Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-116/2024 24.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 yanvar 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzinin tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə-Tədqiqat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon X10 18 dekabr 1989-cu il tarixli, 24 nömrəli protokolundan çıxarışa və Masallı rayon Masallı bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli qərarına və alqı-satqı aktına əsasən ona verilmiş (satılmış) 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınaraq həmin torpaq sahəsinin adına rəsmiləşdirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Masallı rayonu Masallı bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli, 06 saylı protokol qərarına əsasən ona ayrılmış 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Masallı rayonu Masallı bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 24 saylı protokolundan çıxarışa əsasən Masallı Rayon X10 18 dekabr 1989-cu il tarixli komissiya aktı təsdiq edilməsi və Masallı şəhəri, 26 Bakı Komissarı küçəsi, 33 saylı ev və evə məxsus 600 kv.m torpaq sahəsinin ona təkim edilməsi qərara alınmışdır. Qeyd edir ki, həmin torpaq sahəsində 1970-ci ildə inşa edilmiş yaşayış evi vardır. Həmçinin onuda qeyd edir ki, 2006-cı il tarixdə Masallı Bələdiyyəsi ilə həmin torpaq sahəsini alğı-satqı yolu ilə almışdır. Bununla bağlı Masallı Bələdiyyəsi ilə aralarında müqavilə bağlanması üçün Masallı Bələdiyyəsi tərəfındən xx.xx.2006-cı il tarixdə qərar qəbul edilmiş və Masallı Bələdiyyəsi ilə aralarında alğı-satqı barədə akt tərtib edilmişdir. Masallı Bələdiyyəsinin hesabına 150 (bir yüz əlli) manat pulda köçürmüşdür. Eləcədə Masallı RİH aparatının Memarlıq və Tikinti şöbəsi və Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfındən torpaq sahəsinin ona satılması barədə rəylər verilmişdir. Eyni zamanda Masallı RİH aparatının Memarlıq və Tikinti şöbəsinin müdirinin, Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin məsləhətçisinin, Masallı Bələdiyyəsinin sədrinin, Dövlət Yanğından mühafızə xidmətinin rəisinin, X7 direktorunun, X2 rəisinin, Masallı Epidimiologiya və Gigeyena idarəsinin müdirinin və onun iştirakı ilə xx.xx.2006-cı ildə Seçim Aktı tərtib edilmiş, həmin şəxslər seçim aktını imzalamış və möhürlərlə təsdiq edilmişdir. X12 şəhər sakini X3 bələdiyyəsinə aid torpaq sahəsində Masallı rayon XDS İcraiyyə komitəsinin (27 dekabr 1989-cu il çıxarış) təhkim etdiyi 0,06 ha torpaq sahəsinin alqı-satqı yolu ilə özəlləşdirilməsini xahiş etmişdir. Vətəndaş S.M.Səfərovanm ərizəsinə əsasən yerə baxış keçirdik. Həmin məqsəd üçün ayrılmış torpaq sahəsi Masallı şəhərində S.Məmmədov küçəsində yerləşir. Sahə şimaldan - Hüseynov Allahverənin evi, cənubdan yol, qərbdən - Mübarizin evi və şərqdən - Elsevər Nağıyevin evi ilə həmsərhəddir. Komissiya həmin torpaq sahəsinin Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1997ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına uyğun olaraq alqı-satqı qaydasında vətəndaş S.Səfərovaya satılmasını məqsədəmüvafıq hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 07 dekabr 2021-ci il tarixli, ********** nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə Masallı şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport sənədini almaq üçün müraciət etmişdir. Sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsi Masallı şəhərinin kompleks yerquruluşu xəritəsinə əsasən 2102 kodu ilə Dövlət torpağı kimi göstərilmişdir. Həmin səbəbdən torpaq sahəsinin qeydiyyata alınmasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən 21 dekabr 2021-ci il tarixli, **********06 saylı məktubla imtina edilmişdir. Məhkəmə prosesinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin cəlb edilməsi məqsədəmüvafiqdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********06 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Siz 07 dekabr 2021-ci il tarixli, ********** nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə Masallı şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport sənədini almaq üçün müraciət etmisiniz. Kadastr ekspertizası zamanı məlum oldu ki, torpaq sahəsi Masallı şəhərinin kompleks yerquruluşu xəritəsinə əsasən 2102 kodu ilə dövlət torpağı kimi göstərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli sizə qaytarılır. İş materiallarında olan Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1989-cu il tarixli, 24 saylı protokolundan çıxarışdan görünür ki, ünvan 3 ünvanda inşa edilmiş yaşayış evinin və həmin evin yerləşdiyi 600 kv.m torpaq sahəsinin X5 adına təhkim edilməsi barədə Masallı rayon XDS-nin 18 dekabr 1989-cu il tarixli komissiya aktı təsdiq olunmuş, X5 istifadəsində olan 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ona məxsus olması müəyyən edilmiş, sözügedən torpaq sahəsinin və yaşayış evinin X5 adına keçirilməsi Masallı rayon İnventarizasiya Bürosuna tapşırılmışdır. İş materiallarında olan Masallı rayon Masallı Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli, 06 saylı iclas protokolunun qərarından, 15 iyun 2006-cı il tarixli Seçim aktından, 16 iyun 2006-cı il tarixli, 39 nömrəli ödəniş qəbzindən, DT və XK Masallı rayon şöbəsinin “tikilmiş evin altında və ətrafında olan torpaq sahəsinin X1 dair” 08 iyul 2006-cı il tarixli, 139 nömrəli rəyindən, Masallı rayon XDS İcraiyyə Komitəsinin X6 təhkim etdiyi torpaq sahəsinin sxemindən, Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində iyul 2006-cı il tarixdə 148 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair akt”dan müəyyən olunur ki, DT və XK Masallı rayon şöbəsinin hazırladığı yerquruluşu sənədləri nəzərə alınmaqla Masallı rayon XDS İcraiyyə Komitəsinin X6 təhkim etdiyi, bələlədiyyə mülkiyyətinə aid 0,06 ha torpaq sahəsi 150 manat dəyəri ödənilməklə ona satılmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(050)-3280/2023 nömrəli qətnaməsinə əsasən Masallı rayon Masallı Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli, 06 saylı iclas protokolunun qərarının və onun əsasında bağlanmış “Torpaqların alqı-satqısına dair” aktın İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1989-cu il tarixli, 24 saylı qərarı ilə ona təhkim edilmiş, Masallı Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli, 06 saylı iclas protokolunun qərarı ilə alqısatqı qaydasında əldə etdiyi 0,06 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna yeganə səbəb olaraq Masallı şəhərinin kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin 2102 kodu ilə Dövlət torpağı kimi göstərildiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 31 mart 2023-cü il tarixli, 10/1015 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-44/2-737/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı iclas ptortokolunun qərarına əsasən İddiaçı ayrılması kimi iddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,0672 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən 0,06 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsinin faktiki koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 737/2023 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemində mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1989-cu il tarixli, 24 saylı qərarı ilə iddiaçıya təhkim edilmiş, Masallı Bələdiyyəsinin (protokol-06) 15 iyun 2006-cı il tarixli qərarı ilə alqı-satqı qaydasında əldə etdiyi 0,06 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtinasının yeganə əsası kimi istinad etdiyi həmin torpaq sahəsinin dövlət torpağı olması nə iş materialları, nə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim etdiyi 31 mart 2023-cü il tarixli, 10/1015 nömrəli ekspert rəyi ilə təsdiq edilmir. Həmin torpaq sahəsinin 2102 kodu ilə dövlət torpağı kimi göstərildiyi Masallı şəhərinin kompleks yerquruluşu xəritəsinin isə mötəbər sübut kimi qəbul olunmasını məhkəmə mümkün hesab etmir. Belə ki, cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-737/2023 nömrəli məktubuna əlavə etdiyi mütəxəssis rəyində də, Masallı Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli 06 saylı iclas protokolunun qərarı ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu bildirilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin bütün zəruri hüquqmüəyyənedici sənədlər əldə olunmaqla iddiaçıya satılması, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın Masallı rayon Masallı bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli, 06 saylı iclas protokolunun qərarı ilə İddiaçı satılmış torpaq sahəsinə iddiaçının qanuni əsaslarla əldə etdiyi faktik mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından, həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsindən imtina etməsinin hüquqi əsası yoxdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı Masallı rayon Masallı bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin hazırladığı yerquruluşu sənədləri əsasında qəbul edilmiş 15 iyun 2006-cı il tarixli, 06 saylı iclas protokolunun qərarı və həmin qərar əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə ona satılmış 0,06 hektar torpaq sahəsinə faktiki olaraq mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə heç bir pozuntuya yol verilmədən satıldığından, həmin torpaq sahəsinin satılması barədə Masallı Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli, 06 nömrəli iclas protokolunun qərarı hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Masallı rayon Masallı Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli, 06 nömrəli qərarı ilə ona satılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Masallı rayon Masallı Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli, 06 nömrəli qərarı ilə ona satılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-116/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-116/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver