Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1160/2025 08.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1978-xx.xx.1981-ci illərdə Salyan 76 saylı texniki peşə məktəbində əyani təhsil almış, xx.xx.1982-xx.xx.1984-cü illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən Əli Bayramlı DRES-də qaz qaynaqçısı kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.1997-ci ilə qədər qeyd edilən vəzifədə işləmiş, xx.xx.1997-xx.xx.2008ci illərdə Əli Bayramlı (indiki Şirvan) X4 usta vəzifəsində işləmiş, xx.xx.2009-xx.xx.2010cu illərdə "xxxx" ASC-də qaz qaynaqçısı, xx.xx.2010-xx.xx.2010-cu illərdə quraşdırıcıçilingər vəzifəsində işləmiş, xx.xx.2013-xx.xx.2015-ci illərdə "xxxx" ASC-də qəlibçi və quraşdırıcı vəzifələrində işləmiş, xx.xx.2016-xx.xx.2018-ci illərdə "xxxx" ASC-də qaz qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.2021-xx.xx.2021-ci illərdə "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmiş, xx.xx.2023-cü ildən "xxxx" ASC-də qaz qaynaqçısı peşəsində işləyir. İşlədiyi bütün vəzifələr əmək kitabçasında öz əksini tapmışdır. İşlədiyi peşələrdən “qaz qaynaqçısı” və “quraşdırıcı” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququdur. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə ək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1. tələb olunan yaş həddinə çatdıqda; 2. stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə; 3. fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Birinci şərt: xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə 60 yaşına çatmışdır. İkinci şərt: İddiaçı müraciət zamanı və məhkəməyə təqdim etdiyi arayışlara əsasən güzəştli iş stajı 12 il 6 ay 11 gün (xx.xx.1984-01,04.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Üçüncü şərt: İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 2 ay (xx.xx.2006-cı il tarixinədək 16 il 6 ay (xx.xx.1978xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984- D1,04.1994-cü il, xx.xx.1994xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il 8 ay)) təşkil edir. Həmçinin iddiaçının 60 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixə fərdi hesabın sığorta nıssəsində qeydə alınmış pensiya kapitalı 23292,48 manat, güzəştli şərtlərlə yaşa görə əmək censiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat məbləğində hesablanmışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasında onun xx.xx.1997-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “Şirvan şəhər texniki yaradıcılıq” mərkəzində işlədiyi qeyd olunub. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Nəticədə xx.xx.1997-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlərin iş stajına daxil edilməsi mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci bəndinə görə, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensy a hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarır onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, 807833 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Salyan 76 saylı X15 məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə qazqaynaqcısı, qaynaq işlərinin nəzarətçisi peşəsi üzrə tam kursu bitirərək ümumi orta təhsil almışdır. İş materiallarında olan xx.xx.1982-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli, 41/2009 nömrəli arayışının surətindən görünür ki, İddiaçı Baləhməd oğlu həqiqətən xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də “elektrik qaynaqçı” vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi X13 xx.xx.2024-cü il tarixli, 82 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Salyan 76 saylı X15 Məktəbində 25 avqust 1978-ci il tarixli, 1 9 - K saylı əmrə əsasən əyani, təhsil müddəti 3 (üç) il olan “Qazqaynaqçısı, qaynaq işlərinin nəzarətçisi’' ixtisasına qəbul olmuş, 23 iyul 1981-ci il tarixli, 63-K saylı əmrə əsasən tam kursu bitirmişidir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/225 nömrəli arxiv arayışından görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı Baləhməd oğlu həqiqətən xx.xx.2009-cu ildə "xxxx" ASC-nin “Cənub Layihə’min Tikinti sahəsinə qaz qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.2010- cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. xx.xx.2010-cu ildə X2 İdarəsinin Qazan Quraşdırma sahəsinə quraşdırıcı çilingər peşəsinə keçirilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən “polad və dəmir beton konstruksiyalarınin quraşdırılması üzrə quraşdırıcıların və Qərarın 35-ci “Ümumi peşələr” fəslinə əsasən qaz qanaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 22290000a- 14612 kodları ilə “polad və dəmir-beton konstruksiyalarınin quraşdırılması üzrə quraşdırıcıların işi və 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə ( şifrə-********) əsasən 23200000-11620 saylı şifrəsinə əsasən qaz qaynaqçıları kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün stajı: 01 il 05 ay, 14 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-85558/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi 9 oktyabr 2023-cü il tarixli 3-48-DA-14F/2-534/2023 nömrəli arxiv rayışında "xxxx" MMC-də işlədiyiniz müddətdə xx.xx.1994-xx.xx.1994-cü il və xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrlər üzrə ödənişsiz məzuniyyətində olduğunuz, işləmədiyiniz müddəti (ümumilikdə 4 ay) iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda tərəfinizdən Mərkəzi Filiala 1978-1981-ci illər arasındakı dövr üzrə təhsil aldığınız müddətin əyani olub-olmamasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də təhsil dövrünün iş stajına əlavə edilməsi mümkün deyil. Həmçinin 3 aprel 1985-ci il tarixli ИT-İ № ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1997-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində Əli bayramlı şəhər X4 usta vəzifəsində işlədiyi qeyd edilmişdir. Bununla əlaqədar əmək stajının dəqiqləşdirilməsi ilə bağlı tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq xx.xx.1997-xx.xx.2008-ci il tarixləri arasındakı dövrə aid əmək haqqı hesablanması kitablarında adına rast gəlinmədiyi bildirilib. Bu fakt Azərbaycan Respublikasının Dövlət X9 xx.xx.2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də ümumi iş stajı 25 ildən az (19 il 2 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, sözügedən əmək kitabçasının surətində xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2023-cü il tarixindən bu günədək "xxxx" ASC-də qaz qaynaqçısı peçəsində işlədiyi qeyd olunub. Lakin həmin dövrlər ərzində işlədiyi peşənin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən iş olması barədə işəgötürənin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edilməyib. Bu səbəbdən də onun güzəştli iş stajının 12 il 6 aydan az (11 il 7 ay 1 gün (xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23292,48 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/286 nömrəli məktubundan görünür ki, İddiaçı Baləhməd oğlu xx.xx.2009-cu ildə "xxxx" ASC-nin “Cənub Layihə”nin Tikinti sahəsinə qaz qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. xx.xx.2010-cu ildə X2 İdarəsinin Qazan Quraşdırma sahəsinə quraşdırıcı çilingər peşəsinə keçirilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən “polad və dəmir - beton konstruksiyalarınin quraşdırılması üzrə quraşdırıcıların və Qərarın 35-ci “Ümumi peşələr” fəslinə əsasən qaz qanaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 22290000a-14612 kodları ilə “polad və dəmir-beton konstruksiyalarınin quraşdırılması üzrə quraşdırıcıların işi və 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə ( şifrə-********) əsasən 23200000-11620 saylı şifrəsinə əsasən qaz qaynaqçıları kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün stajı: 01 il 05 ay, 14 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2-9053/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində “X3 Birliyi” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-387/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunan əmr nömrələri ilə Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (Şirvan) şəhər Xalq Maarif şöbəsinin əmrlər kitabında olan əmr nömrələri uyğun gəlməmişdir. X14 (Şirvan) şəhər Xalq Maarif şöbəsinin əmək haqqı cədvəlləri kitablarında texniki yaradıcılıq mərkəzinə aid əmək haqqı cədvəllərində vətəndaşın adı aşkarlanmamışdır. Bu səbəbdən vətəndaş İddiaçı xx.xx.1997-xx.xx.2008-ci illərdə əmək fəaliyyəti barədə məlumat vermək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-211046/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Əli-Bayramlı (indiki Şirvan) X5 rekvizitləri (SUN və ya VÖEN) qeyd edilmədiyindən həmin müəssisəni Nazirliyin məlumat uçot bazasında müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, tərəfimizdən operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə Məhkəmənin iclas katibi Orxan Qarayev (əlaqə nömrəsi: ***-***-**-**) ilə işçi qaydada əlaqə saxlanılmış, lakin sözügedən məlumatları əldə etmək mümkün olmamışdır. Qeyd etmək istəyirik ki, Əli~Bayramlı (indiki Şirvan) X5 rekvizitləri tərəfinizdən Filiala təqdim edildikdən sonra sorğunuzla bağlı müvafiq araşdırma aparılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-514/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (Şirvan) şəhər Xalq Maarif şöbəsinin əmək haqqı cədvəlləri kitablarında X5 işçi heyətinin (direktor, təsərrüfat müdiri, fəhlə, usta, xadimə və s vəzifə adları olmaqla) əmək haqqı alması barədə siyahı vardır. Məktubda qeyd edilmiş 1997-2006-cı (əvvəlki məktubda 1997-2008-cı illər qeyd edilmişdi) illər üzrə əmək haqqı cədvəlləri kitablarında mümkün olan qısa müddətdə (qeyd olunan illər üzrə araşdırma müddəti 30 iş günüdür) araşdırma aparılmış və həmin illər üzrə yalnız 2005-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2006-cı ilin yanvar və fevral ayiarına aid siyahıda İddiaçı adlı şəxs adına rast gəlinsə də, həmin şəxsin ata adı siyahıda qeyd olunmamış, həmçinin vəzifəsi usta deyil, təsərrüfat müdiri olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin d) bəndinə əsasən: hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 2 ay (xx.xx.2006-cı il tarixinədək 16 il 6 ay (xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1984cü il, xx.xx.1984- D1,04.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il 8 ay) təşkil edir. Eyni zamanda, sözügedən əmək kitabçasının surətində xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2016xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2023-cü il tarixindən bu günədək "xxxx" ASC-də qaz qaynaqçısı peçəsində işlədiyi qeyd olunub. İddiaçı müraciət zamanı və məhkəməyə təqdim etdiyi arayışlara əsasən güzəştli iş stajı 12 il 6 ay 11 gün (xx.xx.1984-01,04.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23292,48 manat təşkil edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İş materiallarına nəzərən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün 3 şərt müəyyən edilir ki, qeyd edilənlərdən yaş və güzəştli stajla bağlı şərtlərin ödənildiyi və həmin hissələrdə mübahisə olmadığı müəyyən edilir. Belə ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə 60 yaşına çatmış və inzibati orqanının məhkəməyə ünvanladığı məktublara əsasən güzəştli iş stajı 12 il 6 ay 11 gün təşkil etdiyi müəyyən edilir. Mübahisə iddiaçının ümumi stajı ilə bağlı olmuşdur ki,inzibati orqan İddiaçı 25 il ümumi stajının olmadığını iddia edir. Belə ki, mübahisəli staj dövrü xx.xx.1997-xx.xx.2008-ci illər arasında “Şirvan şəhər texniki yaradıcılıq” mərkəzində işlədiyi illərlə bağlı olmuşdur. Həmin hissə ilə bağlı araşdırma nəticəsində aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası Dövlət X9 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-387/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunan əmr nömrələri ilə Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (Şirvan) şəhər Xalq Maarif şöbəsinin əmrlər kitabında olan əmr nömrələri uyğun gəlməmişdir. X14 (Şirvan) şəhər Xalq Maarif şöbəsinin əmək haqqı cədvəlləri kitablarında texniki yaradıcılıq mərkəzinə aid əmək haqqı cədvəllərində vətəndaşın adı aşkarlanmamışdır. Bu səbəbdən vətəndaş İddiaçı xx.xx.1997-xx.xx.2008-ci illərdə əmək fəaliyyəti barədə məlumat vermək mümkün olmamışdır. - Azərbaycan Respublikası Dövlət X9 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-514/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (Şirvan) şəhər Xalq Maarif şöbəsinin əmək haqqı cədvəlləri kitablarında X5 işçi heyətinin (direktor, təsərrüfat müdiri, fəhlə, usta, xadimə və s vəzifə adları olmaqla) əmək haqqı alması barədə siyahı vardır. Məktubda qeyd edilmiş 1997-2006-cı (əvvəlki məktubda 1997-2008cı illər qeyd edilmişdi) illər üzrə əmək haqqı cədvəlləri kitablarında mümkün olan qısa müddətdə (qeyd olunan illər üzrə araşdırma müddəti 30 iş günüdür) araşdırma aparılmış və həmin illər üzrə yalnız 2005-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2006-cı ilin yanvar və fevral aylarına aid siyahıda İddiaçı adlı şəxs adına rast gəlinsə də, həmin şəxsin ata adı siyahıda qeyd olunmamış, həmçinin vəzifəsi usta deyil, təsərrüfat müdiri olaraq qeyd edilmişdir. - Azərbaycan Respublikası X1rşılıqlı yoxlama keçirilərək xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və arxiv arayışında qeyd edilən hallar təkrarlanaraq təsdsiq olunmuşdur. Məhkəmə tərəfindən arxivdə saxlanılan sənədlərin əslinə məhkəmə iclasında baxış keçirilmiş, arxiv arayışlarında və xx.xx.2025-ci il tarixli qarşılıqlı yoxlama aktında qeyd edilən hallar öz təsdiqini tapmışdır. Belə ki, sənədlərə əsasən Əli Bayramlı (Şirvan) şəhər Xalq Maarif şöbəsinin əmək haqqı cədvəlləri kitablarında X5 işçi heyətinin (direktor, təsərrüfat müdiri, fəhlə, usta, xadimə və s vəzifə adları olmaqla) əmək haqqı alması barədə siyahılar olduğu, qeyd edilən siyahıların yalnız 2005-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2006-cı ilin yanvar və fevral ayları hissəsində İddiaçı adlı şəxs adına rast gəlindiyi, digər illər üzrə isə cədvəllərdə digər şəxslərin adı qeyd edilsə də iddiaçının adının olmadığı müəyyən edilmişdir. Eləcə də, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Məhkəmə sənədlərə əsasən qeyd edir ki, İddiaçı mübahisəsiz sığorta stajı olan 22 il 2 ay müddətin üzərinə 2005-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları əlavə olunsa belə zəruri olan 25 il sığorta stajı tamamlanmır. Odur ki, ümumi siğorta stajı 25 ildən az və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı kifayət etmədiyindən iddiaçı 60 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi və qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1160/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1160/2025
08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver