluna əsasən İddiaçı barəsində diaqnoz ürəyin xroniki işemik xəstəliyi olmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “İnzibati İcraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması deməkdir. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının X19 Sosial MüdafiəsiNazirliyinin (bundan sonra – Nazirlik) X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik)tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və "Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddətAgentliktərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən X4 G00100629LYG nömrəli göndərişi əsasında diaqnoz “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı fəsadı. Postravmatik ensefalopatiya- tez-tez qıcolma tutmaları ilə. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası. AKŞ əməliyyatından sonrakı vəziyyət. LVEF-58%” kimi müəyyən edilmişdir. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Etirazda mübahisə edilən məqamlardan biri məhkəmənin inzibati orqanın fəaliyyətinə müdaxiləsi ilə bağlıdır. Qeyd edilir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparılaraq əlilliyin qiymətləndirilməsindən imtina edilmiş, imtinanın əsası olaraq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas vermədiyi qeyd edilmişdir.Məhkəmə oxşar işlər üzrə formalaşmış mövqeyə istinad edərək qeyd edir ki,iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməli, əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarların”da göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin aparılması üçün cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının məhkəmə qərardadı ilə təyin edilmiş əyani müayinəsi zamanı qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Yevlax şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin G00100629LYG nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 479/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1972-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.3.Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin,Y.F.Zülfüqarovun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli G00100629LYG №- li Forma 088 saylı göndərişində qeyd edilmiş “Əsas diaqnoz: S06-Kəllədaxili travma. Keçirilmiş QKBT-nın davamlı fəsadı. Posttravmatik ensefalopatiya tez-tez qıcolma tutmaları ilə. Yanaşı xəstəliklər: E 11.7- İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ ağır gedişli, insulin tələbi ilə. İ11.O-(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi). Arterial hipertoniya İİİ mərhələ, İİİ əlavə risk; İ50-Ürək çatışmazlığı. XQDÇ İİ mərhələ. Ekstrasistolik aritmiya. G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya. Diabetik ensefalopatiya; H 35.O-Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. OU-Diabetik retinopatiya. H43.3- Şüşəyəbənzər cismin digər bulanmaları. OU-Şüşəvari cismin bulanmaları; G63.2*- Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü A işarəsi ilə). Diabetik polinevropatiya; İ73- Periferik damarların digər xəstəlikləri. Aşağı ətrafların diabetik angiopatiyası; İ20.8-Stenokardiyanın digər formaları. ÜİX Gərginlik stenokardiyası İİİ f.s. AKŞ əməliyyatından sonrakı vəziyyət. F48.0- Nevrasteniya Kəskin asteno-nevrotik vəziyyət” diaqnoz ona xəstəxanada anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilsə də və o, şəxsin əyani müayinəsi zamanı baş ağrıları, əsəbilik, yaddaşsızlıq, təngənəfəslik, yuxsuzluqdan şikayətlənmiş, xəstəliyin dinamikada pisləşmə izlənməmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji pozuntu, tənəffüs çatmamazlığı, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkar edilməmiş, DTSERAda aşağı ətraf arteriyalarının doppleroqrafiyasında “Magistral tipli axınlar” kimi müəyyənləşdirilmiş, hazırda əlillik təyinatına əsas verə biləcək patoflunksional pozuntular aşkarlanmamışdır. 2. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının X19 Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. İddiaçı Y.F.Zülfüqarovun “əsas xəstəliyi: Kəllədaxili travma. Keçirilmiş Qapalı kəllə beyin travması”, xəstəliyin ağırlaşması isə “Posttravmatik ensefalopatiya tez-tez qıcolma tutmaları ilə” dır. Belə xəstəliklərə düçar olmuş şəxslər sahə poliklinikasında nevroloqun qeydiyyatında olurlar. Xəstəliklər tam reablitasiya olunmurlar. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar Y.F.Zülfüqarovun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı rəydə hər hansı əsaslandırma, təhlil aparılmadan, şəxsdə həmin diaqnozun əlamətlərini təkzib edən dəlillərə və ya diaqnostik və ya instrumental müayinənin nəticələrinə istinad etmədən ümumi ifadələrlə şəxsin xəstəliyinin əlillik təyin etmədiyi bildirilmişdir. Məhkəmə ekspert rəyinin əsaslandırılmadığına görə ona tənqidi yanaşaraq rəylə razılaşmır və hesab edir ki, həmin rəy mötəbər sayıla bilməz. Bundan sonra məhkəmənin 2-1(120)-1153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə suallara cavab verilməklə mütəxəssis rəyi verilməsi "Respublika Neyrocərrahiyyə Xəstəxanası" X14 tapşırılmışdır. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X18 "Respublika Neyrocərrahiyyə Xəstəxanasi" X15 Xəstə İddiaçı Klinik-Nevroloji, instrumental müayinənin nəticələrinə görə həkim neyrocərrahın rəyində qeyd edilmişdir ki, Qısa anamnez: Xəstənin deməsinə görə 2003-cü ildə travma aldıqdan sonra (avtoqəza) qıcolma tutmalarından əziyyət çəkir. Bu səbəbdən nevroloq müalicələri alıb, antiepileptik preparatlar qəbul edir (depokin-xrono, finlepsal, klonozepan). Periodik qıcolma tutmalarının olduğunu və travmalar aldığını qeyd edir. Xəstənin xx.xx.2024-cü il tarixli KT müayinəsində sol daxili kapsulanın ön budunda, sol quyruqlu nüvənin başında qliotik ocaqlar, beyində kortikal atrofiya izlənilir. xx.xx.2024-cü il tarixində icra edilmiş EEQ müayinədə paroxizmal dalğalar izlənilir. Klinik müayinə zamanı: əsəbi gərginlik, yaddaş pozulması, psixi aqressiya, emosionallıq izlənilir. xx.xx.2024-cü il tarixində icra edilmiş EEQ müayinədə frontal payda (alın payında -F1- F2) patoloji Teta dalğaları izlənilir. Beyinin orta strukturlarında fotostimulyasiya zamanı pik sıçrayışlar izlənilir. xx.xx.2024-cü il tarixli Kranial Kompüter tomoqrafiya rriüayinəsi - Sağ daxili kapsula ön buynuzunda qlioz ocaq izlənilir. Serebral kortikal atrofiya izlənilir. Sağ təpə nahiyədə dəri altı 4 mm yad cisim izlənilir. 19.1.2024-cü il tarixində EEQ müayinəsində frontal payda (alın payında -F1-F2) patoloji Teta dalğaları izlənilir. Beyinin orta strukturlarında fotostimulyasiya zamanı pik sıçrayışlar izlənilir. xx.xx.2024-cü il tarixində icra edilmiş EEQ müayinədə Ənsə-təpə-arxa gicgah bölgələrində paroksizmal (kəskin dalğa kimi) qeydə alınır. Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-1153/2024 nömrəli iş üzrə 24 oktyabr 2024-cü il tarixli qərardadına əsasən iş üzrə mütəxəssis rəyi verilməsi ilə bağlı verilmiş suallar aşağıdakı kimi cavablandırılır: Birinci sual üzrə: Əsas xəstəliklər (XBT), T90.5 - Keçirilmiş travmadan sonrakı vəziyyət, G40.0 - Epilepsiya (qıcolma tutması), F48.0 - Asteno-nevrotik sindrom, F 43.1 - Posttravmatik Əsəbi gərginlik (stress pozuntusu), Yanaşı xəstəlik E10.2 - Şəkərli diabet, 125.1 - ÜİX(ürəyin işemik xəstəliyi) və açıq ürək əməliyyatından sonrakı vəziyyət. İkinci sual üzrə: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın Diaqnostika və X16 Protokolu”na əsasən, post travmatik və ya anadangəlmə epilepsiya xəstəliyinin diaqnostikası üçün xəstə klinik nevroloji yoxlanılmalıdır, EEQ müayinə edilməlidir, Baş beyin kompüter və ya Maqnit Rezonans müayinəsi icra edilməlidir (səhifə 9, səhifəl 5) Xəstə İddiaçı bir neçə dəfə həkim müayinəsində olmuşdur (sənədlər təqdim edilib), ambulator müalicələr almış (depokin- xrono, finlepsal, klonozepan), xx.xx.2024 və 22.11,2024-cü il- tarixlərində EEQ. müayinəsi keçmişdir, xx.xx.2024-cü il tarixində Kompüter tomoqrafiya müayinəsi keçmiş və icra edilmiş müayinələrə əsasən “Posttravmatik epilepsiya” diaqnozu təsdiq edilmişdir. Üçüncü sual üzrə: Xəstənin bir neçə dəfə T90.5, F40.0, İ25. diaqnozları üzrə stasionar və ambulator müalicələr aldığına dair müvafiq xəstəxananın epikriz və ambulator çıxarış sənədləri vardır. Sənədlər təqdim edilmişdir. Dördüncü sual üzrə: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın Diaqnostika və X16 Protokol’una əsasən Posttravmatik yaranan epilepsiya xəstəliyində ağırlaşma halları mövcuddur (səhifə28), reabilitasiyası mümkün deyil, xəstəlik xronik xarakter daşıya bilər (individual-orqanizmə bağlı). Posttravmatik Epilepsiya travmadan sonra yaranan bir haldır və anadangəlmə xarakter daşımır. Xəstə İddiaçı klinik və anamneztik yoxlanılma zamanı əsəbi gərginlik, nevrostenik hallar kimi postepileptik və ya antiepileptik preparat qəbulu sonrası yaranan ağırlaşma müşahidə edilmişdir. Anamnezindən məlum olduğu qədər 2003-cü ildə aldığı travma sonrası başlayan və illərdir ki, epileptik tutmaların davam etməsini (xəstəliyin davam etməsini) nəzərə alaraq xəstəliyin anadangəlmə olmaması və xronik xarakter daşıdığı düşünülür. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: XBT üzrə əsas xəstəliklər T90.5 - Keçirilmiş travmadan sonrakı vəziyyət G40.0 - Epilepsiya (qıcolma tutması) F48.0 Asteno-nevrotik sindrom F 43.1 - Posttravmatik əsəbi gərginlik (stress pozuntusu) Yanaşı xəstəlik E10.2 - Şəkərli diabet İ25 – ÜİX (ürəyin işemik xəstəliyi) Açıq ürək əməliyyatından sonrakı vəziyyət Məhkəmə müəyyən edir ki, iddiaçıda olan xəstəliklər iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza, həkim rəyləri ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhəmə qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına XBT 10-a əsasən, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin Əlavəsində göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əsassız olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: İnzibati Prosessual Məcəllənin 2, 4.1, 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Eksperiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-4018/203 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş G00100629LYG nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh X19 Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar