Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1161/2025 06.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “11 avqust 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Oradan ona ünvanlanmış 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-Q-40442/2024 nömrəli məktubda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin Sizə dair 23 avqust 2022ci il tarixli, 13/22-54 nömrəli arayışında xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.1989cu il, xx.xx.1993-cü- xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2010-xx.xx.2010cu il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə qaynaqçı peşəsində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda işlədiyiniz peşənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılar vəzifələrə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməyib. Bu səbəbdən də, Sizin güzəştli iş stajınız yoxdur. Qeyd edilənləri nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş işlədiyi müddətlərin nəzərə alınmaması qanunsuzdur. Belə ki, qaynaqçı işlədiyi müddətdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işini yerinə yetirmişdir. Cavabdeh təşkilat qeyd etdiyi hərəkətlərlə onun konstitusion hüququnu pozur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibаti Məhkəməsinin 06 may 2025-ci il tаriхli, 2-1(120)-1161/2025 nömrəli qərardadı ilə iddia tələbinə “11 avqust 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan NT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir. İşdə olan BB 005039 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə X4 daxil olmuş, xx.xx.2005-ci ildə orta təhsil bazasında elektrik-qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmiş, 3-cü dərəcəli elektrikqaz qaynaqçısı ixtisası verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-40442/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 10 oktyabr 2022-ci il tarixli **********7 nömrəli məktubla cavablandırılmış 30 yanvar 2024-cü il tarixində daxil olmuş eyniməzmunlu müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 ii azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair 23 avqust 2022-ci il tarixli 13/22- 54 nömrəli arayışında xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2010-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə qaynaqçı peşəsində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda işlədiyiniz peşənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılar vəzifələrə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməyib. Bu səbəbdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 13/22-37 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Şınbalı oğlu həqiqətən 26 iyul 2018-ci il tarixdən hal-hazıradək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X5 Zavodunda Qaynaqçı peşəsində işləyir və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 400,00 (dörd yüz) manat təşkil edir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13/24-05 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qaynaqçı vəzifədə "xxxx" MMC-nin X5 Zavodunda işləyir. xx.xx.2017-ci il tarixdə Əmr № 08 "xxxx" MMC-yə qaynaqçı işinə qəbul olunub. xx.xx.2018-ci il tarixdə Əmr № 56 "xxxx" MMC-nin ləğv olunması və "xxxx" MMC-yə qoşulması ilə əlaqədar olaraq cəmiyyətin X5 zavoduna qaynaqçı peşəsinə qəbul olunub. Hal-hazırda "xxxx" MMC-nin X5 Zavodunda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 6 il 3 ay 17 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 13/22-54 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Şinbala oğlu Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qaynaqçı vəzifədə "xxxx" MMC-nin X5 Zavodunda işləyir. İşə qəbul olub PMK-1 N-İi mexanikləşdirilmiş dəstə xx.xx.1978 Əmr N148, keçirilib 2-ci dərəcəli fəhlə xx.xx.1978 Əmr N 172, xx.xx.1979 Əmr N 145 əsgərliyə getdiyi üçün işdən azad olunub. Sabirabad RMZdə xx.xx.1982 Əmr N 18 qaynaqçı işinə qəbul olub, xx.xx.1982 Əmr N 49 keçirilib 1 -ci dərəcəli qaynaqçı, xx.xx.1982 Əmr N 89 öz ərizəsi ilə işdən azad olunub. İşə qəbul olunub xx.xx.1982 Əmr 227 Saatlı dəmiryolu qovşağında 1 -ci dərəcəli qaynaqçı, xx.xx.1982 Əmr N 246 işdən azad olunub. İşə qəbul olunub Saatlı dəmir yolu qovşağında xx.xx.1982 Əmr N 284 1-ci dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1983 Əmr 17 2-ci dərəcəli qaynaqçı işinə keçirilib, xx.xx.1983 Əmr N 170 öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1983 Əmr N 21 Sabirabad MMC-də kənd təsərrüfatı trestində maşinist ekskvator köməkçisi işinə qəbul olunub, xx.xx.1983 Əmr N 72 öz ərizəsi ilə işdən azad olunub, xx.xx.1983 Əmr N 181 Saatlı rayonun melarasiya və su təsərrüfatı idarəsinə 3-cü dərəcəli ekskavator maşinist köməkçisi işinə qəbul olunub, xx.xx.1985 Əmr N 94 2-ci dərəcəli betonşik işinə keçirilib, xx.xx.1986 Əmr N 59 2-ci dərəcəli betonşik işinə keçirilib, xx.xx.1986 Əmr N 144 öz ərizəsi ilə işdən azad olub.xx.xx.1987 Əmr N 32 Sabirabad MMC-də 3-cü dərəcəli ekskovator köməkçisi işinə qəbul olunub, xx.xx.1986 Əmr N 01 Saatlı rayonu mühafizə bölməsində gözətçi işinə qəbul olunub, xx.xx.1987 Əmr N 51 öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1987 Əmr N 263 Saatlı rayonunda mühafizə bölməsində gözətçi işinə qəbul olunub, xx.xx.1988 Əmr N 40 öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1988 Əmr 39 Saatlı rayonu Sancalar 144 № təsərrüfatlar arası səyyar mexanikləşmə dəstəsində 3-cü dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1989 Əmr 20 öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1989 Əmr N 36 Saatlı rayonu qaz idarəsinə 3-cü dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1989 Əmr N 50 öz ərizəsi ilə işdən azad olunub, xx.xx.1989 Əmr N Saatlı təmir tikinti idarəsinə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1991 Əmr N 61 öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1991 Əmr N 16 Saatlı dəmir beton kombinatına 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1993 Əmr 94 öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1993 Əmr N 45 Saatlı 14 N-li təsərrüfat hesablı qaz idarəsinə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1994 Əmr N 4 23 həmin idarə ləğv olunduğu üçün THƏTC-yə keçirilsin. xx.xx.1994 Əmr N 62 həmin idarə ləğv olunması ilə əlaqədar işdən azad olunsun. xx.xx.1995 Əmr 36 Saatlı rayonu 109 N-li peşə məktəbinə mexanik işinə qəbul olunsun. xx.xx.1995 Əmr N 48 mexannik işindən qaynaqçı işinə keçirilsin, xx.xx.1996 Əmr N 4 qaynaqçı ustası işinə keçirilsin, xx.xx.1998 Əmr 152 öz ərizəsinə əsasən işdən azad olunsun, xx.xx.2005 Əmr N 69 Saatlı qaz istismari idarəsinə qaynaqçı işinə qəbul olunsun, xx.xx.2006 Əmr N öz ərizəsinə əsasən işdən azad olunub,
13. 04. 2010 Əmr N 524 ARDNŞ Azəriqaz İB-TTŞ-si 5-ci dərəcəli qaz qaynaqçısı işinə qəbul olunub, xx.xx.2010 ƏMR N 1421 5-ci dərəcəli qaz qaynaqçısı işinə keçirilib, xx.xx.2010 Əmr N 2234 ştatları ləğv olunduğu üçün işdən azad olunub, xx.xx.2017 Əmr N 08 Saatlı kənd təsərrüfatı MMC-yə qaynaqçı işinə qəbul olunsun. xx.xx.2018 Əmr N 56 "xxxx" MMC-nin ləğv olunması və "xxxx" MMC-yə qoşulması ilə əlaqədar olaraq cəmiyyətin X5 zavoduna qaynaqçı peşəsinə qəbul edilsin. Tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 26 il 2 ay 20 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-204347/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 26 il 5 ay 15 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 5 ay 15 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 il), xx.xx.2024-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə cəmi 31483,48 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulub. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMCnin 23 avqust 2022-ci il tarixli 13/22-54 nömrəli arayışında xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2010-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda işlədiyi peşənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılar vəzifələrə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməyib. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-210122/2024 nömrəli etirazında qeyd edilmişdir ki, İcraatınızda İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2- 1(120)-3750/2024 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş rnateriallarına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. “Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq huququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəvə uyğun olması, gördüyü, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (evniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdilmiş "xxxx" MMC-nin 23 avqust 2022ci il tarixli 13/22-54 nömrəli arayışında iddiaçının xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2010xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda İddiaçı işlədiyi peşənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməyib. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutaraq məhkəmədən İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(120)-3750/2024 nömrəli inzibatı üzrə qərar qəbul edəsiniz. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək əmək fəaliyyətində olmuş, həmçinin hazırki tarixədək elektrik qaynaqçısı vəzifəsində (cavabdeh tərəfindən qəbul edilməyən güzəştli iş stajı) işləmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 13/22-54 nömrəli arayışından görünür ki, İddiaçı Şinbala oğlu Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qaynaqçı vəzifəsində "xxxx" MMC-nin X5 Zavodunda işləyir. İşə qəbul olub PMK-1 N-İi mexanikləşdirilmiş dəstə xx.xx.1978 Əmr N148, keçirilib 2-ci dərəcəli fəhlə xx.xx.1978 Əmr N 172, xx.xx.1979 Əmr N 145 əsgərliyə getdiyi üçün işdən azad olunmuş, Sabirabad RMZ-də xx.xx.1982 Əmr N 18 qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1982 Əmr N 49 keçirilmiş 1-ci dərəcəli qaynaqçı, xx.xx.1982 Əmr N 89 öz ərizəsi ilə işdən azad olunmuş, işə qəbul olunmuş xx.xx.1982 Əmr 227 Saatlı dəmiryolu qovşağında 1-ci dərəcəli qaynaqçı, xx.xx.1982 Əmr N 246 işdən azad olunmuş, işə qəbul olunmuş Saatlı dəmir yolu qovşağında xx.xx.1982 Əmr N 284 1-ci dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1983 Əmr 17 2-ci dərəcəli qaynaqçı işinə keçirilmiş, xx.xx.1983 Əmr N 170 öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.1983 Əmr N 21 Sabirabad MMC-də kənd təsərrüfatı trestində maşinist ekskvator köməkçisi işinə qəbul olunmuş, xx.xx.1983 Əmr N 72 öz ərizəsi ilə işdən azad olunmuş, xx.xx.1983 Əmr N 181 Saatlı rayonun melarasiya və su təsərrüfatı idarəsinə 3-cü dərəcəli ekskavator maşinist köməkçisi işinə qəbul olunmuş, xx.xx.1985 Əmr N 94 2-ci dərəcəli betonşik işinə keçirilmiş, xx.xx.1986 Əmr N 59 2-ci dərəcəli betonşik işinə keçirilmiş, xx.xx.1986 Əmr N 144 öz ərizəsi ilə işdən azad olunmuş, xx.xx.1987 Əmr N 32 Sabirabad MMC-də 3-cü dərəcəli ekskovator köməkçisi işinə qəbul olunmuş, xx.xx.1986 Əmr N 01 Saatlı rayonu mühafizə bölməsində gözətçi işinə qəbul olunmuş, xx.xx.1987 Əmr N 51 öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.1987 Əmr N 263 Saatlı rayonunda mühafizə bölməsində gözətçi işinə qəbul olunmuş, xx.xx.1988 Əmr N 40 öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.1988 Əmr 39 Saatlı rayonu Sancalar 144 N-li təsərrüfatlararası səyyar mexanikləşmə dəstəsində 3-cü dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1989 Əmr 20 öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.1989 Əmr N 36 Saatlı rayonu qaz idarəsinə 3-cü dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1989 Əmr N 50 öz ərizəsi ilə işdən azad olunmuş, xx.xx.1989 Əmr N Saatlı təmir tikinti idarəsinə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1991 Əmr N 61 öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.1991 Əmr N 16 Saatlı dəmir beton kombinatına 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1993 Əmr 94 öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.1993 Əmr N 45 Saatlı 14 N-li təsərrüfat hesablı qaz idarəsinə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1994 Əmr N 4 23 həmin idarə ləğv olunduğu üçün THƏTC-yə keçirilmiş, xx.xx.1994 Əmr N 62 həmin idarə ləğv olunması ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1995 Əmr 36 Saatlı rayonu 109 N-li peşə məktəbinə mexanik işinə qəbul olunmuş, xx.xx.1995 Əmr N 48 mexanik işindən qaynaqçı işinə keçirilmiş, xx.xx.1996 Əmr N 4 qaynaqçı ustası işinə keçirilmiş, xx.xx.1998 Əmr 152 öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.2005 Əmr N 69 Saatlı qaz istismari idarəsinə qaynaqçı işinə qəbul olunmuş, xx.xx.2006 Əmr N öz ərizəsinə əsasən işdən azad olunmuş,
13. 04. 2010 Əmr N 524 ARDNŞ Azəriqaz İB-TTŞ-si 5-ci dərəcəli qaz qaynaqçısı işinə qəbul olunmuş, xx.xx.2010 ƏMR N 1421 5-ci dərəcəli qaz qaynaqçısı işinə keçirilmiş, xx.xx.2010 Əmr N 2234 ştatları ləğv olunduğu üçün işdən azad olunmuş, xx.xx.2017 Əmr N 08 Saatlı kənd təsərrüfatı MMC-yə qaynaqçı işinə qəbul olunmuş, xx.xx.2018 Əmr N 56 "xxxx" MMC-nin ləğv olunması və "xxxx" MMC-yə qoşulması ilə əlaqədar olaraq cəmiyyətin X5 zavoduna qaynaqçı peşəsinə qəbul edilmişdir. İşlədiyi vəzifələr üzrə sosial sığorta (və ya iş) stajı 26 il 2 ay 20 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci Ümumi peşələr (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) bəndinə uyğundur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, 11 avqust 2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı iddiası təmin edilsin. İddiaçı 11 avqust 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim Şahəli Musayev