Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1155/2023 20.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 оğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Naxçıvan Dövlət Universitetinin musiqişunaslıq ixtisası üzrə qiyabi şöbəsinə köçürülməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Naxçıvan Dövlət Universitetinin musiqişunaslıq ixtisası üzrə qiyabi şöbəsinə köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-1155/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Naxçıvan Dövlət Universitetinin musiqişunaslıq ixtisası üzrə qiyabi şöbəsinə köçürülməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Naxçıvan Dövlət Universiteti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1997-ci ildə Beyləqan şəhərində doğulmuşdur. 2021-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin əyani şöbəsinin müsiqişünaslıq ixtisası üzrə bakalvr pilləsinə qəbul olmuşdur. Lakin ali məktəbə daxil olmazdan əvvəl xx.xx.2017ci ildə Beyləqan şəhərində X7 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2018-ci il tarixdə Səfər adında bir övladı dünyaya gəlmişdir. Təəssüf ki, ailə qurduqdan sonra yoldaşının və övladının səhhətindəki problemlər səbəbilə təhsilini əyani formada davam etdirmək onun üçün olduqca çətinləşmişdir. Belə ki, yoldaşı X7 İİ qrup əlildir. X2 isə baş beynin mədəciklərinin daralması xəstəliyindən əziyyət çəkir. Bunun nəticəsində görmə qabiliyyəti də getdikcə zəifləyir. Ailəsinin səhhətində olan problemlər səbəbilə onların qayğısına qala bilmək üçün təhsilini qiyabi şöbədə davam etdirmək qərarına gəlmişdir. Hazırda təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qiyabi şöbə olmadığı üçün təhsil aldığı ixtisas üzrə Naxçıvan Dövlət Universitetinin qiyabi şöbəsinə köçürülməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 1.8-ci maddəsinə əsasən imtina etmişdir. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Lakin maddənin məzmunundan da göründüyü kimi, imtinanın səbəbi göstərilməmişdir. Bununla bağlı 8 sentyabr 2022-ci il tarixdə müvafiq quruma imtinanın səbəbinin ona göstərilməsi üçün müraciət etmiş olsa da, müraciətinə bu günədək cavab verilməmişdir. Hesab edirik ki, Təhsil Naziriyi işlə bağlı halları kifayət qədər araşdırmadan əsassız imtina vermişdir. Qeyd olunanlara əsasən onun Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisası üzrə qiyabi şöbəsinə köçürülməyimdə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cаvаbdеh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997ci il tarixdə anadan olmuşdur. - xx.xx.2017-ci il tarixli, AZ-İİ № 198225 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və sonuncu Hüseynova soyadını qəbul etmişdir. - xx.xx.2020-ci il tarixli, 040488 nömrəli vəsiqədən görünür ki, X7 xx.xx.2020-ci il tarixindən etibarən ikinci qrup əlildir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. - AZE 14562155 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. - Azərbaycan Təhsil Kartından görünür ki, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi fakultəsi üzrə tələbədir. - Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 6385 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ailə üzvləri həyat yoldaşı X3, X2ndan və qaynanası X1 ibarətdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xx.xx.2022-ci il tarixli, arayışından görünür ki, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin Musiqişünaslıq ixtisasına bakalavr səviyyəsinə əyani təhsilalma forması üzrə ödənişli əsaslarla 2021/2022-ci tədris ilində qəbul olunub. Müqaviləyə əsasən təhsil haqqı 1800 manatdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 11-02/451 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 2021/2022-ci tədris ilində 2/250 nömrəli 04 oktyabr 2021-ci tarixli əmrə əsasən Azərbaycan Dövlət və Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin əyani təhsilalma formasının bakalavriat səviyyəsinin musiqişünaslıq ixtisasının Azərbaycan bölməsinə ödənişli əsaslarla qəbul olmuşdur. Şəxsi ərizəsinə əsasən tələbəyə 2/337 nömrəli 07 oktyabr 2022-ci il tarixli əmrlə 1 (bir) il müddətinə akademik məzuniyyət verilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21 fevral 2023-cü il tarixli, 3- 29/2-1131/2023 nömrəli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Naxçıvan Dövlət Universitetinin musiqişunaslıq ixtisası üzrə qiyabi şöbəsinə köçürülməsi üçün ilkin elektron qaydada müraciət etmiş və müraciətindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21 fevral 2023-cü il tarixli, 3- 29/2-1131/2023 nömrəli məktubuna əlavə olunmuş elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı 5-ci ixtisas qrupu üzrə test imtahanından 55.30 bal toplamışdır. - Naxçıvan Dövlət Universiteti üzrə bakalavr təhsil səviyyəsinə qəbulun nəticələrinə dair çıxarışdan görünür ki, 2022-2023-cü tədris ilində musiqişünaslıq fakültəsinin qiyabi təhsilalma forması üzrə 10 yer nəzərdə tutulmuş, 9 nəfər qəbul olunmuş, 1 yer boş qalmışdır. - 5-ci qrup ixtisaslar və balları 2021-2022 tədris ili üçün keçid ballarına dair X6 elektron sistemindən çıxarışdan görünür ki, Azərbaycan Milli Konservatoriyası üzrə musiqişünaslıq fakültəsinin əyani təhsilalma forması üçün keçid balı 60.0 bal, Azərbaycan Dövlət və Mədəniyyət və İncəsənət Universiteti üzrə musiqişünaslıq fakültəsinin əyani təhsilalma forması 60.0 bal, Naxçıvan Dövlət Universiteti üzrə musiqişünaslıq fakültəsinin əyani təhsilalma forması üzrə 60.0 bal, qiyabi təhsilalma forması 60.0 bal keçid balı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli, 54-01/810 nömrəli məktubunda qeyd edilmişdir ki, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsindədir. Naxçıvan Dövlət Universiteti transferlə bağlı qərar vermək səlahiyyətində deyil. Əsaslandırma hissəsi: Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə: İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Təhsil haqqında” Qanun: ... 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. 44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamə: Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: ... Ümumtəhsil məktəblərində sinifdən sinfə keçirmə və buraxılış imtahanların sayını, formasını və qiymətləndirmə mexanizmini, təhsil alanların bir təhsil müəssisəsindən digərindən köçürülməsi qaydalarını müəyyən edir (18 fevral 2011-ci ilə qədər qüvvədə olan redaksiya). Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”: 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. 1.3. Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu Qaydalarla tənzimlənir. 1.4. Ali təhsilin bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 1.5. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə həyata keçirilir. 1.6. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. 1.7. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. 1.9. Ali təhsil müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən tələbənin təhsil haqqını hər hansı fiziki və ya hüquqi şəxs ödədiyi təqdirdə, başqa ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmə həmin şəxslə yazılı qaydada razılaşdırılır. 1.10. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər (təhsil nəticələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır. 1.11. Bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.
2. Tələbələrin köçürülməsi: 2.1. Tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X11 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. 2.4. Aşağıdakı hallarda bakalavriat səviyyəsində (hüquqşünaslıq və əsas (baza ali) tibb ixtisasları istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır. 2.4.1. Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə; 2.4.2. Ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə; 2.4.3. akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edildikdə; 2.4.4. ölkə ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL İBT, İELTS və s.) əsasında qəbul olunduqda. 2.5. Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın. 2.6. Yalnız aşağıdakı hallarda magistratura səviyyəsində (hüquqşünaslıq ixtisası istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır: 2.6.1. Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən öz ixtisası (ixtisaslaşması) üzrə ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə; 2.6.2. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (ixtisaslaşması) üzrə kadr hazırlığı aparılmadıqda öz ixtisaslaşması üzrə digər ali təhsil müəssisəsinə və ya həmin müəssisədə öz ixtisasına daxil olan digər ixtisaslaşma üzrə tələbələr sırasına daxil edildikdə. 2.7. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi bu Qaydaların 2.2.-2.3-cü bəndlərində birinci cümləsində qoyulan şərtlər daxilində aparılır. 2.8. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır: 2.8.1. beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); 2.8.2. qənaətbəxş akademik göstəriciləri; 2.8.3. köçürülmə səbəbləri; 2.8.4. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması. 2.9. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə aşağıdakı sənədləri əlavə etməklə Elm və Təhsil Nazirliyinə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir: 2.9.1. akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd. 2.9.2. ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün); 2.9.3. köçürülmə səbəblərini təsdiq edən sənədlər; 2.9.4. beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün); 2.9.5. təhsil haqqı borcunun olmaması; 2.9.6. xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər üçün). 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Elm və Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Elm və Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Elm və Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir. 2.12. Ölkə daxilində köçürülən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin rektoru Elm və Təhsil Nazirliyinin razılıq məktubunu aldıqdan sonra 5 (beş) iş günü müddətində tələbənin başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə bağlı xaric olunması haqqında əmr verir və akademik transkriptlə birlikdə tələbənin şəxsi işini onun köçürüldüyü ali təhsil müəssisəsinə göndərir. Şəxsi iş ali təhsil müəssisəsi tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə bilər. 2.13. Tələbənin köçürüldüyü ali təhsil müəssisəsinin rektoru, Elm və Təhsil Nazirliyindən razılıq məktubu və tələbənin şəxsi işi daxil olduqdan sonra, 5 (beş) iş günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edir, uyğun olanları nəzərə alır və onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir. 2.14. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi zamanı bu Qaydaların 2.7-2.8-ci bəndlərində qoyulan tələblər nəzərə alınmır.
5. Akademik məzuniyyətin verilməsi: 5.1. Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: 5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək; 5.1.2. ailə vəziyyətinə görə - 2 il müddətinədək; 5.1.3. səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə; 5.1.4. sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə; 5.1.5. müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə proqramda göstərilən müddətə. 5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Elm və Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə bu Qaydaların 2-ci bölməsinin müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Elm və Təhsil Nazirliyində baxılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2021/2022-ci tədris ilində 2/250 nömrəli 04 oktyabr 2021-ci tarixli əmrə əsasən Azərbaycan Dövlət və Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin əyani təhsilalma formasının bakalavriat səviyyəsinin musiqişünaslıq ixtisasının Azərbaycan bölməsinə ödənişli əsaslarla qəbul olmuşdur. Şəxsi ərizəsinə əsasən tələbəyə 2/337 nömrəli 07 oktyabr 2022-ci il tarixli əmrlə 1 (bir) il müddətinə akademik məzuniyyət verilmişdir. İddiaçı həyat yoldaşının və övladının səhhətindəki problemlər ilə əlaqədar olaraq təhsilalma formasının dəyişdirilərək Naxçıvan Dövlət Universitetinin musiqişunaslıq ixtisası üzrə qiyabi şöbəsinə köçürülməsi üçün ilkin elektron qaydada müraciət etmiş və müraciətindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, subbakalavr əsasında ali təhsil alan tələbələrlə bağlı ali təhsil müəssisəsinin dəyişdirilməsi ilə bağlı qanunvericilikdə konkret norma olmamasına baxmayaraq iddiaçının konstitusiyadan irəli gələn təhsil hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Bundan əlavə olaraq məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhərində yerləşən təhsil müəssisəsindən əyalətdə fəaliyyət gösətərən təhsil müəssisəsinə köçülməsi, həmçinin əyani təhsil formasından qiyabi təhsil formasına köçürülməsini tələb etməsi onun vəziyyətini yaxşılaşdıran inzibati aktın qəbul edilməsini xahiş etmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının ali vəziyyətinin yaxşı olmaması onu hazırki, tələblə məhkəməyə müarciət etməyə vadar etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının köçürülməsini tələb etdiyi Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisası üzrə qiyabi şöbəsinə 60.0 bal keçid balı müəyyən edildiyi halda hazırda onun təhsil aldığı Azərbaycan Dövlət və Mədəniyyət və İncəsənət Universiteti üzrə musiqişünaslıq fakültəsinin əyani təhsilalma formasının keçid balı ilə eynilik təşkil edir. Bundan başqa məhkəmə sorğusu ilə müəyyən olunmuşdur ki, Naxçıvan Dövlət Universitetinin 2022-2023-cü tədris ilində musiqişünaslıq fakültəsinin qiyabi təhsilalma forması üzrə 10 yer nəzərdə tutulmuş, 9 nəfər qəbul olunmuş, 1 yer boş qalmışdır. Belə olan halda iddiaçının köçürülməsinə maneə olan hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Naxçıvan Dövlət Universitetinin musiqişunaslıq ixtisası üzrə qiyabi şöbəsinə köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
İş üzrə prosessual xərc yoxdur.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Naxçıvan Dövlət Universitetinin musiqişunaslıq ixtisası üzrə qiyabi şöbəsinə köçürülməsinə dair akt qəbul edilməsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev