Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1155/2021 23.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 16 aprel 2021-ci il tarixli, **********7 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə qarşı 1975-1989-cu illər ərzində “Jdanov” və “Şıxəkəran” sovxozlarında fəhlə kimi, 1998-2018-ci illər ərzində isə Şıxəkəran kənd orta məktəbində texniki işçi kimi işlədiyi iş illərin iş stajı kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1975-1989-cu illərdə “Jdanov” və “Şıxəkəran” sovxozlarında işlədiyi iş illərini sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olmuş, ilk əmək fəaliyyətinə 1975-ci ilin iyun ayının əvvəlində Xolmili və Şıxəkəran kəndlərində fəaliyyət göstərən “Jdanov” və “Şıxəkəran” sovxozlarında fəhlə kimi başlamışdır. “Jdanov” adına sovxozda işə qəbul olunmağına baxmayaraq bu barədə rəsmi əmr olmamış, adına əmək kitabçası yazılmamışdır. Lakin “Jdanov” adına sovxozda işlədiyi 1975-1989-cu illər ərzində mütəmadi olaraq əmək haqqı almağı həmin sovğozun əmək haqqı kitabında öz əksini tapmışdır. Azərbaycan SSR X12 əsasən 01.07.1989-cu ildə “Jdanov” adına sovxoz “M.Əzizbəyov” adına dəyişdirilmiş, 01.03.1990-cu ildə isə həmin sovxoz iki müstəqil sovxozlara ayrılmışdır ki, onlardan Çıxəkəran kəndində fəaliyyət göstərən “Şıxəkəran” sovxozu olmuşdur. “Şıxəkəran” tərəvəzçilik sovxozunun 01.03.1990-cı il tarixli, 11k nömrəli əmrinin 64-cü paraqrafına əsasən köçürmə yolu ilə həmin sovxoza fəhlə qəbul edilmişdir. 22.09.1990-cı il tarixli, 125 nömrəli əmrin 2 saylı paraqrafına əsasən 23.08.1991-ci il tarixdən analıq məzuniyyətində, daha sonra isə uşağın üç yaşınadək uzun müddətli analıq məzuniyyətində olmuş, 06.11.1995-ci il tarixli, 75 saylı əmrlə “Şıxəkəran” sovxozundan işdən azad olunmuşdur. “Jdanov” daha sonra “Şıxəkəran” sovxozlarında işlədiyini təsdiq edən arxiv sənədlərindən əlavə 1975-1981-ci və 1983-1989-cu illərdə sovxozlarda birgə işləmiş X4 və qeyriləri də təsdiq edə bilərlər. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı Fondun 7 saylı regional ərazi filialına müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin 1975-1989-cu il tarixlərdə Şıxəkəran kənd “Jdanov” adına sovxozda fəhlə işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən Fondun 7 saylı regional ərazi filialı yaşa görə əmək pensiyası təyin etməkdən əsaslı olaraq imtina etmişdir. Bundan sonra İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, Şıxəkəran kənd “Jdanov” adına sovxozda işləmiş, həmin illər arxiv arayışlarında qeyd edilmiş, bu səbəbdən sosial sığorta stajına daxil edilməlidir. İddiaçı 1975-1989-cu il tarixlərdə Şıxəkəran kənd “Jdanov” adına sovxozda işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1959-cu il -ci il tarixdə doğulmuşdur və 27.03.2021-ci il tarixdə 62 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə qadınlar üçün pensiya yaşı 62-dir) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 05.09.1998-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 31.08.1998-ci il tarixdən 01.02.2018-ci il tarixədək Şıxəkəran kənd orta məktəbində texniki işçi vəzifəsində işləmişdir. İşdə olan 09.09.1980-cı il tarixli, İİ-ЖГ 356415 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X10 09.09.1980-cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09.09.1980-cı il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. İşdə olan X9 filialının 09.02.2012-ci il tarixli, a/162 nömrəli arxiv arayışından görünür ki, Əliyeva (Abbasova) Aliyə Təyyar qızı 1975-1989-cu illərdə “Jdanov” və “Şıxəkəran” sovxozlarında işləmişdir. İşdə olan X9 filialının 09.02.2012-ci il tarixli, a/162 nömrəli arxiv arayışından görünür ki, Əliyeva (Abbasova) X1 “Jdanov” adına sovxozda 1975-ci ilin iyul ayından əmək haqqı almışdır. “Jdanov” adına sovxozun 01.03.1990-cı il tarixli, 36 nömrəli 35 paraqrafına yeni yaradılmış “Şıxəkəran” tərəvəzçilik sovxozuna fəhlə köçürülmüşdür. “Şıxəkəran” tərəvəzçilik sovxozunun 01.03.1990-cı il tarixli, 11k nömrəli əmri 64-cü paraqrafına köçürülmə yolu ilə sovxoza fəhlə qəbul edilmişdir. 22.09.1990-cı il tarixli, 125 nömrəli əmrin 2 saylı paraqrafına əsasən uşağın bir yaşı tamam olana qədər qismən ödənilən müavinət haqqı ödənilməklə 22.09.1990-cı il tarixdən 23.08.1991-ci il tarixə kimi analıq məzuniyyətində buraxılmışdır. 14.02.1992-ci tarixli, 25k nömrəli əmri 14.02.1992-ci il tarixdən 06.08.1993-cü ilə kimi uşağın üç yaşı tamam olana qədər analıq məzuniyyətinə buraxılmışdır. 06.11.1995-ci il tarixli, 75 saylı əmri ilə uzun müddət işə çıxmadığına görə işdən azad edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 16.04.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabçası olmadəğə üçün əmək pensiyası təyin etmək filialın imkan xaricindədir. Məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan X9 filialının 11.06.2021-ci il tarixli, b/168-2 nömrəli arxiv arayışından görünür ki, Əliyeva (Abbasova) X7 rayonu Xolmili kənd “Jdanov” adına sovxozda 1975- 1981, 1983-1985, 1988-1989-cu illərdə əmək haqqı almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 16.06.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 01.05.2021ci il tarixdən 25 il sosial sığorta stajı təsdiq olunduğu halda yaşa görə əmək pensiyası hüququ qazanır. (İddiaçı yaşa görə sosial müavinət alır) İddiaçı 01.01.2006-cı ilədək 17 il 7 ay sosial sığorta stajı, 01.01.2006-cı ildən sonra 12 il pensiya kapitalı mövcuddur. Cəmi stajı 29 il 7 ay təşkil edir. Mübahisəli sosial sığorta stajı 10 il 7 aydır. Vətəndaşın 01.01.1999-cu il tarixdən 28.02.2018-ci il tarixədək 19 il mübahisəsiz sığorta stajı vardır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.5-ci maddəsinə 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (arxiv arayışı) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X9 filialının 09.02.2012-ci il tarixli, a/162 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 1975-1989-cu illərdə “Jdanov” və “Şıxəkəran” sovxozlarında işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi, iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı “Jdanov” və “Şıxəkəran” sovxozlarında işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Jdanov” və “Şıxəkəran” sovxozlarında işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1155/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1155/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver