Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-116/2020 12.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı (Kürdəmir rayonu, Şahbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin nümayəndəsi X3 (Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 14-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 22.05.1960-cı il tarixdə Kürdəmir rayonunun Şahbəyli kəndində doğulmuş, Kürdəmir rayonu, Şahbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 03 oktyabr 2019-cu il tarixli, **********8 nömrəli məktubla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , 1979-1989-cu illərdə “H.Aslanov” adına kolxozda, 1990-1997-ci illərdə X1 kolxozçu və 1998-2007-ci illərdə Kürdəmir rayon Buzxana ASC-də işlədiyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəyişərək, 1979-1989-cu illərdə “H.Aslanov” adına kolxozda, 1990-1997-ci illərdə X1 kolxozçu və 1998-01.01.2006-cı illərdə Kürdəmir rayon Buzxana ASC-də işlədiyi müddəti sosial sığorta stajı kimi müəyyən edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 1960-cı ildə Kürdəmir rayonunun Şahbəyli kəndində anadan olmuş, 1979-cu ildən Kürdəmir rayonunun keçmiş “H.Aslanov” adına kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1989-cu ilə kimi orada işləmiş, 1990-cı ilin əvvəlindən Sarıtəpə kəndli fermer təsərrüfatında əmək fəaliyyətini davam etdirmiş, 1997-ci ilin axırlarına kimi orada işləmişdir. 10.01.1998-ci ildə Kürdəmir Buzxana ASC-də əmək fəaliyyətini davam etdirmiş, 28.01.2007-ci ilə kimi orada işləmişdir. Əlilliyə görə pensiyaya çıxmaq üçün Dövlət Sosial X6 rayon şöbəsinə müraciət etmiş, Dövlət Sosial X6 rayon şöbəsi 03.10.2019-cu il tarixli, **********8 nömrəli məktubla əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının təqdim etdiyi sənədlərə baxış keçirilərkən 1979-1989-cu illərdə Kürdəmir rayonu keçmiş “H.Aslanov” adına kolxozda, 1989-1997-ci illərdə Kürdəmir rayonu keçmiş “Sarıtəpə” fermer təsərrüfatında, 1998-2007-ci illərdə Kürdəmir rayonu Kökəltmə Birliyində (Buzxana-Sallaxana) və 2007-2014-cü il (Kürdəmir MİS) işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Eyni zamanda Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş arayış təqdim etmişdir. Həmin arayışda 1982, 1983, 1985, 1988-ci illərdə Kürdəmir rayonu keçmiş “H.Aslanov” adına kolxozda və 1991, 1992, 1993, 1994, 1995, 1996-cı illərdə Kürdəmir rayonu keçmiş “Sarıtəpə” fermer təsərrüfatında işləməsi göstərilmişdir. İddiaçı əmək kitabçasında qeyd olunan 10.01.1998-ci il tarixdən 28.01.2007-ci il tarixədək (Buzxana ATSC) olan dövr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Kürdəmir rayonu Kökəltmə Birliyində (Buzxana-Sallaxana) hüquqi ünvanı məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının keçmiş “H.Aslanov” adına kolxozun 1982, 1983 və 1985-ci illərində adı Sura kimi göstərilmişdir. Bu səbəblərdən həmin dövrlər İddiaçı ümumi əmək stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəliqərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 22.05.1960-cı il tarixdə doğulmuşdur. 27.12.2017-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı yaranmışdır. İddiaçının 20.12.1979-01.01.2006cı il tarixlərdə əmək fəaliyyətində olması adına açılmış АЗЕ ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 08333883 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 22.05.1960-cı il tarixdə Kürdəmir rayonunun Şahbəyli kəndində doğulmuş, Kürdəmir rayonu, Şahbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus АЗЕ ******* nömrəli, 01.01.1980-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979-1989-cu illərdə “H.Aslanov” adına kolxozda, 1990-1997-ci illərdə X1 kolxozçu və 10.01.1998-28.01.2007-ci illərdə Kürdəmir rayon Buzxana ASC-də əmək fəaliyyətində olmuşdur. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin İddiaçı ünvanladığı 08.01.2018-ci il tarixli, 03 nömrəli məktubundan görünür ki, 1982-1988-ci illərdə Kürdəmir rayonu “H.Aslanov” adına kolxozun və 1991-1996-cı illərdə “Sarıtəpə” kəndli fermer təsərrüfatının Kürdəmir rayon Dövlət Arxivində saxlanılan kitablarında Əliyeva (Xəlilova) Suraxanım Sətdər qızının, həmçinin Əliyeva (Xəlilova) Sura Sətdər qızının iş günləri və qazandığı əmək haqqı 1982 1983, 1985, 1988, 1991-1996-cı illərdə qeyd edilmişdir. İşdə olan 29.07.1985-ci il tarixli, İİİ-ЖГ 441801 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X2 29.07.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29.07.1985-ci il tarixdə 90 nömrə ilə qeyd edilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında elektron çıxarışdan görünür ki, İddiaçı 27.12.2017-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Dövlət Sosial X6 rayon şöbəsinin iddiaçıya ünvanladığı 03.10.2019-cu il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, qanunla tələb olunan sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olduğundan əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 22.10.2019-cu il tarixli, 01/3-76 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 17.06.1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli, 2(106)-2329/2018 nömrəli qətnaməsinin surətində qeyd edilmişdir ki, “...şahidlər həmçinin Suraxanımın uşaqlıqdan kənd arasında və bütün tanışları arasında Sura kimi çağırıldığını bildirmişlər ki, buna görə də birinci instansiya məhkəməsi tərəfindən 08.01.2018-ci ildə Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş arxiv arayışının ərizəçi İddiaçı məxsus olmasının müəyyən edilməsi düzgün olmuşdur”. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 9 saylı Ərazi Vergilər İdarəsinin 24.10.2019-cu il tarixli, **********364100 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" X17 Cəmiyyəti 19.02.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət 26.03.2012-ci il tarixli ümumi yığıncağın qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Vergi ödəyicisinin müraciəti əsasında baza məlumatlarında kommersiya qurumunun hüquqi və faktiki ünvanı Kürdəmir rayonu, Sor-Sor kəndi, rəhbəri X5, təsisçisi X11, fəaliyyət vəziyyəti aktiv olaraq qeyd olunmuşdur. İşdə olan **********123 nömrəli dövlət sosial sığorta şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətdamə 22.05.1960-cı il təvəllüdlü İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 9 saylı Ərazi Vergilər İdarəsinin 14.01.2020-ci il tarixli, **********524500 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASCnin (VÖEN **********) 01.01.1998-ci il tarixdən 31.12.2007-ci il tarixədək dövlət büdcəsinə 4414.0 manat torpaq vergi ödəmişdir. İşdə olan Dövlət Sosial X6 rayon şöbəsinin məhkəməyə ünvanladığı 03.02.2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonun Şahbəyli kənd sakini 22.05.1960-cı il təvəllüdlü İddiaçı Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş keçmiş “H.Aslanov” adına kolxozda və keçmiş “Sarıtəpə” kəndli fermer təsərrüfatında işləməsi barədə arayışında göstərilən sığorta stajını hesablayarkən minimum əmək günü norması 180 gün götürülmüşdür. Vətəndaş İddiaçı keçmiş “H.Aslanov” adına kolxozun və keçmiş “Sarıtəpə” kəndli fermer təsərrüfatında şəxsi hesab kitablarında minimum əmək günü norması qeyd olunmadığından onun adına verilmiş arxiv arayışında minimum əmək günü norması göstərilməmişdir. Minimum əmək günü norması qeyd olunmuş kolxoz kitablarına əsasən sıravi kolxozçu kimi işləmiş bir çox qadınlarda minimum əmək günü norması 140, 150 və 180 gün göstərilmişdir. Bunları nəzərə alaraq iddiaçının sığorta stajının hesablayarkən minimum əmək günü norması 180 gün götürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən 57 yaşına çatmış sığortaolunanların azı 14 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə əlilliyə görə əmək pensiyası hüququ vardır. Vətəndaş ərizəsi ilə birlikdə şəxsiyyət vəsiqəsini, əmək kitabçasını və Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş keçmiş “H.Aslanov” adına kolxozda və “Sarıtəpə” kəndli fermer təsərrüfatında işləməsi barədə arayış təqdim etmişdir. İddiaçı 1979-1989 (kolxoz), 1989-1997 (KFT), 1998- 2007 (Buzxana-Sallaxana) və 2007-2014-cü (Kürdəmir MİS) illər əmək kitabçasında və arxiv arayışında 1982-1983, 1985, 1988, 1991-1996-cı illər nəzərə alınmaqla 24 il 4 ay sosial sığorta stajı hesablanmışdır. İddiaçının əlilliyə görə əmək pensiyası hüququ 27.12.2017-ci il (57 yaş) tarixdə yaranmışdır. Həmin tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq minimum əmək pensiyası 110,00 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci və 13-cü maddələrinin tələblərinə uyğun olaraq İddiaçı 16 il 9 ay (31.12.2005-ci ilədək) sosial sığorta stajını ((16*306=4896; 306/12*9=229,50 cəmi; 5125,50*216,88%(2006-2016-cı illər üzrə infilyasiya faizi)=11116,18/126=88,22)) bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığorta olunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına çevirdikdə 88,22 manat və 01.02.2007-ci ildən 01.10.2014-cü il tarixədək 7 il 7 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində toplanmış 2848,02 manat pensiya kapitalı (PSK 2848,02/126=22,60) nəzərə alınmaqla vətəndaşın 110,82 manat (88,22+22,60) sığorta hissəsi yaranır. Buda o demədir ki, vətəndaşın bütün sosial sığorta stajı nəzərə alınsa ona əlilliyə görə əmək pensiyası hesablamaq mümkündür. Lakin bildirilir ki, İddiaçı əmək kitabçasında qeyd olunan 10.01.1998-ci il tarixdən 28.01.2007-ci il tarixədək (Buzxana ATSC) olan dövr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Kürdəmir rayonu Kökəltmə Birliyində (Buzxana-Sallaxana) hüquqi ünvanı məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və bu səbəbdən həmin dövr İddiaçı ümumi əmək stajına daxil edilməmişdir. Eyni zamanda iddiaçının keçmiş “H.Aslanov” adına kolxozun 1982, 1983 və 1985-ci illərində adı Sura kimi göstərilmişdir. Vətəndaşın qeyd olunan illər üzrə stajı təsdiqlənmədiyindən həmin dövrü nəzərə alınmamışdır. Həmin illər nəzərə alınmadıqda İddiaçı sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci və 13-cü maddələrinə əsasən əlilliyə görə əmək pensiyası təyin etməyə kifayət etmir. Bu səbəbdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 12.1-ci maddəsinə əsasənƏlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada:SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;K - sığorta davamiyyəti əmsalıdır. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır 32.2.-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Мəhkəmə iddiaçının əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasına əsasən iddiaçının 20.12.1979-28.01.2007-ci il tarixlərdə əmək fəaliyyətində olduğu müəyyən olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə iddiaçının 1998-01.01.2006-cı illərdə Kürdəmir rayon Buzxana ASC-də işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı 1998-01.01.2006-cı illərdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçının 1979-1989-cu illərdə “H.Aslanov” adına kolxozda, 1990-1997-ci illərdə X1 kolxozçu və 1998-01.01.2006-cı illərdə əmək fəaliyyətində olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, o, əlilliyə görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçıya 27.12.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsində qeyd olunan iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1.Tələb olunan sığorta stajı 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tələb olunan 14 il (57 yaş, əlillik dərəcəsinin təyin olunduğu yaş - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 42) x 4 ay = 180 ay/12ay= 14 il) sığorta stajını toplamışdır.Həmçinin, iddiaçının 01.01.2006-cı ilədək sosial sığorta stajını «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinə uyğun olaraq sığorta olunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına çevirdikdə (88,22 manat), eyni zamanda iddiaçının 01.02.2007-ci il tarixdən 01.10.2014-cü il tarixədək sığorta stajı (7 il 7 ay) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (2848,02 manat pensiya kapitalı-PSK 2848,02/126=22,60) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi müəyyən edilir (88,22+22,60=110,82). Qeyd olunmalıdır ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yarandığı vaxt (27.12.2017-ci il,57 yaş) qüvvədə olan «Əmək pensiyaları haqqında»Qanunun 6-1-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1979-1989-cu illərdə “H.Aslanov” adına kolxozda, 1990-1997-ci illərdə X1 kolxozçu və 1998-01.01.2006-cı illərdə Kürdəmir rayon Buzxana ASC-də işlədiyi müddəti sosial sığorta stajı kimi müəyyən edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1979-1989-cu illərdə “H.Aslanov” adına kolxozda, 1990-1997-ci illərdə X1 kolxozçu və 1998-01.01.2006-cı illərdə Kürdəmir rayon Buzxana ASC-də işlədiyi müddəti sosial sığorta stajı kimi müəyyən edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-116/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-116/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver