Məhkəmə qərarları › İş №2-1(120)-1155/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1155/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1155/2025 06.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi 20 fevral 2024-cü il tarixdən 3 il əvvələ ödənilməmiş əmək pensiyasının məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 Şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “09 avqust 2014-cü il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinə əlavənin hesablanması və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı yaşayış yeri üzrə Salyan rayonunda qeydiyyatda olduğundan, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İşdə olan AZE 0******* nömrəli şəxsiyyə vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İşdə olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan 13264 nömrəli atestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1980-ci illərdə elektrik qaynaqçısı peşəsi üzrə peşə təhsili almışdır. İşdə olan iddiaçının NT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini xx.xx.2001-ci il tarixədək davam etdirmişdir. İşdə olan iddiaçının NT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini xx.xx.2022-ci il tarixədək davam etdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Y-85206/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət -Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz xx.xx.1977-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC-nin sizə dair xx.xx.2024-cü il tarixli 03 nömrəli arayışında xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Yujenerqoteploizolyasiya” Təmir-tikinti trestinin Bakı sahəsində, xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində isə “Azenerqoteploizolyasiya” Termoizolyasiya və odadavamlı materiallarla hörgü və təmir müəssisəsində izolyasiyaçı vəzifəsində işlədiyiniz göstərilib. Eyni zamanda xx.xx.1993-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçanızda isə xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Kürsəngi qazma işləri idarəsində dizelçi, xx.xx.1994xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə “Salyan Oil” LTD-də traktorçu, təmirçiçilingər, dispetçer və qaldırıcı maşinist vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, sizə dair sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən də həmin məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, “Yujenerqoteploizolyasiya” və “Azenerqoteploizolyasiya” müəssisələrinin iş profilinin "xxxx" ASC ilə eyni olması səbəbi ilə sözügedən vəzifələrin zərərliliyinə dair arayış verildiyi, lakin təsdiqedici heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ÄSC-nin 27 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Buna görə də, xx.xx.1991-xx.xx.2001 -ci il tarixləri arasındakı dövrün sizin güzəştli iş stajınıza daxil edilməsi mümkün deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 8 ay 29 gün (xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Şirvan Dövlət Peşə Liseyinin xx.xx.2023-cü il tarixli, 165 nömrəli arayışından görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildən 21 iyul 1980-ci ilədək Əli Bayramlı şəhər 28 №-li Orta texniki peşə məktəbində “Elektrik-qaz qaynaqçısı" ixtisası üzrə əyani şöbədə oxumuş və 13264 №-li attestat almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli, 11/113 saylı Qərarına əsasən habelə “Azərbaycan Respublikasında Peşə Təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında “Təhsil Nazirinin 02 sentyabr 1996-cı il tarixli, 440 saylı əmrinə əsasən Peşə tədris müəssisələrində ləğvetmə və birləşdirmə ilə əlaqədar Əli Bayramlı şəhər 28 №-İi OTPM ləğv edilərək, Əli Bayramlı şəhər 152 №-li OTPM birləşdirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 02 sentyabr 1996-cı il 440 №-li əmri ilə 152 №-li OTPM, X8 Liseyinə çevrilmişdir. İşdə olan “Salyan OİL LTD”-nin xx.xx.2023-cü il tarixli, HR-23-160 nömrəli və xx.xx.2024cü il tarixli, Ref:HR-24-2 nömrəli arayışlarında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ Yarımbölməsinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir. xx.xx.1994xx.xx.1996-cı illərdə Salyanneft neft və qaz çıxarma idarəsinin Xüsusi texnika sexində “Traktorçu” vəzifəsində işləmişdir. xx.xx.1996-xx.xx.1997-ci illərdə Salyanneft neft və qaz çıxarma idarəsinin Xüsusi texnika sexində “Təmirçi çilingər” vəzifəsində işləmişdir. xx.xx.1997-xx.xx.1999-cu illərdə Salyanneft neft və qaz çıxarma idarəsinin Xüsusi texnika sexində “Traktorçu” vəzifəsində işləmişdir. xx.xx.1999-xx.xx.2003-cü illərdə Salyan OİL LTD şirkətinin Xüsusi texnika sexində “Traktorçu” vəzifəsində işləmişdir. xx.xx.2003xx.xx.2005-ci illərdə Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində “Mexanik dispeçer” vəzifəsində işləmişdir. xx.xx.2005-xx.xx.2007-ci illərdə Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində “İstehsalat dispeçeri" vəzifəsində işləmişdir. xx.xx.2007-xx.xx.2012-ci illərdə Salyan OİL LTD şirkətinin Avtomatika sexində “Çilingər” vəzifəsində işləmişdir. xx.xx.2012xx.xx.2022-ci illərdə Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində A-80 qaldırcısında “Qaldırıcı maşinist" vəzifəsində işləmişdir. Qeyd;İşçinin Neft.qaz və qaz kondensatı hasilatı obyektlərində Xüsusi texnika sexində bilavasitə məşğul olan Təmirçi-çilingər, Avtomatika sexində bilavasitə məşğul olan Çilingər, Nəqliyyat şöbəsində bilavasitə məşğul olan Qaldırıçı maşinist vəzifələrində işlədiyi illər (xx.xx.2012-xx.xx.2022) həmin 12 saylı qərarın X bölməsilə eynilik təşkil edir. Bu da 27 il 9 ay 29 gün təşkil edir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 03 nömrəli arayışından görünür ki, 09 avqust 1957-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1991-ci ildə (Əmr № «202. xx.xx.1991ci il) “Yujenerqoteploizolyasiya” Təmir-tikinti trestinin Bakı sahəsinə termoizolyasiya üzrə izolyasiyaçı peşəsinə qəbul edilib və xx.xx.1994-cü ildə (Əmr № 207, xx.xx.1994-cü il) Əmək Qanunları Məcəlləsinin 36-ci maddəsinin 5-ci bəndinə (digər müəssisəyə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilib. xx.xx.1994-cü ildə (Əmr №-9, xx.xx.1994-cü il) “Azenerqoteploizolyasiya” Termoizolyasiya və odadavamlı mareriallarla hörgü və təmir müəssisəsinə termoizolyasiya üzrə izoləedici peşəsinə qəbul edilib və xx.xx.2001-ci ildə (Əmr № 14/k, xx.xx.2001-ci il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. xx.xx.1991xx.xx.1994-cü il tarixlərində və xx.xx.1994-xx.xx.2001-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəslinin “a” bəndinə əsasən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasıyaçıların işi bilavasitə zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 10 il, 04 ay təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Yujenerqoteploizolyasiya” Təmir-tikinti tresti və “Azenerqoteploizolyasiya” müəssisi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. İşdə olan İddiaçı verilmiş X4 Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2-592/2023 nömrəli arxiv arayışından görünür ki, X4 Filialında mühafizə olunan "xxxx" İM-in (Şirvan İES MMC) 1993 və 2001-ci illərə aid əmr kitablarından iddiaçının adına aşkarlanan əmrlərin çıxarışı, 2001-ci ilə aid işdən azad olan işçilərinin şəxsi vərəqələri Forma T-2 kitabından adına aşkarlanan müvafiq səndlərin surəti təqdim edilmişdir. İşdə olan İddiaçı verilmiş X4 Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2-592/2023 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1977-xx.xx.1982-ci illərdə qaraçala qəsəbə 1 nömrəli sovxozda işləmiş, xx.xx.1982-xx.xx.1990-cı illərdə Varlı kənd Yüksəliş sovxozunda (xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1990-cı illərdə qaynaqçı) işləmişdir. İşdə olan “Salyan OİL LTD”-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, Ref: HR- 25-04 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Salyan Oyl LTD şirkətində xx.xx.2007xx.xx.2012-ci illərdə işlədiyi Avtomatika üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsində (qanuna edilmiş dəyişikliyə əsasən son siyahı) işçinin neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. İşçiyə bu vəzifəni içra edən zaman ağır iş şəraiti hesab olunduğu üçün illik ödənişli əmək məzuniyyəti günlərinə 6 gün əlavə məzuniyyət günü təqdim edilmiş və zərərli iş hesab olunduğundan aylıq əməkhaqqına 4%-lik əlavə hesablanaraq ödənilmişdir. Eyni zamanda işçinin xx.xx.2012-xx.xx.2022-ci illərdə işlədiyi Nəqliyyat sahəsində Qaldırıcı maşinist vəzifəsi Siyahıda qaldırıcıların maşinistləri peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. İşçiyə bu vəzifəni içra edən zaman ağır iş şəraiti hesab olunduğu üçün illik ödənişli əmək məzuniyyəti günlərinə 6 gün əlavə məzuniyyət günü təqdim edilmiş və zərərli iş hesab olunduğundan aylıq əməkhaqqına 8%-lik əlavə hesablanaraq ödənilmişdir. Həmçinin, işçinin xx.xx.2012-xx.xx.2022-ci illərdə işlədiyi Nəqliyyat sahəsində Qaldırıcı maşinist vəzifəsinin peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində 2130200a-14012 kodu ilə göstərilmiş qaldırıcıların maşinistlər vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Eynilə, xx.xx.2007-xx.xx.2012-ci illərdə işlədiyi avtomatika üzrə çilingər vəzifəsi həmin yarımbənddə 2130200a-18494 kodu ilə göstərilmiş mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. İşdə olan “Salyan OİL LTD”-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, Ref: HR-25-6 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsində (sonradan-Siyahı) göstərilən vəzifə və peşələrlə eyni əmək xüsusiyyətlərinə malik olan vəzifələrdə işləmişdir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir; xx.xx.2007-xx.xx.2012-ci illərdə Salyan OİL LTD şirkətinin Avtomatika sexində “Çilingər” vəzifəsində işləmişdir. Siyahıda - neft mədənlərində, neftin saxlanılması vd ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. xx.xx.2012-xx.xx.2022-ci illərdə Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində A-80 qaldırıcısında “Qaldırıcı maşinist’' vəzifəsində işləmişdir. Siyahıdaqaldırıcıların maşinistləri peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Qeyd; İşçi hər iki vəzifədə öz əmək funksiyalarını bilavasitə neft hasilatı mədənlərində həyata keçirmişdir. Bu da 14 il 8 ay 19 gün təşkil edir. İşdə olan “Salyan OİL LTD”-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, Ref: HR-25-7 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş yaşa görə əmək pensiyası almaq hüququ verir; xx.xx.2007-xx.xx.2012-ci illərdə Salyan OİL LTD şirkətinin Avtomatika sexində “Çilingər” vəzifəsində işləmişdir.(2130200A-18494) Siyahıda - neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət- ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. xx.xx.2012xx.xx.2022-ci illərdə Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində A-80 qaldırıcısında “Qaldırıcı maşinist” vəzifəsində işləmişdir. 92130200a-14012 Siyahıda-qaldırıcıların maşinistləri peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Qeyd; İşçi hər iki vəzifədə öz əmək funksiyalarını bilavasitə neft hasilatı mədənlərində həyata keçirmişdir. Bu da 14 il 8 ay 19 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-211524/2024 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3734/2024 nömrəli inzibati iş vardır. İddiaçı iddia ərizəsində ona xx.xx.2014-ci il tarixdən (57 yaşından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinə əlavənin hesablanması və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-85206/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunandan (12 il 6 ay) az olduğu qeyd edilmişdir (9 il 8 ay 29 gün). Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin bildiririk ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. İddiaçının Mərkəzi Filiala təqdim ediyi xx.xx.1977-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 03 nömrəli arayışında onun xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Yujenerqoteploizolyasiya” Təmir-tikinti trestinin Bakı sahəsində, xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində isə “Azenerqoteploizolyasiya” Termoizolyasiya və odadavamlı materiallarla hörgü və təmir müəssisəsində izolyasiyaçı vəzifəsində işlədiyi göstərilmişdir. Eyni zamanda iddiaçının xx.xx.1993-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Kürsəngi qazma işləri idarəsində dizelçi, xx.xx.1994-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə “Salyan Oil” LTD-də traktorçu, təmirçi-çilingər, dispetçer və qaldırıcı maşinist vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçıya məxsus sənədlərdə uyğunsuzluq mövcuddur. Bu səbəbdən də həmin məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar bildiririk ki, iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yoxlanılması məqsədilə Mərkəzi Filialın mütəxəssisləri və "xxxx" İnzibati Təsərrüfat şöbəsinin müdrinin iştirakı ilə monitorinq həyata keçirilmişdir. Monitorinq zamanı müəyyən olmuşdur ki, “Yujenerqoteploizolyasiya” və “Azenerqoteploizolyasiya” müəssisələrinin iş profilinin "xxxx" ASC ilə eyni olması səbəbindən iddiaçının işlədiyi izolyasiyaçı vəzifəsinin zərərliliyinə dair arayış ASC tərəfindən verilmişdir. Lakin qeyd olunan müəssisələrə aid təsdiqedici heç bir sənəd ASC-də mövcud deyil. Bu fakt ‘AZENCO” ASC-nin 27 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının işlədiyi xx.xx.1991-xx.xx.2001-ci il dövrü güzəştli iş stajına daxil edilməsi qanunvericiliklə mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 29 gün (xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı “güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Sizdən İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3734/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1957-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. İddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajını xx.xx.2014-cü il tarixdə tamamladığından 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçının xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. Belə ki, iş materiallarından müəyyən edildi ki, iddiaçı xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini xx.xx.2022-ci il tarixədək davam etdirmişdir. Həmçinin Varlı kənd Yüksəliş sovxozunda (xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1990-cı illərdə qaynaqçı işləmiş, həmin qaynaqçı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarında ümumi peşələr siyahısında güzəştli iş stajı kimi nəzərdə turtulmuşdur. xx.xx.1991-ci ildə (Əmr № «202. xx.xx.1991-ci il) “Yujenerqoteploizolyasiya” Təmir-tikinti trestinin Bakı sahəsinə termoizolyasiya üzrə izolyasiyaçı peşəsinə qəbul edilib və xx.xx.1994-cü ildə (Əmr № 207, xx.xx.1994-cü il) Əmək Qanunları Məcəlləsinin 36-ci maddəsinin 5-ci bəndinə (digər müəssisəyə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilib. xx.xx.1994-cü ildə (Əmr №-9, xx.xx.1994-cü il) “Azenerqoteploizolyasiya” Termoizolyasiya və odadavamlı mareriallarla hörgü və təmir müəssisəsinə termoizolyasiya üzrə izoləedici peşəsinə qəbul edilib və xx.xx.2001-ci ildə (Əmr № 14/k, xx.xx.2001-ci il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. Onun işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəslinin “a” bəndinə əsasən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasıyaçıların işi bilavasitə zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 10 il, 04 ay təşkil edir. Bundan əlavə xx.xx.2007-xx.xx.2012-ci illərdə Salyan OİL LTD şirkətinin Avtomatika sexində “Çilingər” vəzifəsində işləmişdir.(2130200A-18494) Siyahıda - neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. xx.xx.2012xx.xx.2022-ci illərdə Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində A-80 qaldırıcısında “Qaldırıcı maşinist” vəzifəsində işləmişdir. 92130200a-14012, Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ödənilməyən pensiya məbləği müraciət etdiyi tarixdən 3 il əvvəlki tarixdən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəlki tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəlki tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar